Marqaret
Eleanor Atvud (ailə arasında Peqqi) 18 noyabr 1939-cü ildə doğulmuş kanadalı
yazıçı, şair, tənqidçi və esse yazarıdır. Atvud eyni zamanda 1921-ci ildə
qurulan “PEN”in üzvüdür və “Amnesty International” aktivistidir. Salemdə cadugərliklə
ittiham olunan ulu nənəsi olduğu kimi özü də tarot, fal kimi ezoterik məşğuliyyətləri
olan, bunun yanında pozitiv elmlərlə də maraqlanan, sarsılmaz özgüvəni ilə və cəsur
xarakteri ilə tanınan, sosial həssaslığı olan bir qadındır. Qadınlar özünə yer
tapmaqda zorlandığı bir dönəmdə ədəbiyyat dünyasında fırtınalar əsdirmişdi.
Bunların
yanında texnoloji məhsullar da inkişaf etdirməkdədir. “LongPen” (digital olaraq
kitab imzalamağa yarayan proqram) kimi bir çox patentin sahibidir.
“Arthur
C. Clarke” və “Booker” kimi çox prestijli mükafatlar qazanmışdı. Kulislərdə
Atvudun adı sıx anılsa da, Nobel ədəbiyyat mükafatını 2013-cü ildə həmyerlisi
Elis Munro almışdı. Munro ilə qucaqlaşma fotolarını mediada paylaşmışdı.
Atvud
günümüzün ən sayğıdəyər qurmaca yazarları arasında göstərilir. Hətta Kanada ədəbiyyatı
camiəsinin tacsız kraliçası olaraq adlandırılır.
Dietoloq
Marqaret Doroti ilə entomoloq Karl Edmundun 2-ci uşağıdır. Uşaqlığı atasının
işindən dolayı çox zaman Kvebek meşələrində keçmişdi. Yazları və yayları meşədə
qalırkən yalnız qara qışda şəhərə enərdilər. 16-cı əsrə qədər uzanan soyadı
ingilis mənşəlidir və “meşənin incisi” anlamına gəlir. Sosial adətlərlə gec
tanışlığı səbəbi ilə özünü toplumu çöldən müşahidə edən bir yad olaraq tanıdır.
8
yaşına qədər intizamlı təhsil həyatı yox idi. Oxumağı çox sevirdi və geniş xəyal
gücü vardı. 6 yaşında yazmağa başlamışdı və 16 yaşına gəldiyində bu işi peşəkar
olaraq görmək istədiyinə qərar verir. 1961-ci ildə Toronto universiteti
Viktoriya kollecinin incəsənət bölümündən şərəf dərəcəsi ilə məzun olur. Psixologiya
və fransız dilini də əlavə ixtisas olaraq tamamlayır.
Eyni
il “Double Persephone” adlı şeir kitabına “E. J Pratt” medalı verilir. Daha sonra
“Woodrow Wilson” təqaüdü ilə “Harvard’s Redcliffe Collega”da təhsilini davam
etdirir. 1962-ci ildə master dərəcəsi əldə edir, amma “The English Metaphysical
Romance” mövzulu tezisi yarımçıq qaldığı üçün tamamlaya bilmir. Akademik karyerasına
müəllim olaraq davam edən yazıçı bir çox universitetdə dərs vermişdi.
Viktoriya
kollecində ikən feminizm düşüncəsi müəyyənləşir. Bu dövrdə əsərlərində əsasən
basqın qadın baş obrazlardan istifadə edir. Feminist qadın hərəkatlarının 2-ci
dalğasından 4 il əvvəl feminizmə dair fikirlərlə dolu kitabı “The Edible
Woman”ı (1969) yazır. Feminizmin güclənməsində ədəbiyyatın önəmli rolu olduğunu
düşünür. Alışdığımız feministlərdən fərqlidir. Feminizm haqqınakı fikrini belə
ifadə edir:
“Feminist
sizə bağıran bədbəxt insan anlamına yoxsa qadınların insan olduğuna inanan şəxs
anlamına gəlir? Məncə ikincisidir. Bu səbəblə mən də feministəm.”
1968-ci
ildə Cim Polk ilə evlənir. 1972-ci ildə 2-ci romanı “Surfacing” yayımlanır.
1973-cü ildə boşanır. Özü kimi yazar olan Qrem Qibson ilə birlikdədir və qızları
Eleanor Cess Atvud Qibson (1976) doğulduqdan sonra köçdükləri Torontoda
yaşamaqdadırlar. Qızının doğulduğu il “Lady Oracle” yayımlanır.
“The
Happy Zombie Sunrise Home” adlı romanını 2013-cü ildə internet üzərində yayımlamışdı.
Yazarın
yayımlanmış 17 romanı, 21 şeir və 16 hekayə kitabı var. Bunlardan əlavə uşaq
kitabları, antologiyalar, qurğu olmayan kitabları da var. Olduqca məhsuldar və
hərtərəflidir. Hətta rəsmi internet saytında karikatura və çizimlər də var.
İsveç
sənətkarı Keti Patersonun hazırladığı və Osloda açılacaq “Gələcəyin kitabxanası”na
ilk kitabı yazması üçün Marqaret Atvud seçilmişdi. Bu kitabxana üçün Oslonun
xaricində min ağaclıq özəl meşə hazırlanmışdı. 2114-cü ildə bu ağaclardan
istifadə olunaraq dörd ildə bir yenilənən heyət tərəfindən günümüzün önəmli
yazarları arasından seçiləcəklərin sadəcə kitabxana üçün yazacaqları əsərlər
çap olunacaq. O günə qədər oxunmayacaq olması yazarlara sonsuz müstəqllik verməkdədir.
Hazırlanacaq
özəl otaqda yazar və əsər adları görülə biləcək, amma hekayələri oxumaq mümkün
olmayacaqdı. Atvud lahiyənin 100 il sonra yer üzündə hələ insan yaşamı
olacağına inanması baxımından həyəcanverici olduğunu düşündüyünü açıqlamışdı.
Gələk
əsərə. “Tale”-“hekayə”, “nağıl”, “rəvayət” deməkdir. “Handmaid”-“doğurqanlıq
potensialı yüksək qadın” olduğu kimi “xidmətçi”, hətta “seksual kölə” anlamına
da gəlməkdədir. Ceffri Çoserin “The
Canterbury Tales” (Kentenberiyə hacı olmaq üçün səyahət edən keşişlərin
başlarına gələnləri göstərir, 14-cü əsrdə yazılmışdı) adlı əsərinin başlığı ilə
bənzərlik var.
Yazarın
dilinin ən önəmli özəlliklərindən biri kəlmə seçimləridir. Hamısı diqqətlə
seçilir və özündə bir göndərmə saxlayır. Əsərdə bunu tez-tez görmək mümkündür. Bir qadının əlindən çıxdığı bəlli olacaq şəkildə bütün ayrıntıların xəyalpərəst qəbullanmışlıqla, olduqları kimi ortaya qoyulması, özlərindəki yaxşılığın və ümidin əks etdirilməsi insana təsir edir. Bu qədər pessimist hekayənin rəngarəng naxış kimi işlənməsi insanı fantastika kimi deyil də, realmış kimi içinə çəkməsi, qəbullanmanın sonsuz sükunəti ilə insanın hər şeyə alışa biləcəyinə və bunun təhlükəsinə qarşı xəbərdar edilməsi insanı dərin düşüncələrə sövq edir.
Ursula
Quinə görə yazarın distopiyaları elmi-fantastika janrında olsa da, Atvud yazdıqlarının bu an reallaşmasa da, gələcəkdə reallaşmayacaqlarını ya da
bilinməyən keçmişdə reallaşmadıqlarının bilinə bilməyəcəyini, zatən başqa
planetdə də keçmədiyinə görə elmi-fantastika sayıla bilməyəcəyini söyləmişdi. Həqiqətən
də əsərdəki bütün ünsürlər yaşanmış və yaşana biləcək olaylardan uzaq deyil. Qorxuducu
olmasının ən böyük səbəbi bəlkə də budur.
Yenə
nüvə müharibəsi olmuşdu. (Yazarın təsirləndiyi ”1984”də də oxşar müharibə var)
Bu dəfə ən önəmli təsiri qısırlıqdır. Sağlam doğum faizləri olduqca azalmışdı. Hekayə
Amerikanın Men ştatında bir zamanlar Bonqor olaraq adlandırılan şəhərdə keçməkdədir.
Hər şey başlamadan əvvəl gündəlik həyat indikinə çox yaxın olmaqla birlikdə (2005-ci ildə keçdiyi qəbul edilməkdədir)
bütün qeydlər komp-qeyd altında tutulmaqda, pul belə istifadə olunmamaqdadır.
(Fərdin bütün hərəkətlərinin dövlət əli ilə qeyd altına alınmas nə qədər
tanışdır!)
Məclis
bombalanınca demokratiya bilinməyən bir müddətlə asqıya alınır. (Hücumu dini
qrupların etdiyi deyilir, amma təhkiyəçi dövlətin haqlı olduğunu isbat üçün
etmiş ola biləcəyini göz ardı etməz) Özlərini “Yaqubun oğulları” olaraq
adlandırıla qrupun idarəni ələ keçirməsi ilə yeni nizam formalaşır. Yeni qurulan
Gilead respublikası teokratiya ilə idarə olunan hərbi dövlətdir.
İncilə
dayandırılan və məqsədə uyğun hala gətirilən inanc təməlində rejimə qarşı
çıxanlar “Böyük təmizlik”də məhv edilir ya da koloniyalara göndərilir. Yəhudilərə
din dəyişdirmə ya da ölkələrinə qayıtma şansı verilir, ölkələrinə qayıtmaq istəyənlərin
mindikləri gəmilər batırılaraq xərc azaldılır. Rahibələrin bəkarət andlarını
pozmaları istənilir, qəbul etməyənlər koloniyaları ya da divarı seçmək məcburiyyətində
buraxılır.
Digər
ölkələrin fərqli idarə formaları seçdiyini, məsələn, İngiltərədə qadın hərəkatlarına
dəstək verən quruluşlar olduğunu və siyasi məqsədlərlə Gilead rejimindən bəzi
qadınları qaçırdıqlarını öyrənirik. Təhkiyəçinin Kanadaya qaçıb qurtulmaq istədiyini
bilirik. Yenə də təhkiyəçinin qarşılaşdığı yapon turistlər romanın axışına
uyğun olaraq rejimin ziddiyətini ifadə edir.
Təhkiyəçi
“Yaqubun oğulları”nın idarəni ələ almalarından həmən öncə də qadınların abort
kimi haqlarını qoruya bilmək üçün hərəkətlər olduğunu xatırladır. Gilead dönəmində
qadına qarşı siyasət daha da qatılaşır.
Komandir
Freddən öyrəndiyimiz qədəri ilə siyasət dəyişikliyinin səbəbi budur: Hər yerdə
gözlərinə soxulduğu və asanca əldə edə bildikləri üçün kişilərin seksuallığa və
hətta ailə qurmağa maraqları azalmış və əhali artımı durma nöqtəsinə gəlmişdi. Qadınların
özlərini qısırlaşdıra bilmələri və abort ola bilmələrinin də təsiri ilə yeni
nizamlar məcburi hala gəlmişdi. Qısaca, vacibdir! Duyğular, eşq kimi önəmsiz
ayrıntıların siyasətlərdə yeri yoxdur.
Təhkiyəçi
hər şeyin başladığı o günü xatırlalayır. Bir gün hər zaman alış-veriş etdiyi yerdəki qadın kassirin yerinə kişinin gəldiyini, siqaret belə ala bilməyəcək
şəkildə hesabının dondurulduğunu öyrənir. Bütün qadınların bank hesabları blok
edilmişdi, bütün pulları ərlərinə ya da ən yaxın kişi qohumlarına köçürüləcəkdi.
Ən azından belə deyilir. Bütün qadınların işlərinə son verilir. Qadın ərindən
asılı hala gətirilir və evə həbs edilir.
Təhkiyəçi
bu prosesi anbaan yaşayır. Başlarına düşə biləcək bombaların və qarışıqlığın
qorxusu ilə hər şeyin nə qədər asan dəyişdiyi, toplumun olan bitəni necə də mənimsəyib
ayaq uydurduğunu önəmsiz ayrıntıymış kimi xatırlayır. Öz yaşadıqlarını da başqa
cür ola bilməzmiş kimi qəbullanmışdı. Gizli fatalizim bütün toplumların
ruhuna təsir göstərmişdi. Zamanla ailələr hakimiyyətdəkilərin istəyi ilə
parçalanır, qadınlar və kişilər ayrılıb sinifləndirilir.
Kişilərin
işə yaramayanları, eyni xüsusiyyətdəki (doğurqan olmayan və təcrid olunmuş
qeyri-qadınlar) qadınlarla birlikdə əmək düşərgələrinə-koloniyalara göndərilir.
Koloniyalarda kənd təsərrüfatı ilə məşğul olur, kimyəvi və nüvə artıqlarını təmizləyir,
cəsəd yandırırlar. Qısacası, heç kimin getmək istəmədiyi yerlərdir. Gedənlər də
çox uzun yaşamaz. Yüngül cinayətlərin cəzası koloniyalara göndərilməkdir. Daha ağır
cinayətkarlar edam edilib divarın çəngəllərinə asılmaqdadır. Kimi də “ortaq-edam”la
cəzalandırılır, bir növ linç. Toplumda birliyi artırmaq və basdırılmış qəzəbin
üzə çıxmasını təmin etmək üçün bu, çox uğurlu üsuldur.
Kasıb
kişilər yoldaşları, eyni zamanda xidmətçiləri olan mavi, yaşıl və qırmızı
cizgili geyimli ekonoqadınlarla birlikdə yaşayırlar. Toplumun aşağı təbəqəsini
təşkil edirlər. Bəzi kişilər isə tənhadır və xidmət edirlər. Onları işlədikləri
yerə görə geyinmələri mümkündür.
Bəzi
kişilər “göz” olurlar. Kim olduqlarını ya da harada olduqlarını bilməzsən. (“1984”dəki
fikir polisi. Hətta gizli mikrofonlar da oxşardır) İntizamı qoruyurlar.
Bəzi
kişilər isə hələ davam edən müharibədə yer alan “mühafiz”lərdir. Bəlli mövqeyə
çatdıqlarında komandirlərin bəyaz geyimli qızlarından uyğun görünənlərlə evləndirilirlər.
İki tərəfin də seçim şansı yoxdur. Evləndirmə mərasimini əsasən analar təşkil
edir.
Kişilər
yüksək təbəqəsi - komandirlərdir. Onlara da bəyaz olaraq verilmiş yoldaşlar
artıq mavi geyinirlər. İrəliləyən dönəmlərdə həyat yoldaşlarını seçimlər
arasında özləri müəyyənləşdirirlər. Yoldaşları evin bütün idarəsinə
cavabdehdir. Qadın toplumununda ən yüksək təbəqəsini təşkil edirlər.
Qanunlara
görə yalnız qadınlar qısır ola bilər, kişilərin heç bir problemi yoxdur.
Komandirlərdən
uşağı olanlar şanslıdır. Uşaq sahibi olmaq-yüksəlmək deməkdir. Bəzilərinin
uşağı yoxdur. Bu durumda yenə seçə bilmədikləri damızlıq qızlardan biri 2
illiyinə evinə göndərilir. Damızlıq qızların 3 komandirə getmək haqqı var. Uşaq
sahibi ola bilmədikləri təqdirdə koloniyalara göndərilirlər. Sağlam doğuş etsələr,
heç kimin gözünə illişməmək şərti ilə şəhərdə yaşamaqlarına icazə verilir. Uşaq
isə əlbəttə ki, komandirinin yoldaşının olur.
Komandirlər
yoldaşlarının nəzarəti altında (sözün əsl mənasında) doğurqan olduğu ümid edilən
qırmızı geyimli qızlardan uşaq sahibi olmağa çalışırlar. Adsız (Fredin evində
çalışdığı müddətdə adı Fredinkidir, orijinal mətndə OfFred) baş obrazımızın
deyimi ilə nəzarətindən cavabdeh olduğu qəhvəyi geyimli xalalardır.
Hekayəni
ağzından dinlədiyimiz Fredinki əri Luk və qızıyla birlikdə yaşadığını, nizam dəyişdiyində
qaçmağa çalışdıqlarını, ancaq uğurlu olmadıqlarınıı danışır. Qızı böyük
ehtimall yetişdirilib bir mühafizə həyat yoldaşı olaraq veriləcəkdi. Ərinə nə olduğunu bilməz,
kişi dominantlığına nifrət etsə də, günün birində ərinin özünü qurtaracağını,
görüşdüklərini xəyal edir.
Anasının
koloniyaların birində olduğunu öyrənir. Ən yaxın rəfiqəsi Moyra özü kimi
yetişdirilmək üçün “Qırmızı mərkəz”ə gətirilmiş, ancaq bir şəkildə qaçmışdı. İrəliləyən
bölümlərdə Moyra ilə təhkiyəçi qarşılaşır. Bütün üsyankarlığına rəğmən Moyranın
belə nizamın çarxları arasında qaldığını, komandirlərə xidmət edən gizli fahişə
evində çalışdığını öyrənir.
Onun 3-cü və sonuncu şansıdır. Koloniyalara getmək yerinə damızlıq qız olmağı
seçmişdi. Haradasa bütün həyatı gözləməklə keçməkdədir. Əsl gözlədiyi
qurtulmaqdır, amma necə olacağını belə bilməz. Bir növ təlim qurumu olan “Qırmızı
mərkəz”də də gözləməyi öyrədirlər. Özlərini emosional olaraq mücərrədləşdirib
cinsəlliyi çağrışdıran hər cür baxış, söz, düşüncədən sıyrılaraq sağlam doğuş
üçün özlərini fəda etmələri lazım olduğunu, bunun yolunun da gözləmək olduğu
deyilir.
Təhkiyəçi
gözləyərkən bütün ayrıntılara diqqət etməyi öyrənmişdi. Həyat sürətlə axıb gedərkən
əvvəldən bir çox şeyə diqqət etmədiyini, ayrıntıları xatırlamadığını fərq edir.
Artıq icazə verilən hər şeyi gerçəkdən görməkdə, eşitməkdə, qoxulamaqdadır. Toxunma
ehtiyacı hiss edir. Geyimləri, istifadəsi məcburi əşya və alış-veriş səbəti
xaricində bir şey tuta bilmir.
Al-qırmızı
geyinirlər. Niyə qırmızı? Doğurqanlığın rəngi olduğu kimi insanlara yaxınlaşmamaları üçün xəbərdarlıq edilir.
Fred bir gün gizli çağırış edir. Yaxalansa, cəzalandırılacaq. Qarşı çıxsa,
koloniyalara göndəriləcək. Seçim şansı yoxdur. Komandirin iş otağına gedir. Komandir
təkdir. Artıq qadağan edilən “scrabble” oynamasını və gedərkən öpməsini istəyir.
Görüşlər davam edir. Sürücü Nik maşını cilalayırsa, papağı da yan taxılısa,
getməlidir. Bunun qarşılığında məhv edilməsi lazım olan jurnallara baxmasına
icazə verilir, gözəlləşməsi narahatlığı ilə yoxsul buraxıldığı əl kreminə sahib
olur. Bu ziyarətlərində özündən əvvəlki qızın da eyni şəkildə otağa gəldiyini,
ancaq intihar edincə komandirin vicdan əzabı duyduğunu öyrənir.
Bir gün
komandir teatral geyim geyinməsini istəyir. Gizlicə çölə çıxırlar. Komandirlərin
girməsinə icazə verilən, həyat qadınlarının (heç biri doğurqan olmayan
problemli qadınlar) olduğu otelə gedirlər. Orada Moyra ilə qarşılaşır. Gecənin
sonunda komandirlə baş-başa qalsalar da, münasibətləri əvvəlkilərdən çox fərqli
olmaz.
Bir
neçə gün sonra komandirin həyat yoldaşı qızının rəsminə qarşılıq sürücüləri
Niklə birlikdə olmasını istəyir. Gözlədiyi uşağın kimdən olduğu vecinə deyil. Məcburən
qəbul edir.
Bir gün
komandirin arvadı otelə gedərkən geyindiyi pelerində pomada ləkəsini fərq edir.
Özünə aid əriylə paylaşa biləcəyi hər şeyi oğurladığını söyləyib günahlandırır
və təhkiyəçini təhdid edir. Fredinki qorxu ilə gözləyərkən "Göz"lərə aid qara rəngli
maşın qapıda görünür. Özünü öldürmək üçün gec qaldığını düşünən təhkiyəçi Nikin
sözləri ilə şübhəyə düşür. Qapısına gəlib yeraltı təşkilatı “Mayday”dən gəldiyini,
onlarla getməli olduğunu söyləyib gözdən itir. Çıxarkən niyə gəldiklərini
soruşan “yoldaş”a gizli bilgiləri ifşa etdiyini deyirlər. Bu dəfə qorxmaq
sırası ev xalqındadır.
Daha
öncə çarşı ilə birlikdə getdiyi damızlıq qızdan bu gizli təşkilatı eşitmiş,
amma qurtuluşa inanmamışdı. Təhkiyəçi tərəddüd içində maşına minir və hekayəsi
sona çatır.
Həmən
arxasından hekayənin illər sonra araşdırmaçıların tapdığı səs qeydi olduğunu
öyrənirik. Bir konfransda bununla bağlı təqdimat və təhlillər edilir.
0 comments :
Post a Comment