“Mənim adım Qırmızı” tarixi roman, detektiv romanı və eşq romanı olaraq dəyərləndirilə biləcək çox istiqamətli bir romandır. Əsərin yazılmasında məqsəd nəqqaşların taleyindən, yüz il boyunca bir işə əmək verdikdən sonra bugün tamamilə unudulmalarından bəhs edir. Müəllif Şərq ilə Qərb arasında körpü qurmaq istəyir. Şərq sənətini Qərb yazı texnikalarından istifadə edərək oxuculara təqdim edir.
İl
1591. Rəsmi tarix ilə Osmanlının “dayanma dövrü”. Ənənəvi Osmanlı sisteminin
çökdüyü bu dövrdə iqtisadiyyat iflas etmiş, kadr hazırlığı sistemi işlənməz
olmuş, Anadolu, Cəlali üsyanlarından nəfər almaz hala gəlmişdi. Bu tarixi arxa
plan önəmsiz görünsə də, əslində nəqqaşların düşdükləri iqtisadi çətinlik səbəbi
ilə qəbul etdikləri iş ilə əlaqəsi baxımından canlı ünsürə çevrilir.
Əsər
boyunca uzun-uzadı qərbli rəssamlarla osmanlı nəqqaşlar qarşılaşdırılır. Rəsmin
İslamiyyət çərçivəsində incələnməsi və dəyərləndirilməsi də söz mövzusudur.
Eyni zamanda nəqqaşlıqdakı təkrarlar əsərdə də öz əksini tapıb.
Romanda
nəqqaşlıqda yaşanan yaddaşdan rəsmetmə və korluq təsəvvüfi də bir təmələ
dayanır. Əsərdə bəhs edildiyi üzrə Ustad Osman saraydakı rəsmlərə baxdıqdan
sonra məşhur nəqqaş Behzadın istifadə etdiyi iynə ilə özünü kor edir. Başqa bir
nöqtə isə nəqqaşların üslub və fərdi ifadəni rədd etmələri İslamiyyət təzyiqinin nəticəsidir.
Əniştə Şərq-Qərb sintezini müdafiə edərkən, onun qızı Şəkurəyə görə isə Şərq-Qərb
qarşıdurması çözülməmişdir.
Hər
bölüm bir obrazın baxış istiqamətindən bəhs edir. Bu obrazlar arasında ölü,
ağac, it, pul, şeytan, rəng, müəllifin özü, nəqqaşlar, Şəkurə və Qara var. İnsan xaricindəki
canlı-cansız varlıqlardan yığılmış obrazların bir mətnin içində dilə gətirilməsi
daha çox nağıllarda, uşaq kitablaında, fantaziya növündə rast gəlinir. “Ciddi ədəbiyyat”a
girən ən önəmli ölü obrazı isə Orxan Pamuk üslubuna yaxın Folknerin “Ölüm
yatağında” əsərindəki ölü idi.
2
oğul anası Şəkurənin əri 4 ildir ki, müharibədən qayıtmamışdı. Qara isə ona eşqini açıqladığı üçün evdən
qovulmuş və ancaq 12 il sonra İstanbula qayıda bilmişdi. Qayıdar-qayıtmaz hələ
çox sevdiyi Şəkurə ilə evlənməyin yollarını axtarır. Atası və oğulları ilə birgə
qalan Şəkurənin qəlbi həm Qarada, həm də ərinin qardaşı Həsəndədir. Şəkurənin atası, Qaranın əniştəsi (yeznəsi)
Padşahın əmri ilə gizli kitab hazırlamaqdadır. Kitabın gizliliyi Avropa üsullarından
istifadə yolu ilə rəsm edilməkdən irəli gəlir. Əniştə əfəndi Osmanlı sarayının
məşhur nəqqaşlar Kəpənək, Zeytun, Leyləyi kitabın nəqşləri üçün vəzifələndirir.
Təzhibi ilə Zərif əfəndi məşğul olur. Qatı fanatik olan ərzurumlu Xoca Əfəndi və
tərəfdarları ənənələrə və dinə zidd bir şeylərin cərəyan etdiyini anlamışdılar. Zərif əfəndi də eyni düşüncədədir. Hər gecə qəhvəyə
toplaşan nəqqaşlar və xəttatlar bir məddahın rəsmlərlə izah etdiyi iti dilli və
ərzurumlu Xoca əleyhdarı hekayələrlə əylənirlər. Zərif əfəndinin işlərinə “ayaqbağı” olacağına
anlayan nəqqaşlardan biri Zərif əfəndini öldürür.
HAŞİYƏ:
Osmanlı padşahı 3-cü Muradın dövrüdür. Padşahların içində qadına ən düşkünü
III. Muraddır. Sayı 40-ı aşan hasəkilərdən başqa saray xaricindəki qadınlarla əlaqəsi
vardı. Tarixə 130 uşaqlı padşah olaraq keçmişdi. Öldüyündə 7 cariyəsinin gəbə olduğunu da
hesaba qataq. Osmanlı tarixini yazan yerli və xarici tarixçilər onun uşaqları və
qadınları məsələsində fərqli rəqəmlər verməkdədir. Bəzilərinə görə 102, 106,
130 uşağı vardı. Hər ehtimalda 100-dən artıq uşağı olan bu padşahın əcəba necə
xərəmi vardı? Atası II. Səlimin hamamda cariyələri qovalayarkən ölməsindən
sonra taxta keçən Sultan Murad babası Qanuni yerinə atasının yolunu seçmişdi.
Post-ədəbiyyat
janrlarından mətn metaforu yerini nəqş sənətinə buraxmış, amma mətn içində
iç-içə keçmiş mətnlər və gizli kitab motivləri hələ varlığını davam etdirir.
Belə ki, bu mətni Qara, müəllif, yoxsa məddahın alıntıları tamamlayır, bəlli
deyil. Orxan
Pamuk “Üslub və imza – çirkinlik və
tamahkarlıqdır” qeyd edir. Heç bir
usta nəqqaşın əsərinə imza atmadığına, hər
əsərin keçmişdəki ustaları cizgilərinə çatmaq məqsədi ilə yaradılması
vurğulanır. Üslub probleminin son 250-300 ildə sənət tarixi tərəfindən söykədilən
məsələ olduğunu söyləyən müəllif üslub problemini, sənət məhsullarını və sənətçiləri
kateqoriyalaşdırma, sata bilmək qeyrəti ilə yaradılmış müvəqqəti görüş olaraq
xarakterizə edir.
Umberto Ekonun "Qızılgülün adı" romanından bu yana detektiv qanunlarından bu qədər yaxşı istifadə edən bir mətnlə heç qarşılaşmamışıq. "Mənim adım Qırmızı"da olaylarla deyil, dil üzərində sürdürülən bir qatil ovu var. Qatil mətn içindən bizlərə özünü anladır, oxucunun düşüncə tərzini ələ alır, nəqş sənəti üzərinə düşüncələri ilə işlətdiyi cinayətlər arasında əlaqələr qurur. Ola biləcək 4 namizəd var, padşahın gizli kitabını işləyən 4 nəqqaşdan birinin qtil olduğunu bilirik. Əgər detektiv əsərlərini qatili təxmin etməyi şərəf problemi sayaraq oxuyanlardansınızsa, hər bir nəqqaşın monoloqunu çox diqqətli oxuyun.
Umberto Ekonun "Qızılgülün adı" romanından bu yana detektiv qanunlarından bu qədər yaxşı istifadə edən bir mətnlə heç qarşılaşmamışıq. "Mənim adım Qırmızı"da olaylarla deyil, dil üzərində sürdürülən bir qatil ovu var. Qatil mətn içindən bizlərə özünü anladır, oxucunun düşüncə tərzini ələ alır, nəqş sənəti üzərinə düşüncələri ilə işlətdiyi cinayətlər arasında əlaqələr qurur. Ola biləcək 4 namizəd var, padşahın gizli kitabını işləyən 4 nəqqaşdan birinin qtil olduğunu bilirik. Əgər detektiv əsərlərini qatili təxmin etməyi şərəf problemi sayaraq oxuyanlardansınızsa, hər bir nəqqaşın monoloqunu çox diqqətli oxuyun.
Müəllifin
söylədiyi kimi bu roman ən çox özünə aiddir. Özündən bir şeylər anladarkən özü
ilə “dalğa” keçən incə yumor anlayışı var. Məsələn, pul üçün edilən sənətin bir
tərəfdən aşağılanması, digər tərəfdən nəqqaşın ən çox qazanan olduğu üçün özünün
usta olduğunu düşünməsi. Romanın sonunda anasının ağzından “...həyatlarımızı
olduğundan çətin, Şövkəti pis,məni olduğumdan gözəl və ədəbsiz təsvir eləyibsə,
Orxana qəti inanmayın” deyir.
0 comments :
Post a Comment