Taun,
skarlatina, çiçək,
vəba kimi
epidemiya xəstəlikləri
və onlara yoldaşlıq edən qıtlıq və quraqlıqlar tarix boyunca milyonlarla adamın
ölümünə səbəb oldu. “Yenilməz” deyilən orduları dayandırdı.
İqtisadi, siyasi və demoqrafik nəticələriylə yer üzü xəritəsinin yenidən çizilməsində önəmli rollar boynuna götürdü və
boynuna götürməyə davam edir.
Bir fransız
epidemiya mövzusunda belə söyləmişdi: "Hamımız epidemiyanın uşağıyıq..."
Həqiqətən
də insanlıq tarixi içində epidemiyanın rolu çox mühümdür. Zaman-zaman
imperatorluqları çökdürmüş, orduları qırmış, həyat və sevmə formalarını dəyişdirmişdi.
Böyük siyasi çevrilmələrə, coğrafi və demoqrafik oynamalara yol açmışdı. Çiçək
xəstəliyi Yeni Dünyanı elə qırıb keçirmişdi ki, çalışdırılacaq əmək gücü üçün
bu qitəyə milyonlarla afrikalı kölə daşınmışdı.
Taun
Avropada feodal bəylərin və kilsənin iqtidarını sarsıtmış, kapitalizmin və reform
hərəkatının doğulmasına səbəb olmuşdu. Ölümcül epidemiyaların tarix yazan
gücünü unutmaq ya da görməzlikdən gəlmək gerçək anlamda bir səhvdir. İnsan əhalisi
uçqun kimi artır, insanlar tarixin qeyd etdiyindən çox daha çox mikrobu ayaqlandırıb
günümüzdə də hərəkətə keçirir. AIDS və SARS kimi.
Epidemiyaların
tarixi insanoğlunun torpağı işləməyə başlamasıyla eyni vaxtlıdır. Vəhşi
torpaqların məhv edilməsi, siçovulları, siçanları, gənələri, birələri və
ağcaqanadları insanlara daha yaxın yaşamağa məcbur edirdi. Bu heyvanlar özləri
ilə taun, tulyaremiya, yatalaq və qızdırma kimi sürprizləri də gətirdilər.
Ayrıca yüz minlərlə insanın yaşadığı şəhərlər ortaya çıxdıqca kütləvi ölümlər də
yayğınlaşdı. Bu, o tarixdə o qədər adi bir vəziyyət idi ki, şumerlilər, misirlilər
və israillilər epidemiyaların tanrılar tərəfindən yayıldığına inanırdılar.
Atalarımız kütləvi ölümlərin məntiqini uzun müddət anlaya bilmədilər. Hadisənin
xüsusiyyətini ilk qavrayan adam yunan həkimi Hippokrat idi. O, çevrə güclərinə
"hava, su və yer" adını vermişdi. Bu faktorların hər hansı birindəki
ani bir dəyişikliyin epidemiyalara yol açdığını söyləyirdi.
İnsanoğlunun
qarşılaşdığı ən çətin epidemiyaların başında "qara ölüm" adı verilən taun
gəlirdi.
EKOLOJİ
FƏLAKƏT
1966-ci
ildə ABŞ Atom Enerjisi Komissiyası ola biləcək bir nüvə müharibəsinin nəticələrini
təyin etmək üçün 1348-ci ildə Avropada tüğyan edən taun epidemiyasını araşdıran
30 səhifəlik bir hesabat hazırladı. Bu epidemiya o tarixdə 30 milyon kəndlini,
ya da Avropa əhalisinin üçdə birini öldürdüyü üçün seçilmişdi. Taunun bir nüvə
fəlakətindən tək fərqi mala zərər verməməsi idi.
Tarixçilər
hər nə qədər Xetlərdə, Mesopotamiyada və Çində də bənzər bir xəstəliyə rast gəlindiyini
söyləsələr də, rəsmi olaraq vəba epidemiyasının ilk dəfə e.ə. 430-cu ildə
Afinada görüldüyü və 2 il ərzində şəhəri qırdığı bildirilir. Daha sonra xəstəlik
Bizans dövründə İstanbulda yenidən xortladı. Ancaq gerçək mənada taun epidemiyasının
başlanğıc tarixi 1300-cü illərdir. Taun xəstəliyinə yol açan "Yersina
pestis" adlı bakteriyanın vətəni monqol bozqırlarıdır. 1330-cu illərdəki həddindən
artıq istilər Asiya çöllərində yaşayan birələr və gəmirici heyvanları monqol
çöllərinə doğru sürmüşdü. Mədələri taun bakteriyası ilə dolu birələr monqol
atlılarının kürəyində Asiya və Avropanı dolaşmağa başladı.
Taun
Avropaya Krımın ticarət şəhəri Kaffanın monqollar tərəfindən mühasirəsi əsnasında
şəhərdə yaşayan genuyalılar tərəfindən daşındı. Bakteriya hər orta əsr evində
bol olan qara siçanlarla birələrə asanlıqla yerləşdi. Ayrıca Avropada o tarixdə
epidemiyanın yayılmasını asanlaşdıran bəzi şərtlər da meydana gəlmişdi. İlıq
iqlim şəraiti kəndliləri daha çox məhsul çıxarmağa və kəndli əhalisini
artırmağa başlamışdı.
Bu vəziyyət
yaxşı bəslənən 25 milyonluq Avropa əhalisini birdən-birə pis qidalanan 75
milyona çıxarmışdı. Qısacası taun epidemiyası üçün ideal bir mühit var idi.
1300-cü ildən başlayan epidemiyalar 1720-ci ilə qədər 2 ya da 20 ildə bir yenilənərək
ürküdücü bir simmetriyaya çatdı. Bu epidemiyalar Avropanın iqtisadi, siyasi və
mədəni simasını tamamilə dəyişdirdi. İlk zərbəni yeyən təşkilat feodalizm oldu.
Toplu kəndli ölümləri əmək qıtlığına yol açdı və qorxuya qapılan torpaq sahibləri
ödənişli kəndli sisteminə dönmək məcburiyyətində qaldılar. Digər tərəfdən
ağalarından ümid kəsən kəndlilər toplu halda qiyama başladılar. Ödənişli əməyin
yayılması kapitalizmə keçid infrastrukturunu meydana gətirirdi. Ayrıca taun
epidemiyaları zamanı tacirlər səyahət azadlığının əhəmiyyətini daha yaxşı
anladılar. Öz şəhərlərində müştəri çətinliyi çəkən ingilis, hollandiyalı və ispan
tacirlər yunlarını, şərablarını və pendirlərini satmaq üçün uzaqlara yelkən
açdılar. Beləcə kapitalizmin bir başqa ayağı olan ticarət əlaqələri və kəşflər
inkişaf etdi.
TARAZLIQLAR
ALT-ÜST OLUR
Taun
epidemiyalarının ikinci qurbanı yəhudilər oldu. Bir çox ölkədə xəstəlik
qarşısında ümidsizliyə düşən kəndli kütlələri "Yəhudilər quyu sularını zəhərləyir"
şüarıyla mərhəmətsiz bir qırğına başladılar. Yəhudilər çarmıxa keçirildi, şərab
çəlləklərinə qoyulub Ren çayına atıldı. 1351-ci ildə Avropada az qala heç yəhudi
qalmamışdı. Çoxu öldürülmüşdü, sağ qalmağı bacaranlar da Rusiya və Polşaya
qaçdılar.
Kənd
sahəsinin boşalması isə ekoloji tarazlıqları dəyişdirdi. Daha az kəndli, daha
çox ot və daha çox ot yeyən heyvan demək idi. Bu səbəblə taun epidemiyasından
sonra başı boş mal-qaraların və qoyunların sayı sürətlə artdı. Kəndlilər məmnun
idi. Torpağın əksinə heyvanlar daha az baxım istəyir, yun və dərisi ciddi bir gəlir
təmin edir və ləzzətli yemək verirdi. Kəndlisiz torpaqları heyvanlar, eləcə də
ağaclar doldurmağa başladı. Taun tarixçisi Robert Qottfridə görə, qara ölüm olmasaydı,
Avropa tozlu və ağacsız Efiopiyaya çevriləcəkdi. Həqiqətən də bir neçə istisna
xaricində Avropanın böyük meşələri taun epidemiyasından sonra ortaya çıxmışdı.
Taun
bir çox din adamını da vurmuşdu, ölən və ya qaçan din adamlarının yerini isə fırıldaqçılar
doldururdu. Bu insanlar xalqı elə çox dolandırırdılar ki, kütlələrin kilsəyə
olan inancları dərin sarsıntı keçirirdi. Məhz bu dövrdə Martin Lüter işə
yaramaz və gücsüz kilsə bürokratiyasının vasitəçiliyi olmadan da Tanrı ilə
birbaşa danışıla biləcək formasında yeni, inqilabçı bir anlayış inkişaf etdirdi
və Protestant əxlaqının təməllərini atdı.
Taun
epidemiyalarından həkimlər əxlaqi imtahanı verə bilmədilər. Xəstəlik qapma
qorxusuyla ya iti dimdikli qəribə maskalar taxırdılar, ya da xəstələrə baxmağı
rədd edirdilər. Xəstəliyə verdikləri müalicə reseptləri də çox gülməli idi:
"İki fındıq, bir əncir ye", "Yavaş çeynə, masadan ac qalxma,
ağlama və qorxma" kimi. Taun tibbin bir elm olaraq hələ daha çox gənc
olduğu gerçəyini ortaya çıxararkən xalq sağlamlığı anlayışının da təməllərini
atdı. Bəzi şəhərlərdə taun evləri quruldu, karantin tətbiqi başladıldı və ayrıntılı
ölüm qeydləri tutuldu. Ayrıca qara siçanların və birələrin drotik atdığı saman
tavanlı evlərdən damları kirəmitli kərpic evlərin inşasına keçildi. Bu,
memarlıq və şəhərləşmə sahəsində çox əhəmiyyətli bir addım idi.
Uyğun
sığınma şərtlərini itirən taun son bir güc nümayişiylə 1720-ci ildə Marsel bölgəsində
80 min ölü buraxaraq Avropadan çəkildi. Nə var ki, ondan boşalan yeri sürətlə
bitlərin daşıdığı yatalaq doldurdu. Qitənin qoyun səhmdarları artdıqca taundan
xilas olanlar daha çox yun geyməyə başladılar və bit koloniyalarına uyğun mühit
hazırladılar. Yun çılğınlığından faydalanan yatalaq 15-ci əsrdə bütün Avropaya
yayıldı. Xəstəxana və çirkli yerlərdə çoxaldığı üçün "xəstəxana ya da həbsxana
atəşi" olaraq da adlandırıldı.
Şübhəsiz,
taun məşhur rəssamların tablolarına mövzu olduğu və ədəbiyyata bir dövr
damğasını vurduğu üçün çox daha populyardır. Ancaq tarixin başlanğıcından bu
yana planetimizdə ölən kişilərin və qadınların yarısının canını alan xəstəlik
malyariyadır. Dünyadakı ən kiçik heyvan olan "Plasmodium" parazitinin
təsir dairəsi bu gün belə çaşdırıcı ölçülərdədir. Hər il təxminən 600 milyon
insanın bədənini işğal edir və hər il 1 milyon afrikalı körpənin həyatını alır.
Parazit əlverişli şərtlər tapdığında insanı sürətlə öldürə bilir. Amma çox vaxt
bədəni zəiflədərək, immunitet sistemini çökdürərək yatalaq, qrip və dizenteriya
kimi xəstəliklərin səhnəyə çıxmasını asanlaşdırır.
Malyariya
birbaşa öldürdüyü hər bir adama qarşılıq 4-5 adam onun yol açdığı digər xəstəliklərə
məğlub düşür. Parazit yüzlərlə qohumunun hələ meymunların, quşların, sürünənlərin
və şimpanzelərin qanında gəzdiyi Afrikada ortaya çıxmışdı. Tarixin ən böyük
komandirlərindən biri olan Böyük İsgəndər fars ölkəsini, Suriyanı, Ərəbistanı,
Finikiyanı və Misiri fəth etmişdi, amma Babildə malyariyaya məğlub düşdü.
Malyariya
Avropada 18-ci əsrdən etibarən geriləməyə başladı. İnkişaf edən kapitalizm səbəbiylə
o tarixə qədər bataqlıqları çoxu qurudulmuş, ağcaqanadların artma sahəsi olan
meşələrin çoxu yox edilmişdi. Dünya Sağlamlıq Təşkilatı 1957-ci ildən etibarən
malyariya ilə sıx mübarizə içindədir. Bu səbəblə 1939-cü ildə ilk dəfə Kolorado
kartof böcəyini öldürmək üçün istifadə edilən DDT-dən faydalanılır. Günümüzdə
malyariyanın sahəsi 80 faiz daraldılmış vəziyyətdədir. Yenə də Şri-Lanka, Qayana
kimi ölkələrdə yenidən ortaya çıxdı. Hindistan hal-hazırda səhiyyə büdcəsinin
50 faizini malyariya ilə mübarizəyə ayırır. Braziliyada illik malyariya hadisələri
son 20 il içində 50-dən 500.000-ə çıxdı.
EPİDEMİYALAR
BİOLOJİ BOMBALARA ÇEVRİLİNCƏ
Epidemiyaların
döyüşlərdə istifadəsi olduqca qədim tarixlərə qədər uzanır. Daha e.ə. 5-ci əsrdə
ordular mühasirəyə aldıqları qalalardakı içmə sularını zəhərləmək üçün taun xəstəliyinə
tutulmuş insanları ya da heyvanları quyulara atırdılar. 1172-ci ildə bizanslılar
Venesiya şəhərini mühasirəyə aldıqlarında şəhərin bütün quyu və bulaqlarını
taunlu heyvan leşləri ilə doldurmuşdular. E.ə. 400-cü illərində skif döyüşçüləri
oxlarına xəstə insanların nəcislərini sürərdi. Qafqazdakı Genuya koloniyası
Kaffanı ələ keçirmək istəyən tatarlar qaladakıların müqavimətini qırmaq üçün
taunlu ölüləri katapultalarla divarın kənar yanına atmışdılar. Bir çox tarixçilər
görə taun xəstəliyinin Avropada yayılmasına bu hadisə səbəb oldu.
1710-cu il Rus-İsveç müharibəsində generallar epidemiyalardan ölən öz əsgərlərini xüsusilə
gömmür, düşmənin ələ keçirdiyi dayaqlara buraxırdılar.
Ancaq
bu çirkli müharibə mövzusunda ən mütəxəssis ordu ingilis ordusu idi. 1763-ci
ildə ingilis general Ser Ceffri Amxerst davamlı problem çıxardan qırmızıdərililərdən
xilas olmaq üçün onlara çiçək virusu bulaşdırılmış yorğanlar hədiyyə etmişdi.
Bu yorğanlar bütün bir Çayenn qəbiləsinin sonunu gətirdi. İngilislər Yeni
Zelandiyanı işğal etdiklərində bu adanın yerliləri maorilərə qarşı da çirkin
bir oyun oynadılar. İngiltərədəki bütün sifilisli fahişələri yığıb adaya
apardılar və yerli əhali ilə cinsi əlaqəyə soxdular. İmmunitet sistemləri
inkişaf etməmiş minlərlə maori sifilis xəstəliyindən qırıldı.
ÖLÜMSÜZ
LƏKƏ
Tarix
boyunca insanın qarşılaşdığı ən ürküdücü epidemiyalardan biri də cüzamdır. O qədər
qədim bir xəstəlikdir ki, gerçək mənşəyi bilinmir. Bəzi elm insanlarına görə su ayğırından ya da
armadillodan gəlmiş ola bilər. Digərlərinə görə isə tamamilə insana aid bir
infeksiyadır. Norveçli həkim Gerhard Hansen 1874-cü il tarixində
"Mycobacterium Lepra" baçillasını cüzamla əlaqələndirməyə bacardı,
amma xəstəliyin necə yayıldığı hələ bilinmir. AIDS kimi zəif immunitet sistemlərini
təsirlədiyi təxmin edilir.
Tarixin
ən köhnə xəstəliklərindən biri olan cüzama misirlilər "ölümdən əvvəlki
ölüm" adını vermişdilər və xəstələri "palçıq şəhəri" deyilən bir
yerə göndərirdilər. Qədim Çin və Hindistanda cüzamlılar dərhal öldürülür ya da
yandırılırdı. Konfutsi cüzamlı bir müridinin üzünə baxmağı rədd etmişdi. Mesopotamiyalılar
üçün cüzamlılar "vəhşi eşşəklər"dən fərqlənmirdi. Koreyalılar üçün
bir cüzamlı "Tanrının lənətlədiyi bir köpək” idi. Qısacası, tarix boyunca
cüzamlılar hər zaman qara siyahıda yer aldılar.
Cüzamlıya
daha xoşgörüşlü yaxınlaşan və onlar üçün ilk xəstəxanaların qurulduğu
(Avropadakı ən köhnə cüzam xəstəxanası 4-cü əsrdə Konstantinopolda quruldu)
Avropada da vəziyyət çox fərqli deyildi. Cüzamlılar eyni tip paltar geyməyə məcbur
edilir, bu paltarlarının üzərinə böyük bir "L" hərfi işlənirdi.
Sağlam olanları xəbərdar etmək məqsədi ilə zəng daşıyırdılar. İstədikləri bir
şeyi işarə edəcəkləri bir çubuqları, bir su bayraqları və sədəqə çantaları var
idi. Cüzam və cüzamlılar Avropadan 14-cü əsrdə əsrarəngiz bir şəkildə yox
oldular. Xəstəlik varlığını kəndlilərin torpaq zəmində yatdıqları Skandinaviya
ölkələrində 19-cu əsrə qədər qorudu. Günümüzdə Afrika və Hindistanda 15 milyon
qədər cüzamlı olduğu təxmin edilir. Ancaq cüzam tarix səhnəsindən çəkilərkən
onun yeri bir başqa epidemiya vərəm alırdı.
SƏNƏTKAR VƏ YOXSUL XƏSTƏLİYİ
19-cu
əsrin əvvəlləri. Frederik Şopen prelüdlərini bitirə bilmək üçün titrəmə və
öskürək ilə boğuşmaq məcburiyyətində qaldı. Həm sifilis, həm vərəm olan
Nikkolo Paqanini skripkasını çalarkən ölü bir insan qədər solğun idi. Robert
Lyuis Stevenson vərəm bütün enerjisini tükətmədən öncə “doktor Cekil ilə mister
Hayd”ı tamamlamağı bacarır. Fridrix Şiller, Anton Çexov və Frans Kafka da vərəmlə
boğuşmuşlardı. 1800-cü illərdə sənətkarların vərəm olmaları üçün bir çox səbəb
var idi, amma yaradıcılıq və dahilik bunların arasında deyildi. Zavod işçiləri kimi şair və sənətçilərin
çoxu da çox işləyir, pis qidalanır və rütubətli, havasız məkanlarda yaşayırdılar.
Vəhşi
kapitalizmin amansız şərtlərində avropalıların 70%-i vərəmə tutuldu. Ancaq ölənlərin
böyük əksəriyyəti immiqrant işçilər, sənaye işçiləri, evsizlər, ailəsindən
qopmuş uşaqlar idi. Eynilə bu gün Mumbay, Manila və Nayrobidə vərəmdən ölən
insanlar kimi. Vərəm yarı-qardaşı cüzam kimi "Micobacteria" adı verilən
300 milyon yaşındakı bir mikrob ailəsinə daxildir. Böyük ehtimalla 7000 il əvvəl
insanların mal-qaraları əhliləşdirib bir çoxunu öz evləri də daxil olmaq üzrə
dar məkanlarda yerləşdirmələri ilə ortaya çıxdı. Sənaye inqilabı əsnasında
ortaya çıxan yalnız vərəm deyildi. 1700-cü illərdə boğazda yol açdığı yüngül
ağrı xaricində heç bir əlamət verməyən skarlatina 1800-cü illərdə uşaqlar üçün
amansız bir "boğaz xəstəliyi" halını aldı.
Yemək borusuna
hücum digər bir bakteriya infeksiyası olan difteriya də öldürücü bir
epidemiyaya çevrildi. Yoxsulların hər gün heyvan və insan nəcisləri ilə çirklənən
suları içdiyi yeni kapitalist Avropa şəhərlərində ana vətəni Hindistan olan vəba
partlayış verdi. 1848-1854-cü illər arasında bu xəstəlik yalnız İngiltərədə
dörddəbir milyon yoxsulu öldürdü. Epidemiyalar böyük nisbətlə yoxsulları hədəf
alırdı və yeni qanadlanan orta sinif nisbi olaraq daha az gərgin idi. Ancaq
20-ci əsrdə tarazlıqlar dəyişdi və Asiyadan gələn bir başqa təhlükə yoxsul-zəngin
ayırd etmədən insanları qırıb keçməyə başladı: qrip ...
VİRUS
DALĞALARI
Birinci
Dünya Müharibəsinə qədər qrip o qədər də əhəmiyyət verilməyən "evcil” bir
epidemiya idi. Ancaq 1918-ci ilin yazında amansız bir düşmən kəsildi və tam 15
milyon insanı basdırdı. Döyüş meydanlarında 15 milyon insanın ölməsi tam 4 il
almışdı. Halbuki qrip eyni rəqəmə qısa müddət içində çatdı. 1918-ci ildə yalnız
ABŞ-da ölənlərin sayı 550 min idi ki, bu rəqəm ABŞ-ın Koreya və Vyetnam döyüşlərində
verdiyi ölü sayından çox idi. Bu epidemiya zamanı Alyaska kəndlilərinin hamısı
yox olarkən Hindistanda 12 milyon adam həyatını itirdi.
Qrip virusu
elm tərəfindən 1933-ci ildə müəyyən olundu. Ancaq onun minlərlə ildir dünyanı gəzdiyi
təxmin edilir. İlk qrip epidemiyasının başlanğıcı isə insanoğlunun fermalarda
at, donuz və ördəyi əhliləşdirməsiylə eynivaxtlıdır. Bu gün ördək mədəsinin
dünyanın ən yaxşı çalışan qrip fabriki olduğu qəbul edilir.
Bir çox
qrip epidemiyasının da son illərdə sıx ördək bəsləyən Çindən qaynaqlanması təsadüf
deyil. Bir qrip epidemiyası ümumi olaraq ortaya çıxdığı bölgədəki ümumi əhalinin
25-50%-ni qısa müddətdə yatağa düşürə bilir. Ölüm nisbəti isə 1%-dən daha aşağıdır.
Hər əsrdə nizamsız şəkildə ortaya çıxan 3 ya da 5 böyük qrip epidemiyası
yaşanır. Epidemiyanın bir digər xüsusiyyəti də qısa davamlı olmasıdır. Bu gün
elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf etmiş olmaqla birlikdə qrip məsələsində
qeyri-kafi qalır. Çünki bu virus hər 10 ya da 14 ildə bir genetik dəyişikliyə
uğrayır, bu da onu məğlubedilməz edir.
ENDEMİYA,
EPİDEMİYA, PANDEMİYA
Xəstəliyin
orta böyüklükdə və ya geniş bir sahədə sürətli bir şəkildə yayılmasına
"epidemiya" adı verilir. Ancaq bu tərifi fərqli şəkildə şərh edən elm
insanları da var. Onlara görə epidemiya hər hansı bir sağlamlıq vəziyyətinin,
xroniki olsun ya da olmasın, ortaya çıxması və gözləniləndən daha çox sayda
insana təsir etməsidir. Yəni, bu tərifdə əhəmiyyətli olan təsirin gözləniləndən
çox olmasıdır. Onlar üçün səhiyyə problemi yaşanan bir şəhərdə ildə 100 hepatit
hadisəsinin görülməsi bir endemiyadır. Amma hər hansı bir şəhərdə birdən-birə həddindən
artıq dərəcədə çox “Creutzfeldt-Jakob” xəstəliyinə rast gəlinməsi bir epidemiyadır.
Bir epidemiya AIDS xəstəliyi kimi planetimizin böyük bir hissəsini təhdid edər
hala gəlincə "pandemiya" adını alır. Bu gün Dünya Sağlamlıq Təşkilatı
"Global Outbreak Alert and Response" adlı bir məlumat şəbəkəsi təşkil
etmişdi. Bu, epidemiya xəstəliklərin seyrini izləyən bir sıra laboratoriya məlumatlarından
təşkil olunur.
BİOLOJİ
İMPERİALİZM
Amerika
yerlisi uzaqdan gələn bir atlı görür. Qara paltarı və uzun şapkasıyla bir
missionerə bənzəməkdədir. Üzü qorxunc dəliklərlə doludur. Kayova yerlisi əcnəbidən
"Sən kimsən?" deyə soruşar. "Mən Çiçəy"əm deyər. Yerli bu dəfə
“nə iş edərsən?” deyə soruşar. "Ölüm gətirərəm” deyər Çiçək. Həqiqətən də
Xristofor Kolumb ilə başlayan və daha sonra ispan istilaçılarla davam edən
Amerika qitəsinin kəşfi əsnasında 100 il kimi qısa bir müddətdə çiçək
epidemiyaları tam 100 milyon Amerika yerlisini yox etdi. 1490-ci ildə Amerika
yerliləri dünya əhalisinin 20%-ni təşkil edirdi. Bir əsr sonra çiçək xəstəliyi
üzündən bu nisbət 3%-ə düşdü. İşğalçılar yeni qitədə iqtisadi fəaliyyəti davam
etdirə bilmək üçün Afrikadan milyonlarla zənci kölə gətirdilər. Bu kölələrin
çoxu səfərlərdə həyatını itirdi. Tarixçilər kölə ticarətinin sürdüyü 350 il
boyunca Atlantik okeanının 15 milyon afrikalıya məzar olduğunu söyləyirlər. Bəlkə
də bu səbəblə portuqaliyalılar kölə daşıyan kalyonlarına "tumbieros"
yəni "üzən məzarlar" adını vermişdilər.
Bütün
virusların ən böyüyü olan çiçək Qədim Dünyada ilk dəfə Yaxın Şərqdə ortaya
çıxdı. Eşşək və inəklərdə görülən bu xəstəlik bu heyvanların əhliləşdirilməsiylə
insanlarla da tanış oldu. Yaxşı, amma bir xəstəlik necə oldu da bir neçə min
ispan macəraçisinin bütün Amerika qitəsini fəth etməsinə imkan yaratdı, Afrika
ilə Amerika arasındakı demoqrafik tarazlığı alt-üst etdi və bu gün Kariblərlə
ABŞ-ın qara bir əhali ilə dolmasına gətirib çıxardı?
1400-cü illərdə
Qədim Dünya at, eşşək, keçi, qoyun mal kimi heyvanları əhliləşdirmişdi. Bu
yardımçıların və zülal ehtiyacının qarşılanmasının bədəli isə onların
mikroblarını paylaşmaq oldu. Ancaq böyük itkilər verdikdən sonra zaman içində
bu mikroblara qarşı immunitet qazandılar. Mərkəzi Amerika xalqları isə
qarğıdalı və paxla yetişdirir, heyvanları əhliləşdirməklə maraqlanmırdı. Son Buzlaq
Çağı ortada əhliləşdiriləcək heyvan da buraxmamışdı. Asteklər zülal ehtiyacını
qarşılamaq üçün hər il 50 min insanı qurban edirdilər.
Belə olunca
heyvanlarla birlikdə gələn xəstəliklərə qarşı ən kiçik bir immunitetləri yox
idi. İki cəmiyyətin kəşflərlə qarşılaşmasında yerlilər kütlələr halında ölərkən
işğalçılar ayaqda qalır və hətta sürətlə artırdılar. Bu vəziyyətin ən böyük təsirlərindən
biri də Amerika yerlilərinin öz tanrılarına inamlarını itirmələri oldu. Bu səbəblə
missionerlərin də çalışmasıya qısa müddətdə kütlələr halında xristianlığı
seçdilər və bu dinin ən qatı mühafizəkarı oldular.
ASİYA
ÖLKƏLƏRİNİ DAYANDIRAN EPİDEMİYA: SARS
İngiliscə
"Severe Acute Respiratory Syndrome" sözlərinin baş hərflərindən ibarət
olan bir qısaltma olan SARS dilimizə "Kəskin tənəffüs çatmazlığı sindromu"
şəklində çevrilə bilər. AIDS-dən sonra çağımızın ən qorxulan epidemiya xəstəliyi
qəbul edilən SARS Asiya mənşəlidir. Xəstəlik ilk dəfə 26 fevral 2003-cü ildə
Hanoyda 46 yaşında bir iş adamından
inkişaf edən kəskin atipik sətəlcəm və tənəffüs çatmazlığı cədvəli olaraq təyin
olunmuşdu. Xəstəliyi ilk dəfə bildirən WHO vəzifəlisi Dr. Karlo Urbaninin özü də
29 martda SARS səbəbiylə həyatını itirdi.
Ancaq Çinin
Quandun bölgəsindəki faktların noyabr 2002-ci ildən etibarən ortaya çıxdığı
ifadə edilir. 38 dərəcə və üstü atəş ən əhəmiyyətli tapıntıdır. Əlamətlər belə
inkişaf edir: quru öskürək, tənəffüs çətinliyi, nəfəs darlığı, nəfəs alarkən
davamlı artan ağrı, üşümə və titrəmə, boğazda yanma, burun axıntısı, əzələ və
oynaq ağrıları, halsızlıq, yorğunluq və istəksizlik.
ÜMİDİN NAL
SƏSLƏRİNİ EŞİTMƏMƏK
Nəticə
olaraq hər sivilizasiya tarixin fərqli dönəmlərində öz öldürücü xəstəliyini
yaratdı. Planetimiz indilərdə AIDS, Ebola, SARS və digər qrip törəmələri
epidemiyasıyla sarsılır. Üstəlik sürətli sənayeləşmə, təbiətin qətl edilməsi,
qlobal istiləşmə yeni epidemiyalar infrastrukturunu meydana gətirərkən
malyariya, vəba kimi köhnə düşmənləri da yenidən səhnəyə çıxarır. Digər tərəfdən
modern həyat insanın ən güclü silahını-immunitet sistemini də əlindən alır. Su
və hava çirkliliyi, həddindən artıq əhali artımının yol açdığı pis qidalanma,
narkotik, böcək dərmanları, radiasiya, ana südündən imtina edilməsi, gərəksiz
antibiotik istifadəsi immunitet sisteminin döyüşçüləri olan T Limfosit hüceyrələrinin
sayını azaldır. Buna qarşılıq bakteriyalar getdikcə güclənir. Dünyanın hər cür
ekoloji bölgəsində yaşayan bakteriyaların hamısının tetrasiklin müqavimətli
genlər daşıması həm çaşdırıcı, həm ürküdücüdür. Qısacası, alt-üst şərtləriylə və
davamlı artan əhalisiylə planetimiz önümüzdəki illərdə “Məhşərin Dördüncü
Atlısı”nın mərhəmətsiz, amma tarix quruluşçu dəryazına hamilədir. Və bu vəziyyət
müasir tibb, mikrob nəzəriyyəsindən imtina edib epidemiya xəstəlikləri ekoloji
bir zərurət olaraq görüb neştəri bu nöqtələrə vuruncaya qədər davam edəcək
kimidir.
0 comments :
Post a Comment