13-cü
cümənin uğursuzluğunun bir çox batil inanc kimi kökü tamamilə tapıla bilmir. Nə
var ki, özəlliklə xristianlıq və kilsə tarixinə baxdığımızda qorxu filmlərinə
ilham olan 13-cü cümə qorxusunun qaynağını az da olsa ortaya çıxarda bilirik.
Xristianlıq
öncəsində də 13 rəqəmi uğursuz olaraq görülməkdəydi. Bunun ən önəmli səbəbi 12
rəqəminin bəlli bütünlük və tarazlığı simvolizə etməsidir. İlin 12 aya bölünməsi,
12 bürc olması, Olimpin 12 tanrısından Odinin 12 oğluna qədər bir çox paqan inancında
da bu rəqəm böyük yer tutmuşdu. Nəticə olaraq 13 rəqəmi tarazlığı bozan olaraq
qəbul edilmişdi.
Xristianlıq
və 13-cü cümə bağlantısı isə İsanın çarmıxa gərilişi ilə əlaqələndirilir.
Pasxadan əvvəlki cümə axşamı (Maundy Thursday), yəni Romanın yəhudi əyalətinin V
prefekti Ponti Pilatın əmri iə həbs olunmadan əvvəl İsa 12 həvarisi ilə birlikdə
son yeməyini yeyir, yeməkdən sonra Qefsimaniya bağçasına gəlirlər və İsa burada
dua edir. Ancaq xəyanətin yaxınlaşdığını anlayan İsa həvarilərini oyandırır və
xainin gəldiyini söyləyir. Bu əsnada Yəhuda bağçaya gəlmişdi, yanındakı əsgərlərə
gedib ilk salam verəcəyini adamı həbs etmələrini söyləyir, İsaya yaxınlaşır və
onu öpür. Bu öpüş xəyanətin öpüşü olur və isa həbs olunur. Təqib edən cümə günü
çarmıxı gəriləcəkdi. 3 gün sonra, bazar günü yenidən dirilir ki, o bazar Pasxa
olaraq qeyd edilməkdədir.
Ancaq
hekayədəki bağlantı açıqdır, son yemək olaraq 13 nəfər yeyir və içlərindən
biri, Yəhuda İsaya xəyanət edir, bunun nəticəsində İsa cümə günü çarmıxa gərilir.
Xristianlıqda bundan fərqli göndərmələr də tapıla bilər. Bəzilərinə görə Həvva
qadağan olunmuş almanı cümə günü dişləmişdi, Nuh tufanı cümə günü başlamışdı.
İsanın
son yeməyinə oxşar bir hekayə də Skandinaviya mifologiyasınndan qarşımıza
çıxır. Valhallada 12 tanrı yemək yeyərkən dəvətsiz qonaq Loki 13-cü olaraq yeməyə
qatılır və tanrı Hoderi xoşbəxtlik tanrısı Balderi öldürməyə sövq edir. Yenə
yemək süfrəsindəki 13-cü şəxsin xəyanəti söz mövzusudur.
Ancaq əgər bu uğursuzluğu din və inancdan
çıxardıb tarixə yaxınlaşdırmaq lazımdırsa, Məbəd cəngavərlərindən bəhs etmək
lazımdır. Ümumi rəyə görə Fransa kralı 4-cü Filip Məbəd cəngavərlərinin həbs əmrini
13 oktyabr 1307-ci ildə cümə günü vermişdi. Beləcə, yüzlərlə şəxs həbs olunmuş,
işgəncə görmüş və çoxu da edam edilmişdi. Özəlliklə cəngavərlərin lideri Jak de
Molenin həbsi və yandırılması bu əsnada da IV Filipi və Papanı lənətləməsi öz
yerini tapır. İkisi də 2 il içində ölür, hətta Filipin 300 illik xanədanı
çökür.
Bütün
bu misallara rəğmən 13-cü cümənin uğursuz olduğu inancına 19-cu əsrə qədər rast
gəlinmir. Rəqəm olaraq 13 uğursuzdur, ancaq cümə ilə əlaqələndirilməsindəki bir
çox olay sonradan uydurulmuşdu. Məsələn, E.Kobhem Breverin “Təbirlər və məsəllər
lüğəti”ndə 13-cü cüməni adı keçmir, sonrakı nəşrlərində adı keçdiyində isə
oxucu 13 rəqəminə yönləndirilir. Yəni, bütün bu uğursuzluğun üstünə qurulduğu
13-cü cümə yanlış adlandırmadır, zamanla romanlara və fantastik ədəbiyyatda yer
almış fabrikdır.
Buna
rəğmən batil inanclar insan həyatını təxmin ediləndən daha artıq təsri göstərməkdədir.
Yunanca “paraskevidekatriaphobia” ("paraskevi"-cümə, "dekatreis"-13) adı verilən bu qorxu hardasa tamamilə
saxta olsa da, ABŞ-da hər 13-cü cümədə qorxudan evindən çıxmayan insanlar
ucbatından təxminən 800-900$ zərər edildiyi deyilir.
0 comments :
Post a Comment