Müharibələr
əsgərlərin, silahların, texnologiyaların və cəsarətin toqquşması olduğu kimi
beyinlərin də toqquşmasıdır. Buna görə də müharibə və şahmat bir-biri ilə əlaqələndirilir.
Yenə də şahmatda oyun başlayarkən 2 tərəf də bərabər durumdadır. Müharibədə isə
güclərin, mövqelərin və imkanların bərabər olduğu nadir görülür. Bu durum
komandirləri yeni yollar axtarmağa, sınanmamışı sınamağa məcbur edir.
Yaponiya
neft quyularının və dəniz yolunun güvənliyini təmin etmək adına Pörl Harbor,
Hind adaları, Filippin, Malay və Sinqapura ani hücumlar planlamışdı. Malay və
Sinqapuru işğal etmək vəzifəsi general Tomoyuki Yamaşitaya verildi. Yamaşita
orduda ağıllı, itaətsiz və cəsuz olaraq tanınan və ən ön cəbhədə əsgərləri ilə
birlikdə savaşa biləcək qədər gözü qara olduğu üçün də əsgərləri tərəfindən
sevilən bir komandirdir. Malay və Sinqapurdakı ingilis qoşunlatının başında isə
çox da xarizmatik görünüşü olmayan və Malaydakı vəzifəsinin çox də çətin keçməyəcəyini
xəyal edən komandir, Artur Persival vardı.
İki tərəfin
də bir-birinə üstünlük təşkil etdiyi bəzi durumlar vardı. İngilislər sayca
yaponlardan üstündürlər. Yamaşita 30.000 əsgərə rəhbərlik edərkən (əslində özünə
daha çox əsgər verilmişdi, amma daha sürətli hərəkət etmək və ərzaq sıxıntısını
yox etmək məqsədilə belə qərar almışdı), Persival 100.000-dən çox əsgərə rəhbərlik
edirdi. İngilislər əsgər sayı baxımından üstündürlər, amma əsgərlərin
avadanlığı sıx ağaclarla əhatəli, çətin meşə şərtlərinə uyğun deyildi. Ayrıca
adanın işğalına qarşı da ciddi müdafiə xəttləri yoxdur. Yaponlar işğal üçün
200-dən çox tank və 500-dən çox təyyarəyə sahib ikən ingilislər adada bir tanka
belə sahib deyildi və təyyarə sayları da yaponları görə çox az idi.
Durumu
yaxşıca müşahidə edən Yamaşita 8 dekabrda əsgərlərinə bitərəf bölgə olan Tailanda
və Malayın şimalında yerləşən Kota-Barudan
çəkilmək əmrini verdi. Bitərəfliyi açıqlayan Tailanddan çəkilmək nə qədər səhv
olsa da, yaponlar əsl hücumlarını buradan etmişdilər və ciddi dirənişlə
qarşılaşmadan Malaya keçmişdilər. Kota-Baruda da qısa toqquşmadan sonra istədikləri
yerləri ələ keçirdilər. Yamaşitanın bu mərhələdə planı daha sürətli şəkildə
ingilis hərbi hava bazalarını ələ keçirmək və öz təyyarələri üçün bunlardan
istifadə etməkdir. Ki, burada da müvəffəqiyyətli oldular. İngilislərin yapon irəliləyişini
durdurmaq adına dənizdən almağa çalışdığı tədbirər yapon təyyarələri tərəfindən
əngəlləndilər. (Çörçill sonralar yaponların hava gücünü düzgün qiymətləndirməmiş
olduqlarını edəcəkdi)
Çəkilmədən
sonra yaponlar heç dincəlmədən hücumlara davam etdilər. Çünki Yamaşita həm düşmənin
toparlanmasından, həm də əlindəki sursat və ərzağın uzun müharibə üçün yetərli
olmayacağından qorxurdu. Buna görə yaponların çox sürətli hərəkət etməsi,
ingilislərin özlərindən daha çox uzaqlaşmasına icazə verməməsi lazım idi.Yaponlar
bu problemi həll etmək üçün isə qəribə üsula əl atdılar. Velosiped. Velosipedlə
birlikdə yaponlar həm daha az enerji xərcləyəcək, həm daha sürətli gedəcək, həm
də daha çox yük daşıya biləcəkdilər. Yaponların sürətli və qərarlı hücumları nəticəsində
ingilislər geri çəkilmək məcburiyyətində qaldılar. Geri çəkilərkən həm çox
yoruldular, həm də arxalarında yaponlar üçün bir çox sursat və ərzaq
buraxdılar. Geri çəkildikləri nöqtələrdə
də güclü müdafiə xətti yarada bilmədilər, çünki yaponlar körpülərin olmadığı
yerdə çiyinlərində daşıdıqları yabalarla körpü yarada biləcək qədər istəkli və
lazım gələrsə, meşəni yarıb keçəcək qədər güclü olan tanklardan istifadə etmək
mövzusunda bacarıqlı idilər. Beləcə Yamaşita və əsgərləri Malayı 54 gündə işğal
etdilər və 4.600 adam itirdilər. İngilislər isə böyük miqdarda vəsait və 25.000 əsgər
itirdilər.
Malay
işğalı ilə yaponlar yenə durmağı düşünmədilər və Sinqapurda 85.000-dən çox
ingilis əsgəri olmasına diqqət etmədən hücuma keçdilər. Öncə adanın şərq
sahilindən şouluq çəkilmə, çox çətin olacağını bildikləri halda qərb sahilindən əsl çəkilmə təşkil etdilər. Hərəkat gecə başlamışdı və nahardan sonra adaya çıxan
yapon əsgər sayı qısa zamanda 30.000-ə yaxınlaşmışdı. Yamaşita əsgərlərini
davamlı həyəcanlandırmağı bacararkən Persival yaşanan olaylardan sonra əhvalı
pozulmuş və geri çəkilməyi, hətta təslimi düşünməyi başlamışdı. Amma Londondan
gələn əmrlər adanın son qarışına qədər müdafiə olunması və lazım gələrsə, bütün
əsgərlərin itkisinin gözə alınması istiqamətindəydi. Bunun üzərində Persival
qarşı hücumlar sınasa da, uğursuz oldu. Beləcə kiçik ərazidə sıxışan və
ərzaqları ilə sursatları tükənmə nöqtəsinə gələn ingilislət təslim qərarı aldılar.
Yamaşita təslim görüşlərində qərarlılığını qorudu və idarə etdiyi müharibə ilə
ingilislərin 100.000-dən artıq əsir və itki verməsinə səbəb olaraq Yaponiyada “Malay
pələngi” ünvanı ilə anılmağa başlandı.
Persivalın
uğursuzluğu Çörçill tərəfindən ingilis tarixinin ən böyük fəlakəti və imtiyazı
olaraq tanınan olay kimi tarixə keçdi. Amma İkinci Dünya Müharibəsinin sonuna qədər
yaponların əsiri olaraq qalan Persival qaliblərin tərəfində olaraq müharibədn sonra İngiltərədə sakit həyat sürdü. Yamaşita isə müharibə boyunca görməməzlikdən
gəldiyi işgəncə və səbəb olduğu sivil ölüləri ucbatından və törətdiyi başqa
müharibə cinayətləri səbəbi ilə Filippində edama məhkum edildi.
0 comments :
Post a Comment