Sunday, 15 October 2017

Düşmənlə evlənən yapon qadınları


İkinci Dünya Müharibəsində hər yapon amerikalıları düşmən olaraq görürdü. Bəziləri istisna...

İkinci Dünya Müharibəsindən sonra işğal edilmiş Tokio və o şəhərin gözəl qadınlarıyla işğalçı Amerika qoşunları vardı. Hər yapon üçün Amerika qoşunları düşmən idi. Onlar üçün Amerika torpaqlarını işğal etmiş, 2 dəfə atom bombası atmış tarixin ən cani xalqı idi. Hiroşimaya atdıqları atom bombası ilə sanki qisaslarını ala bilməmiş, daha güclüsünü Naqasakiyə atmışdılar. Yaponlar üçün bu xalq və insanları sevmək üçün heç bir səbəb yox idi. Amma bütün bu yaşananlara rəğmən bəziləri eyni fikirdə deyildi, həyatlarını davam etdirmək daha önəmli idi..

Geriyə tərk edilmiş şəhərlər, yıxıq viranə tikintilər və yaşanıla bilməyəcək qədər dərbəbər bir ölkə qalmışdı. Hekayə də tam bu nöqtədə başlayırdı.


21 yaşlı Hiroko Tolbert 1951-ci ildə həyat yoldaşının ailəsi ilə ilk dəfə tanış olmaq üçün Amerikaya doğru yola çıxmışdı. Nyu-Yorka doğru çıxdığı qatar səfəri üçün ən sevdiyi kimonosunu seçmişdi. Gözəl təsir buraxmaq istəyirdi. Hər şey həyat yoldaşının ailəsini görənə qədər çox gözəl idi. Amerikalı ərinin ailəsi kimonolu Hirokonu gördüyündə təsirlənmək yerinə dəhşətə qapıldılar.

“Qayınanam və qayınatam dəyişməyimi istədilər. Qərbli kimi geyinməyimi istədilər. Ərimin də fikri eyni idi. Üst qata çıxdım və əynimə başqa bir şeylər geyindim. Kimonom artıq illərlə ortalarda görünməyəcəkdi.”

Bu, Hirokonun əsl Amerikanın xəyallarındakından çox uzaq olduğunun ilk göstəricisi idi.

“Fərq etdim ki, toyuq təsərrüfatında işləyəcəkdim, hər yerdə toyuq evi və gübrələr vardı. Heç ki evə girərkən ayaqqabıları çıxartmırdı. Yaponiyada biz evdə ayaqqabı geyinməzdik, hər yer çox təmiz idi. Bu şərtlərdə yaşamaqdan ötrü yıxılmışdım.”

“Mənə bir də yeni ad verdilər – Süzi”

Bir çox yapon gəlin kimi Hiroko da zəngin ailədən gəlirdi. Amma bombalardan sonra dümdüz olan Yaponiyada bir gələcək görə bilmədi.

“Amerikan bombardmanından sonra hər şey dümdüz olmuşdu. Hər bir küçə, nə də bir dükan tapıla bilirdi. Oturacaq yer və yemək üçün çalışırdıq, tam bir kabus idi.”

“Bill haqqında çox şey bilmirdim. Nə keçmişi, nə də ailəsi. Amma mənə evlənmə təklif etdiyində çox düşünmədim, çünki yaşamağa davam edə bilmək üçün buradan xilas olmalıydım.”

Hirokonun amerikalı Bill ilə evlənməsi yapon qohumları tərəfindən də xoş qarşılanmadı.

“Anam və qardaşım mənim amerikalı ilə evlənəcəyimi eşitdikləridə yıxıldılar. Evləndikdən sonra məni görməyə gələn yeganə insan anam idi. O anda “Bu qədər. Bir daha Yaponiyanı görə bilməyəcəyəm” dedim.”

Hirokonun ərinin ailəsi ayrıca onu amerikalılara qarşı xəbərdarlıq etmişdilər. Çünki amerikalılar köhnə düşmənləri olan yaponlara bir az fərqli davrana bilirdilər.

Bir gündə 2.400-dən artıq amerikalının öldüyü Pörl Harbor hücumundan sonra 110.000-dən artıq yapon amerikalı Amerikanın qərb kəsimlərində nəzarət düşərgələrində tutulmuşdular. O gündən etibarən amerikalılar bütün yaponlara bir casus gözüylə baxırdılar. İrəlidəki hücum üçün ölkələrinə xəbər daşıya biləcəkləri paranoyası ilə yaponlara qarşı çox şübhəçi davranırdılar. Düşərgələr 1945-ci ildə qapadılmışdı, amma insanlardakı şübhə davam edirdi.

İkinci Dünya Müharibəsi çox amansız müharibə idi. İki tərəf də bir-birinə nifrət ilə baxırdı. Hiroko şanslı idi ki, ailəsinin yerli təsərrüfat çevrəsində kiçik çevrə qazana bilmişdi.

“Bir gün ərimin bibilərindən birisi uşağımı təslim edəcək birini tapmağın çətin olacağını söyləmişdi, amma yanıldı. Doktorum mənimlə maraqlanmaqdan qürur duyacağını söylədi. Hətta daha sonra yoldaşıyla yaxşı dost olduq, evlərinə yeni il ağaclarını görməyə belə getdim. Amma bu dorğu idi ki, digər müharibə gəlinləri Amerikaya o qədər qəbul edilmədi, ciddi adaptasiya problemləri çəkdilər.“


1952-ci ildə daha 22 yaşında ikən Amerikaya gəlin gedən Atsuko Kraft: “Luizianada avtobusa mindiyimi xatırlayıram. Avtobus ikiyə ayrılmışdı; bir tərəfdə zəncilər, digər tərəfdə ağlar. Mən isə harada oturacağımı bilmədim və ortada oturdum.”

Hiroko kimi Atsuko da olduqca təhsilli birisi idi, amma amerikalı ilə evlənməyin özünə xarab Yaponiyada qalmaqdan daha çox faydası olacağını düşündü. Atsuko dil təhsili proqramı ilə Amerikaya getmişdi. Orada təhsilinə davam etdi. Mikrobiologiyanı bitirdi, xəstəxanada yaxşı işi vardı, amma yenə də təcrid edilirdi.

“Ev baxmağa gedirdim, amma nə zaman ev sahibləri məni görsə, “ev tutuldu” deyirdilər. Mənim evi tutmağımın evin dəyərini düşürəcəyini düşünürdülər Eyni səbəbdən dolayı müəyyən məhəllələrə zənciləri də soxmurdular. Bu şəkildə “məhəllədə zənci yoxdur” deyərək evin dəyərini yüksəldirdilər, bu da mənəvi baxımdan olduqca yaralayıcı idi.”

1950-ci illərdə təxminən 30.000-35.000 yapon qadını düşmənləri Amerikaya köçdü. İlk başlarda Amerika ordusu əsgərlərinə yapon qadınları ilə sosial əlaqə qurmağı qadağan etmişdi və evlənmə istəklərini əngəllənmişdi. 1945-ci ildə isə xaricdə evlənən amerikalıların yoldaşlarını ölkələrinə gətirmələrinə icazə verildi. Bu da 1950-ci illərdən sonra böyük yapon köçünə səbəbiyyət verdi. Ümumilikdə isə zənci amerikalılarla evlənən yaponlar Amerikaya daha asan uyğunlaşdılar. Çünki hər iki tərəf də Amerikada təcrid edilirdi.

Hazırda 85 yaşında olan Atsuko sadəcə ağların yaşadığı yerli kəsimlərdə o zamanlar təcrid olunmağın həddindən artıq dərəcədə olduğunu söyləyir. İndi isə “artıq zaman dəyişdi” deyir. “Amerikada artıq özümü təcrid edilmiş hiss etmirəm.

84 yaşındakı Hiroko da Amerikanın dəyişdiyi mövzusunda həmfikirdir. Amma Hiroko bunlar da əlavə edir: “Amerika qədər mən də dəyişdim. Amerikalılar kimi baxmağa başladım. Yaponlar üçün hər şey təhsildir, amma burada mən təhsildən öncə pul tutmağı öyrəndim. Bir növ amerikalı oldum. İndi gözəl həyatım və gözəl evim var. Amma artıq Süzi yoxdur, sadəcə Hiroko var.”

0 comments :

Post a Comment