Gəlinliklər
hər zaman bəyaz deyildi.
Bəyaz
rəng də hər zaman məsumiyyət və saflıq simvolu olmamışdı.
Əslində
bəyaz gəlinliyin evlənən qadının məsumiyyətini, bəkarətini təmsil etməsi 19-cü əsrdə
emal edilmiş anlayışdır.
Bəyaz
gəlinliyin tarixi olduqca qısa olmasına rəğmən gəlinlik və ya ümumiyyətlə toy
adətləri mədəniyyətdən-mədəniyyətə böyük dəyişiklik göstərdiyi üçün ümumi xətləriylə
tarixini yaza bilmək olduqca çətindir. Ancaq buna diqqət çəkmək lazımdır ki, gəlinin
geydiyi kostyum olduğu cəmiyyətin mədəniyyət və ənənələrinə sadiq qalır. Bu səbəblə
rənglərin və ya aksesuarların istifadəsi mədəniyyətlər və dinlər arasında böyük
dəyişiklik göstərir.
Toy mərasimlərindəki
dəyişikliklər isə “evlilik” qurumunun o cəmiyyət üçün qazandığı anlamla
yaxından əlaqəlidir. Məsələn, evlilik xüsusən müasir dövr öncəsi Avropasında
günümüzdə qəbul edildiyi qədər emosional bağ
deyildi. Siyasi və dini anlamlar daha vurğulu idi. Ölkələr aras
diplomatik əlaqələr belə evlilik bağları ilə qurulur, pozulur, gücləndirilir.
Macarıstan kralı Matvey Korvinin Müqəddəs Roma imperatoru Maksimilianın Mariya
de Burbon ilə evliliyi haqqındakı məşhur sözləri evliliyi praqmatik vəzifəsini
yekunlaşdırır:
“Hər
kəs savaşarkən, sən xoşbəxt Avstriya, evlən! Digərlərinə Marsın verdiyi
krallıqları sənə Venera verər.”
Beləcə,
toyların önəmi də fərqli ölçü qazanmış olur, dolayısı ilə gəlinin geyindiyi
paltar eyni zamanda onun statusunu da vurğulamağa başlayır. Zatən tarixi
istiqamətdən baxıldığı zaman bir çox vizual mədəniyyət elementi kimi qiyafətlər
də istifadəli olduğu qədər şəxslərin cəmiyyətdəki yerini sənədləşdirməkdədir. Məsələn,
mavi rəng həm bakirə Məryəm ilə əlaqələndirildiyi üçün dini vurğuya sahibdir, həm
də tünd olduğu üçün ləkələri asanlıqla gizlədə bilir. Evliliyin cəmiyyətin yüksək
təbəqəsindəki önəmi artınca toylar ənənədən uzaqlaşaraq özəlliklə Avropa
aristokrasiyası arasında zənginlik, mövqe və güc göstərişi halına gəlir, gəlinliklər
də bu istiqamətdə dəyişiklik göstərir. Ləl-cəvahiratlarla işlənmiş geyimlər özəlliklə
Renesans İtaliyasında dəb, ən keyfiyyətli qumaşlar tərcih edilir. Bəyaz rəngli
qmaşın istifadəsi isə yayğın deyil, çünki özəlliklə çeşidli rəng açma
texnikaları tapılmadan əvvəl bəyaz rəgi əldə etmək çətindir, onu təmiz tutmaq
da bir o qədər zəhmətlidir.
Buna
rəğmən bəyaz gəlinlik örnəkləri də yox deyildi. 1406-cı ildə İngiltərə kralı IV
Henrinin qızı Filippa Danimarka kralı Erik ilə evlənir və tarixi qeydlərə bəyaz
gəlinlik deyinən ilk şahzadə olaraq keçir. Təqib edən yüz illərdə açıq rəng gəlinliklər
işlənmiş olsa da, ümumilikdə metal rənglər önə çıxır, gəlinlilklər gümüş ilə
işlənir, yenə zənginlik göstərən materiallara önəm verilir.
Gümüş
və boz rəng istifadəsi belə böyük əksəriyyətlə Avropada, hətta haradasa sadəcə
elit təbəqə arasında görülür. Amma bugün bəyaz gəlinliyi dünya miqasında norma
olaraq qəbul edlldiyini görürük. Bunun səbəbkarı isə İngiltərə kraliçası Viktoriyadır.
Kraliça
Viktoriya evləndiyində bu siyasi güc, torpaq artırmaq və ya üstünlük qazanmaq
üçün deyildi. O, 1940-cı ildə Albert ilə evləndiyində hal-hazırda kraliça idi.
Bu səbəblə geyindiyi gəlinlik siyasi gücünü və ya zənginliyini simvolizə etmirdi.
Onun gəlinlik seçimindəki səbəb daha çox praqmatik idi.
1830-cu
illərdə sənaye inqilabı ilə birlikdə krujeva istehsalın maşınlaşması nəticəsi
ingilis tekstil işçiləri iqtisadi problemlər yaşamaqdaydılar. Özəlliklə ingilis
mədəniyyətinə flaman protestanlar tərəfindən gətirilən əl əməyi krujevalara rəğbət
düşməkdəydi. Onlara olan dəstəyini göstərmək üçün Viktoriya əl əməyi “Honiton”
krujevasını tərcih etdi, krujevanı ən gözəl göstərəcək rəng isə bəyaz idi. Beləcə,
Viktoriyanın geyindiyi bəyaz “saflığı” deyil, vətənpərvərliyini simvolizə etmiş
oldu.
Bəyaz
rəngin yayğınlaşması çox asan olmadı, amma 19-cu əsrin sonunda iqtisadi rifah səviyyəsi
yüksələn orta təbəqə “elit” ənənələrini mənimsəməyə başladı. Bunların arasında
da toylara ayrılan büdcənin artması və təbii ki, Viktoriyanı təqib edərək bəyaz
geyinməyə başlayan elit gəlinlərin bəyaz gəlinliklərini mənimsəmək idi. Məsələn,
ABŞ-da 1830-cu illərdə nəşrə başlayan “Godey’s Lady’s Book” jurnalının redaktoru
Sara Heyl özəlliklə Viktoriyanı rol modeli olaraq görürdü. Jurnalın 1849-cü ildə
çıxan sayında gəlinliklər haqqında deyilirdi:
“Ənənələr
qədim zamanlar bəri qərar vermişdi ki, materialı nə olursa, olsun, bəyaz ən
uyğun rəngdir. Saflığın və qızlıq çağının məsumiyyətinin simvoludur, seçilmiş
olana təslim etdiyi ləkəsiz qəlbidir.”
Əlbəttə,
Viktoriyanın gəlinliyinin bəyaz olma səbəbi göz önünə gətirilincə bu təriflər
yersiz qalır, ancaq orta təbəqə artıq ala bildiyi bəyaz qumaşı elitləri örnək
alaraq gəlinlik olaraq işlədərkən belə bunu haqlı çıxartmağa ehtiyac duydu. Beləcə,
özəlliklə yazılı qaynaqlarda bəyaz rəngin saflıq, təmizlik, bəkarət kimi
qavramları simvolizə etdiyi fikri yayğınlaşmağa başladı.
Bəlkə
Filippanın 15-ci əsrdə bəyaz gəlinlik geyinməsi çox danışılmamışdı, amma 19-cu əsrdən
bəri xüsusilə İngiltərə kraliyyət ailəsinin toylarının cəmiyyətin bir çox kəsimində
əks-səda oyandırdığını görürük. Yenə elitlərin evlilikləri, Qreys Kellinin
Monako şahzadəsi ilə evlənərkən geyindiyi gəlinllik və Ledi Diananın 7 metri
aşan quyruğu ilə gəlinliyi dəb tarixində özünə yet tutmaqla bərabər hələ bir
çox gəlinə ilham verir.
0 comments :
Post a Comment