Monday, 29 August 2016

Döymə (tatu)

Döymələr uzun müddət dənizçilər, günahkarlar və həyat qadınlarına aid mədəniyyət olaraq bilinmiş olmasına rəğmən yaxın zamanda bu qavrayış dəyişməyə başladı. “İnstagram”da gördüyümüz çiçəkləri vücudumuzda solmadan saxlamaq və ya sadəcə tanrı tərəfindən mühakimə edilə biləcəyimizi hər kəsə bildirmək üçün belə tatu studiyalarının qapılarını döydük. Ki zatən bugünümüzdə bu yayğınlığın ən diqqətçəkici misalı mediada sıx-sıx qarşımıza çıxan məşhurların yeni tatu axınlarına qapılmış olmasıdır. Devid Bekhemin qoluna arvadının adını sanskritcə yanlış yazdırmış olması, Zeyn Malikin keçmiş nişanlısının rəsmini qapatdırması kimi gündəlik skandallar tatu mədəniyyətinin alt mədəniyyət olmaqdan uzaqlaşıb ana axına yayılaraq bir növ normallaşmasını təmin edir.

Halbuki döymə vurmaq və vurdurmaq, özəlliklə haradasa tarix boyunca Avropada aşağı təbəqələrə və cəmiyyətdən xaric edilmişlərə aid olaraq görülmüşdü. Günahkarların və kölələrin, hətta ordudan qaçışlarının əngəllənməsi üçün Roma və Bizansda əsgərlərin “işarələnməsi” üçün döymələrdən istifadə edilmişdi. Döymələr german qəbilələrindən vikinqlərə qədər yayğın idi. 10-cu əsr səyyahlarından Əhməd ibn Fədlan səyahətnaməsində “Rüsiyyah” deyə adlandırdığı Volqa vikinqlərinin tatularını təsvir etmişdi:

“Dırnaqlarının uclarından boyunlarına qədər yaşıl ağac rənginə boyunmış bəzi surətlər cızılmışdı.”

Hər nə qədər ibn Fədlan tarixi mənbə olaraq yararlı olsa da, vikinqlər üçün etdiyi “onlar yollarını çaşmış eşşəkdirlər” bənzətməsi əslində Avropanın döyməli insanlara baxış bucağını da əsk etdirir. Günümüzdə sənət olaraq qəbul edilən döymələr yerlilər tərəfindən çılpaqlıqlarını örtməsi üçün istifadə edildiyi düşünülür, tez-tez barbarlarla xatırlanırdılar. Bütün bunlar bir yana, digər uc nöqtə də kilsənin təzyiqinə rəğmən Qüdsə gedən xristian hacılar isə orada olduqlarını sübut etmək üçün döymə etdirmiş olmalarıdır.

                     Qibtilər tərəfindən hacılara vurulan döymələrin qəlibləri

Hal-hazırda etibarsız saya biləcəyimiz bəzi tarixi hekayələrdə döymələrin Avropaya coğrafi kəşflər sırasında gəldiyini iddia etmiş olsa da, yuxarıda bəhs edilən bir çox mənbə sayəsində döymənin yüz illər boyunca Avropada olduğunu, ancaq cəmiyyətdən təcrid edilmiş, aşağı təbəqədəki insanlarla əlaqələndirildiyini görürük.

Buna rəğmən coğrafi kəşflər sırasında özəlliklə dənizçi döymələrinin məşhurlaşmasının səbəbi Ceyms Kuk olmuşdu. 1769-cu ildə kapitan Kukun Sakit okean səfərlərində yanında olan botanik ser Cozef Benks polineziyalı yerlilərdə gördüyü bu tətbiqin “absurd” olduğunu söyləmiş və böyük ehtimalla batil inanclarla əlaqəli olduğuna qənaət gətirmişdi. Ancaq bu səyahətlər sırasında taiti dilində dəridə izlər buraxmaq anlamına gələn “tatau” kəlməsi ingilis dilinə “tattoo” şəklində əks olunaraq keçmişdi. Kukun ekipajı Polineziya döymələri döydürmüşdü. Əlbəttə ki, Kukun dənizçilərinin Sakit okean yerliləri ilə qarşılaşmadan öncə də Avropaya xas döymələrə sahib olduqları da ehtimaldır.

18-ci əsrdən etibarən fərqli coğrafiyalara etdikləri səyahətlər sayəsində dənizçilər arasında ayrı bir döymə mədəniyyəti meydana gəlmiş, hər simvol yeni məna qazanmışdı. Hətta 1900-cü illərin əvvəlində Amerika hökümətinin donanmadan ədəbsiz döymələri qadağan etməsiylə çılpaq qadınların rəsm edilməsində ani artım müşahidə edilmiş, donanmadan bu səbəblə atılıb sonradan geri dönmək istəyən dənizçilər bu qadınlara “geyimlər” geydirtmiş, yəni var olan döymənin üstünü geyimlərlə qapatdırmışdı. Döymələrin “dənizçilər, günahkarlar və həyat qadınlarına” aid olması deyimi də buradan çıxmışdı. Dənizçilər səyahət boyunca dayanacaqları olan liman şəhərlərində müxtəlif simvolları döymə etdirirdilər. Bu ərazilər də həyat qadınları və cinayətkarlarla dolu idi.


Dənizçi döymələrinin günümüzdə bəlkə ən çox xatırlanan ad isə “Sailor Jerry” ləqəbli Norman Kollinsdir. Vyetnam müharibəsinə getmədən öncə Honoluluda “son günlərini” yaşayan donanma əsgərlərinə etdiyi döymələr ilə məşhur olan “Sailor Jerry”nin dizaynları hələ də tatu studiyalarının ən dəyərli kataloqlarındandır. Əlbəttə ki, döymələrlə məşhur olmaq asan iş deyil. 1911-ci ildə doğulan Cerri döymə etməyi Tatts Tomasdan öyrəndi və uzun müddət şərab qarşılığında əyyaşlar üzərində praktika apardı. Həyatını dəyişdirən ilk olay döyməçiliyi öyrənməkdirsə, ikincisi donanmaya qatılmaq oldu. Donanmadan tərhis edilənə qədər gəmilərə və dənizçilik simvollarına dair hər şeyə hakim olan Cerri eyni zamanda Çin və Yaponiyaya da səyahət etmiş oldu.

Qayıdıb Havay, Honoluluya yerləşdiyində isə Asiya (özəlliklə yapon) döymə tərzini-vücudunun böyük qismini örtən parçaları Amerika döyməçiliyinə uyğunlaşdırdı, ancaq ağlında hələ İkinci Dünya Müharibəsinin xatirələri vardı. Yapon döymə sənətinə duyduğu heyranlığı Asiya tərzini Amerika vətənsevər dizaynlarla əldən keçirərək “onları öz oyunlarında yenəcəyik” baxış bucağı ilə öz xüsusi dizaynlarını yaratdı. Bunlar, xüsusilə, dənizçilər arasında məşhurlaşdı. 1940-cı illərin əvvəlində tatu studiyasını açdığı küçədə 3 müəssisəyə rast gəlinirdi. Onunki kimi tatu studiyaları,  barlar və fahişəxanalar. Beləcə, uzaq diyarlara göndəriləcək əsgərlər içir, fahişəxanalara uğrayır və təbii ki, döymə etdirirdilər. Cerrinin “flash tattoo” deyilən, yəni öncədən cizilmiş və hazırda gözlərən dizaynları da əsgərlərin yanlarında götürmək istəcəyi şeylər idi. 


Qaranquşlar döymə sahibinin evinə dönəcəyini işarə edirdi, eyni zamanda əgər dənizçi səyahət sırasında ölürsə, ruhunu cənnətə daşıyacaqdılar.


Lövbər təxmin edilə biləcəyi kimi zəmanət idi. Bir dənizçinin sabitlənməsini, təməllənməsini təmin edirdi. Durmadan hərəkət edən dənizdəki tək durağanlıq idi.  Bu səbəblə ümumilikdə üstünə “ANA” və ya sevgilinin adı yazılırdı.


“Cəsur adamlar ölərkən siçanlar kökəlir.” Müharibəyə gedən əsgərlər üçün daha mənalı nə ola bilər?


Ümumilikdə “pin up” tərzi rəsm edilən qadınlar isə döyməyə sahib olanların ehtimalla uzun müddət boyunca görəcəyi tək qadın olurdu.

Bunlardan əlavə daha 10-larla dənizçi mədəniyyətinə aid dizayn Cerrinin əllərində sənət əsərinə çevrildi.

Polineziyalılar və mikroneyziyalılarınkından olduqca fərqli olsa da, Amerika dənizçi döymələri bir çox donanma əsgərinin, özəlliklə müharibə dönəmində “ev” anlayışını yanında daşıya bilməsini, özünü bəlli qrupa aid hiss edə bilməsini təmin etmişdi. Eyni zamanda Cerrinin ictimaiyyətə gətirdiyi yenilik müzakirə edilməyəcək qədər önəmli idi. İlk dəfə bənövşə rəngini işlətmiş, qalın və bəsit cizgiləri ilə parlaq rəngləri qarışdırmışdı.Bunlardan əlavə dizaynın orijinallığına çox dəyər verirdi, əgər üstünüzdə sevmədiyi və kopyaçı olaraq gördüyü bir döymə sənətçisinin əsəri varsa, sizə döymə etdirməzdi. Özəlliklə marixuana istifadə edən və özünün “barış saxsıları” dediklərinə, xoşlanmadığı rəftar sərgiləyənlərə döymə etdirməzdi, studiyanın qapısından geri çevirirdi. Bütün bunların üzərinə eyni zamanda hökümətə və vergi verməyə olduqca qarşı idi, tam bir sağçı idi və Niksonu “həddindən artıq liberal” olmaqda ittiham etmişdi. Bu kəskin fikirliliyi ucbatından əsərləri az qala ortadan itəcəkdi, əgər cizimlərinin Ed Hardi, Mayk Meloun və ya Zeke Ouensin əlinə çatmazsa, yandırılmasını istədiyini söylədi. Onun tərzini davam etdirən şagirdləri sayəsində günümüzdə “Sailor Jerry” dizaynları istəyən hər kəsin vücudunda həyat tapa bilir.

Cerri 1973-cü ildə yeni motosikl baxarkən ürək böhranı keçirdi. Nə olduğunu anlamayan Cerri öz motosiklini sürərək evinə qayıtdı və 3 gün sonra 12 iyun 1973-cü ildə öldü. 

0 comments :

Post a Comment