Hər şeydən öncə kəlmələrin özü bizə “Bandari”nin
“liman insanları” anlamına gəldiyindən bəhs edir. İranın cənub liman sahilində
yer alan bu bölgə İranın iç kəsimlərinə olduqca uzaqkən Qətər, Səudiyyə Ərəbistanı
kimi ölkələr ilə haradasa sərhəd qonşusudur. Bölgəni bənzərsiz qılan əsas özəllik
isə üzünü Bəsrə körfəzinə dönərək Bəsrənin sahilində uzanmasıdır. Bölgənin bu
özəlliklərini daha öncə kəşf edənlər həm mədəni, həm ticarət ilə bölgəyə böyük
miras buraxır.
Dünyanın ədviyyat və ipək yolunun ətrafında
döndüyü zamanlarda Bandari bölgə
limanları ilə bu dünyanın ən önəmli peykləri arasındadır. Domino daşları kimi
sıralanan digər nəticə isə afrikalı, ərəb, hindli, pers təsirləri ilə özünə xas
mədəni harmoniya yaratmasıdır.
Bəhs etdiyimiz yer gözünüzün önünə gəldiyində
və bu anki İran qavrayışınızla birlikdə düşündüyünüzdə beyninizdə yaşadığınız təzadlığı
bölgə ən təbii yaşamları arasına qatmışdı. İranın əsasında gördüyünüz və alışqın
olduğunuz qara çarşablı İran qadını bu bölgədə gözəlliklərini rəngli geyimlər və
maskalarla gücləndirir.
Aksessuardan ötə olmayacağını düşündüyümüz
diqqəti ilk çəkən maskaların gündəlik həyata bu qədər girməsindəki səbəb ilk istifadə
ilə əlaqəlidir. Bölgə Bəsrə körfəzi ilə qucaq-qucağa olmasının bədəlini çox acı
ödədiyi zamanlarda yaşamışdı. Fərqli irqlər tərəfindən uğradığı hücumlar qadın
təcavüzlərini də bərabərində gətirir. Eyni nəsillərdən insanlar da daxil olmaq
üzrə həddindən artıq qadın bu qaranlıq durum içərisində elə çox qalır ki,
maskalar ilə kamuflyaj yaradaraq kişi qılığında qaçmağa çalışırlar.
Amma tarixin səhifələri arasında qarşımıza
necə çıxmışdı? Acı olayların yaratdığı mədəniyyət ən gözəl rəngimiz olmuşdu.
Maskaların digər özəlliyi isə bölgədəki şiə
və sünnilərin bərabər istifadə etdikləri yeganə mədəni miraslarından biridir. Şiələrin taxdığı maskalar
düzbucaqlı şəklində ikən, sünnilər qara və qızıl rəng seçimləri ilə daha düz
maskalar seçirlər. Yuxarıda gördüyünüz qızıl rəngli maskalar toylarda gəlinə
taxılır. Bu maskaların keyfiyyəti və qızıl faizi isə toplum içərisindəki zənginlik
səviyyəsini ifadə edir
0 comments :
Post a Comment