Stiven
Spilberqin 7 Oskarlı əfsanəvi filmi “Schindler’s List” tamamilə ağ-qara olmasına
rəğmən filmdə tək rəngli görüntü olan qırmızı paltolu balaca qızdır.
İl
1993. Ceykob adlı gənc anasına zəng vurur və ona Krakovda keçiriləcək “Şindlerin siyahısı”nın
qalasına dəvət edir. Keçmişin izlərini hələ ürəyində daşıyan qadın əslində
Holokost ilə bağlı bütün xatirələrini keçmişə gömmüşdür. Amma oğlunu qırmamaq
üçün qalaya getməyə qərar verir. Filmi ilk sıralardan izləyərkən qırmızı
paltolu balaca qızı gördüyündə donub qalır və “Bu mənəm! O qırmızı paltolu
balaca qız mənəm!” deyə qışqırır. Filmin anlatdığı tarixdə o da anasıyla birgə
həbs düşərgəsində idi və üzərində həmişə nənəsinin tikdiyi qırmızı palto vardı.
Qadın bu filmiylə birgə unutmağa çalışdığı dönəmə, 50 il öncəsinə gedir və
bütün acı xatirələri yenidən gözlərinin önündə canlanır. Keçmişi ilə üzləşmək
vaxtı gəlmişdir.
Bu
hadisədən 2 il sonra 1995-ci ildə Stiven Spilberqin qarşısına çıxaraq
rejissora böyük sürpriz etdi. Halbuki Spilberq ailəsinin faciəvi hekayəsindən təsirlənərək
filmində yer verdiyi bu qızın nə adını, nə də aqibətini bilirdi. Sürpriz görüş Spilberqin "Almaniya ləyaqət nişanı” almaq üçün getdiyi Berlində meydana gəlir. Almaniya
prezidenti Roman Hersoqun Spilberqin şərəfinə verdiyi yemək əsnasında Roma
Lidovska əlindəki saralmış ağ-qara fotoyla məşhur rejissora ürkək addımlarla
yaxınlaşır və Spilberq gözlərinə inana bilməz. Filmində ölən balaca qız
qarşısında dururdu. Həmən sual fəslinə girişdi: Harada yaşayır, nə edir Roma
Lidovska? Roma Lidovska berlinli rəssamdır və yaşadığı acıları tabloya
axıdırdı. Rəsm tənqidçilər tərəfindən “yaşayan ən yaxşı yəhudi rəssamlardan
biri” olaraq tanınırdı.
Kino
aktyoru Yan Biçiskiy ilə evlənmişdi. Oğlu Ceykob multimedia mütəxəssisi olaraq
çalışırdı. Rejossuru gözləyən digər bir sürpriz isə Roma Lidovskanın məşhur “The
Pianist” filminin rejissoru Roman Polanskinin kuzeni olmasıydır. Roman
Polanskinin əsl soyadı Liblinqdir. Amma ailəsi müharibə əsnasında adlarını dəyişdirmişdir.
Bu tanışlıq həyatında artıq dönüş nöqtəsi olur, çünki yaşadıqlarını
bioqrafiyaya tökməyə qərar verir. 2000-ci ildə çıxan kitab rekord qıraraq çox
satılanlar arasına girir və 25 dilə tərcümə edilir.
Spilberq
ssenarini hazırlayarkən qızın ailəsinin hekayəsini çox yaxşı araşdırmışdı.
Qızın adını bilməməklə birgə Krakovda ziyalı ailənin uşağı olaraq müharibənin
partlaq verməsindən bir il öncə dünyaya gəldiyini öyrənmişdi. Öncə işğal,
ardınca sürgün illəri gəlməsəydi, çox yaxşı həyat sürəcəkləri bəlli idi. Nasist
məzalimi əsnasında Auşvits hərb düşərgəsində evlənən xalası öncə ərinin gözləri
önündə asılmasına şahid olmuş, sonra da vəhşicə öldürülmüşdü. Roma ilə anası və
digər ailə üzvləri isə möcüzə əsəri xilas olmağı bacarmışdılar.
Almaniyada
sinaqoqlar yanarkən və yəhudi dükanlar talan olunarkən Teofila Liblinq Krakovda qələbəlik
və rifah içində yaşayan yəhudi ailənin fərdi olaraq 13 noyabr 1938-ci ildə
Romanı dünyaya gətirir.
Doğumundan bir il sonra İkinci Dünya Müharibəsi başlayır və bütün yəhudilərin kökünü
qazımağa qərar verən Hitler Polşanı işğal edir. 1941-ci ildə anası, atası və nənəsi
ilə birlikdə məşhur Krakov gettosuna qapadılır. Artıq o gündən sonra
milyonlarla yəhudini gözləyən tək şey ölümdür. İlk illəri qorxu içində keçir,
çünki Krakov gettosunda şərtlər çox çətindir; aclıq, soyuq, bir otaqda 15-ə qədər
insanın qalması, bərbad gigiyenik yaşayış vəziyyətlərindən dolayı insanlara
bulaşıcı xəstəliklərin keçməsi, uşaq-yaşlı demədən hər kəsin ən kiçik bəhanəylə
gözlərini qırpmadan SS-lər tərəfindən öldürülməsi...Məsələn, gözləri önündə
qurşuna düzülən və heç vaxt unuda bilməyəcəyi dostu Stefus kimi (aşağıdakı foto
1943-cü ildə Krakov gettosunda çəkilmişdir. Tsvi Nissbaum adlı bu uşağın qorxu
dolu baxışlı fotosu bütün dünyada əks-səda oyandırmışdı.)
Nənəsi
(eyni zamanda Roman Polanskinin də nənəsi) balaca qıza gettoda məşhur qırmızı paltosunu
tikir və qız müharibə bitənə qədər bir daha o paltonu çıxartmaz....
“İşə
yaramaz” olaraq dəyərləndirilən yaşlıların və uşaqların həyatda qalmaq üçün çox
şansları yoxdur. Qısa müddət sonra nənəsi də nasist həbs düşərgəsində qaz otağında
öldürülür. Balaca qız və anası möcüzəvi şəkildə həbs düşərgəsinə götürülməkdən
xilas olur. 1943-cü ildən sonra davamlı olaraq çamadanlar əllərində
oradan-oraya qaçırılan Romanın ari irqinə bənzədilərək saçları artıq sarıya
boyanmış və saxta pasportla soyadı Lidovskaya dəyişdirilmişdi. Bir çox insan
onun həyatda həyatda qalması üçün özünü fəda etmişdi. Məsələn, Krakovda yaşayan
polşalı Kirnikova ailəsi kimi. Roma davamlı olaraq tutulmaq qorxusu isə müharibə
bitənə qədər oyuncaqsız, dostsuz və müxtəlif evlərin zirzəmilərində və ya evin ən
qaranlıq və gizli otaqlarında anasıyla birgə nasist cəhənnəmindən xilas olmağı
bacarır. Atası Devid Liblinq Auşvits həbs düşərgəsindən xilas olur, amma
müharibədən beyin qansızmasından vəfat edir.
Roma
müharibədən sonra bəlkə artıq fiziki azaddır, amma zehni olaraq yaşadığı
travmalardan xilas ola bilməmişdi. Müharibənin izlərini hələ ürəyində daşıyan
balaca qız normal gəzə bilmir, velosipedə minə bilmir, özünü xəstə və şikəst
hiss edir və qorxudan davamlı səssiz danışırdı. Yəni, müharibənin terroru
müharibədən sonra da sürürdü...
Roma illər sonra təkrar kuzeni Roman Polanski ilə Krakovda bir araya gəlir və onunla
birlikdə girdiyi sənətçi ortamında rəssamlıq bacarağını kəşf edir. 60-cı illərin
ortasında aktyor olan 2-ci əri ilə tanış olur və Almaniyaya gəlir. Ceykob
adında oğlu olur, amma 2-ci evliliyi də uzun sürmür və boşanır. Həyatını tək
başına sürdürən Roma həm Berlində, həm də Krakovda yaşayır. Hələ rəsm çəkən
Roma əlavə olaraq yazıçıdır və zaman-zaman da müxtəlif şəhərdə danışıq aparmaqdadır.
Bu
arada Stiven Spilberqin də ailəsinin çox üzvü nasist həbs düşərgələrində
öldürülmüşdü. Bu məlumatı illər sonra təsadüf əsəri öyrənmişdir. Bundan dolayı
rekod qıran bu filmdən əldə etdiyi qazancların “qan pulu” səbəbiylə bir
quruşuna toxunmamış və bağışlamışdır. Ayrıca filmin qəhrəmanı Oskar Şindlerin
xilas etdiyi adlar arasında Rışard Horovist də vardı. Horovits qurtarılan ən
balaca Şindler yəhudisidir və eyni zamanda Roman Polanski və Roma Liblinqinin
uşaqlıq dostudur. Rışard Amerikada məşhur reklam fotoqrafı olaraq çalışmaqdadır.
Filmin
son səhnəsində Stiven Spilberq real kadra-Oskar Şindlerin həyatını xilas etdiyi
Şindler yəhudilərinin onun Qüdsdə olan məzarının ziyarətinə yer vermişdir.
Aralarında Horovits və Oskar Şindlerin həyat yoldaşı Emiliya Şindler də vardı.
Onu təkrar anmaq adına hərəsi məzarına bir daş buraxırlar. Roman Polanskinin
anası da Auşvits həbs düşərgəsində öldürülmüşdü və özü Roma kimi 1943-cü ildən
sonra (hələ 11 yaşındaykən) Romek Vilk adını alıb saxlanaraq xilas olmuşdu. O
yaşına qədər yaşadığı qorxunc travmaların həddi-hesabı yoxdur. Roma ilə birlikdə
Krakov gettosunda keçən uşaqlığının xatirələrini məşhur “The Pianist” filminə də
köçürmüşdü.
Milyonlarla insanın bir-birindən qoparıldığını dönəm. Müharibənin ardından belə həyatları boyunca ailə üzvlərinin yoxluğu ilə travmalarla boğuşan müharibə qurbanları və sadəcə kimliklərindən dolayı vəhşicə öldürülən 6 milyon yəhudi...və aralarında tapılan təxminən 1,4 milyon öldürülən uşaq...
0 comments :
Post a Comment