Friday, 13 October 2017

Kamikadze: Müqəddəs külək


İkinci Dünya Müharibəsinin əvvəlində və başında Avropada güc üçün yarışan birdən çox ölkə olmasına rəğmən Asiyada sadəcə özünə çatmayan torpaqlarını və qaynaqlarını artırmağa çalışan, güclü və gözü doymayan Yaponiya imperiyası dünyanın diqqətini çəkirdi. Xalqına və ordusuna bolca güvənən yaponlar Asiyada dayanmaq bilməyərək hər keçən gün daha çox yer işğal edərək Koreya, Mancuriya və Çini 1937-ci ildən etibarən torpaqlarına qatınca İkinci Dünya Müharibəsi Sakit okeanda Avropadan əvvəl başlamış oldu.

Müharibənin başlamasının ardınca Yaponiya imperiyası Amerikanın neft embarqosu qərarına cavab olaraq 7 dekabr 1941-ci il tarixində Amerikanı hazırlıqsız yaxaladı və Amerikanın bazası Pörl Harbora hücum etdi. Pörl Harborun nəticəsində Amerika Yaponiya imperiyasına qarşı müharibə elan edincə yaponlar gücsüz Uzaq Şərqə əlavə olaraq güclü Amerikanı da qarşılarında tapacaqdı. Yanlış atılmış bir addım olduğu düşünülə biləcək Pörl Harbor hücumu ilə həm güclü imperiyanın, həm də bir çox günahsızın sona olan səfəri başlayırdı.


Yaponiya imperiyasını qarşısında güclü Amerika görmək belə dayandırmadı: 1942-ci ilin içərisində Filippin, Vyetnam və Sinqapur da yaponlar tərəfindən işğal edildi. Ancaq bu işğalları təqib edən iyun ayında Yaponiya irəliləməsi Midueydə ingilis və amerikan dəniz qüvvələri tərəfindən dayandırıldı və Miduey müharibəsi İkinci Dünya Müharibəsinin Sakit okean cəbhəsində bir dönüş nöqtəsi oldu. Midueyin ardınca İngiltərə və Amerika Yaponiya işğalı altındakı adalardan çaparaq yaponları dayandırmağa istiqamətli planlarını tətbiq etdi. Bu plan Yaponiya işğalı altındakı adaları tək-tək yaponlardan almağı və ana Yaponiya adalarına çataraq Yaponiya imperiyasını dayandırmağı hədəfləyirdi. Adaların tək-tək yapon güclərindən alınması üzərinə 20 oktyabr 1944-cü il tarixində Amerika Filippinə çıxarma etdi. 1945-ci ildə isə antihitler koalisiyası Yaponiya adalarından öncəki son addım olan Okinavanı ələ keçirəcəkdi.

1942-ci ildə Miduey cəbhəsində alınan məğlubiyyətdən sonra da Yaponiya imperiyası itirməyə davam etdi. Yaponiya idarəsi altına girmiş adalar tək-tək müttəfiqlərin əlinə keçir, müttəfiq qüvvələr hər keçən gün ana Yaponiya adalarına daha çox yaxınlaşırdı. Bu əsnada irəlidə “müqəddəs küləyin atası” olaraq xatırlanacaq Yaponiya ordusunun öndə çıxan adlarından vitse-admiral Takidziro Onişi isə dəniz qüvvələrindən əvvəl hava hücumlarına əhəmiyyət verilməsi lazım olduğunu və ancaq bu üsulla düşmənin yenilə biləcəyini müdafiə edirdi. Onişi ordunun taktika dəyişməsi lazım olduğuna o qədər inanmışdı ki məqsədinə çatmaq üçün imparatorla görüşü belə sınadı. Ancaq özünü "Gənc əsgərlərin canlarını düşmən təyyarə gəmilərinə hücum edərək fəda etmələrindən başqa heç bir üsul düşmən donanmasını ortadan qaldıraraq bizləri zəfərə çatdıra bilməz" deyərək müdafiə edən Onişinin görüş istəyi imperator Hirohito tərəfindən rədd edildi.

Saysız hücumun nəticəsində yaponların əlində olduqca az sayda təyyarə, qeyri-kafi yanacaq və canını verməyə hazır, ancaq təhsilsiz bir çox əsgər qalınca daha əvvəl hərbi səlahiyyətlilər tərəfindən xeyli çox dəfə müzakirə edilmiş, ancaq hər səfərində geri çevrilmiş olan intihar uçuşu fikri Onişinin də dəstəyiylə Leyte Körfəz müharibəsində həyata keçirildi. Çünki Yaponiya imperiyası Filippində olan Leyte körfəzinə çatmağı planlaşdırır, ancaq Amerikanın güclü bir donanma Leyteyə yaxınlaşdığı da bilinirdi. Ayrıca yaponlar güclü gəmiləriylə dənizdə özlərinə güvənməsini baxmayaraq təyyarə sayı qeyri-kafi idi və havadan da qoruma lazımlı idi. Nəticə olaraq Onişi qalan təyyarələrin ən təsirli şəkildə istifadə edilməsi üçün hər təyyarəyə 250 kiloqram bomba əlavə olunaraq düşmən gəmilərinə intihar hücumları edilməsi lazım olduğu mövzusunda səlahiyyətliləri razı salmağı bacardı. Və 20 oktyabr 1944-cü il günü ordu tərəfindən “Banda” (10.000 yarpaq) olaraq xatırlanacaq, 1-ci Xüsusi Hücum Bloku qurularaq və 26 könüllü döyüş pilotu tərəfindən ilk kamikadze uçuşları reallaşdırıldı. Kamikadzenin atası Onişi ölümə gedən pilotlara etdiyi çıxışında ölkənin artıq nə yüksək dərəcə dövlət vəzifəliləri, nə də komandirlər tərəfindən qurtarıla biləcəyini, bunun ancaq bu 26 könüllü pilot kimi dünyəvi zövqlərdən vaz keçə bilən “tanrılar” tərəfindən bacarıla biləcəyini söyləyirdi.

                                                       
Bütün bu inkişaflar 1944-ci ilin oktyabr ayında gənc kişi yaponların müqəddəs olduğuna inandıqları ölkə və imperatorları üçün müttəfiq qüvvələrin gəmilərinə çarparaq öz canlarını fəda etdikləri intihar uçuşları dünya tərəfindən bilinən adıyla “kamikadze” ya da yaponlar üçün “tokkotai”nin (Xüsusi Hücum Birlikləri) ortaya çıxmasına səbəb oldu.

Yaponları kamikadzeyə itələyən tarixi inkişafları anlamaq asan olmasına rəğmən minlərlə gənc yaponun sonunda ölümün qəti olduğu belə bir vəzifəyə necə könüllü olaraq gedə bildiyi xüsusilə Qərb dünyası tərəfindən aydın ola bilmədi. Lakin bir çox yaponu ölümə aparan kamikadze zehniyyətinin təməlinin ataları və xüsusilə Yaponiya imperatoru müqəddəs sayan Şinto dininə söykəndiyi deyilə bilər. Çünki Şinto inanışına görə ilk Yaponiya imperatoru Dzimmu Yaponiya Günəş ilahəsi Amaterasunun soyundan gəlir, bu da imperator üçün can verməyin müqəddəs olduğu inancını meydana gətirirdi.

Ayrıca Şintoizm yalnız kamikadze ilə deyil, modernləşmə müddətindən əvvəl Yaponiyada Buşido inanclarına söykənən samuray ruhunda da özünü göstərmişdi. Bəllidir ki, kamikadze pilotları ilə canlanan samuray ruhu çarəsiz bir xalqın son dayanağıydı. Artıq müharibənin Yaponiya İmperiyası üçün itirilişə çevrildiyini görən ümidsiz yaponlar arasında da samuray hekayələri yayılmış, xalq özünə cəsarət verəcək bu hekayələrə yaxşıca bağlanmışdı.

                
Ən böyük səbəb imperatora bağlılıq olsa belə, müharibənin ardından kamikadze pilotlarının məktubları və gündəlikləri araşdırıldığında ailə qürurunu qorumaq üçün ya da cəmiyyət təzyiqi kimi başqa səbəblərdən ötrü də gənc pilotların ölməyi seçim etdiyi aydın oldu. Bu vəziyyət göz qarşısında saxlanıldığında bütün kamikadze uçuşlarının “müqəddəs” səbəbə söykəndiyini söyləmək çətindir. Necə ki, bir kamikaze pilotu olaraq ölən Yukio Seki ölmədən əvvəl 500 kiloqram bombanı düşmənin üzərinə buraxıb sağ-salamat dönə biləcəyini  söyləyərək vəzifəsini sorğulamış, amma əgər Yaponiya amerikalılar tərəfindən ələ keçirilsə, yoldaşının başına gələcəklərdən qorxduğu üçün ölməyi seçdiyini ifadə etmişdi.

Digər kamikadze pilotu İsao Matsuo isə uçuşundan əvvəl yazdığı məktubda ailəsinə ölmək üçün möhtəşəm fürsətini olduğunu söyləyir və özünü düşən bir albalı çiçəyinə oxşadırdı. Kamikadze pilotlarını gün işığında səssizcə düşən, dünya üzərində səssizcə gəzişən albalı çiçəklərinə bənzədən yalnız Matsuo deyildi. Ümumi olaraq samuraylar və kamikadze pilotları albalı çiçəyi kimi həyatdan səssizcə vaz keçdikləri üçün bu bənzətmə edilmişdi. Kamikadze vəzifələri üçün xüsusi olaraq hazırlanmış təyyarələr “Ohka” (Albalı çiçəyi) olaraq adlandırıldı. Amerikalılar isə bu təyyarələrə “Ohka” yerinə yaponca “axmaq” mənasını verən “Baka” deməyi üstün tutdular. Özünü bir albalı çiçəyinə bənzədən İsao Matsuo ailəsinə yazdığı məktubu ölümünün bir kristal qırılması kimi təmiz, tez olmasını ümid edərək və ruhunun ailəsini müqəddəs Yasukuni məbədində gözləyəcəyini söyləyərək sonlandırırdı.

                                                                                    
Kamikadze uçuşlarının müttəfiq qüvvələr üzərindəki təsiri isə donanmaya verilən fiziki zərər və əsgərlər üçün psixoloji zədə şəklində yekunlaşdırıla bilər. Necə ki, Banker-Hill təyyarə gəmisində amerikalı pilot illər sonra kamikadze uçuşlarını "Necə bir zehniyyətlə hərəkət etdiklərini anlaya bilmirdik Bizim üçün həqiqətən mənəvi pozucuydu” deyərək xatırlayır.

Az qala bir il davam edən kamikadze uçuşları ilə 5000-dən çox kamikadze pilot, təxminən 3000 amerikalı və ingilis həyatını itirdi və 34 Amerika döyüş gəmisi batırılaraq bir çox müttəfiq gəmisi zərərə uğradıldı. Kamikadze uçuşlarında həyatını itirənlərə və geridə qalan ailələrinə isə “Homore bo ie” (Şərəfli, hörmət dəyər) ünvanı verilərək yaponlar tərəfindən bəzi imtiyazlar tanındı.

1945-ci ilə gəlindiyində isə gücünü müqəddəs sayılan imperatora və imperiyaya bağlılıqdan alan Yaponiya imperiyasını qurtarmağa, ölkəsi üçün canını fəda etməyə hazır milyonların gücü çatmadı. Hərbi səlahiyyətlilər tərəfindən əgər atom bombası atılmazsa, daha milyonlarla amerikalı əsgərinin öləcəyini duyan Amerika prezidenti Harri Trumenin də təsdiqiylə 6 avqust 1945-ci il tarixində ilk atom bombası Hiroşimaya atıldı. Tək bir atom bombası yaponları təslim olmağa razı etməyincə 9 avqustda səma yenə unikal işıqla aydınlanacaq, yenidən çox sayda vətəndaş həyatını itirəcəkdi. İkinci atom bombasından sonra 14 avqust 1945-ci il günü Yaponiya imperiyası qeydsiz-şərtsiz təslim olduğunu eşitdirdi və II DM bütün dünyada sona çatdı. II DM-dən sonra da imperator olmağa davam edən Hirohito isə bütün ilahi statuslarından vaz keçdiyini söyləyərək min ildən çox müddət davam edən “müqəddəs imperator” anlayışına son verdi.

0 comments :

Post a Comment