Unudulmaz ədəbi əsərlər sırasında “Operadakı Xəyalət”in yeri özünəməxsusdur. Brem
Stokerin “Drakula”sı, Meri Şellinin “Frankenşteyn”i kimi “Operadakı Xəyalət” də
film sayəsində ölümsüzləşmiş, daha sonra
Endryu Lloyd Vebberin notları ilə bir müzikl olaraq əfsənələşərək bədii məzmun
qazanmışdı. Bütün bunlar “Operadakı Xəyalət”in görünən, bilinən, populyar olan
tərəfləridir, pərdə arxasında qalan əsl gerçəklər isə fərqlidir. Ən maraqlısı
isə budur ki, “Operadakı Xəyalət” gerçək hekayədir. Çünki hekayənin 2 təməl qəhrəmanı
olan Xəyalət Erik və soprano Kristina həqiqətən də yaşayıblar. Müəllif Qaston
Leru Kristinanın əslində isveçli bir opera ifaçısı olan Kristina olduğunu söyləsə
də, Xəyalətin kim olduğunu heç vaxt açıqlamadı. “Mən onu tanıdım, gerçək idi,
amma bir xəyalət kimi yaşayırdı.” deyərək sirrini o biri dünyaya götürdü.
“Operadakı
Xəyalət” adlı romanın müəllifi Qaston Leru 6 may 1868-ci ildə küçədə doğuldu-deyə
bilərik. Anası Mari-Alfonsina bir səyahət əsnasında Parisdən keçərkən doğum
sancılarına yaxalanmış və ilk tapdığı evə sığınaraq körpəsini doğurmuşdu.
Qaston illər sonra Parisə gəldiyində doğulduğu evi axtarıb tapacaq və evdə bir
cənazə işləri firmasının çalışdığı görüncə gülərək : “Mən burada bir beşikdə
yatmışdım, amma indi bir tabut tapdım.” deyəcəkdi. Qaston Normandiya sahillərində, balıqçılıqla iç-içə böyüdü, yaxşı balıqçı və üzgüçü idi. Daha sonra dil
məktəbinə göndərildi və orada ədəbiyyat ilə tanış olaraq boş vaxtlarında
yazmağa başladı. Nümunəvi şagird idi və müəllimləri onu perspektivli vəkil
olacağını düşünürdülər. Doğrudan da məzuniyyətdən
sonra Parisə gələrək hüquq təhsilinə başladı, bu əsnada kiçik hekayələr və şeirlər yazırdı. Yazdığı sonetlər zaman içərisində
teatr işçiləri tərəfindən oxunmağa başlanmışdı. 1889-cu ildə həyatı dəyişdi, hələ
hüquq təhsilini yeni bitirmişdi ki, atası öldü və ona bir milyon franklıq miras
buraxdı. Gənc Leru özünü bir anda gecə həyatında tapdı, barlarda içir, qumar
oynayır və səhv investisiyalar edirdi. Bu dövrün sonunda həyatının baha başa gəldiyini
fərq edincə yenə yazmağa yönəldi. Dayanmadan yazırdı, əvvəllər komediya yazdı, amma quruluş etibarı ilə ciddi bir insan idi və uşaqlığından bəri maraqlı
olduğu sirrə yönəlməyə başladı. Ölümlə həyatın sərhədləri ilə, ruhun yenidən
doğması ilə və alternativ həyat fəlsəfəsi ilə maraqlanmağa və özünü inkişaf
etdirməyə başladı.
HÜQUQLA LİBERALİZMİN QARŞIDURMA NÖQTƏSİNDƏ
Həyatın
reallıqları ilə üz-üzə gəldikcə çözümsüzlüyü daha yaxşı anlayır və insan təbiətinin
təcrübələrlə qiymətləndirilməsi lazım olduğunu düşünməyə başlayırdı. Hüquq
bunun üçün əhəmiyyətli bir qaynaq idi, amma Leru insanların professional
mühakimə məntiqini sevmir və təmin olmurdu. Barlarda və Paris kafelərində 3 il ərzində mübahisə apardı, danışdı,
dinlədi, hər seqmentdən insan tanıdı, düşüncələrini zənginləşdirdi. Bu vaxt “L´Echo
de Paris” qəzetinə yazmağa başladı, fikirlərini bu qəzetdə izah etməyə fürsət
tapdı. Birdən özünü yeni bir mövzunun içində tapmışdı, marağını çox çəkən bu
mövzu teatr idi və dram kritikləri yazmağa başladı. Yazılarında istifadə etdiyi
məhkəmə salonlarının etibarlı məntiqi maraq çəkmişdi, ədalətin ortaya
çıxartdığı insan şəxsiyyətlərin teatral şəxsiyyətlərlə bütünləşdirir və məhkəmə
salonları ilə teatr səhnələrində oynanan rolların ortaq istiqamətlərini sərgiləyirdi.
Bir bombalama olayının günahkarı olan anarxist Oqyust Vayyan davası Leru üçün önəmli
bir köşəbaşı oldu. Lerunun “Le Matin” qəzetində nəşr olunan dava ilə əlaqədar şərhləri
böyük maraq doğurdu, davaya yeni ölçülər gətirir və istintaqı sanki istiqamətləndirirdi.
Vayyan ilə həbsxanadakı hücrəsində apardığı danışıqlar nəticəsində Leru
günahkarı deyil, günahı sorğulayır və özünün həbsxana antropoloqu olduğunu söyləyirdi.
Bu vaxt özünü böyük bir təhlükənin içinə atmışdı, təhdid edilirdi, amma vecinə
almadan liberal düşüncələrini yazmağı davam etdirdi. Xalq ikiyə ayrılmışdı, bəzilərinə
görə bu çox yaxşı hekayə idi və izlənilməsi xoş idi. Leru şübhəli ilə apardığı
danışıqların içərisindən çömçəylə çıxarırcasına vurucu istiqamətlər tapır və hər
kəsi çaşdırırdı. Kim idi günahkar? Vayyan, yoxsa onun bu hala gəlməsi üçün əlindən gələni
edən ictimai nizam? Axırda Vayyan gilyotinə yollandı, amma Leru artıq ömrü
boyunca edama qarşı mübarizəsini davam etdirəcək və liberalizmin bayrağını
daşıyacaqdı.
LERU JURNALİSTKİADAN İMTİNA ETDİ.
Sonrakı
illərdə Leru “Le Matin”in inqilab müxbiri və siyasət yazarı olaraq Asiya,
Afrika, Avropa və Rusiyanı gəzdi. Dövrünün bütün siyasi olaylarının içində idi.
Son rus çarı ilə görüşdü, Dreyfus davasını yaxından izlədi, məcarəçi ruhunu
yazılarına əks etdirməsi maraqla izlənilirdi, rəngli, dramatik və kompromissiz
üslubu böyük olayların şahidi olması ilə birləşincə axtarılan və istənilən
yazar olmuşdu. Vezuvinin püskürməsi əsnasında kraterin içində idi. Şərqi
Anadoludakı türk-erməni müharibəsinin və rus-yapon müharibəsinin mərkəzində
olayları yaşadı. Mərakeş üsyanı əsnasında ərəb "maşlah"ı geyərək gəzən tək avropalı
o idi. Qaradənizə getdi, Odessa və
Sankt-Peterburq üsyanlarını içindən izlədi. Rus inqilabının ayaq səslərini yazdı. Çar ilə Kayzer II Vilhelm arasındakı
Baltik dənizindəki gizli yığıncağı dünyaya eşitdirən o idi. Daha sonra rus məhkəmələrinə
aşpaz geyimi ilə girərək olanları dünyaya eşitdirən yenə də Leru idi. Və
olmadıq bir olay bir anda hər şeyi dəyişdirdi.
Uzun səfərin dönüşündə istirahət edərkən redaktorundan gələn telefonla
oyandırıldı, hirslə telefonu açdığında o gecə dərhal Tulon limanına gedən
qatara minməsi istəndi: çünki bir fransız müharibə gəmisi havaya uçurulmuşdu.
Leru o anda qərarını verdi; telefonu redaktorun üzünə qapatdı, bundan sonra
yalnız bir roman yazarı olaraq yaşayacaqdı. İl 1907 idi.
SARI OTAĞIN SİRRİ
Lerunun
ilk kitabları 1903-cü ildə kitabçılarda görüldü. “Səhər xəzinəsini axtararkən”
adlı serial-kitab daha öncə “Le Matin”də nəşr olunmuşdu. Hekayə 18-ci əsrdə
yaşamış Lui-Dominik Kartuş adlı quldurun həyatını izah edirdi. Üslub yenə eyni
idi. Leru qulduru gizli-gizli ucaldırdı və soyulan aristokratları köhnəldərək
alçaldırdı. 1907-ci ildə Leru “Sarı otağın
sirri” adlı baş əsərini nəşr etdi. Nə qədər “Operadakı Xəyalət” onun ən məşhur əsəri
olaraq təyin edilsə də, tənqidlərə görə ən uğurlu romanı bu idi. Roman bir
cinayət üzərində qurulur, tamamilə qapalı və kilidli otaqda işlənən bir cinayəti izah edir. Otağın qapısı möhürlüdür və içəri girilə biləcək başqa bir yol
yoxdur. Bu imkansız cinayət Lerunun Şerlok Holms tipləməsinin fransız versiyası
olan Jozef Rultabiy tərəfindən çözülür. Roman detektiv romanlarının qabaqcılı
olan 2 böyük yazar-Eqdar Allan Po və Ser Artur Konan Doyl tərəfindən təqdirlə
qarşılanır. Ponun məşhur “Morq küçəsində qətl” ilə qarşılaşdırılmasına rəğmən fərqliliyi
ortadadır, cinayət tamamilə məntiq oyunlarına əsaslanır. Detektiv Rultabiy
Lerunun sonrakı 7 romanında daha görüləcəkdi.
“OPERADAKI XƏYALƏT"İN DOĞULUŞU
Ayrıca
romanda məşhur fransız ədəbiyyatçılarının, yəni, Stendal, Düma və Viktor
Hüqonun təsirləri də görülməkdədir. 1908-ci ildə Leru Parisdən Nitsaya yola
çıxar, oranın iqlimindən xoşlanmaqdadır və yazmağa davar edər. Bu əsnada I
Dünya Müharibəsi öncəsində oxuma vərdişi pikdədir. Amma Leru sadəcə detektiv
romanları yazarı deyildi, eyni zamanda da məcarə, qorxu və fantastik hekayələr
və romanlar yazırdı. 1908-1911-ci illər arasında 5 roman nəşr olundu: bunlardan
birisi çox uzun roman olan “Şabaşa kraliçəsi” idi. 1902-ci ildə bir oyun yazdı,
uzun zaman səhnəyə qoyulmayan bu oyun bir mənada “Sarı otağın sirri”nin
adaptasiya idi. Eyni dönəmdə səssiz kino yayılmağa başladı və Leru kino ilə
maraqlanmağa başlayaraq ssenari yazmağa başladı. Qonşusu Navarra məşhur
“Fantoma” serialının oyunçularından idi, birlikdə işləyərək bir çox ssenari
yazdılar. Lerunun qızı Madlen də filmlərdə oynayırdı. Amma Leru 1918-ci ildə
kinodan uzaqlaşdı və İspaniya vətəndaş müharibəsindəki casusluq olayları ilə əlaqədar
bir roman yazdı, bu ərəfədə də hələ yaşanmamış olan II Dünya Müharibəsini nəzərdə
tuturdu. Kitab çox satıldı və şöhrəti sürətlə yayıldı, kitabları anında
ingiliscəyə çevrilərək nəşr edilirdi. Onu ölümsüzləşdirən “Operadakı Xəyalət”
isə kino marağının öncəsində 1911-ci ildə nəşr edilmişdi və o biri kitabları qədər
maraq görməmişdi. Amma dəyəri sonra aydın olacaq və olay yaradacaqdı.
ROMAN, YOXSA SƏNƏDLİ ƏSƏR?
“Operadakı
Xəyalət”i Leru Paris Operasını gəzdikdən sonra yazdığını söyləyir. Binanın hər
yerini gəzmiş, zirzəmilərinə qədər enmişdi. Həqiqətən də Paris Operasının altında zülmət qaranlığın içində labirint
hücrələr, sirli yeraltı göl, dəmir barmaqlıqlar tapılmaqdadır. Əslində bina
Prussiya müharibələrindən qalma həbsxananın üzərində qurulmuşdur, yer səviyyəsinin
altına qapadılan məhkumlar gün işığını əsla görə bilmirdilər. Leruya təsir edən
digər olay isə 1896-ci ildə izləyicilərin üzərinə düşən nəhəng çilçıraq idi. Nətiicə
qorxunc idi və bir ölü, saysız yaralı. Leru binanı incələyərkən memar tərəfindən
niyə yaradıldığı bilinməyən pətək bənzəri keçidlər kəşf etdi, məqsədi anlaya
bilməmişdi və sanki qaranlıq keçidlərdə görünməyən bir canlı yaşayırdı. Bax,
“Operadakı Xəyalət”, yəni Xəyalət Erik burada doğuldu, amma Leru xəyalətin gerçək
olduğunu, yəni, daha öncə buranı inşa edən yarı dəli, musiqiçilərə nifrət edən
bir memar olduğunu iddia edirdi. Əslində
“Operadakı Xəyalət”in, yaxşı diqqət edilirsə, çox yaxşı araşdırma və inkişaf
etdirmə prosesinin nəticəsində yazıldığı aydın olur. Leru jurnalist məntiqi ilə
sənədli vəsait yığmış, ustalıqla hörmüş və fonddakı detalların üzərinə yayaraq
bir roman ortaya çıxarmışdı. Bütün obrazlar realdır və bu cür roman yazma
stilininin, yəni, real şəxsləri fantastikalaşdırmanın tapıcısı Lerudur. Oxucu
romanı oxuyarkən gerçəklə xəyal arasında gedib gəlir, zaman-zaman da
qarışdırır.
O-XƏYALƏTDİR, AMMA ƏTİ, SÜMÜYÜ VAR.
“Operadakı
Xəyalət” daha başlanğıcda oxucunu ələ keçirir. Xəyalət real şəxsiyyətdir, yəni
fövqəltəbii varlıq deyil, üstəlik daha da qorxuncdur. Çünki öldürməkdədir, əli-qolu
olmayan mücərrəd xəyalətin əskinə qan və ətdən meydana gəlmişdi, kin və nifrət
dolu dəlidir. Kitab İngiltərə, ABŞ və Fransada nəşr olunduqdan sonra Xəyalət orqan
çalan və çilçırağın zəncirini kəsən illustrasiyalarla canlandırıldı, bu şəkildə
konkret şəxsiyyəti daha diqqətə çarpdı. Hekayə tipik Leru girişi ilə başlayır,
qarşınıza təhlükəli, sirli, toplumdan xaric obraz çıxır, bunu opera
salonunun təsvirləri izləyir və dərhal
ardınca eşq hekayəsi gəlir. Lerunun mövzusu hazırdır. Sirr, məkan və eşq-bunlar
obrazla bütünləşincə geriyə sadəcə fantastika qalır və Leru bunu çox yaxşı
bacararaq oxucuya kitabını nəfəs almadan oxudur. Dəfələrlə kinoya köçürülən
“Operadakı Xəyalət” sadəcə bir dəfə mövzuya sadiq qalmış və romandakı həyəcanı
izləmişdi. (1924-cü il, Universal Film, Lon Çeyni) Çeyni fövqəladə performansla
xəyaləti canlandırmış, hətta yaşamışdı. Qaston Leru bu filmi görəcək qədər
yaşadı və şərh etmədi. Özünü ölümsüz edəcək olan “Operadakı Xəyalət”i ən önəmli
kitabı olaraq qəbul etmirdi.
"YAZIQ ERİK"
15
aprel 1927-ci ildə Qaston Leru 59 yaşında, gözlənilməz bir anda kiçik əməliyyatın
ardınca zəhərlənərək öldü. Nitsa yaxınlarındakı Castle Cemetery´ə basdırıldı,
geriyə tamamlanmamış, amma dərhal nəşr olunacaq olan roman buraxmışdı. Özü ilə
1925-ci ildə aparılan danışıqda “Operadakı Xəyalət” üçün belə deyirdi:
““Operadakı Xəyalət” gerçəkdir, mənim üçün yetərli dəlilləri vardır, amma
qalanı razı qalıcı fantastikadan ibarətdir. Xəyalət canlı insandır, amma gerçək
xəyalət kimi görünür, ya da davranır, yəni, kölgə kimidir və bu kölgə
qorxuducu, amma eyni zamanda da inandırıcı əhvalatla bütünləşir. Uzun
araşdırmalar apardım və sorğuladım. Paris Operasının keçmiş idarəçilərindən
Messaje və Geyar ilə danışdım, bənzər hadisələr dinlədim. Memarlar, arxivçilər əhvalatı
inkişaf etdirdilər. Nədənsə həmişə opera binalarında bir xəyalət inancı vardı, bugün hələ Paris Operasında baletlərin
geyinmə otağında dolaşan kədərli və qorxunc xəyalətdən danışılır. Bu söhbətlər
romanıma təsir etdi. Çeynin oynadığı film bu istiqamətdə çəkildi. İşin əsli, Erik gerçək və unudulmaz xəyalət idi. Əlində kəllə
ilə dolaşan, opera binasını özünə ev etmiş biri, amma zəkası uşaq qədər idi. Onun gerçək şəxsiyyətini kitabdakı Kristina
Doe şəxsiyyətinin arxasında saxladım. O- Kvazimoda, “Notre Dame”nin donqarı idi.
Opera kitabxanaçısı M. Co Vayl baletlərin otağındakı xəyaləti bilir və çətin
günlər yaşandığı danışırdı, anlatdıqları gerçək idi. Anlaşılmaz və açıqlana
bilməyən bir kölgə dəhlizlərdən sürüşərək keçir və soyunma otağına gəlirdi və
inanıram ki, əgər o-ölüdürsə, hələ sakitliyə qovuşa bilmədi. Yazıq Erik...”
ÇİLÇIRAQ NECƏ DÜŞDÜ?
Paris
Operasının tavanı Jül Ejen Lenevyo tərəfindən
boyanmışdı, amma 1962-ci ildə Çaqal tərəfindən yenidən boyandı, tavan ikiyə
bölünmüş və məşhur bəstəkarlarla onların əsərlərini canlandıran işarələr çəkilmişdi.
Tavanın tam ortasında nəhəng çilçıraq asılı idi və 20 may 1896-ci ilə qədər
orada qaldı. O gün “Helle” operasının qala gecəsi idi. İlk pərdənin bitməsinə 9
dəqiqə qala soprano Karron ariyasını soyləyərkən birdən qorxunc çığırtı
eşidildi. İşıq partladı, tavandan yağan toz buludu salona yayılarkən
tamaşaçılar panika halında qapılara doğru qaçmağa başladılar. Səhnədəki sənətçilər
və xor yerində qalmışdı, özlərini səhnədə daha etibarda hiss edirdilər, ön
kreslolarda oturanlar daha soyuqqanlı davranaraq olduqları yerdə qalmışdılar.
Əsl faciə panika halındakı insanların doldurduğu qalereyalarda yaşandı. 2-3 dəqiqə
içərisində qalereyalar boşaldığında geriyə yerdə yatan yaralılar qalmışdı. Bəzi
qadınlar nərdivan barmaqlıqlarına və heykəllərə dırmaşaraq aşağı tullanmaq istəmişlər,
amma vəzifəlilər tərəfindən əngəllənmişdilər. Burada 5-6 nəfər yaralandı, amma
nəticədə vəzifəlilər çıxışa gedən doğru yolu göstərmişdilər. Əvvəl bir neçə
yüngül yaralıdan başqa bir zərər meydana gəlmədiyi zənn edildi, amma
qışqırıqlar başlayınca iş dəyişdi. Balkonun altında əzilmiş, qışqırıqlar atan
bir qadın vardı-deyərkən hər yeri qana bulanmış bir qız ortaya çıxdı, qışqırır
və anasının 4-cü qatdakı yıxıntının altında qaldığını söyləyirdi. Araşdırma
apararkən bir qadının əzildiyi aydın oldu. İstintaqın əvvəllərində öncə qəza olmadığını
düşünüldü, bombadan şübhələndilər, sonra damda yanğının başladığı aydın oldu.
Elektrik kabellərindən birisi qısa dövrə edib alovlanmış və çilçırağı tavana
tutduran 8 ayağın birisini əritmişdi, yerindən qopan ayaq aşağıda 11 və 13 nömrəli
qoltuqlarda oturan ana və qızının üzərinə düşmüş, talesiz ana 770 kiloluq dəmirin
altında qalaraq ölmüşdü. Yəni, düşən şey çilçıraq deyildi, çilçırağın dəmir
ayaqlarından birisi düşmüşdü.
KRİSTİNA KİMDİR?
“Operadakı
Xəyalət”in qadın qəhrəmanı Kristina adlı sopranodur. Xəyalətin ilk aşiq olduğu
qadındır və vikont de Şanini, Raulu sevir. Halbuki Kristina realdır, isveçli
sopranodur. Leru çağdaşı olan
Kristinadan təsirləndiyini söyləyərkən özünü tanımadığını qeyd edir. Sopranonun
başından keçən 2 hadisə maraqlıdır. 1901-ci ildə Londonda yenə xəyalətli opera
binalarından birisi olaraq bilinən Drury Lane´də La Traviata operasında oynamağa gedən
Kristinanı qala gecəsində dinləyənlərin arasınca Uels Şahzadəsi və onun qonağı
olan İran Şahı vardı. Oyundan sonra özünü ziyarət edəcəklərini təhmin edən
Kristina Parisdən çox bahalı və özəl geyim gətizdirir və hazırlanaraq alicənab
qonaqlarını gözləməyə başlayır. Aradan bir saat keçər və gələn-gedən olmaz.
Ümidini kəsən Kristina görkəmli geyimini çıxararaq yenə operada geydiyi çınqıl
geyimi geyinir, içində çox da rahat deyil və sınamaq məqsədindədir. Birdən qapı
döyülür və Şahın gəldiyi bildirilir. Kristina çaşır, geyimini dəyişdirməyə vaxt
yoxdur, rədd edir, amma Şah inadcıldır. Kristina otaqdan o geyimlə atılır və
Şahın qolundan tutaraq hayqırır: “Siz çox pis bir şahsınız. Bir saat öncə çox
gözəl idim, sizin üçün geyindiyim möhtəşəm geyim içində gözləyirdim, amma indi
səfil görünüş içindəyəm. Ayaqlarımda ayaqqabı belə yoxdur.” deyir və çılpaq
ayağını qaldıraraq şahın burnuna dayayır. Bundan sonra şahın nə etdiyi
bilinmir, çünki Kristinanı alıb otağına girir. Amma Kristina hər kəsin içində
İran Şahının burnuna çılpaq ayağını dayayan tək qadın olaraq tarixə keçir. Yeni
eyni illərdə Kristina Rusiyada Peterburqa Faust operasında Marqaritanı oynamağa
gedir. Oyun əsnasında məşhur “Ləl-cəvahirat ariyası”nı söyləməkdədir, ləl-cəvahirat
qutusunu açır və içindəki gerçək ləl-cəhaviratla qarşılaşır. Ləl-cəvahirat çarlıq tərəfindən ərməğan olaraq verilmişdi,
amma saxtaları ilə qarışdırılaraq oyun aksesuarlarının arasına girmişdi.
Kristina qutudakıların gerçək olduğunu dərhal anlayır və ariyanı kəsərək “Nə
gözəl şeylər!” deyə hayqırır. Olayın iç üzünü bilməyənlər hələ Faustda belə bir
sözün olub-olmadığını müzakirə edirlər. Kristinanın Rusiya gəzintisi olaylarla
doludur, hər oyundan sonra incə geyimlə ayaqyalın qarlarda qaçması, ayı ovuna
çıxıb bir ayını şəxsən vurduğu və ayının postunu Londondakı evinin holluna sərdiyi
unudulmayan anekdotlardandır. İsveçli Kristina Lerunun Kristinası kimi deyildi,
amma gerçək idi.
“OPERADAKI XƏYALƏT" KİNODA
“Operadakı
Xəyalət” kino sənətində sadəcə gizli
musiqi dəlisinin ovlandığı bir hekayə deyil. Kino tarixindəki yeri Lon Çeyni ilə
bütünləşir. Çeyni özəl makiyaj və effekt
texnikaların olmadığı bir dövrdə öz qabiliyyəti ilə operanın labirintlərində
dolaşan elə çirkin və təsirli bir tip yaratmışdı ki, hələ baş əsər olaraq
ağıllarda qaldığı kimi kino məktəblərində nümunə olaraq da göstərilir. “Min
üzlü adam” deyilən Çeyni 1925-ci illərdə sürətlə yayılan yayılan səssiz kinonun
tanınmış oyunçularından deyildi, “Operadakı Xəyalət”lə dünya miqyasında şöhrət
qazandı. Bununla da “O.X.” bir qorxu film klassikası olaraq “Dracula” və “Frankenstein”
yanında ədəbiyyata keçdi. Filmdə Kristinanı oynayan Meri Filbin isə parlaq və kəskin
drama nümunəsini verməsiylə xatılanır. Filmdə Çeyninin üzündən maskasını
fırladaraq oynadığı “ölünün başı” bölümü kino tarixinin ən yaxşı səhnələrindən
birisi olaraq qəbul edilir. Mütəxəssislərə görə, doğru kölgələrin doğru yerlərdə
beləsinə yaxşı istifadə edildiyi başqa bir örnək yoxdur. Çeyni bunu təsdiqləməkdə
və “Orada qorxunun bütün xəyalını verə bildik” deməkdəydi. “O.X.” o illərə görə böyük müvəffəqiyyət
qazanmış film olmasına rəğmən günümüzə qədər dəfələrlə kinoya köçürüldü.
2-ci versiyası 1943-cü ildə rəngli və səssiz olaraq çəkildi. X.-i fransız
aktyoru Klod Reyns oynadı. Hekayə ilə oynanmış və Reynsin oynadığı bir bəstəkarın
üzünə tökülən turşu nəticəsində qorxunc hala, X.-ə çevrildiyi canlandırılmışdı.
Öncəki film qədər qotik olmayan bu əsərdə musiqi daha ön planda idi və dövrün məşhur
müğənnisi Nelson Eddi də filmdə oynayırdı. Maraqlı olan bu filmdə Çeynin
filmindən alınan rəsmlərin istifadə olunması idi və film sonunda bir fotoşəkili
Oskar qazandı. Daha sonra Lerunun hekayəsi bir ispan filmində- “El Fantasma de
la Operetta” -yenə ağ pərdəyə köçürüldü. Buradakı X. xor qızlarını öldürən
şorgöz və amansız qatil idi. 1962-ci ildə
qorxu filmləri ilə məşhur “Hammer”
(Herbert Lom və Hizer Sirs) digər “O.X.”-i pərdəyə gətirdi, amma qeydə dəyər
alınmadı. 1974-cü ildə prodüser Brayan
De Palma işi sulandıraraq parodiya cizgisində “Cənnətin Xəyaləti” adı ilə New York Rock´n Roll konsert salonunda keçən fərqli
uyğunlaşmanı filmə aldı. Filmdə Pol Uilyamsın oynadığı heroin istifadəçisi və
müğənni olmaq istəyən pis qəlbli val prodüseri X.-i yumorlu cizgidə simvol
edirdi. 1983-cü ildə “O.X.” Maksimilian Şellin baş rolda oynadığı mini-serialda
görüldü, yanında ovsunlayıcı Ceyn Seymur oynayırdı. 19-cu əsr Budapeştində keçən
filmdəki X. tipləməsi gerçək xəyal olaraq eləsinə ötürüldü. 1989-cü ildə “Elm Küçəsi”nin qorxunc Freddisi Robert Enqlund X. olaraq kamera qarşısına keçdi. Bu tam
anlamıyla özəl effektlərlə bəzənmiş modern qorxu filmindən başqa bir şey
deyildi. Və 1990-cı ildə NBC televiziyası oyun yazarı Artur Kopitin
uyğunlaşdırdığı 2 bölümlük serialda həyatının son eforunu xərcləyən Bert
Lankasteri Çarlz Dens ilə birlikdə oynadaraq fərqli,amma yavaş X.-i sınaqdan
keçirtdi. Görünən odur ki, Çarlzın xüsusi bacarığı xaricində “O.X.” kinoda yetərincə
yerini almadı. Çünki kitabın təməl və gerçək obrazı olan X., -Erik- Lerunun öz
şəxsiyyəti ilə bütünləşən qaranlıq və gizli tipdir. Bunu fərq edən və ya bilmədən
bütünləşən aktyor Çeynidir, ya da müəllifin müasiri olmasının avantajını
yaxalamışdı. Leru Erikin əsl şəxsiyyətini bilirdi və “O.X” xaricindəki
kitablarında da ondan istifadə etdiyini eyham edirdi. Bir söz-söhbətə görə Lon
Çeyni real Eriklə qarşılaşmış və çox təsirlənmişdi. 1925-ci ildəki filmdə istifadə
olunan və Çarlz Holl tərəfindən həyata keçirilən Paris Operası komplekti hələ
durmaqdadır. Universal Studiyalarını gəzənlər 28 nömrəli komplektdə bina ilə
qarşılaşa bilərlər.
BÜTÜN ZAMANLARIN ƏN YAXŞI MÜZKLI
X.-i
növbəti dəfə bəyaz pərdə Vebberin musiqisi ilə gətirilməsinin ilkin mübahisələrində
o, “mən teatrçıyam” deyib təkliflərdən uzaq durmuşdu. Hətta kino tənqidçiləri
Vebberlə Stiven Spilberq işbirliyini düşünmüşdülər. X. rolu üçün Con Travoltanın
düşünülməsi bütün dünyada əks-səda doğurmuş, kompaniya yaradaraq “Əlinizi X.-dən
çəkin...” demişdilər xəyalətsevərlər.
0 comments :
Post a Comment