Showing posts with label Qadın. Show all posts
Showing posts with label Qadın. Show all posts

Monday, 18 April 2022

İncəsənətin ən böyük supermodelinin faciəsi

1849-1850-ci ilin qışında Uolter Houell Deverell otağa girəndə Dante Qabriel Rossetti və Uilyam Holman Hant rəsm çəkirdilər. Gələn qonaq həyəcanlı şəkildə “Siz dostlarım, nə hariqüladə gözəl bir varlıq tapdığıma inanmayacaqsınız. Görkəmli və uzun boylu, sanki bir kraliça kimidir” deyərək içəri girmişdi. Bu sözlərlə Lizzi Siddalın əsrarəngsiz gözəlliyi adını tarixə yazdırmağa başladı.

Çox az insan 27 yaşında ölən rəssam Deverellin adını xatırlayır. Ancaq o, sənətkarlardan ibarət “Pre-Rafael qardaşlığı”nın üzvü idi. 7 nəfərdən ibarət olan bu gizli təşkilat 1848-ci ildə Rosetti, Holman Hant və Con Everett Mille tərəfindən qurulmuşdu. Pre-Rafael cərəyanı eyni zamanda Londondakı Milli Portret Qalereyasında “Pre-Rafael bacılar” olaraq sərgilənən qadın model, rəssam və yazarları da əhatə edirdi. Lizzi Siddal da əvvəl model olaraq başladı, sonra rəsmlər çəkdi və ayrıca şeir yazdı.

Deverellin gözəlliyini duyurduğu sırada Lizzi Siddal Londonun mərkəzində bir papaq dükanında işləyirdi. O qədər də xoş olmayan şərtlər altında uzun saatlar boyu çalışmaq məcburiyyətində idi. Ailəsi isə zatən həssas olan sağlamlığı haqqında narahat idi. Bəlkə də anasının Lizzinin rəsm modelliyi etməsinı icazə verməsinin səbəbi bu idi. Çünki o zamanlar modellik mənfi şöhrət qazanmışdı və seks işçiliyi ilə bərabər görülürdü. Deverell qızın anasına özü yaxınlaşmağa cəsarət edə bilməmişdi. Onun yerinə pul məsələsini müzakirə etmək üçün göstərişli maşını ilə anasını yollamışdı. Xanım Siddal sadə evinin önünə gələn bu maşınla dəhşətə düşmüşdü.

İlk olaraq Lizzi “part-time” model olaraq işləməyə başladı və papaq dükanında işini davam etdirdi. Deverell onu “12-ci gecədəki Viola” olaraq təsvir etdikdən sonra Holman Hant “İnancını dəyişdirmiş ingilis ailəsi bir xristian missioneri druidlərin zülmdən qoruyarkən” (1850) tablosu üçün və “Valentin Silviyanı Proteydən xilas edərkən” (1850-1851) tablosundakı Silviya olaraq rəsmini çəkdi. Rosettiyə isə ilk dəfə 1850-ci ildə az bilinən tablolardan biri olan “Rosso vestita” üçün modellik etdi.

Hamisi Con Raskinə görə sonrakı illərdə münasibətləri boyunca Rosetti Lizzini minlərlə dəfə cizdi və çəkdi. Günümüzdə Lizzinin narin quruluşu, cılız üz xətləri və işıq saçan mis saçları bir gözəllik simvolu qəbul edilməsinə rəğmən 1850-ci illərdə çox arıq olmaq cazibədar olaraq qəbul edilməzdi və hətta qızıl saç bir qadın jurnalist tərəfindən “sosial intihar” olaraq təsvir edilmişdi. Modellik etdiyi işlər və yer aldığı tablolar vasitəsilə Lizzi ümumi gözəllik fikrini dəyişdirməyə vasitəçi oldu.

Bir neçə il içində Lizzi Siddal papaq dükanından ayrılmağa yetəcək qədər pul qazanmağa başladı. Con Everett Millenin “Ofeliya”(1851-1852) tablosundakı modelliyindən sonra üzü olduqca tanındı. Başqa digər rəssamlar da onu çəkmək səs-küy saldılar, amma o zamanlar artıq sevgilisi olaraq bilinən Rosetti qısqanmağa başladı və sadəcə onun modellik etməsini istədi. Çarlz Olston Kollinz Lizzidən onun üçün modellik etməsini istəsə də, soyuq rədd cavabı almışdı.

Lizzi və Rosetti 10 il nişanlı qaldılar, amma Rosetti toy tarixi müəyyənləşdirmək üçün çətinlik çəkirdi. İkisi də birlikdə yaşaması asan insanlar deyildilər. Lizzi içində tiryək olan lavdanom bağımlısı idi, Rosetti isə davamlı olaraq Lizzini aldadırdı.

1854-cü ildə Lizzinin rəssamlıq karyerası başladı. Rosetti ona dərslər verirdi və Raskin onun əsərlərini gördüyündə Lizzinin dahi olduğunu söyləmişdi. Rəsmləri tənqidçilər tərəfindən istehza olundu, amma Lizzi daha yeni öyrənməyə başlamışdı. Sürətli inkişafı Raskinin onunla maraqlanmasının işarəsi idi. Lizzinin rəsm çəkməsini aktivləşdirmək üçün illik 150 funt maaş verdi. Papaq dükanında isə illik 24 funt qazanırdı.

1857-ci ildə Londondakı Pre-Rafel sərgisində əsərlərini sərgiləyən yeganə qadın rəssam Lizzi Siddal idi və burada “Clerk Saunders” (1857) adlı tablosu kolleksiyaçı olan amerikalı Çarlz Eliot Norton tərəfindən satın alındı. Bundan qısa bir müddət sonra isə həm sağlamlığı, həm münasibəti getdikcə pisləşməyə başlayan Lizzi Raskindən illik maaş aldığı işini buraxdı. Rosetti və Raskin onun həyatını davamlı kontrol edirdilər və Lizzi artıq bundan qaçmaq istədi. Yığdığı pulla bacılarından birini yanına alaraq Derbişirdə bir kəndə getdi. Sonra isə Londona qayıtmaq yerinə atasının doğulduğu Şeffildə gedib orada əmisiuşaqları ilə birlikdə qaldı. Daha sonra yataqxanaya yerləşib Şeffild İncəsənət Məktəbində qeydə alındı. Bir sənətkar olaraq tək başına uğur qazanmağa qərarlı idi.

Rosetti zaman-zaman onu ziyarət etməyə getdi, amma Lizzinin Londondan aldığı məktublarda Rosettinin bəzi qadınlarla olan münasibətlərindən yazılırdı və 1858-ci ilin ortalarında münasibətləri sona çatdı. 1859-cu ilin payızında ağır şəkildə xəstələnən Lizzinin ailəsi Raskin ilə əlaqə qurdu və Raskin bu durumu Rossettiyə söylədi. Rossetti Lizzinin yanına gələndə əlində nigah kağızı var idi və Lizzi sağalan kimi evləndilər.

Lizzi və Rosetti Parisdə uzun balayına çıxdılar. Bu arada Lizzi hamilə olduğunun fərqinə vardı. Rosetti bu durumdan məmnun halda onu çəkməyə davam etdi. Lizzi ana olacağı üçün xoşbəxt idi, amma lavdanom bağımlısı idi. Bəlkə də buna görə 2 may 1861-ci ildə uşaq ölü halda dünyaya gəldi.

Lizzi körpəsinin ölümündən sonra depressiyadan qurtula bilmədi. Rosetti ilə evliliyi mənfiyə doğru gedirdi. Dostlarının evlilik boyunca sadiq olduğunu söyləməsinə rəğmən o, ərinin yenə xəyanət etdiyinə əmin idi.

10 fevral 1862-ci ilin axşamı Rosetti və Lizzi şair Alcernon Çarlz Suinbern ilə birlikdə yeməyə çıxdılar. Evə qayıtdıqdan sonra Rosetti işçi kollecinə axşam dərsi verməyə getdi. Evdən çıxmadan öncə Lizzinin yatağa girdiyini gördü. Hər zamankı lavdanom dozasını almışdı və masada yarım şüşə qədər qalmışdı. Rosetti işdən qayıdanda isə şüşə tamamilə boş idi. Lizzi elə dərin yuxuda idi ki, onu oyandıra bilmirdi və Rosetti üçün məktub da yazmışdı. Həkim çağırması üçün ev sahibi səslənərkən Lizzinin məktubunu gizlətdi.

4 həkimin səyinə rəğmən 11 fevral 1862-ci ilin erkən saatlarında Lizzi həyata gözlərini yumdu. Dostu Ford Medoks Braunun tövsiyyə ilə Rosetti intihar məktubunu yandırdı. Bunu xristian cənazəsi üçün Lizzi intihar etməmiş kimi göstəmək üçün etmişdi. Öldüyü zaman Lizzi təkrar hamilə idi. Bəlkə növbəti ölü doğumdan qorxmuşdu.

Lizzinin hekayəsi ölümü ilə bitmir. Həyatına dair ürküdücü qeydlərdən dolayı kült qotik fiqur halına gəldi. Rosetti yazdığı şeirlərin tək surətini arvadının tabutunun içinə yerləşdirmişdi. Ancaq 7 il sonra şeirlərini geri istədiyinə qərar verdi.

1869-cu ilin payız gecəsində Lizzinin tabutu gömüldüyü Hayqeyt qəbiristanlığından böyük gizliliklə çıxarıldı. Dostları Rosettinin ağlını itirdiyini düşünürdülər. Bütün bu proseslər dostu və sənət taciri olan, daha sonra şantajçı olduğu iddia edilən Çarlz Avqust Hauell tərəfindən ustalıqla həyata keçirildi. Qəbiristanlıqda işıq olmadığı üçün böyük tonqal yandırmışdılar.

Hauell daha sonra Rosettiyə tabutu açdıqlarında arvadının bədəninin heç bir şəkildə pozulmamış olduğunu söylədi. Usta yalançılıqla onun skeletə çevrilmədiyini və həyatda olduğu vaxtdakı kimi gözəl olduğunu söylədi. Hətta saçlarının uzandığını və tabutu alovların işığı altında parlaq mis rəngi ilə doldurduğunu iddia etdi. Modelin gözəlliyi ölümündən sonra belə hökm sürdüyü inancı bugün də davam edir. Bəlkə də bunu Hauellin hekayəsinə borcluyuq.

Monday, 19 November 2018

Bandari qadınları


Hər şeydən öncə kəlmələrin özü bizə “Bandari”nin “liman insanları” anlamına gəldiyindən bəhs edir. İranın cənub liman sahilində yer alan bu bölgə İranın iç kəsimlərinə olduqca uzaqkən Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr ilə haradasa sərhəd qonşusudur. Bölgəni bənzərsiz qılan əsas özəllik isə üzünü Bəsrə körfəzinə dönərək Bəsrənin sahilində uzanmasıdır. Bölgənin bu özəlliklərini daha öncə kəşf edənlər həm mədəni, həm ticarət ilə bölgəyə böyük miras buraxır.

Dünyanın ədviyyat və ipək yolunun ətrafında döndüyü zamanlarda Bandari  bölgə limanları ilə bu dünyanın ən önəmli peykləri arasındadır. Domino daşları kimi sıralanan digər nəticə isə afrikalı, ərəb, hindli, pers təsirləri ilə özünə xas mədəni harmoniya yaratmasıdır.

Bəhs etdiyimiz yer gözünüzün önünə gəldiyində və bu anki İran qavrayışınızla birlikdə düşündüyünüzdə beyninizdə yaşadığınız təzadlığı bölgə ən təbii yaşamları arasına qatmışdı. İranın əsasında gördüyünüz və alışqın olduğunuz qara çarşablı İran qadını bu bölgədə gözəlliklərini rəngli geyimlər və maskalarla gücləndirir.

Aksessuardan ötə olmayacağını düşündüyümüz diqqəti ilk çəkən maskaların gündəlik həyata bu qədər girməsindəki səbəb ilk istifadə ilə əlaqəlidir. Bölgə Bəsrə körfəzi ilə qucaq-qucağa olmasının bədəlini çox acı ödədiyi zamanlarda yaşamışdı. Fərqli irqlər tərəfindən uğradığı hücumlar qadın təcavüzlərini də bərabərində gətirir. Eyni nəsillərdən insanlar da daxil olmaq üzrə həddindən artıq qadın bu qaranlıq durum içərisində elə çox qalır ki, maskalar ilə kamuflyaj yaradaraq kişi qılığında qaçmağa çalışırlar.

Amma tarixin səhifələri arasında qarşımıza necə çıxmışdı? Acı olayların yaratdığı mədəniyyət ən gözəl rəngimiz olmuşdu.

Maskaların digər özəlliyi isə bölgədəki şiə və sünnilərin bərabər istifadə etdikləri yeganə mədəni miraslarından biridir. Şiələrin taxdığı maskalar düzbucaqlı şəklində ikən, sünnilər qara və qızıl rəng seçimləri ilə daha düz maskalar seçirlər. Yuxarıda gördüyünüz qızıl rəngli maskalar toylarda gəlinə taxılır. Bu maskaların keyfiyyəti və qızıl faizi isə toplum içərisindəki zənginlik səviyyəsini ifadə edir

Monday, 22 October 2018

Polqar bacıları

Süzen Polqar dünyanı fərqli qavrayır. O, bir dahinin beyninə sahibdir. Ancaq Süzen anadangəlmə dahi deyil, bunu keçirdiyi qeyri-adi uşaqlıq sayəsində qazandı. O, adi uşağın bir dahiyə çevrilə biləcəyinin canlı sübutudur. Onun beynini və düşünmə biçimini anlamaq surəti ilə öz beyinlərimizin sərhədlərini inkişaf etdirə bilərik.

Süzen hər üçü də şahmat tarixinin böyük adları arasında olan Polqar bacılarının ən böyüyüdür. Onun bu inanılmaz uğurları ataları Laslo Polqarın apardığı təcrübəyə söykənir.

Macarıstanda yaşayan pedaqoq-psixoloq Laslo Polqarın ilk qızı olan Süzen 1969-cu ildə doğulduğunda atasının bir teoriyası vardı. Ona görə “Dahilər doğulmaz, yaradılır”dı. Bu tezisini müdafiə edərkən Motsartı nümunə göstərirdi, nəticədə Motsartın hələ 5 yaşında musiqi sahəsində göstərdiyi uğuru Motsart kimi bir musiqiçi olan və oğlunu sistematik olaraq yetişdirən atasının əsəri idi. Ona görə bir çox uşaq tutumunun çox altında yetişdiilirdi və məktəbə davam edərək bu tutumun artırılması imkanı yoxdur. Qızı üzərində bir təcrübə aparmağa qərar verdi. Öncəliklə qızını riyaziyyatçı olaraq yetişdirməyi düşündü, ancaq Süzen bir gün evdə şahmat taxtası tapıb bunun haqqında ailəsinə suallar verməyə başlayınca ata Polqar şahmatda qərar qıldı.

Şahmatı sadəcə hobbi olaraq oynayan ata bilgisinin bu lahiyə üçün yetərli olmayacağını düşündüyündən öncə özünü bu mövzuda yetişdirdi. Süzen hələ 4 yaşına basmadan atası ilə şahmat çalışmalarına başladı.

Süzen ilk turnirinə 5 yaşında girdi və dövrün önəmli tabularından birini də alt etdi. 1970-ci illərdə şahmat dünyası kişi hökmranlığı altında idi və bu oyunun qadınlara dönük olmadığına dair yayğın inanış vardı. Ancaq 10 matçın hamısını qazanaraq bu tabunun yıxılması üçün  ilk addımları atmağa başlamışdı. Bu əsnada Polqar ailəsinə ikinci uşaqları Sofiya və 1976-cı ildə son qızları Yudit qatıldı. Ata Polqar onların şahmat təlimlərinə 5 yaşına qədər başlamasa da, Süzen ilə çalışmalarına davam edərkən digər 2 bacı da bu ortamda böyüməyə başladı.

Süzen 1991-ci ildə qrossmeyster oldu. 1996-99-cu illər arasında isə Dünya Qadınlar Çempionu ünvanını əldə etdi. Bacısı Sofiya şahmat karyerasına hələ 5 yaşında ikən 11 yaşadək qızlar arasında keçirilən Macarıstan Çempionatının qalibi olaraq başlayır.  1986-ci ildə 14 yaşadək qızlar arasında Dünya Çempionatının qalibi olan Sofiya olimpiyalarda da bir çox medal sahibi olur. Sofiyanın ən böyük uğuru Romada ən yaxşı kişi şahmatçıları arasında 8 oyunu üst-üstə qazanmasıdır.

Ən kiçik bacı Yudit 1988-ci ildə 12 yaşadək Dünya çempionatının qalibi olaraq ilk rekordunu qırır. 1989-cu ildə dünyada ən yaxşı 100 idmançı arasına girir. 1991-ci ildə yeni rekord qıraraq tarixdəki ən gənc qrossmeyster ünvanını əldə edir. 2005-ci ildə  dünyada ən yaxşı 8 nömrəli idmançı olaraq karyerasının ən parlaq dönəmini yaşayır.

Bəs bu 3 şahmat dahisi bacının  sirri nədir? Həqiqətən atalarının müdafiə etdiyi kimi çalışma ilə dahi olmuşdular?

Şahmat oyunu kimi davam edən vəzifə beynin ön qismində ön yaddaş adı verilən bir bölgədə işlənməkdədir. Burada neyronlar lazımlı məlumlatları əlaqələr yaradaraq saxlayırlar. Ancaq bu əlaqələr qısa  müddətdə itir. Yəni ön yaddaş keçici not dəftəri kimi çalışır və sadəcə təxminən 7 dəyişik məlumat saxlaya bilir. Bu səbəblə 7 rəqəmli telefon nömrəsi ağlımızda tuta bildiyimiz maksimum məlumatdır. Süzenin bu inanılmaz yaddaş bacarığının təməlində gördüyü daşları ağlında qruplayaraq tutması yatır. Ağlar, qaralar, piyadalar və s.

Uşaqlığından etibarən Süzen minlərlə kitab oxuyub minlərlə həmlə incələdiyi üçün şahmat oyununun bütün ehtimallarını haradasa beyninə qazımışdı. 10 yaşındakı uşaq təxminən 10 min kəlmə bilir. Süzen isə 10 yaşında ikən 100 min şahmat qrupunu öyrənməyə çalışırdı. Bu proses onun beyninin fiziki olaraq dəyişməsini təmin etdi.

Polqarların uğurlarının təməlində nümunə tanıma yatırdı. Yəni hər hansı bir şahmat oyunu əsnasında Polqarlar rəqiblərinin tərsinə oyunda mühakimə yürütmür, intuitiv hərəkət edirdilər. Hər kəsin dəqiqələr, bəzən saatlar boyu davam edən mühakimə sonunda edə bildiyi bir həmləni Polqarlar heç düşünmədən edə bilirdilər və üstəlik sonunda oyunu da qazanırdılar. Onlar şahmat oynayarkən beyinlərində istifadə edilən hissə hamımızın üz tanıyarkən istifadə etdiyi hissə ilə eynidir. Yəni Polqarlar hər kəs necə tanıdıqlarının üzünü bilirsə, hər hansı şahmat oyununda qarşılarına çıxan durumları “öncədən tanıyırdılar.”

Qısacası, illərlə davam edən çalışma Polqar bacılarının beyinlərini dəyişdirmişdi. Bu da əslində atalarının “dahi doğulmaz, dahi olunur” teoriyasını sübut edən durumdur.

21 yaşındaykən Süzen “şahmat ustası” ünvanını qazandı. Təxminən 600 kişi arasındakı ilk qadın oldu. Ən balaca bacısı Yudit bacısının izini təqib etdi. Hal-hazırda dünyanın ən yaxşı 15 kişi idmançısı ilə birlikdə anılır. Polqar bacılarının  təsiri ilə günümüzdə çempionatlarda artıq qadınlar kişilərlə bərabər şərtlər altında yarışırlar.

Friday, 28 September 2018

Nasistlərin qadın həbs düşərgəsi "Ravensbrük"


Nasist Almaniyasının bütün vəhşəti bir çox fərqli biçimdə ifşa edilərək gələcək nəsillərə köçürülərkən gözdən qaçan ya da qaçırılan məsələ “qadın məsələsi” olur. Tarixçilərin əksərən kişi olmasının nəticəsində qadına qarşı cinayətlərin ayrıntıları mövzu olmur. Bu əskikliyi aradan qaldırmaq üçün adı yetərincə eşidilməmiş bir həbs düşərgəsindən söz açacağıq. 

Nasist Almaniyasının İkinci Dünya Müharibəsi dövründə işğal etdiyi yerlərdə qurduğu həbs düşərgələrinin sayı 23 civarındadır. Bu qorxunc düşərgələrinin arasında sadəcə qadınların qapadıldığı ən böyük düşərgə Ravensbrükdür.

Ravensbrük düşərgəsi Berlinin 85 km şimalında Henrix Himmler tərəfindən 170 dönümlük əraziyə qurulmuş və may 1939-cu ildə işləməyə başlamışdı. Özəlliklə yəhudi, roman, polşalı, ayrıca əngəlli qadınları silah altında zorla çalışdırıb dəniz donuzu kimi işlədilib ardınca ləğv etmək üzrə inşa edilmişdi. Sovetlərin 1945-ci ildə düşərgəni azad etməsinin ardınca qorxunc gerçəklər də ortaya çıxmışdı.

Ravensbrük düşərgəsində təxminən 100.000-150.000 qadın əsir tutulmuşdu. Qadın həbs düşərgəsində gözətçilər də qadınlar idi və çoxu maaşlı adi almanlar idi. Yazar Sara Helmə görə nasistlər Ravensbrükdə qadın gözətçilər çalışdırır, düşərgənin çöldən adi qadın həbsxanası kimi görünməsinə çalışırdılar. Nə qədər az diqqət çəkərsə, o qədər yaxşı idi.

Düşərgəni sadəcə qadınlardan ibarət olması işgəncə biçimlərinin çeşidlənməsi anlamına gəlirdi. Uşaqları qaz otağına yollanmış, hamiləykən düşərgəyə qapadılıb abort etməyə zorlanmış ya da sterilizasiya və dərman təcrübələrində dəniz donuzu olaraq istifadə edilmiş qadınlar işgəncə və şiddətin fərqli növlərinə məruz qalırdılar. Düşərgədəki ən dəhşət verici şiddət biçimlərindən biri qadınların sistematik şəkildə təcavüzə uğraması idi. Yazar Roşel Seydel “The Jewish Women of Ravensbrück Concentration Camp” (Ravensbrük həbs düşərgəsinin yəhudi qadınları) adlı kitabında bu təcavüzləri vurğuladı və Avropanın fərqli bölgələrindən düşərgəyə gətirilən qadınların müharibə boyunca seks köləsi olaraq çalışdırıldığından bəhs etdi.

Düşərgədəki şiddət biçimlərindən biri olan abort mövzusunda nasistlərin ari irqi siyasəti işləməyə davam edirdi. Düşərgədəki polşalı, yuvoslaviyalı və ya sovet işçi qadınlar əgər alman kişidən hamilə qaldılarsa, abort etmədən öncə “irq incələməsi”nə alınırdılar. Döllər “irq mütəxəssisləri” adı verilən  şəxslər tərəfindən yetəri qədər “almanlaşdırıla bilən” olmadığı təqdirdə qadınlar aborta zorlanaraq yox edilirdi.

Düşərgədə reallaşdırılan tibbi təcrübələr isə özəlliklə qısırlaşdırma üzərində sıxlaşmışdı. Bunun yanında daha sonra Nürnberq məhkəmələrində sübut ediləcəyi üzrə bəzi dərmanların müalicəvi özəlliyini sınamaq üçün qadın əsirlərin yaralarına şüşə parçası, bakteriya və s. yerləşdirilmişdi. Bütün bunlarla kifayətlənməyən nasistlər 1945-ci ilin əvvəllərində düşərgədə qalan qadın sayını gözlənəndən artıq çıxmasına çözüm olaraq 150 qadını qaz otaqlarında qətlə yetirdilər.

Qadınlara qarşı bu işgəncələrin və soyqırımın nəticəsində düşərgədə bir-birindən fərqli həmrəylik qrupları da meydana gəlməyə başlamışdı. Düşərgədə yaşanan vəhşətdən dünyanı xəbərdar qılmaq üçün əlləşən cəsur qadınlar Londona məktublar yollamağa çalışmışdılar.

Ravensbrükü araşdırarkən qarşımıza çıxan qorxunc tablo “The Handmaid's Tale” serialından heç fərqli deyil. Ravensbrük qadınlarının yaşadıqları serialın koloniyalarında xəstəlik içind qıvranıb ölən, “Jezebel’s” adı verilən gizli görüş evində sistematik şəkildə təcavüzə uğrayan, komandir evlərində damazlıq edilən qadınların hekayəsindən haradasa ayrışmır.

Bu gün qadın yazarlar Ravensbrük həqiqətlərinin arxasınca getməyə davam edirlər. Faşizmə qarşı birləşən, öldürülən və ya həyatda qalan bütün qadınların xatirəsinə Ravensbrük düşərgəsinin girişində Anna Zeqersin bu sözləri yer alır: “Onları hamımız anaları və bacıları idilər. Əgər bu qadınlar narin və çəlimsiz vücudlarını faşizm dönəmi boyunca sizə və gələcəyinizə sipər etməmiş olsaydılar, bu gün azad öyrənə, oynaya və buraya gələ bilməzdiniz!”

Thursday, 19 April 2018

Konstansiya və 1916-cı il qadınları



Onun həyatı İrlandiyaya, müstəqilliyə və bərabərliyə həsr olunmuşdu. Həm sənətkar, həm siyasətçi, həm inqilabçı, həm süfrajet, həm sosialist həm də İrlandiya müstəqillik mübarizəsində barrikada başlarında bir savaşçı idi.

"1916-cı il qadınları" İrlandiya müstəqilik mübarizəsi olaraq bilinən "Pasxa üsyan"ında barrikadalarda savaşan qadınlara verilən addır. Barrikada və xəndəklərdə savaşan, yaralıları müalicə edən, məlumat toplayan qadınlara komandirlik edən isə qrafinya Konstansiya Markeviçdir.

Konstansiya "Pasxa üsyanı" ya da "Xəndək-barrikada savaşı" olaraq bilinən ölkəsinin müstəqillik mübarizəsində üsyan kibritini ilk çaxanlardandır. Mübarizə meydanında yazılan bir şeirdə eyni barrikadada birlikdə mübarizə apardığı uşaqlıq dostu ona "Qalx, kibrit çaxmağımı istə" deyə səslənirdi.

"Pasxa üsyanı"nın başladığı 1916-ci ildə səsvermə hüququ, bərabərlik mübarizəsi aparan qadınlar ingilis əsgərlərinin hücumlarına qarşı komandir Konstansiya Markeviçin liderliyində barrikadalar qurdu, xəndək qazdı, özünümüdafiə birlikləri yaratdılar. Barrikadalar arxasında təslimiyyəti qəbul etməyərək dirənən qadınlar tarixə "1916-cı il qadınları" olaraq keçdilər. Üsyan nəticəsi olaraq Avropada qadın hüquqlarını tanıyan ilk konstitusiya özəlliyinə sahib "İrlandiya Respublika elanı"nı gətirdi. Konstansiya üsyanda həbs edildi və edam cəzasına çarpdırıldı. Qadın olduğunuz üçün edam edilməyəcəksiniz" deyən İngiltərə rəsmilərinə cavabı bu idi: "Komandanızın məni vuracaq incəliyə sahib olmasını dilərdim."


Konstansiya ingilis müstəmləkəsi altında irlandiyal burjua ailəsinin uşağı olaraq 1868-ci ildə dünyaya gəldi. İncəsənətə maraq göstərirdi. "Slada School"da incəsənət oxumaq üçün Londona getdi. 1898-ci ildə Parisdə "Julian akademiyası"nda təhsilini davam etdirdi. Daha sonra evlənib soyadını alacağı qraf Kazimir Dunin Markeviç ilə burada tanış oldu. 1903-cü ildə ölkəsi İrlandiyaya köçdü və Dublində peyzaj rəssamı  olaraq şöhrət qazandı.

Konstansiyanın siyasətə və müstəqillik fikrinə maraq göstərməsi isə real olub-olmadığı bilinməməklə birlikdə haqqında yazılan bioqrafiyalarda kirayələdiyi evdə çıxan yazıları oxuyaraq olduğu rəvayət edilir. 1906-cı ildə Dublin çevrəsindəki qırsal yerdən bir ev kirayələyir və daha öncə bu evdə Padraik Kolum adlı bir şair yaşayırdı. Müstəqillik tərəfdarı olan bu şairin geridə buraxdığı yazıları oxuyan Konstansiya 1908-ci ildə qrafinya aktiv olaraq İrlandiyadakı müstəqillik siyasətinə daxil oldu.  "Sinn Féin" və "Inghinidhe na hÉireann" deyilən qadın hərəkatına qatıldı.

1909-cu ildə "Müstəqillik ancaq silahlı üsyanla olur" fikrini mənimsəyən Konstansiya irlandiyalı qadınlara silahlı və teoriya təlimlərin verildiyi "Fianna Éireann"ı qurdu. Bu dövrə adi aparılan dəyərləndirmələrdə "Fianna Éireann"ın qurulmasının 1913-cü ildə "İrlandiya könüllüləri"nin qurulması qədər önəmli olduğu təsbiti edilir. "İrlandiya könüllüləri"nin qurulması "İrlandiyada silahlı üsyan hazırlığı üçün partizan birliklərinin ilk qurulduğu tarix" olaraq keçsə də, əslində ilk yaranması Konstansiya liderliyində 4 il əvvəl qadınlar qurmuşdu. Və bunu az sayda tarixçi yazar.


Konstansiya və bərabərindəki qadınlar 1911-ci ildə İngiltərə kralının Dublini ziyarəti sırasında böyük nümayiş təşkil etdilər və "Şüşə qırmaq və küçələrin hüzurunu pozmaqdan" həbs olundular. 1913-cü ildə aylarla davam edən 20 min işçinin sindikat haqqı dirənişi müdafiə etmək üçün qurulan təşkilatda Konstansiya yoldaşları ilə bərabər Dublinin zirzəmilərində qurduğu mətbəxlərdə dirənən işçilərə yemək bişirdi, ordu uniformalarını hazırladı və ordunun marşını yazdı.

Birinci Dünya Müharibəsi ardınca müstəqillik fikrinin yetkinləşdiyi İrlandiyada 1916-cı ilin aprel ayında "İrlandiya Respublika Qardaşlığı" Dublin şəhərində Pasxa bayramı ilə dəng gətiriləcək üsyan üçün hazırlıqları tamamlandı. Qardaşlığın liderliyində qadın güclərinin yaratdığı "Fianna Éireann" kişi savaşçıların yer aldığı "İrlandiya könüllüləri", işçi müdafiə birlikləri, İrlandiya vətəndaş ordusu bir araya gələrək İrlandiya Respublika Ordusunu qurdu. Pasxa həftənin başlanğıc günündə üsyan başlandığında elan edilən "İrlandiya Respublika elanı"nda qadın və kişilərin eyni hüquqlara sahib olacağı, qadının səsvermə hüququna sahib olacağı elan edildi.

Konstansiya bacısı Eva daxil İrlandiya Respublika ordusunda sadəcə savaşan qadınlar 10% idi, amma barrikada və xəndəklərin arxasında bu say 40%-ə qədər çıxmışdı. Cəbhədə yer alan qadın savaşçılardan əlavə inqilabçı qadın siyasətçi və tibbi həkim Ketlin Linnin komandirlik etdiyi çoxu qadından ibarət tibb mərkəzləri də qurulmuşdu.

Pasxa üsyanıda Konstansiya İrlandiya Respublika ordusunda yüksək komandirlərdən biri idi və Dublindəki barrikadaların inşa edilməsini idarə edirdi. Toqquşmaların sıx yaşandığı "Stephen’s Green" parkında komandirlik vəzifəsini öhdəsinə götürən Konstansiya günlər boyunca parka qazılan xəndəklərdə kəskin nişançılara, uzun lüləli silahlara və maşınlı tüfənglə hücum edən ingilis əsgərlərinə qarşı dirəndi.

Konstansiyanın liderliyində "Paxsa üsyanı"ndakı yer alan bir çox qadının qəhrəmanlıqları isə ölkə tarixinə "1916-ci il qadınlar" olaraq yer almasına səbəb oldu.


Bunlardan biri Rozmari Maknamara idi və üsyanın sonunda dirənişçilərin çoxu təslim olarkən onun komandirliyi altındakı 22 qadın təslim olmağı rədd edən yeganə vahid oldu.

Marqaret Skinnider üsyanın ən məşhur xatirələrini yazdı. Doğulduğu Şotlandiyada riyaziyyat müəllimliyi oxuyan Marqaret qadın səsvermə hüququ mübarizəsinin beynəlxalq rabitə şəbəkəsi ilə üsyanın planlandığını eşitdi və üsyan üçün bomba vəsaitlərini qaçaq olaraq Dublinə gətirdi.

 Velosipedi ilə kəskin nişançıların qurşunlarından qaçan Marqaret üsyanda kəşf, rabitə və kəskin nişançı vəzifələri aldı. Marqaret "Stephen’s Green" parkı dirənişi başda olmaq üzrə bir çox fəaliyyətdə yer aldı.

Marqaret xatirələrində kişi komandirin qarşı qoyduğu iştirakını belə anlatmışdı:
"Komandir Mellin nəticədə iştirakıma "bəli" dedi, amma könülsüz bəli idi. Çünki qadınların belə riskləri almaq istəmirdi. Bu arqumentə cavabım isə bizim də kişilər qədər öz həyatlarımızı riskə atmaq haqqımız var. İrlandiya Respublikasının konstitusiyasında qadınlar kişilərlə bərabədir. Və həqiqətən də tarixdə ilk olaraq qadınların bərabər səsvermə hüququnu içərən konstitusiya yazılmışdı."

Şəhər mərkəzinə gizli girərək kəskin nişançı hücumları reallaşdıran Meri Haylend, Lili Kempson, Konstansiya kimi qadın savaşçıları "Shelbourne Hotel" çevrəsində fəaliyyət həyata keçirmək istədilər, amma ingilislər dirənişi basdırdılar. Dirənişçilərin təslim olması ilə bərabər həbs edilən Konstansiya 70 qadın yoldaşı ilə birgə Kilmeynem həbsxanasının təcrid hücrələrinə atıldı. Edam cəzasına çarpdırılan Konstansiya qadın olduğu üçün cəzası ömür boyu həbsə çevrildi.

Dövrün ingilis qəzetləri bir qadının komandirin mübarizəsini "Dövlət üçün təhlükə olaraq gördüyü" üçün qaralama kampaniyasına girişdi və Konstansiyanın "Mən yazıq bir qadınam, bir qadını bura bilməzsiniz" dediyi şəklində söylənti yaydı və bunu məhkəmə sübutlarına dayandırdı. Həqiqət isə çox sonradan açığa çıxacaqdı və Konstansiya edam cəzasınn "qadın olduğu üçün" üçün olmayacağını söyləyənlərə "Sizlər məni vuracaq qədər dürüst ola bilsəydiniz kaş ki... Komandanızın məni vuracaq incəliyə sahib olmasını dilərdim..." sözləri ilə meydan oxumuşdu.

Konstansiya 1917-ci ildə Londondakı hökümətin "Pasxa üsyanı"nda yer alanlar üçün amnistiya çıxarması ilə bağlı olaraq sərbəst buraxıldı, həmən siyasətə girdi. 1918-ci ildə zorla çalışdırma əleyhdarı fəaliyyətlərində olduğu üçün təkrar həbsə atıldı. Həbsxanada ikən "Sinn Fein" namizədi olaraq millət vəkili seçildi,  amma İngiltərə kralına sədaqət andı içməmək üçün millət vəkili olmağı rədd etdi. Dublini təmsil etmək üzrə İcmalar Palatasına seçilən ilk qadın olan Konstansiya müstəmləkəçi höküməti boykot etmək üçün bunu da qəbul etmədi. Həbsxanadan çıxdığında qaldığı yerdən aktiv militanlığa davam etdi.

İrlandiya vətəndaş müharibəsində İngiltərədən tam müstəqilliyi müdafiə edənlər arasında idi və Konstansiya bir çox qadın kimi bu dəfə içəridən də hədəf olmuşdu. İmperatorluq üçün İrlandiyaya suverenlik haqqı tanıyan 1921-ci il konstitusiyanın tanıdığı yarı-müstəqllik fikri Konstansiya üçün xəyallarına xəyanətdir  və bu səbəblə dövrün "kişi siyasətçiləri" tərəfindən "özünü itirmiş, tətikdə gözləyən, əxlaqsız" şəklində seksist hücumlara məruz qaldı.

Qadınların inqilabçı faəliyyətlərini asanlaşdırmaq üçün "Cumann na mBan" tərəfindən qurulan inqilabçı "pitomnik"lər polis təzyiqinə məruz qaldı.  "1916-ci il qadınları"nı unutdurmaq üçün  qavrayış əməliyyatı başlanmışdı və Konstansiya bu dövrdə həbsxanaya atılan qadın siyasətçilərdən biri idi. Həbs edilən 92 qadınla birlikdə Konstansiya aclıq aksiyasına başladı və tələbi bütün qadınların sərbəst buraxılması idi. Tələb qəbul edildi, bütün qadınlarla birlikdə sərbəst buraxıldı. İrlandiya Respublikasının ilk məclisin seçkilərinin həyata keçirildiyi zaman həbsdə olan və seçkilərdə iştirak edə bilməyən Konstansiya ikinci məclisə seçildi və əmək naziri oldu. Konstansiya beləcə İrlandiyanın ilk, Avropanın 2-ci qadın dövlət naziri idi.

Konstansiya ailəsinin daha yaxşı müalicə üçün İngiltərə təklifini rədd edərək İrlaniya xalqının yanında olmaq üçün yoxsulların istifadə etdii dövlət xəstəxanasında baxılmaq istədi. Konstasiyanın burada baxımını öhdəsinə götürən isə "Paxsa üsyanı"nda birlikdə olduğu yoldaı tibb komandiri Ketlin Linn idi. Ketlinin yanında 15 iyul 1927-ci ildə həyatını itirdi.


Ölkəsində bir çox ilkə imza atmış qadının cənazəsində Dublində bir araya gələn yüz minlərlə irlandiyalı həm ona, həm də adı bilinməyən yüzlərlə "1916-cı il qadınları"na minnət və salam göndərirdi.

Wednesday, 18 April 2018

Dənizlərdə cəsarətləri ilə ad salan 2 qadın quldur


Qadınların "uğursuz" sayıldığı 18-ci əsrdə Meri Rid və Enn Bonni dənizlərdə qılıncları ilə ad salan 2 quldur idi. Rəsmi tarixin qadınları "qanun qaçağı" hekayələrində "arzu" nəsnəsi olaraq təsvir etməsini tərs üz edərcəsinə yaşam sürdülər. Bəzilərinə görə irrasional cinayətkarlar olaraq görülsələr də, onlar başına buyruq, azad ruhlu, cəsur 2 qadın idi və şübhəsiz yaşadıqları çağın çox ötəsində idilər.

Tarixi gerçək çay yatağının axışında təqib edərək irəlilədiyinizdə coğrafiyaların özəllikləri müəyyənləşir. Qadın və dəniz arasında təbii inkişaf və ehtirasa çevrilən var olma mübarizəsi də belədir. Dəniz, özəlliklə sahil coğrafiyalarda yaşayanlar üçün vaz keçilməz ehtiras olmuşdu ki, matriarxat toplumlarda bunun mifoloji fiqurlarına dəniz tanrıçaları olaraq artıqlaması ilə rastlaşmaq mümkündür. 

Dənizə yaxın bölgələrdə yaşayan topluluqlarda bu əlaqənin nizamına cavabdeh olan tanrıçalar ikən zamanla tərs üz edilən tarixdə tanrıçaların yerini tanrılar almış və bu tanrılar yer üzünə enərək dənizi qadına qadağan etmişdilər.

Hətta zamanla qadınların "dənizlərə uğursuzluq gətirdiyi"nə inandırıldı. Tam da  bu çağlarda dənizə tutqun 2 qadının dənizlərdə keçən həyatı qiyam hekayəsi olaraq yaddaşlarda yer alır.

18-ci əsrdə yaşanan və fərqli mənbələrdən alınan məlumatlara görə həyatları bir gəmidə kəsişən iki qadın quldur Enn Bonni və Meri Rid.

ENN BONNİ

Qadınların itaətkar davranmalarının gözləndiyi bir çağda ənənələri yıxmağı bacaran, itaətsizliyi seçən və "kişilərə aid" olduğu iddiası ilə təcridləndikləri dənizlərdə yaşam sürən qadın quldurlardan ilkinin hekayəsi İrlandiyada başladı. Doğum tarixi tam olaraq bilinməyən Enn Bonni 1697-1700-ci illər arasında patriarxt ictimai ənənələrə görə "qeyri-qanuni" uşaq olaraq dünyaya gəldi. Qısa müddət sonra anası həyatını itirdi. Amerikaya köç edən atasından yüklü miras qalmasına rəğmən quruda "nizamlı həyat" sürməyi rədd edən Ennin xəyallarını dəniz bəzəyirdi.

Buna görə gizli-gizli qılınc və döyüş dərslərialmağa başlayan Ennin aldığı bu dərslər 14 yaşında ikən özünə cinsi istismara qalxışan bir kişiyə qarşı istifadə etdiyi özünümüdafiə sırasında işinə çox yaradı. Bu kişi arasının dostu idi və yazılı mənbələrə görə toplumda "etibarlı" olan bu şəxs aylarla Ennin zərbələri səbəbi ilə yatalaq yaşamaq məcburiyyətində qaldı.

2 il sonra xəyallarının ardınca getməyə qərar verdi, evi tərk etdi. Qadın olaraq dənizə çıxmasına icazə verilmədiyi üçün quldur Ceyms Bonni ilə evləndi.

Evləndiyi şəxs quldurluqdan vaz keçib yerləşik həyata keçincə onu "dönəkliliklə" günahlandıraraq tərk edən Enni qadın olaraq gəmiyə minməsinə icazə verilmədiyi üçün kişi geyimlərini geyinərək gizlicə quldur gəmisinə mindi.

Qılınc və tapançadan istifadəni yaxşı bildiyi üçün diqqət çəkməyən Enn Kubaya çatdığında bəzi mənbələrə görə daha sonrada itirəcəyi uşağına hamilə olduğu, bəzi mənbələrə görə isə xəstələndiyi üçün quldurluğa bir müddət ara verdi. Sağaldıqdan sonra Karib dənizində quldurluğa başlayan Ennin şöhrəti dənizlərdə "Amansız" adlı quldur gəmisi kimi əsməyə başladı.

Marakaybo yaxınlarında Hollandiya quldur gəmisi ilə qarşılaşdıqlarında Enn üçün ömrü boyu dostluğunu gücləndirəcəyi başqa bir qadın quldur qarşıladı. Adı Meri Rid idi. Meri də eynən Enn kimi dəniz tutqunu idi və qadınlar üçün "günah" olan gəmilərdə quldurluq edə bilmək üçün kişi qılığına girmişdi.

MERİ RİD

Tarixi mənbələrdə təəccüblü olmayan şəkildə Meri Ridin həyatı haqqında da az şey var. Londonda doğulan və dənizçi olan atasının yanında gəmilərdə ölən qardaşının yerinə kişi qılığına girərək çalışdığı rəvayət edilir. Atasının ölümündən sonra gəmilərdə çalışan Merinin cinsi istismara məruz qaldığı, bu səbəblə gəmidən qaçaraq yenə kişi qılığında ingilis ordusuna qatıldığı mənbələrdə yer alan dəqiq məlumatlardandır. Flanders müharibəsində göstərdiyi cəsarəti sayəsində süvari alayına yüksələn Meri aşiq olduğunda gerçək kimliyini açıqladığı üçün ordudan atıldı və aşiq olduğu şəxslə
evləndi.

Yerləşik həyata qısa müddət dözə bilən Meri dəniz özləmi səbəbi ilə bir müddət sonra evi tərk edərək holland quldur gəmisi ilə Karib dənizinə doğru səfərə çıxdı və təbii ki, yenə kimliyini gizlədərək. Merinin içində olduğu quldur gəmisi Ennin içində olduğu quldur gəmisinin hücumuna məruz qaldı və əsir alınanlar arasında Meri də vardı. Enn özü kimi kişi qılığına girmi Merini həmən fərq etdi və 2 qadın bir-birlərinə gerçək kimliklərini açıqladıqlarında dənizlərdəki böyük dostluqları başladı. Quldur gəmisinin 2 yaxşı savaşçısı oln Meri və Enn heyətin qorxulu yuxusu halına gəldi.

1720-ci ildə Yamaykanın quldur gəmisinə hücumuna heyəti hazırlıqsız yaxalayınca dəniz ortasında böyük savaşa girən 2 qadın son ana qədər savaşdı  və əsir alındı. Heyətin tamamıyla birlikdə edama məhkum edilən Meri və Enn qadın olduqları fərq edilincə edam edilmədi və ömür boyu həbsə məhkum edildilər. Həbsdə qızdırmalı xəstəliyə tutulan Meri həyatını itirərkən Ennin aqibəti haqqında dəqiq məlumat yoxdur.

İTAƏT ETMƏTƏN İKİ QADIN

Patriarxat tarix qadınları əsasən quldur və "qanun qaçağı" hekayələrində arzulanan və uğrunda savaşılan nəsnələr  olaraq təsvir edər.  Enn və Meri isə bu tarixi tərsinə çevirən qadınlar olaraq qarşımıza çıxar. Bəzilərinə qədər irrasional cinayətkar, bəzilərinə görə isə ovsunlayıcı tarixi şəxsiyyətlərdir. Dünya tarixinə keçən az saydakı qadın quldurlardan olan Meri və Enn haqqında yazılanlara və sənədlərə baxsaq, başına buyruq, azad ruhlu və cəsur 2 qadındır. Şübhəsiz, çağının çox ötəsində idilər. Qadınlara evdə xanım-xanımcıq, ərlərini gözləmələrinin buyrulduğu dövrdə həyatlarına "itaət" sözünü almamağı seçdilər.

Saturday, 7 April 2018

Eynşteynin kölgəsində keçən bir həyat: Mileva Maric


"Əcəba onun əməyi nə qədərdir?" əslində bir çox insanın düşünmədiyi, bəlkə də düşünmək istəmədiyi və unudulub gedən bir sualdır. Eynşteyn əsərlərinin heç birində ona istinad yoxdur. 1896-1914-cü illər arasında Eynteyn ilə birlikdə 18 il keçirən bu alim qadının hekayəsini daha çox yazılan məktublardan öyrənirik.

Serb əsili Mileva Maric təhsil həyatı boyunca əzmli, çalışqan, amma çox danışan olmayan bir tələbə idi. Albertin tam tərsi.

Albert və Milevanın hekayəsi 1896-cı ildə Sürixdəki Politexnik Universitetinin fizika-riyaziyyat bölümünə daxil olmaları ilə başladı. Bitib tükənmək bilməyən çalışmaları onları zaman içində ayrılmaz cütlük halına gətirdi. Albert evdə oturub işləməyi seçərkən Mileva dərsləri davamlı izləyir, qeydlər alır və bunları Albert ilə paylaşırdı. Bu məlumatları cütlüyün bir-birinə tətil dönəmlərində yazdıqları məktublardan öyrənirik. Albertdən Milevaya göndərilən 43 məktub günümüzə çatmışkən Milevanın sadəcə 10 məktubu əlimizdədir. Bu belə düşündürücüdür.

1899-cu ilin avqustunda Albert Milevaya yazırdı:
"Helmholtsu ilk oxuduğumda yanımda olmadığın üçün mənə çox anlamsız gəldi və hələ də bu anlamsızlıq davam edir. Birlikdə gördüyümüz işlər və ortaya qoyduğumuz çalışmalar məni çox xoşbəxt edir."

1899-cu ilin 2 oktyabrında Milandan yazırdı:
"Buranın iqlimi mənə heç düşmür. Çalışmağı özlədim. Ağlımda davamlı qaranlıq düşüncələr dolaşır. Başqa bir deyişlə məni kontrol edən, ağlımdan bu düşüncələri uzaqlaşdıran varlığın üçün darıxdım."

1900-cu ildə məzuniyyət zamanı gəlincə Mileva və Albertin tətbiqi fizika dərsi xaricində oxşar qiymətləri vardı. (sırası ilə 4.7 və 4.6) Ancaq Mileva fizikada 5 alaraq 1-ci olarkən Albert sadəcə 1 ala bilmişdi. Təcrübi sahədə uğurlu olmamışdı. Amma şifahi imtahanda professor Minovski 5 tələbədən ibarət qrupunda 4 oğlan tələbəyə 12 üzərindən 11 verərkən Milevaya sadəcə 5 verdi. Nəticədə sadəcə Albert dərəcəsini aldı.

Albert və Mileva məzuniyyətdən sonra evlənmək istəsələr də, Albertin ailəsini buna şiddətlə qarşı çıxdı. Bunun səbəbləri Milevanın yəhudi və ya alman olmaması ön planda idi. Ancaq anası eyni zamanda aralarındakı yaş fərqini də problem edirdi. Mileva Albertdən 4 yaş böyük idi. Ayrıca Albertin atası oğlunun evlənmədən öncə iş tapması mövzusunda israrlı idi.

İkisi də 1900-cü ilin oktyabrında tezis çalışmalarına başlamaq üçün Sürixə döndülər. Digər 3 tələbə institutda assistent vəzifəsi almışdılar, ancaq Albert bu işi istəmədi. Professor Veberin onu əngəllədiyini düşünürdü. Bir müddət özəl dərslər verərək əvvəlki kimi birlikdə çalışdılar, amma evlənmələri üçün Albertin iş tapması lazım idi.

13 dekabr 1900-cü ildə ilk ortaq məqalələrini yazdılar. Bu məqalədəki ortaq çalışmanın izlərini Milevann Helena Savicə 1900-cü ilin 20 dekabr tarixində yazdığı məktubda görürük:

"Düşüncəsini görmək üçün Boltsmanna özəl kopiyasını göndərəcəyik və bizə cavab verəcəyini ümid edirik"

Sadəcə Albertin adı ilə yayımlama qərarı ortaqlaşa alınmış kimi görünür. Niyə?

New York City College"da tarix professoru olan Radmilla Milentiyevic 2015-ci ildə Milevanın ən əhatəli bioqrafiyasını yayımladı. Ona görə Mileva Albertin adının duyulmasını və iş tapmasının asanlaşmasını istəmiş ola bilər. Lyublyana Universiteti fizika professoru Dord Krstic Milevanın həyatını araşdıraraq 50 il keçirdi. Kitablarında qeyd etdiyinə görə o dönəmlərdə elm dünyasında qadına dönük önyarğı göz önünə alındığında bir qadın adıyla imzalanan bir yayımın etibar görməsi o qədər də olası deyil.

Gerçəyi tam olaraq bilməyimiz mümkün deyil, ancaq 2 iddia da olduqca məntiqlidir. Ancaq bu mövzudakı nöqtəni bəlkə də Eynşteyn özü qoymaqdadır.

27 mart 1901-ci ildə Milevaya yazdığını məktubda özəl nisbilik üzərində etdikləri çalışmaları qəsd edərək:

"Bir araya gəldiyimizdə nisbi hərəkət ilə bağlı apardığımız çalışmalarımızın uğurlu olması ilə  çox xoşbəxt və qürurlu olacağam."

Ancaq işlər heç də planlandığı kimi getmədi və Milevanın taleyi anidən dəyişdi, çünki hamilə idi. Albert bu əsnada hələ işsiz idi. Mileva 1901-ci ilin iyulunda şifahi imtahana təkrar girdi, ancaq qarşısına yenə pr. Veber çıxınca uğurlu ola bilmədi. Çarəsizcə çalışmalarını yarımçıq buraxaraq Serbiyaya qayıtdı, ancaq qısa müddət geri gələrək Alberti evlənmək üçün razı salmağa çalışdı. Bu əsnada 1902-ci ilin yanvarında Lizerl adlı qızını dünyaya gətirdi. Heç kim ona nə olduğu bilmir. Ehtimalla övladlıq verilən bu uşağa dair nə doğum, nə də ölüm sertifikatı mövcuddur.

1901-ci ilin dekabrında sinif yoldaşlarının atasının vasitəsi ilə Albert Berndəki Patent Ofisindəki bir iş üçün müraciət etdi və 1902-ci ilin iyununda işləməyə başladı. Oktyabrda Albertin ailəsi evlənmələrinə razılıq verincə Albert və Mileva 1903-cü ildə evləndilər. Bu əsnada Albert gündə 8 saat, həftədə 6 gün Patent ofisində işləyir, Mileva da ev işləri ilə məşğul olurdu. Axşamları isə cütlük qaz lampasının işığında fizika çalışmalarını davam etdirirdi. 1904-cü ildə oğulları Hans-Albert doğuldu.

1905-ci il Albert Eynşteynin karyerasında "möcüzə il" olaraq bilinir. O il 5 akademik işi yayımlanmışdı.

- Foto elektrik effekti (1921-ci ildə bu məqaləsi ilə Nobel aldı)
- Broun hərəkəti (bu mövzuda 2 məqalə yazdı)
- Özəl nisbilik nəzəriyyəsi
- E=mc2

Bunlardan əlavə 21 məqaləyə şərh yazdı. Eyni zamanda molekul ölçüləri haqqındakı tezisini də təqdim etdi. Uğurunda Milevanın əməyi olduğu şübhəsizdir. Albert çalışmasını tamamladığında Milevaya verir və o dəfələrlə sayları kontrol edir, riyazı hesablamaları aparır, amma əlbəttə heç bir çalışmada Milevaya istinad tapılmadı.

1908-ci ildə dostları Kondrad Habixt ilə birgə ultra həssas volt ölçəri icad edib patentini aldılar. Milevanın adı burada da keçmədi. Özünə bu sualı verən ailəsi və dostlarına Mileva məktublarında belə cavab verir: "Adım niyə keçsin? İkimiz birlikdə bir daş kimiyik."("Eyni adamıq" demək istəyir)
1909-cu ilddə Albertə Sürixdə akademik vəzifə təklif edildi. Mileva hələ ona kömək edirdi. Albertin ilk dərs qeydlərinin səkkizini Mileva əl yazısı ilə yazmışdı. Mileva ailəsinə yazdığı məktublarda ərinin uğuru ilə qürur duyduğunundan bəhs etməkdəydi,  ancaq gedərək ailəsinə daha az zaman ayırmaqda olduğunu dair kiçik sərzənişləri vardı.

İkinci uşaqları Eduard 1910-cu ildə doğuldu. Ancaq 1912-ci ildə Berlinə etdiyi ailə ziyarəti əsnasında kuzeni Elzaya aşiq oldu. 2 il gizli biçimdə münasibətlərini sürdürdülər. Bu dönəmdə gələn bir təklifi dəyərləndirən Albert ehtimalla bir az da Elzaya yaxın olmaq üçün 1914-cü ildə Berlində işləməyə başladı.


Eynşteyn gənc oğulları Hans-Albert və Eduard uğruna münasibətlərini davam etdirməyi təklif etdi, amma bəzi şərtlər qarşılığında.

ŞƏRTLƏR:

A) Aşağıdakılara cavabdeh olacaqsan:
1. Geyimlərimin nizamlı olduğundan
2. Üç yeməyimi otağımda nizamlı şəkildə yediyimdən
2. Yataq otağımla iş otağımın tərtibli tutulduğundan, özəlliklə də iş masamı məndən başqa heç kimin istifadə etməməsindən

B) İctimai səbəblər qaçınılmaz şəkildə lazım olmadığı təqdirdə mənimlə bütün şəxsi əlaqəni kəsəcəksən. Özəlliklə aşağıdakıları tələb etməyəcəksən:
1. Evdə səninlə birlikdə oturmağımı
2. Səninlə çölə ya da səyahətə çıxmağımı.

C) Mənimlə münasibətində aşağıdakıları güdəcəksən:
1. Məndən fiziki yaxınlıq gözləməyəcək, mənə heç bir şəkildə sitəm etməyəcəksən.
2. İstədiyim anda mənimlə danışmağı kəsəcəksən.
3. İstədiyim anda yataq otağımdan ya da iş otağımdan şikayət etmədən ayrılacaqsan.

D) Məni uşaqlarımızın önündə sözlərin ya da davranışlarınla aşağılamayacaqsan.


1919-cu ildə Mileva və Albert boşandılar. Mileva Sürixə qayıtdı, Albertin nizamsız verdiyi aliment və özəl dərslər ilə bir müddət həyatda qalmağa çalışdı. Bu əsnada oğlu Eduardın sağlamlıq problemləri başladı. Bu, Mileva üçün önəmli xərc idi. Milevanın tək tələbi oldu. Günün birində Albert Nobeli qazanarsa, mükafat pulunu Milevaya verəcəkdi.

Albert bunu qəbul etməsinə rəğmən 1921-ci ildə Nobeli qazanınca Milevaya pulunu 1925-ci ilə qədər ödəmədi. Bu pulun oğullarının haqqı olduğunu qeyd etdi. O günədək həmişə arxa planda qalmağı seçən Mileva isə pulu özünə verməsini, yoxsa bütün çalışmaları bərabər etdiklərini söyləməklə Alberti təhdid etdi.

Albert ona cavabən yazdığı məktubda bunları söylədi:
"Yazdıqlarınla məni güldürdün. Haqqında danışdığın adam bu qədər uğurlu olmuşkən kim sənin söylədiklərinə maraq göstərər? Əgər bir insan önəmsizdirsə, heç kimə bir şey söyləmədən səssiz qalması lazımdır. Sənə də bunu tövsiyə edirəm."

Mileva səssiz qaldı.

Məktubları və saysız ifadələri Mileva Maric və Albert Eynşteynin tələbəlik günlərindən 1914-cü ilə qədər bütün çalışmaları birlikdə etdiklərini göstərir. O zamanlar birlikdəlikləri sevgiyə və qarşılıqlı hörmətə söykənirdi. Albertin bacarığını ilk görən şəxs Mileva idi. Onsuz Albert əsla uğurlu ola bilməzdi.

Öz özləmlərini tərk edərək bütün potensialını Albertə verdi, çünki özünü onunla tək bir varlıq olaraq düşündü, çünki Alberti sevmişdi. Mileva ömrünün geri qalanını kasıblıq içində keçirdi. Albert isə dünyanın ən məşhur elm adamlarından biri oldu. Məktublar Albertin etibarına zərər gəlməməsi baxımından uzun müddət yayımlanmadı.

Eduard Eynşteyn: "Atamdan danışarkən dilim niyə bu qədər zəhər saçır? Xəbəriniz yoxdur? Cümlə-aləm bilir zənn edirdim.  Atam bizi - anamı, qardaşımı və məni 1914-ci ilin avqustunda Berlindəki platformada tərk etdi. O gündən sonra da müharibə elan edildi."


Friday, 30 March 2018

İlleqal müəllim: Ceyn Elliott


Hər şey Martin Lüter Kinqin 1968-ci ildə sui-qəsdlə öldürülməsi ilə başladı. Ceyn Elliott sadəcə bəyaz və xristianlardan ibarət mühafizəkar və irqçi Ayova qəsəbəsinin məktəbində 3-cü sinif müəllim idi. Hər ay şagirdlərinə böyük uğurlar qazanan bir neçə insanı tanıdırdı. Bir öncəki ay dr. Martin Lüter Kinqi tanıtmış, şagirdlər də Kinqi "ayın qəhrəmanı" seçmişdilər.

4 aprel 1968-ci ilin cümə axşamı Ceyn evində divanda rahatca uzandı. İzləyə biləcəyi bir şeylər tapmaq ümidi ilə televizoru açdı. Açar-açmaz ekrandakı görüntülər qarşısında donub qaldı. Martin Lüter Kinq vurularaq öldürülmüşdü.

Ertəsi gün 8 yaşlı şagirdlərinə bu sui-qəsdi, irqçiliyin nə demək olduğunu necə açıqlayacaqdı?

Şagirdlərin heç biri həyatlarında zənci insanla üz-üzə gəlməmişdi. Bu uşaqların ana-atalarının belə qarşılaşdığında şübhə edirdi. Özü də həyatında ilk dəfə zənci insanı 19 yaşında ikən görmüşdü. Zənci onlar üçün sadəcə televizor ekranında mövcud idi. Qəsəbə xalqı mühafizəkar, qapalı bəyaz toplum idi. Bu fanatik ortama və öz qəsəbəsindən heç çıxmamasına rəğmən Ceyn azad fikirlərə sahib, şagirdlərinin "insani" tərəflərini inkişaf etdirməklərinə çox böyük önəm verən idealist müəllim idi.

Ertəsi gün şagirdlərindən birinin Kinq sui-qəsdi ilə bağlı sual verəcəyini təxmin edirdi. Şagirdlərinə irqçiliyin və ayrı-seçkiliyin nə olduğunu necə başa sala biləcəyi üzərində beynini zorlamağa başladı. Ağlına qısa müddət öncə oxuduğu "Mila 18" əsəri gəldi. Əsərin bir hissəsində nasistlərin hansı məhkumların öləcəyinə, hansılarının yaşayacağına göz rənglərinə baxaraq qərar verdikləri göstərilirdi. Nasistlərə görə mavi gözlülər üstün irqli, yaxşı və saf idi. Qəhvəyi gözlülər pis, aşağı irq idilər, yox edilməli idilər.

İstədiyi ilham gəlmişdi.


Cümə səhəri müəllim, sinif yoxlamasından sonra şagirdləri göz rənglərinə görə 2-yə ayırdı. Sinifdə 20 mavi gözlü, 8 qəhvəyi gözlü şagird vardı. Ceyn mavi gözlüləri bir yana, qəhvəyi gözlüləri bir tərəfə əyləşdirdi. Mavi gözlülərin qoluna bant taxdı. Fiziki ortam hazırlanmışdı.

Soruşdu: "Zəncilər haqqında nə bilirsiniz?"

Qısa susqunluqdan sonra uşaqlardan ard-arda cavabar gəldi. Zəncilər axmaqdır, cahildir, çimməzlər, pis qoxarlar, bir işdə uzun müddət çalışmazlar, tənbəldirlər. Uşaqlar zəncilərə aid bu özəllikləri bir duyğu ilə deyil, "2 vur 2 bərabərdir 4" kimi əzbər söyləmişdilər.

"Bəs zənci qız və ya oğlan olmağın necə bir duyğu olduğu hiss etməyə nə deyirsiniz? Öyrənmək istəyirsinizmi?"-deyə soruşdu.

Uşaqlar yeni oyun oynamağın həyəcanı ilə bir ağızdan "Bəəəliii!" deyə bağırdılar. Müəllimlərinin onlara oyunlar vasitəsi ilə yeni şeylər öyrətməsinə alışqındırlar.

Böyük təcrübə başladı!

Müəllim dərin nəfəs alaraq ilk sözünü söylədi: "Bu sinifdə qəhvəyi gözlülər daha yaxşı insandırlar. Ayrıca daha təmiz və daha ağıllıdırlar."

Mavi gözlü uşaq "Yox, deyil" deyə etiraz etdi.

Ceyn hər uşaqla göz təması quraraq "Bəli, qəhvəyi gözlülər mavi gözlülərdən daha yaxşıdırlar" deyə sözünü yenilədi. Uşaqlara göz rəngini əmələ gətirən piqment hüceyrələrinin zəkaya necə təsir etdiyini, mavi gözlülərin beyinlərinin qəhvəyi gözlülər qədər böyük olmadığını danışdı.

"Göz rəngi, saç rəngi və cild rəngi bədənimizdəki kimyəvi maddədən qaynaqlanır"

Təbaşiri əlinə alaraq taxtaya MELANİN yazdı. Ceyn taxtaya bir şey yazıldığı zaman söylədiklərinin rəsmiyyət qazanacağını bilirdi. Danışmağa davam etdi.

"Melanin zəka səviyyəsini müəyyənləşdirir. Daha çox melanin daha tünd rəngli göz, daha artıq zəka deməkdir. Qəhvəyi gözlülərdə daha artıq melanin olduğu üçün onlar daha ağıllı və daha yaxşıdırlar."
Ceyn şagirdlərə avtoritar səslə və taxtaya yazdığı "elmi" məlumatlarla mavi gözlü şagirdlərin qəhvəyi gözlü şagirdlərə görə nə qədər axmaq, etibarsız və tənbəl olduqlarını uzun-uzun danışdı.

Sonra qaydalar sıralamağa başladı.

Mavi gözlü uşaqların nahar yeməyində 2-ci boşqab almalarına icazə verilməyəcəkdi və yeni açılan idman salonunda oynamayacaqdılar. Qəhvəyi gözlülərin 5 dəqiqə artıq tənəffüsü olacaqdı. Ceyn qəhvəyi gözlü uşaqların daha çalışqan, düşüncəli, etibarlı və dürüst olaraq təsvir edib kürəklərini sığalladı. Onlara daha öncə dost olsalar da, artıq mavi gözlülərlə oynamamalarını məsləhət gördü. Çünki mavi gözlülər pisdir,  Mavi gözlülər etibarsız, məsuliyyətsiz, tənbəl və axmaqdırlar. Amma bu, onların günahı deyildi. Nə etsinlər, mavi gözlü olaraq dünyaya gəlmişdilər.

Bu məşqin haqqını verə bilmək üçün Ceyn bütün bunların öz uydurması olduğunu təcrübənin bitişinə qədər söyləməyəcəkdi: Nə uşaqlara, nə ailələrə. Uşaqlar Ceynə çox güvənirdilər. Onun ağzından çıxan hər sözə inanırdılar.

Ceyn sininfdən soruşdu: "Mavi gözlülər öyrəndikləri şeyləri xatırlayırmı?" Qəhvəyi gözlülər hamısı bir ağızdan "Yoooxxx!" deyə bağırdılar.

Artıq başlamışdı.

Ceyn  mavi gözlülərin suyu su fontanından ağızlarına dayayaraq deyil, kağız stəkanlarda içməsini tənbehlədi. Bir mavi gözlü "niyə?" deyə soruşunca qəhvəyi gözlü bir uşaq anında cavab verdi: "Çünki pissiniz. Eyni su fontanından su içən bizlərin mikrob qapmağımızı əngəlləmək üçün."

Müəllim başı ilə təsdiqləyincə bu məlumat da rəsmiyyət qazanmış oldu. Qəhvəyi gözlü şagirdlər Ceyn tərəfindən verilən bilgilərlə nə qədər önəmli və dəyərli olduqlarını hiss etdilər. O gün yazılan imtahanda aldıqları qiymətlər belə 2 həftə öncəki imtahanla qarşılaşdırıldığında anidən yüksəlmişdi.

Mavi gözlülər isə müəllimləri tərəfindən gün boyu aşağılandırlar, azarlandılar, icazə verilmədikcə söz haqqına sahib ola bilmədilər. İşin maraqlı tərəfi sadəcə müəllim deyil, qəhvəyi gözlü şagirdlər də mavi gözlü dostlarını aşağılamağa, onlara pis davranmağa, özlərini mavi gözlülərdən üstün görməyə başlamışdılar.

Bir uşaq Ceynin verdiyi riyazi sualın cavabını bilməyincə qəhvəyi gözlü uşaq bağırdı: "Əlbəttə ki, bilməz. Mavi gözlüdür, nə olacaq?"

Bu sırada bir uşaq Ceyndən soruşdu: "Hey, xanım Elliott, sənin də gözlərin mavidir. Necə müəllim ola bildin?" Bu suala cavab verməsinə fürsət qalmadan başqa bir qəhvəyi gözlü uşaqdan cavab gəldi: "Mavi gözlü olmasaydı, müdirə ya da idarəçi olardı. Sadəcə müəllim ola bilmişdi."

Dərsin bir nöqtəsində Ceyn divara asmağa çalışdığı xəritəni yerə düşürdü. "Hay da, yenə düşürdüm" deyə öz-özünə deyinərkən bir uşaq bağırdı: "Eh, nə gözləyirsən ki? Mavi gözlü deyilsən?"

Daha nahar olmadan sinifdəki 8 qəhvəyi gözlü uşaq liderliyi ələ keçirmişdi. Mavi gözlüləri aşağılayan amansız cümlələr qəhvəyi gözlülər tərəfindən ard-arda gəlirdi. 20 nəfərdən ibarət mavi gözlülərin üzüntüləri, güvənsizlikləri, çarəsizlikləri üzlərindən və çökmüş çiyinlərindən oxunurdu. Ağıllı mavi gözlü qız daha əvvəl vurma cədvəlini su kimi bildiyi halda indi bir sürü səhv etməyə başlamışdı. Qəhvəyi gözlülərin isə oxuma çətinliyi çəkən və ən yavaş öyrənəni belə üzündə qocaman təbəssümü ilə heç təkləmədən oxumağa başlamışdı. Nahar yeməyi arasında mavi gözlü qız ağlayaraq sinfə girdi. Tənəffüsdə 3 qəhvəyi gözlü qız onu mühasirəyə almış, biri də vurmuşdu. Üstəlik "Yolumuza çıxdığın üçün bizdən üzr istəsən, yaxşı olar. Çünki biz səndən yaxşıyıq" deyə onu təhdid etmişdilər. Daha da acıqlısı mavi gözlü qız 3 kobud qızdan üzr istəmişdi.

Ceyn uşaqların bu qədər qısa zamanda bu qədər irəli gedə biləcəklərini təxmin belə edə bilməzdi.

Bazar ertəsi günü Ceyn uşaqlara cümə günü verdiyi verdiyi məlumatlarda bir səhv etdiyini, əslində mavi gözlü şagirdlərin daha üstün olduğunu "elmi" olaraq göstərdi. Bu dəfə alçaldıcı qol bantları qəhvəyi gözlü şagirdlərə taxıldı. O gün yazılan imtahanda  qəhvəyi gözlü şagirdlər daha aşağı qiymət aldılar. Cümə gününə bənzər bir çox şey yaşandı. Amma önəmli bi fərq vardı. Mavi gözlülər dostlarına daha az pis davranırdılar. Mavilər bir gün öncə qəhvəyi gözlü şagirdlərinın amansız davranışlarının nəticələrini yaşamışdılar. Eyni şeyləri təkrarlayaraq eyni acını çəkdirmək istəmirdilər.

O gün nahardan sonra Ceyn qəhvəyi gözlülərə qollarındakı bantları çıxarmalarını söylədi. Bütün olayın bir fantaziya olduğunu, bəyazların zəncilərə etdiyi irq ayrı-seçkiliyini, bunun zəncilər tərəfindən necə hiss edildiyini anlamaları üçün bu dərsi hazırladığını danışdı.


Şahid olduğu mənzərəni heç vaxt unutmayacaqdı.

Uşaqlar bir-birinə sarılır, kimi gülür, kimi hıçqıra-hıçqıra ağlayırdı. Ceyn şəfqətlə uşaqlara bu dərsin Kinq sui-qəsdi ilə bağlı olduğunu xatırlatdığında uşaqlardan biri Kinqin uşaqlarının olub-olmadığını soruşdu. Ceyn "4 uşağı var" dedi. Uşaqlar öz ataları sırf dəri rəngləri bəyaz olduğu üçün öldürülmüş olsaydı, nə hiss edəcəklərini düşünməyə başlamışdılar.

Ceyn uşaqlardan dr. Kinqin həyat yoldaşı Koretta Kinqə verilmək üzrə duyğularını paylaşan bir kompozisiya yazmalarını istədi.

Ertəsi gün Ceyn nahar yeməyində anası ilə birlikdə kompozisiyaları oxudu. Anası bu kompozisiyaları qəsəbənin yerli qəzetinin redaktoru ilə paylaşdı. Uşaqların yazdıqları "Ayrı-seçkilik insana nələr hiss etdirir?" başlığı ilə qəzetdə yayımlandı.

Hər ölkədə yerli qəzetləri darayaraq önəmli tapdığı xəbərləri agentliklərə bildirən mətbuat işçiləri vardı. Bu agentliklər seçilən xəbərləri ölkə və dünyada üzvlüyü olan media ortaqlarına bildirir. Yazılı, eşitmə və görmə media da bu agentliklərdən gələn xəbərləri darayaraq öz media kanallarında yayımlayıb-yayımlamamağa qərar verir. Bu səbəblə eyni xəbərləri eyni gün müxtəlif qəzetlərdə və tv kanallarında görürük.

"Associated Press" adına çalışan mətbuat işçisi Ceynin təcrübəsi ilə maraqlandı və yerli qəzet məqaləsini agentliyə çatdırdı. Xəbər bir çox qəzetdə yayımlandı.


Nəticə: Ceyn Elliott Amerikanın ən çox izlənən televiziya proqramlarının aparıcılarından arxa-arxaya dəvət aldı.

Ceynin mesajı proqramın yayımlandığı Amerika tv kanalı NBC-də izləyicilər tərəfindən tayı-bərabəri görülməmiş etirazla qarşılaşdı. Köşə yazarları mövzu haqqında yazı yazdı. Studiyadakı izləyicilər arasında bir qadın proqram əsnasında Ceynə bunları söylədi: "Nə cürətlə bu amansız eksperimenti bəyaz uşaqlarımıza keçdin? Zənci uşaqlar bu davranışlara alışqandırlar. Amma bəyaz uşaqlarımızın bunu anlaması mümkün deyil. Uşaqlarımıza niyə belə qorxunc təcrübə yaşadırsan? Bəyaz uşaqlarımız qorxunc miqyasda psixoloji zərər görəcək."

Ceynin verdiyi cavab möhtəşəm idi: "Sizin bəyaz uşaqlarınızın qırılğan eqolarına edilən bir günlük hücum onların yaşadığı ən böyük faciədirsə...çox şanslıdıırlar."

Ceyn bu ilk proqramdan sonra "Oprah Show"a 5 dəfə olmaq üzrə bir çox tv proqramlarına qonaq oldu.

Ceyn Ağ Sarayda təlimçilər, doktorlar, psixiatrlar, sosial xidmət işçiləri və təşkilat liderlərindən ibarət hörmətli cəmiyyətə eyni eksperimenti təkrarladı. Nəticələr acı idi. Bu yetişkin  və təhsilli, toplumun hörmətlə baxdığı insanlar məşqin məqsədini bilmələrinə rəğmən ayrı-seçkiliyin bataqlığına çox sürətli düşmüşdülər. Üstəlik uşaqlardan daha artıq şiddətə baş vurmuşdular.

Ceyn Elliott bu eksperimenti məktəbində 6 il boyunca davam etdirdi. Bütün digər müəllimlərin və valideynlərin etirazlarına rəğmən 450-dən çox uşaq 1968-1984-cü illər arasında hər il eyni eksperimentə tabe tutuldular. Uşaqlar üçün sürpriz ortadan qalxmasına rəğmən bu 2 günlük eksperiment hər biri üçün həyat dəyişdirən xüsusiyyətdəydi.

Ceynin ilk eksperimentindən 3 il sonra Şimal Ayova Universiteti tərəfindən aparılan araşdırma sadəcə bu eksperimentdən keçən uşaqların deyil, Ceynin məktəbində oxuyan BÜTÜN uşaqların oxşar quruluşdakı mühafizəkar bəyaz topluluqlardan ibarət bölgələrin məktəblərində oxuyan uşaqlara görə daha az irqçi davrandıqlarını ortaya qoydu. Eksperimentdən keçən uşaqların pozitiv dəyişikliyi məktəbdəki digər uşaqlar üzərində də pozitiv təsir yaratmışdı.

Bu şagirdlərin çoxu illər keçdikdən sonra belə yaşadıqlarını dünən kimi xatırladıqlarını bu eksperimentin həyatlarında dönüş nöqtəsi olduğunu söyləyirlər. Bu eksperimentdən keçmiş şagirdlərlə 30 il sonra tv proqramı oldu. Keçmiş şagirdlərin çoxu Ceynə minnətdar idi. Onu qəhrəman və fövqəladə müəllim olaraq xatırlayırlar.

Ceyn uşaqları tədris xarici bir çox fəaliyyətə qatması ilə bilinən qeyri-adi müəllim idi. Məsələn, bir dərsdə şagirdlərə qəsəbələrini ağaclandırma vəzifəsini vermişdi. Əcəba hər uşaq necə ağac toxumu əkə bilərdi? Ceynin şagirdlərinin əkdiyi toxumlarının cücərtdiyi ağaclar hələ ayaqdadır. Uşaqlara film çəkməyi öyrətdi. Qızını gətirərək onlara rəqs dərsi verdi. Tapmaca çözdürdü. Bunlar kimi saysız maraqlı işləri uşaqlara etdirirdi. Məqsədi onları həyata hazırlamaq, daha insan olmalarını təmin etmək idi.

Ceynin məktəbinə ştat ildə bir milyon fond dollar ayırmağa qərar verdiyində şagirdlərinin bir milyon rəqəminin nə qədər olduğunu anlamaları üçün onlara bir milyon ədəd qarğıdalı dənəsi toplamalarını söyləmişdi. Məktəb rəhbərliyi bu fondu əslində Ceynin uğurlarına borclu olduğunu bilir və məktəb müdiri Ceynin etdiklərini dəstəkləyirdi.

Ceyn Elliott Amerika Təhsil Tarixi ensiklopediyasında Konfutsi, Aristotel, Platon, Mariya Montessoru kimi adların yanında yer aldı

1971-ci ildə Amerikası tv-sı ABC-də yayımlanan və məşqi göstərən "The Eye of the Storm" sənədli filmi "Peabody" mükafatını qazandı. Bu təcrübə ilə bağlı 2 kitab yazıldı, 3 sənədli film çəkildi və tv-lərdə yayımlandı. (Digər 2 filmin adı: "A Class Divided" və "Angry Eye")

Ceyn bütün bu uğurlarına rəğmən qəsəbə xalqından "bəyaz insana yönəlik hücum" ittihamı ilə məruz qaldığı təzyiq və həqarət səbəbi ilə 1980-ci ildə məktəbini, işini və qəsəbəsini tərk etmək məcburiyyətində qaldı.

O gündən bu günə Ceyn fərqli ştatda yaşayır. Bir neçə kiçik dəyişikliklə "Çeşidliliyə hörmət" başlığı ilə təlim yaradaraq eyni təcrübəni aparmağa, insanlara ayrı-seçkiliyin nə olduğunu hiss etdirərək öyrətməyə davam edir. Ceyn bir çox beynəlxalq şirkətə və dövlət idarələrinə verdiyi təlimlərlə milyonlarla şəxsin həyatını dəyişdirdi. 350 üzərində kollec və universitetdə seminar verdi. Dünya miqyasına 600.000-dən artıq yetişkin onun təlimlərindən keçdi. Ceyn Elliottun metodlarına dayanan "Çeşidliliyə hörmət" təlimi Ueyk-Forest universiteti, Con Hopkinks Universiteti kimi bir çox universitetdə məcburi təlim oldu.

Hər cür ayrı-seçkiliyin ortadan qalxmasına, empati və etik dəyərlərinə inkişaf etməsinə bütün dünyanın o qədər ehtiyacı var ki...

Ceyn Elliottun sözünü yenə təkrarlamaqda yarar var: "Tanrı tək bir irq yaratdı: İnsan irqi. İrqçiliyi isə insan yaratdı."

Ceyn ABŞ-da başqa şeylərin də dəyişməsinə səbəb oldu. Məsələn, 60-cı illərdə qadın corablarında cild rəngi corab bəyaz qadının cild rənginə uyğun hazırlanırdı.

Karandaş qutularında dəri rəngi olaraq təyin olunan boya qələmi bej rəngdəydi.

Ceyn qatıldığı hər tv proqramında bu həssas mövzuların üzərinə getdi. Dəri rəngi deyilincə niyə sadəcə bəyaz insanın dəri rəngi anlaşılırdı?

Nəticə. Bugün qadın corablarında 12 ayrı "dəri rəngi" corab hazırlanır. Karandaş qutularında 12 ayrı "dəri rəngi" boya qələmi var.

Saturday, 24 March 2018

Radium qızları


1920-ci illərdə radium elementi ilk tapıldığında insanlıq olduqca həyəcanlanmışdı. Qaranlıqda parıldayan, yoxdan enerji yaradan kimi görünən sehrli bir güc idi. Xəyal gücü və istehsal çılğınlığı bir araya gəlincə müxtəlif istehsal vasitələrinə radium əlavə edilməyə başlandı. Gözəllik kremindən diş məcununa qədər. Ancaq bu, çox bədbəxt durum idi. Çünki radium radioaktiv idi, amma bunu hələ heç kim bilmirdi.

18 yaşlı Mayya Kin 1924-cü ilin yay aylarında bir çox yaşıdının işlədiyi Uoterberi saat fabrikində işə girmişdi. İş olduqca asan görünürdü. Qol saatı siferblatını bir fırça ilə qaranlıqda parıldayan boya ilə boyamaq. Maaşı da pis sayılmazdı. 40 saatlıq həftəlik iş qarşılığı 18 dollar alacaq, üstəlik də hər bir boyadığı saat yığını başına da əlavə 8 sent qazanacaqdı.

Müharibə yeni bitmişdi. Əsgərlərin cəbhədə, sipərlərdə ikən taxdığı son texnologiya məhsulu qaranlıqda parıldayan saatlar dəb olmuşdu. Hər kəs Uoterberi saatı istəyirdi. Artan tələbi qarşılamaq üçün Uoterberi saat fabriki istehsal təsislərini genişləndirmiş və əl oyalayıcı bu işi öhdəsinə götürəcək bir çox sayda 20 yaşlarından gənc qız işə almışdı.

Qaranlıqda parıldayan bu möcüzəvi boya sink ilə biləşim qarışdırılmış radioaktiv radium duzlarından ibarətdir. Bu qarışımda radium atomlarından salınan hissəciklər sink atomlarının enerji səviyyələrini artıraraq titrəşmələrini təmin edir. Bu da ortama yaşılvari işıq yayır. Yayılan işıq çox qüvvətli olmadığından gündüzlər görünmür, amma gecələr parıldayaraq saat siferblatının görülə bilən hala gətirirdi. Düşmən tərəfindən fərq edilmədən əsgərlərin günün hansı saatda olduqlarını anlamağa yarayan bu kimyəvi qarışım müharibənin bitməsi ilə lüks evlərdə axtarılan dekorasiya vasitəsi halına gəlmiş, artan tələb firmanın sürətlə böyüməsini təmin etmişdi.

Gənc Mayya yeni işindən məmnun deyildi. Rəfiqələri saat siferblatını ən diqqətli və müntəzəm şəkildə boyamaq üçün məşğul olur, boyaya batırdıqları fırçanın ucunu dodaqları yardımı ilə itiləşdirib rəqəmləri elə boyayırdılar. Halbuki Mayya boyanın dadını acı, konsistensiyasını cırılmış və iyrənc tapdığı üçün fırçanı ağzına soxaraq itiləşdirmək istəmir, bu da boyadığı saatların müntəzəmliyini pozur, boyama sürətini azaldırdı. Rəfiqələri fasilə sonrasında əllərində qalan artıq boyanı parıldaması üçün dişlərinə, saçlarına sürtür, dırnaqlarını parlaq manikür üçün bu boya ilə boyayır, hətta bahalı parfümeriyalarda satılan radiumlu möcüzəvi gözəllik kremlərinə, toniklərə pullara yetmədiyi üçün üz və  boyunlarına bu boyanı sürtürdülər. Mayya boyanı nə dadmaq, nə də ona toxunmaq istəyirdi. Bir neçə həftədən sonra ustabaşı gündə ancaq 8 siferblatı boyaya bilən Mayyanı yanına çağıraraq başqa bir iş tapmasını məsləhət gördü. Zira digər işçilər hardasa 100 saat siferblatını bir  gündə bitirə bilirdilər. Zatən gördüyü işi sevməmiş olan Mayya bu fürsətdən istifadə edərək siferblat boyama işindən istefa edərək eyni şirkətin inzibati ofislərin birində məmurluq etməyə başladı.


Mayya işdən ayrıldıqdan sonra iş yoldaşları bir-bir sirli xəstəliklərə yoluxmağa başladı. Ağızlarında yara açılır, dişləri tökülür, çənə sümükləri əriyir, bir çoxunda müalicəyə cavab verməyən dərin qansızlıq baş göstərirdi. 5 il fabrikdə saat boyayan Franses ağrıyan dişi və çənəsi səbəbi ilə stomatoloqa getmiş, çürükdən şübhələnən stomatoloq ağrıyan dişi çəkərkən Fransesin çənə sümüyü qopmuş və yanağında qapanmayan yara açılmışdı. Bir çox başqa iş yoldaşı da bənzər dərdlərdən əziyyət çəkirdilər: Çənə sümükləri və digər sümüklər əriyir, durduq yerdən qırılır, parçalanır və ya şişə çevrilirdi. 1924-cü ilin axırında fabrik işçilərinin 7-si bu sirli xəstəlik səbəbi ilə ölmüşdü belə. Artan ölüm və xəstəlik olayları diqqətləri çəkməsinə rəğmən heç kim 19-cu əsrin möcüzəvi tapıntısı olan radioaktiv radiumun bu sirli xəstəliklərin səbəbi olduğuna inanmırdı.


KÜRİLƏRİN MÜDHİŞ KƏŞFİ: RADİUM

Radium 1898-ci ildə Mariya Küri və Pyer Küri tərəfindən tapılmışdı. O dövrdə müxtəlif radioaktiv maddələr üzərində sınaqlar aparan Kürilər bir uranum duzu olan uranit örnəyi üzərində çalışırdılar. Tozdan uraniumu izolyasiya etmələrinə rəğmən qalan maddənin hələ radioaktiv özəlliklər göstərdiyini fərq etdilər. Detallı incələmələr sonunda bunun yeni bir radioaktiv element olduğunu kəşf etdilər. 26 dekabr 1898-ci ildə Fransa Elm Akademiyasına bu yeni elementi təqdim etdilər. Elementin adı latıncadan şüa anlamına gələn "radius" kəlməsindən ilham alaraq "radium" olaraq müəyyənləşdi.

Gecənin qaranlığında solğun yaşıl parıldayan bu yeni element Küriləri heyrətləndirmişdi. İçində radium olan şüşə qabları yataq başında gecə lampası olaraq istifadə edir, radium dolu tüpləri çəkməcələrində saxlayır, ciblərində daşıyırdılar. Mariya Küri avtobioqrafiyasında laboratoriyasındakı yaşıl şüalardan bəhs edir:

"Ən sevdiyimiz şeylərdən biri gecə iş otağımıza girməkdir. Divar dibindəki masanın üzərində duran şüşələrdən yayılan yaşıl parıltını görməyi sevirdik. Bu, bizim üçün yepyeni və müdhiş bir şeydir. Sanki qaranlıqdakı pərilər kimi idilər."

Pyer Küri parıldayan bu şüşələrin işıq xaricində havanı da elektriklədiyi fərq etdi. İçində bir elektrometr olan bir qutu emal etmişdi və bu qutunu parıltılı tüplərə yaxınlaşdırdığında elektrometrdən zəif elektrik cərəyanı keçdiyini fərq etdi. Bu fenomenə "radioaktiv" adını verdilər. Əksəriyyət bu qədər yüksək enerji ehtiva edən bir maddənin mütləq müdhiş gücləri olacağından həmfikir idi. Hətta Pyer Küri qoluna 10 saat boyunca bir parça radium bağladıqdan sonra qolunda  yanıq olduğunu fərq edincə bu maddənin mütləq xərçəngə yaxşı gələcəyinə qənaət gətirmişdi. Bütün Avropa və ardınca Amerikanı radium çılğınlığı bürüdü. Bir çox firma əl birliyi ilə gözəllik kremlərindən diş məcunlarına, şokoladdan boğaz  pastillərinə qədər radium ehtiva edən məhsullar satmağa başladı. Bu firmaların iddiasına görə radium işiasa, lümbaqoya, podaqra xəstəliyinə, revmatizmə, hipertoniyaya, xərçəngə, korluğa...qısaca, ağlınıza nə gəlirsə, bütün xəstəliklərə yaxşı gəlirdi. Radium ehtiva edən su təmizləyiciləri şəfa niyyətinə evlərə girdi, kurortlarda radium duzu istifadə edilməyə başlandı.

Bu radium çılğınlığı davam edərkən bir alman elm adamı radium ehtiva edən və gecələri parıldayan boya emal etməyi bacardı. Amerikanın müharibəyə girməsindən qısa bir müddət sonra oncə Nyu-Cersidə olan "US Radium Corporation" firması parlaq siferblatlı saat istehsalı içinə girəcək və müharibə sonrası iqtisadiyyatında iş axtaran gənc qızları "Undark" adını verdiyi radium boyasını saat siferblatındakı rəqəmlərə sürmələri üçün işə alacaqdı.


SİRLİ XƏSTƏLİK

Radium qızları bir-bir xəstələnməyə başladıqlarında həkimlərin ağlına radiumun bu xəstəliklərin səbəbi ola biləcəyi ən başda gəlmədi. Çox həkim xəstələnən qızlara diş əti iltihabı, xora, hətta cinsi yolla bulaşan xəstəlik olan sifilis təşhisi qoyurdu. Ancaq olay sayı artmağa başlayınca "US Radium Corporation" (USRC) Harvard universitetindəki bir qrup elm adamına bu əsrarəngsiz xəstəliyin səbəbini araşdırma vəzifəsi verdi. Aparılan analizlərdə fabrikdə çalışan qızların cildlərində, saçlarında çox yüksək miqdarda radium aşkarlandı. Hətta nəfəs verdiklərində ağciyərlərindən radioaktiv maddə olan radon qazı çıxdığı tapıldı. Araşdırmanı aparan həkimlərdən biri olan dr. Harrison Martlend bir addım daha irəli gedərək daha öncə fabrikdə çalışmış və əsrarəngisz xəstəlik nəticəsi 5 il öncə ölmüş olan gənc qızın sümüklərini məzardan çıxardaraq incələməyə göndərdi. Nəticə gözlədiyi kimi çıxmışdı. 5 il gömülü olmasına rəğmən sümüklər yüksək miqyasda radiasiya yayırdı.

Bu tapıntıların işığında gənc qızların əsrarəngsiz və qorxunc şəkildə ölmələrini səbəbinin radium ehtiva edən boya olduğu yavaş-yavaş qəbul görməyə başladı. Fabrikdə çalışan bütün gənc qızlarda müxtəlif xəstəlik əlamətləri görülür, çənə sümüyü əriməsi, qapanmayan ağız yaraları kimi ən dəhşətli simptonlar boyadıqları rəqəmlər qüsursuz olsun deyə fırçanı ağzında sivriləşdirən qızlarda ortaya çıxırdı.

RADİUM: 88

Bugün radium elementinin niyə bu tip əlamətlərə səbəb olduğunu bilirik. Radioaktiv elementlərin ən diqqətə çarpan özəlliyi enerjili hissəciklər salaraq, yəni şüalanaraq başqa elementə çevrilmələridir. Radioaktiv maddələr 3 cür şüalanırlar: alfa hissəciklər, beta hissəciklər və qamma şüaları. Bunlardan qamma şüaları ən yüksək enerjili şüalar olub qumaş, cild və hətta yumşaq toxumaların içindən keçə bilirlər və ancaq qurşun təbəqə ilə durdurula bilər. Beta hissəcikləri daha düşük enerjiyə sahibdir, kağız kimi incə təbəqələrdən keçə bildikləri halda aliminium falqa kimi incə materiallarla durdurula bilər. Alfa hissəcikləri isə ən düşük enerjili hissəciklərdir, incə kağız qatman, don və hətta cild səthi belə onları durdura bilər.

Radium 90% miqyasında alfa hissəciyi yayır. Əslində birbaşa təmas ilə vücud içinə daha çox nüfuz etməzkən ortamda radium tozu varsa, tənəffüs sırasında ağciyərlərə girə bilər və ya dodaqlara sürülən fırça üzündən udula bilər. Bir dəfə vücuda girdisə, ciddi problemlərə səbəb olur. Zira radium elementi kalsium elementinə çox bənzəyir. İkisi də qələvi metal qrupundandır və kubik kristal quruluşlarına sahibdirlər. Radium udulduğu zaman vücud tərəfindən kalsium kimi metabilozə edilir və kalsium yerinə sinir ötürülməsi, əzələ sıxılması və sümük metabolizmasına daxil olur. Vücudda metabolizə olan 1600 illik yarı ömürlü radium 226 radioaktiv pozulma ilə yavaş-yavaş radon qazına çevrilir və radon da tənəffüs ilə xaricə atılır.

Sümüklərə yerləşən kalsium normalda sümük quruluşunun güclənməsini təmin edərkən radium tam tərsini edir. Oturduğu yerdən ətrafındakı sümük toxumasını alfa hissəcikləri ilə bombalayır, buradakı sümük toxumasında dəliklər meydana gətirir və sümüyün əriməsinə səbəb olur. Eyni zamanda sümük içindəki iliyi də öldürərək qan quruluşunu pozur. Radiumlu fırçanı dodaqları ilə sivriləşdirən gənc qızların çənələrinin əriyib düşməsinə, sümüklərinin durduq yerdə qırılmasına, qansızlıq və leykemiya səbəbi ilə ölmələrinə təəccüblənməmək lazımdır!

Dr. Martlend aparılan analizlərin nəticəsində saat boyayan gənc qızların əsrarəngsiz xəstəliklərin səbəbinin radium olduğu şübhəyə yer buraxmayacaq şəkildə təsbit etmişdi. Tapıntılarını 1925-ci ildə JAMA (Journal of American Medical Association) jurnalında yayımladı.


RADİUM QIZLARI "USRC"A QARŞI

Tapıntıların yayımlanmasını təqibən gərgin bir hüquq savaşı başladı. Daha öncə fabrikdə çalışmış, ciddi şəkildə xəstə olan və mətbuat tərəfindən "Radium qızları" adı taxılmış olan 5 qız (Qreys Frayer, Kvinta Makdonald, Albina Laris, Edna Hassman, Ketrin Şaub) Uoterberi fabrikini şikayət etdilər.

Qısa müddət sonra şikayətə xəstələnmiş başqa keçmiş işçilər də qatıldılar. Şikayətçilər insan başına 250.000 dollar təzminat tələb edirdilər. Ancaq fabrikin arxasındakı siyasi və maddi dəstək çox güclü idi və məhkəmə uzandıqca uzanırdı. Məhkəmə davam edərkən Kvintanın 2 omba sümüyü də qırıldı. Albina tamamilə yatalaq hala gəldi. Edna artıq harada gəzə bilməz hala gəlmişdi və fabrikdə işləməyi buraxalı illər olmasına rəğmən gecələr saçları hələ parıldayırdı. Çənə sümüyü qopmuş olan Ketrin vəkilindən "Əgər 250.000 dollar qazansam, cənazəmə bir sürü gül ala bilərəm?" soruşurdu.

Məhkəmə gərgin şəkildə 3 il davam etdi. Bu sırada şikayətçi qızlardan 13-ü radium zəhərlənməsinə bağlı müxtəlif səbəblərlə həyatını itirdi. 1928-ci ilin payızında məhkəmə nəhayət nəticəyə bağlandı və juri "USRC" firmasının hər bir şikayətçiyə 10.000 dollar təzminat ödəməsinə, ölənə qədər 600 dollarlıq aylıq bağlanmasına və bütün tibbi xidmət haqlarını da boynuna götürməsinə qərar verdi. Əlavə olaraq radium boyası istifadəsi ilə əlaqədar ciddi intizamlar gətirildi. "Undark" boyası isə 1960-cı ilinə qədər saatlardan istifadə olunmağa davam edəcəkdi.


Gələk radium boyalı fırçanı yalamaqdan nifrət etdiyi üçün özündən gözlənilən performansı göstərə bilmədiyi üçün işdən atılan Mayyaya.

18 yaşında Uoterberi fabrikində saat boyamağa başlayan Mayya bir neçə həftə sonra işdən ayrılmış olmasına rəğmən 30 yaşlarına gəldiyində bütün dişlərini itirdi. İrəliləyən yaşlarda döş və qalın bağırsaq xərçənginə yaxalanmasına rəğmən 107 yaşına qədər yaşadı və 1 may 2014-cü ildə həyata gözlərini yumdu.

"Hamımız çox gənc idik. Boyanın nə olduğu haqqında heç bir fikrimiz yox idi..."