16
mart 1988-ci il.
İraq
müharibə təyyarələri Hələbcəni bombaladılar. Ortalığa kəskin alma qoxusu
yayıldı. Uşaqlar qoxuya doğru qaçdılar. Son sözləri “Daye behna seva te” yəni “ana,
alma qoxusu gəlir” oldu. Sonra da bir-bir öldülər.
Səddam
Hüseynin rəhbərliyindəki İraq 1980-ci illərin ortalarında bir yandan İranla
savaşarkən, digər yandan da kürd üsyançıları ilə mübarizə aparırdı. Məsud Bərzani
liderliyindəki “Kürdüstan Demokrat Partiyası” ilə Cəlal Tələbani liderliyindəki
“Kürdüstan Vətənpərvərlər Birliyi” Səddam Hüseyn rəhbərliyinə qarşı idilər. 2 rəqib
təşkilatın “Kürdüstani-Cəbhə” adı altında birləşməsi və Süleymaniyə çevrəsini nəzarət
altına almağa başlaması Səddam Hüseyni əsəbiləşdirdi.
“KİMYAGƏR
ƏLİ” İŞ BAŞINDA
Öncə əmisi
oğlu Həsən Əli Məcidi (kimyəvi hücumları, əməliyyatları idarə etdiyi üçün “Kimyagər
Əli” olaraq tanındı) BƏƏS partiyasının Şimal bürosu (kürdlərin yaşadığı bölgə) birinci
katib olaraq təyin etdi. 27 mart 1987-ci ildə Məcidə şimaldakı bütün dövlət
orqanlarını idarə etmək salahiyyəti verdi. Səddam Hüseyn və Məcid “kürd
problemindən sonsuza qədər qurtulmaq” üçün “Ənfal” adını verdiyi ölkə tarxinin ən
qanlı əməliyyatına girişdilər. Quru hərəkatları, havadan bombalamalar, məskunlaşma
yerlərinin sistematik şəkildə yıxılması, toplu məcburi köçlər, edam manqaları və
kimyəvi hücumlar Ənfal əməliyyatının başlıca üsulları idi.
HƏLƏBCƏ SOYQIRIMI
İraq
Kürdüstanının İran sərhədinə çox yaxın qəsəbəsi Hələbcədə təxminən 76 min adam
yaşayırdı. Yuxarısında, İran sərhədinə olduqca yaxın Hurmal qəsəbəsi vardı. Hər
iki yerləşim mərkəzi də İraq üçün strateji önəmə sahibdir.
İran-İraq
savaşı bütün şiddəti ilə davam edərkən 1988-ci ilin martın 5-də İran ordusu “Zəfər-7”
adı ilə İraqın içlərinə doğru təərrüz başlatdı. Cəlal Tələbaniyə bağlı güclər də
İran əsgərləri ilə birlikdə hərəkət edirdi. İran ordusu və Tələbaninin peşmərgələri
Hələbcəni keçərək gecə qayıqlarla Dərbəndikan gölünün cənubuna çıxdı və
Süleymaniyə quru yolunu tutdular.
Bütün
rabitə xətləri kəsilmişdi və bölgənin İraqla bağı qopmuşdu. Bu bölgədə 4 min
İraq əsgəri də vardı. İran ordusunun bu qədər yaxınlaşması və bölgənin kürdlərin
nəzarətinə girməsi BƏƏS rejimində panika yaratdı. Səddam Hüseyn İran ordusunun
irəliləməsini durdurmaq üçün Məcidə bir daha kimyəvi hücum əmri verdi.
Məcidin
komandirlik etdiyi İraq birlikləri 16 martda Ənfalın ən amansız hücumu üçün
düyməyə basdı. Öncə hava bombardmanı, ardınca topçu atışı başladı. Ancaq Hələbcə
sakinləri çox qorxmadılar. Hücumu illərdir davam edən müharibə səbəbi ilə artıq
həyatlarının bir parçası olaraq qavradılar. Evlərinə və sığınacaqlarına girdilər.
Ancaq İraq ordusunun taktikasından xəbərdar deyildilər.
İraq ordusu
öncə bölgəni şərti silahlarla bombalayaraq şüşələrin qırılmasını təmin etdi. Bununla
2-ci hərəkatın önünü açdı. Sonra da kimyəvi bombalar dövrəyə girdi. Şüşələr
qırıldığı üçün içəri qaçanlar da zəhərli xilas olmadılar.
2-ci
bombardman başladığında ortaya kəsif qoxu yayıldı. Həyatda qalanlarının çoxunun
“alma qoxusu” dediyi qoxuya heç kim anlam verə bilmədi. Verəcək zaman da
qalmadı zatən. Qoxunu burun yollarında hiss edənlər bir-bir ölməyə başladılar. Həm
insanlar, həm heyvanlar...
Bombardmanda
xardal, zarin və VX kimi qazlar ehtiva edən bombalardan istifadə edilmişdi. Qazı
nəfəs alanların dərisi yanmağa başladı, nəfəs sistemləri çökdü. Kimi evinin
qapısının ağzında, kimi bağçasında, kimi divar dibində, kimi isə “xilas olaram”
ümidi ilə qaçdığı dağ yolunda ölümə yaxalandı.
17
marta qədər aralıqlarla davam edən hücumlarda ölənlərin sayı hələ belə dəqiq
deyil. Bir çox kəsiminin qəbul etdiyi ortaq nəticə çoxu qadın və uşaq ən az 5
min adamın öldüyü, 14 min 765 adamın yaralandığıdır. Ancaq müharibədən sonra qəsəbəyə
gedən xarici müşahidəçilər sayın daha çox olduğu fikrindədirlər.
BƏƏS rejimi yıxıldıqdan sonra Səddam Hüseyn və Həsən Əli Məcid Ənfal qətliamdan
ittiham olundular. Bu sırada Düceyil qətliamından ötrü ölüm cəzasına
çarpdırılan Səddam Hüseyn asılaraq edam edildi. Məcid isə “İnsanlığa qarşı
günah işlətmək və soyqırım” cinayətlərindən 24 iyun 2007-ci ildə ölüm cəzasına
məhkum edildi. Məcid 2010-cu ildə yanvarın 25-də edam edildi. Məcidin imza qərarının
imzalandığı qələm və asıldığı ip Hələbcədə muzeydə sərgilənir.
ŞAHİDLƏR DANIŞIR
Hücumda
yaralananlara ilk olaraq İran ordusu kömək etdi. Yaralıları öz ölkələrinə götürərək
müalicə etdilər. Bunlardan biri də o vaxt 14 yaşında olan Ümid Əli Rəşiddir.
Anasını
1974-cü ildə rejim güclərinin həyata keçirdiyi hava hücumunda itirən Ümid Əli Rəşid
kimyəvi hücumdan həmən sonra ailəsi ilə birlikdə sığınacağa qaçmışdı. Xardal
qazına məruz qaldıqlarını anladıqlarında artıq çox gec idi. Ümid hücumda ögey
anası və 4 bacı-qardaşını itirmişdi. Ağır yaralı halda İrana götürülən Ümid
öldü sanılaraq kəfənə sarılmışdı.
Şans əsəri
həyatda qaldığını danışan Ümid Əli Rəşid danışır: “Məni İrana götürdülər. Durumum
çox pis idi. Mənə verdikləri serumu çıxardıb içdim və qanama keçirdim. Bunun üzərinə
məni başqa xəstəxanaya sövq etdilər. Burada
ölənlər olurdu. Mən də huşumu itirmişdim, öldü sanıb kəfənləmişdilər. Məzarlığa
götürülmədən həmən öncə özümə gəldim.” Bir
kampa yerləşdirilən Ümid 6 ay sonra atası tərəfindən tapılıb Hələbcəyə gətirilmişdi.
Öz kəndində
sığınacaq olmadığı üçün uşaqları ilə birlikdə Hələbcəyə qaçan Süheyla Məhəmməd
Səid burada kimyəvi hücuma yaxalanmışdı. 5 gün sığınacaqda qalan Səid ailəsi
birlikdə qaçmağa qərar vermişdi. Qaçarkən yol boyunca hücumlara şahid olmuşdu. Kimyəvi
bombalar sığındıqları bir kənddə onu və ailəsini tapmışdı. Anında gözlərini
itirən Səid yaralıların və ölülərin arasında 2 gün boyunca yardım gözləmiş,
gözləyərkən də 5 uşağını bir-bir itirmişdi.
Səid “Oradaykən
atam bir oğlumun öldüyünü söylədi. Bunu eşidincə daha pisləşdim. Digərləri ölməsin
deyə dua etdim. Böyük qızım sol tərəfimdə oturmuş, kiçik qızım onun kürəyindəydi.
Şəhadət gətirdi və “Ana, mən də ölürəm” dedi və son nəfəsini verdi. Bir şey edəcək
gücüm qalmamışdı. Digər qız da eyni orada öldü. 5 uşağım orada öldü. O gün məhşər
günü idi sadəcə, mən də şanssız idim, ölmədim” deyə danışır.
Məhəmməd
Səid uşaqlarının əşyalarını hələ saxlayır. Qızlarının çantaları, oğlanlarının
ölmədən bir
gün öncə aldıqları qələmlər Səidin ən dəyərli varlıqlarıdır. Səid
26 ildir qara geyinir.
Hücumdan
illər sora hələbcəlilər səslərini eşitdirmək üçün “Hələbcə qurbanları dərnəyi”ni
qurdular. Dərbəyin başqanı Loğman Əbdülqədir də kimyəvi hücum qurbanıdır. 24
qohumunu itirmişdi. O da İran əsgərləri tərəfindən xilas edilmişdi. İranın vəhşəti
dünyaya göstərmək üçün Almaniyaya göndərdiyi 50 şəxs arasında idi. Müalicədən
sonra ailəsini tapmaq üçün İrana gedən Əbdülqədir gerçəyi burada öyrənmişdi. “Ailəmin
şəhid düşdüyünü bilmədiyim üçün İrana qayıtdım və təəssüf ki, şəhid olduqlarını öyrəndim”
deyir.
Hücumda
Hələbcənin içində ölənlər arasında peşmərgələr və İran əsgərləri də vardıı. Ancaq
bu itkilərin sayı heç bir zaman açıqlanmadı. Bu hücum İran ilə birlikdə İraqa
qarşı savaşan kürdlərin müqavimətini qırdı. Peşmərgələr bir gün daha dirəndikdən
sonra geri çəkildilər. 19 avqust 1988-ci ildə İraq və İran atəşkəs anlaşması
imzaladı. İraq ordusu atəşkəsdən 5 gün sonra Hələbcəni geri aldı.
HƏLƏBCƏ SADƏCƏ SOYQIRIMDIR
Ənfalın
tamamımdakı itki sayının 182 min olduğu sanılır. Hələbcə isə Ənfalın sadəcə bir
parçası idi. Ancaq bir dəfədə bu qədər çox insanın ölməsi səbəbi ilə Ənfalın ən
acı kəsimi olaraq tarix səhifəərində yer aldı.
1
mart 2010-cu ildə İraq Ali Məhkəməsi Hələbcə qətliamını soyqırımı olaraq
tanıdı. Bəzi Avropa ölkələri də oxşar qərarlar aldı. Son illərdə isə Baas
rejiminə silah satan ölkə və şirkətlər əleyhinə də dava açılır. Kürd rəhbərliyi
də Ənfaldan dolayı mərkəzi hökümətdən təzminat tələb edir.
0 comments :
Post a Comment