Saturday, 14 October 2017

Tellər arxasında azadlıq


NƏZARƏT DÜŞƏRGƏLƏRİNİN QURULMASI

19 fevral 1942-ci ildə Pörl Harbora hücumdan iki ay sonra ABŞ prezidenti Franklin D. Ruzvelt kimsəni və ya qrupu hər hansı bir məhkəmə qərarı olmadan təchir etmək vəzifəsini hərbi vəzifəlilərə verən 9066 saylı icra qərarı imzaladı. Bu qərarın verdiyi əsasa dayanaraq hərbi vəzifəlilər tərəfindən Amerika materikinin Sakit okean sahillərində yaşayan təxminən 115.000 yapon əsilli amerikalılar vaxt məhdudiyyətinin olduğu səbəbiylə Amerikaya bağlılıqları nəzərə alınmadan köçürülərək ABŞ-ın müxtəlif bölgələrində yerləşən 10 nəzarət düşərgəsinə yerləşdirildi.


1942-ci ilin mart ayından etibarən ilk köçürülmə və düşərgələrə yerləşdirilmə başlandı. Hərbi vəzifəlilər tərəfindən yapon əsilli amerikalılara əşyalarını toplamaq və daşınmazlarını sataraq yer dəyişdirməyə hazırlamaq üçün ancaq bir həftə tanınırdı. Bu məhdud zamanda etmələri olduqları olduqca çox şey olunca minlərlə insan yaşadıqları mənəvi şoka əlavə olaraq maddi baxımdan da zərərə uğradılar. Normal həyatlarından zorla ayrılan bu 115.000 insanın üçdə ikisi Amerika doğumlu Amerika vətəndaşları (Nisei. 2-ci nəsil yapon immiqrantlar) olmasına rəğmən vətəndaşlıq belə qocaman qorxu qarşısında minlərlə insanın hüquqlarını qorumaq üçün yetərsiz qaldı. Casus ola biləcək, Amerikaya zərər verə biləcək potensialı olduğu düşünülən yarısı uşaq minlərlə insan təxminən 4 il boyunca müəyyən sərhədlər içərisində əsgərlər tərəfindən nəzarət altında tutularaq tellər arxasında həyatlarını davam etdirdilər. Həbs düşərgələrinə sadəcə Qərb sahilində yaşayan yaponların yerləşdirilməsinin səbəbi isə bu bölgədə yapon hücumunun daha çox olduğunun düşünülməsidir.


Amma 9066 saylı icra qərarının hərbi vəzifəlilərə köçürülmə ediləcək qrupların qərarlaşdırılması mövzusunda geniş səlahiyyət vermiş olmasına rəğmən niyə sadəcə yapon əsilli amerikalıların bu praktikaya mövzu olduğu, o dönəmdə ABŞ-ın sadəcə Yaponiya ilə deyil, Almaniya və ya İtaliya kimi başqa ölkələrlə də müharibə içərisində olduğu göz önündə olduğunda üzərində düşünülməsi olan sualdır.


Hər nə qədər oxşar tarixlərdə həyata keçirilmiş praktikalar olsa da, yapon əsilli amerikalıların yerləşdirildiyi nəzarət düşərgələri eyni dönəmdə nasistlər tərəfindən yəhudilərin yerləşdirildiyi düşərgələrdən olduqca fərqliydi. Nəzarət düşərgələrində heç kim zorla çalışdırılmır ya da böyük miqyasda həyati təhlükəylə qarşı-qarşıya qalmırdı. LİFE dərgisinin 1944-cü il tarixli “Azadlıq xaricində hər şeyə sahibdirlər” başlığı düşərgələrin nə qədər fərqli olduğunu açıqlayır.


Ancaq bu başlıqla durumun olduğundan daha iç açıcı və tərəfli şəkildə göstərildiyi qeyd edilə bilər. Zira federal dövlət tərəfindən düşərgələr içərisində fotoaparat qadağan olunmuş, ancaq müəyyən şəxslərə düşərgələr içərisindəki həyatı fotoqrafiya icazəsi verilmişdi. Ayrıca yaşadıqları yerlərdən zorla ayrılan yaon əsilli amerikalıların toplandığı düşərgələrin çoxu bataqlıq və çöllərdən ibarət idi. Tualetlər, mətbəxlər və çamaşırxanalar isə ortaq istifadə üzrə dizayn edilmişdi. Bunlardan əlavə tibbi xidmələri də yetərsiz idi. Maaşlı işlərdə çalışa bilmək imkanı da sadəcə Amerika vətəndaşı olan 2-ci nəsil yapon əsili amerikalılara (Nisei) tanınınca ABŞ-a köç edərək qazandığı hər şeyi geridə buraxmaq məcburiyyətində qalan ilk nəsil immiqrantlat (Issei) ailə daxilindəki nüfuzlarını itirdilər. Beləcə, yaşca böyüklərə hörməti olduqca önəmli görən yapon mədənyyəti sarsılmış olurdu.


HİRABAYAŞİ VƏ KOREMATSU MƏHKƏMƏLƏRİ

Nəzarət düşərgələrinə yerləşdirilmə əsnasında nizam hərbi vəzifəlilər tərəfindən təmin edilir, verilən əmrlərə tabe olmayanlara isə cərimə sanksiyası tətbiq edirdilər. Hətta düşərgələrdə əmrlərə tabe olmadığı səbəbiylə vurularaq həyatını itirənlər belə vardı. Yapon əsilli amerikalı Qordon Hirabayaşi də küçəyə çıxmaq qadağasını pozduğu səbəbiylə ittiham olunaraq cəzalandırıldı. Hirabayaşinin məhkəməsi ən son apelyasiya orqanı olan Amerika Ali Məhkəməsinə qədər getdi. İddianı ələ alan Ali Məhkəmə 1943-cü ildə verdiyi  qərarında “təcili sosial ehtiyacların” gərəkliliyinə dayanaraq yapon əsilli ameirkalıların məruz qaldığı praktikanın konstitusiyanın irqçiliyə söykənən ayrı-seçkiliyi qadağan edən hökmlərinə zidd olmadığına hökm etdi. Yenə 1944-cü ildə “Korematsu v. United States” məhkəməsində də Ali Məhkəmə eyni qərarını təkrarlayaraq deportasiya və nəzarət praktikalarının hüquqiliyini müdafiə etdi. Hələ keçərliliyini qoruyan bu qərarlar Amerika Ali Məhkəməsinin ən çox tənqid olunan qərarları arasında yer alır.


İkinci Dünya Müharibəsi və düşərgələrə yerləşdirilmə praktikasından illər sonra yapon əsilli amerikalıların məruz qaldıqları haqsızlığın dövlət tərəfindən qəbul edilməsi üçün “Redress Movement” adlı hərəkat başladıldı. Bu hərəkatın ilk nəticəsi olaraq 9176-cı ildə ABŞ prezidenti Cerald Ford köç və nəzarət düşərgələri praktikalarını təkrar edilməməsi gərəkən yanlış önləm və mili xəta olduğunu qəbul etmişdi. Fordun ardınca Amerika Konqresi də həbs düşərgələri və köçü incələmək üzrə komissiya qurdu. Komissiya tərəfindən də yapon əsilli amerikalılara “böyük ədalətsizlik” edildiyi təsdiqlənmşidir. 1988-ci ildə konqres “Təməl hüquqlar qanunu” (Civil Liberties Act of 1988) çıxardaraq köçürülərək nəzarət düşərgələrinə yerləşdirilən və hələ həyatda olan hər yapon əsilli amerikalıya 20.000 dollar təzminat ödənməsinə qərar verdi. Təzminatlar Amerika prezidentinin imzalı üzr məktubu ilə göndərildi.


Ən son nəzarət düşərgəsi 1946-ci ildə bağlanana qədər sadəcə mənsub olduqları irq səbəbiylə azadlıqlarından məhrum buraxılmış minlərlə insanın düşərgələrdə nələr yaşadığı, düşərgələrin fiziki və psixoloji təsirləri hələ bir çox araşdırmaya mövzu olur. Məsələn, aparılan araşdırmların birində illər boyunca nəzarət altında yaşayan yapon əsilli amerikalılarında düşərgələrdə qalmamış olanlara müqayisəylə iki qat daha artq ürək xəstəliyi və erkən ölüm görüldüyü müəyyən olundu. Yaşanılanlar hüquqi müstəvidən dəyərləndiyildiyində isə ABŞ-ın tarixində irqçiliyə söykənən ayrı-seçkilik və ön mühakimənin varlığını sübutu olan Hirabayaşi və Korematsu qərarlarının, oxşar xətaların, şəxslərin təməl hüquqlarını zədələyəcək yeni qərarların önlənməsi üçün göz önündə tutdurulması lazım olduğu düşünülür.


  
Nəzarət düşərgəsinə göndərilən yapon əsilli amerikalının satdığı dükanına  asdığı "Mən  amerikalıyam" lövhəsi  (Oklend, Kaliforniya)


0 comments :

Post a Comment