Monday, 29 October 2018

Bataan ölüm yürüşü


  

9 aprel 1942-ci il. Tarixin şahid olacağı ən böyük zülmlərdən birinin yaşanması üçün artıq düyməyə basılmışdı. Ən yaxşısı başdan başlayaq.

Sakit okean qan qoxurdu. Yaponiya sadəcə ABŞ-a deyil, bölgədəki digər ölkələrə də hücum edirdi. Yaponiyanın Filippinə girməsi ilə minlərlə insan öldürüldü, əsir alındı. ABŞ bu olaya səssiz qalmayıb Yaponiyaya müharibə elan etdi.

General Duqlos Makartur və general Conatan Ueynraytın əmrinə baxmayaraq general-mayor Edvard Kinq toplam 80.000 amerikalı və filippinli əsgərlə birlikdə 9 aprel 1942-ci ildə general Masaharu Hommanın əmrindəki 54.000 nəfərlik Yaponiya ordusuna təslim oldu. Amerika tarixində bu “tək səfərdə ən böyük əsir düşmə” olaraq qeydə keçdi. Amma bunların köçürülməsi, bəslənilməsi ən böyük problem idi.

Beynəlxalq şərtlərə görə əsir əsgərləri öldürə bilməyən, ancaq onları bəsləmək də istəməyən yapon komandirlərin ağlına şeytanca fikir gəlir. Bataan yarımadasında tutulan əsirlər Marivelesdən 160 km aralıdakı O’Donell düşərgəsinə yürüdüləcəkdi. “Burada nə var?” deyə bilərsiniz. Ancaq hər biri kürəklərində 16 kiloluq yüklərlə yürüyəcəkdilər. Yol boyunca bir qram çörək və su verilməyəcəkdi. Yaponiya imperiyasının qurulması üçün lazım olan nədirsə, ediləcək-deyən Yaponiya bu planı həyata keçirməyə başlayır. İşgəncə başlayır. 80 min amerikalı və filippinli əsir əsgərin qruplar halında yürüşü başlayır. Hər birinin kürəyində 16 kiloluq metallarla dolu yüklər var.

Əsirlərin köçürülməsi sırasında Yaponiya imperator ordusu tərəfindən “vəhşət örnəkləri” sərgiləndi. Hər fürsətdə qundaqlanan əsirlərə gündəlik adi pis rəftar yanında tez-tez baş qopartmaq, qırtlaq kəsmək, atəş edərək öldürülməmək kimi amansızlıqlar yol boyunca davam etdi. Bu arada bəziləri əsirlərin bağırsaqlarını süngüləyir, bəziləri isə təcavüz edirdi.

Təxminən 10 gün davam edən bu yürüş sırasında çox yavaş hərəkət edə bildiklərindən arxada qalan və tropikal istidə qovrulan əsirlərin su və yemək istəklərinə cavab belə verilmirdi. Yerə yuvarlanmaq, hərəkət edə bilməmək də hər hansı etiraz rəftarı və bədbəxtlik ifadəsi kimi ölüm cəzasına çarpdırılmaq üçün yetərli səbəb idi. Gücsüz qaldıqları üçün yuvarlanan əsirlərə kömək edənlər də başqa səbəb olmasa belə şiddətlə cəzalandırılırdılar. Yük maşınları yerdə yatan əsirlərin üzərlərinə sürülürdü.

 Bu arada yük maşını sürücüləri tüfəngə taxılmış süngülərini özəlliklə uzadıb yol kənarında yürüyən əsirlərin qırtlağını kəsirdilər.

Əsirlərdən nə qədər adamın öldüyünə dair dəqiq sayın bilinməməsinə rəğmən bəzi tarixçilər 6-11 min adamın öldüyünü hesablayırlar. Müttəfiqlərin müharibədən sonra hazırladığı hesabatlarda yer alan cədvəllərdə sadəcə 54-72 min əsirin düşərgəyə çata bildiyi qeyd edilir. Əldəki məlumatların toplu dəyərləndirilməsi nəticəsində Bataan yürüşünün ölüm faizi 25-28,5 olaraq hesablanır.

Bu yürüşdən və düşərgədən qurtulan ABŞ komandirlərindən dr. Lester Henni 2008-ci ildə Hitotsubaşi universitetində təşkil edilən görüşdə əsir düşərgəsində ölənlərlə bağlı əldə dəqiq rəqəm olmamasına rəğmən çox yüksək olduğuna inanıldığını vurğulayır.

1942-ci ildə filippinli əsir əsgərlər Yaponiya ordusu tərəfindən bağışlandı və sərbəst buraxıldılar. Amerikalı əsgərlərin əsirliyi isə davam edirdi. O’Donell düşərgəsindəki şərtlər çox çətin idi. Əsirlər gündə bir dəfə su içə bilmək üçün uzanıb gedən quyruqlara girirdilər. Dözüm gücü qalmayanların çoxu vitaminsizlikdən ya da dizanteriyaya yaxalanıb can verirdilər.

Amerikalı müharibə əsirləri daha sonra Filippinin xaricinə çıxarıldılar. Bu proses əsirlərin O’Donell düşərgəsindən bir müddət gözlədildikləri Kabanatuan şəhərinə köçürülmələri ilə başladı. Əsirlər buradan “cəhənnəm gəmiləri” deyə qeyd etdikləri gəmilərlə Yaponiya, Koreya və Mancuriyadakı əsir düşərgələrinə götürüldülər. Mancuriya düşərgəsində qalan 511 əsgər 1945-ci ilin yanvarında həyata keçirilən Kabatuan hücumu nəticəsində xilas edildilər.

Yaponiya 1945-ci ildə təslim olduqdan sonra müttəfiqlər tərəfindən ittiham edilən general Homma Bataan ölüm yürüşü, O’Donell və Kabatuan düşərgələrində həyata keçirilən "müharibə cinayətləri” səbəbi ilə ölümə məhkum edildi.

Həyatının bağışlanması üçün yoldaşının general Makartura etdiyi müraciət qəbul edilmədi, ancaq Makartur əsgərlər arasında böyük ləyaqətsizlik sayılan asılmaq yerinə Hommanın qurşuna düzülməsini əmr etdi. Homma haqqındakı qərar 3 aprel 1946-cı ildə Filippinin paytaxtı Manilanın yaxınlarında filippinli və amerikalı əsgərlərdən ibarət manqa tərəfindən edam edildi. Öldüyündə 58 yaşında idi.

Filippinin işğalında önəmli rol oynayan Homma həvəskar rəssam və yazar idi. Yaponiya İmperator Ordusunda “Ozan general” olaraq tanınırdı. Qərb dünyagörüşünə hörmət etdiyi qeyd edilən Homma hərbi atteşe olaraq 8 il İngiltərədə xidmət etmişdi. Birinci Dünya Müharibəsində 1918-ci ildə ingilislərlə birlikdə Fransada qarşıdurmalara qatılmışdı.


Tarixçi Filip Piksiqalloya görə Homma birbaşa verdiyi əmrlərin deyil, ölüm yürüşü sırasında öz əsgərlərinin davranışlarının qurbanı olmuşdu.

Hər il minlərlə amerikalı 9 aprel tarixində Bataana gələrək ölüm yürüşünü heç unutmayacaqlarını göstərmək üçün eyni yolda gedirlər. Hər il ABŞ-dan gələn bir çox insan da Bataan ölüm yürüşünü unutmadıqlarını göstərmək üçün “Ölüm yürüşü” adı altında yarışlar təşkil edirlər. Yarışa qatılanlar illər öncəki yürüşün bənzərini bu dəfə könüllü şəkildə təkrarlayırlar.



0 comments :

Post a Comment