Latınca
"təzyiqçi istintaq və sorğulama" mənasını verən "Inquisition"
sözündən gələn “inkvizisiya”, şübhəsiz, bütün orta əsr Avropasının və bəlkə də
bütün insanlıq tarixinin ən amansız məhkəmə sistemidir. İnkvizisiya məhkəmələri
XIII əsrdə tarix səhnəsinə çıxan və xristianlıqdan dönənləri, kilsə tərəfindən
qəbul edilən təlimlərə zidd hərəkət edənləri mühakimə etmək üçün qurulmuş katolik
inanc əsaslı məhkəmələrinin ümumi adıdır. İş gördükləri müddət ərzində
inkvizisiya məhkəmələrinin qurbanlarının sayı antik çağda romalılar tərəfindən
qətl edilən xristianların sayından qat-qat çoxdur. Üstəlik, inkvizisiyanın
yaradıcı işgəncələri yanında romalıların etdikləri işgəncələr olduqca adi, hətta
çox daha insancıl sayıla bilər.
İnkvizisiya
məhkəmələrinin qurulmasıyla nəticələnən prosesin əsas səbəbi orta əsr
Avropasında din adamlarının İncildən vəz etdikləriylə tam tərsi olan həyatlarının,
pozğunluğa və lüksə olan düşkünlüklərinin yoxsulluqla boğuşan xalqı katolik
kilsəsindən soyudaraq yeni axtarışlara yönəltməsidir. 11-ci əsrin başlarında,
xüsusilə də, Cənubi Fransa, Şimali İtaliya və qismən Qərbi Almaniyadakı kafir
olaraq xarakterizə edilən Katar, Albiqoy, Patarin və s. təriqətlər beləcə gedərək
güc qazanmış, katolik kilsəsini və dövləti yalnız dini sahədə deyil, eyni
zamanda iqtisadi və siyasi mənada da təhdid etməyə başlamışdır. Bu axınlardan
ciddi narahatlıq duyan həm katolik kilsəsi, həm də kilsə ilə çərçivəsi tam
çizilməmiş koordinasiya içində davranan siyasi ərk özünü tədbirlər görmək məcburiyyətində
hiss etmişdir.
Kilsənin
azğın olaraq xarakterizə etdiyi bu şəxslərə qarşı əlindəki ən güclü cəza üsulu
təqib olunan şəxsləri aforoz etməkdir. Bu təqib işi ilk olaraq yepiskopların məsuliyyətinə
və səlahiyyətinə verildiyindən "yepiskopluk inkvizisiyası - Episcopal
Inquisition" olaraq adlandırılmışdır. Lakin xatırlanan dövrdə kilsənin
azğın qrupların üzvlərinə verə biləcəyi cəzaların məhdud olması, qruplara
iştirakın təxminlərin kənarında bir sürətlə artması, həyata keçirilən mübarizənin
müvəffəqiyyətinin olduqca məhdud qalmasına səbəb olur.
12-ci
əsrdən başlayaraq azğın inanclar kilsənin səylərinə qarşı daha da güclənərək
bütün Avropanı qucaqlamağa başlayır. Katolik Avropanın bəzi bölgələrində
(İspaniya, Cənubi Fransa, Yuxarı İtaliya) azğın inanc qruplarının varlığına və
fəaliyyətlərinə bağlı olaraq kilsəyə çatan məlumatların artması üzərinə inkişafları
izləmək, lazım olduğunda müdaxilə etmək, heretik (azğın) olaraq xarakterizə
edilən kafir təriqətlərinin üzvlərini mühakimə etmək və işbirlikçilərini ortaya
çıxarmaq bir komissiya qurulur. Komissiyaya çatan məlumatların sıxlığı, görülməsi
lazım olan iddia sayındakı artım, ehtiyaclara cavab verə biləcək bir təşkilatlanmanın
qurulmasını zəruri etməkdədir. Yenə katolik kilsəsi tərəfindən tətbiq olunan cəzaların
qeyri-kafi qaldığına olan inancın papalıq nəzdində gedərək daha çox tərəfdar
tapması papalığı kilsə hüququnun normalarına uyğun gələn, ancaq daha təsirli fəaliyyət
göstərəcək bir təşkilatlanmağa məcbur etmişdir.
İNKVİZİSİYA
MƏHKƏMƏLƏRİNİN QURULMASI
1183-cü
ildə Papa III Lusiy kral Fridrixin də (Barbarossa) iştirakıyla yepiskoplar,
ilahiyyatçıları və kilsə mənsublarıyla birlikdə Verona sinodunu toplayır.
Toplantının ən əhəmiyyətli gündəm maddəsi Cənubi Fransanın çöl bölgələrində sürətlə
təşkilatlanan və yayılma meyli göstərən kafir təriqətləriylə mübarizə
üsullarının təyin olunmasıdır.
1183-cü
ildə Verona sinodunda qəbul edilən qərar katolik kilsəsinin tarixi baxımından
dönüş nöqtəsinə işarə edir. Çünki artıq kafirlik anlayışı və kafirlərə tətbiq
olunacaq cəza metodları daha əhatəli bir şəkildə yenidən şərh edilməyə
başlamışdır. Bu dönəmə qədər əsl inancdan dönmək və kafirlik arasında fərq yox
idi, yalnız kafirlər qəddarca cəzalandırılmışdılar. Ancaq artıq kilsənin
nüfuzunu sarsıdan, papalığa dil uzadan hər cür doqma kilsənin təlimindən bir
qopuşu/ayrılışı bərabərində gətirdiyi və papalığın nüfuzunu inkarı mənasını
verdiyi üçün kafirlik olaraq təyin olunacaq, hansı şəkildə ortaya çıxarsa
çıxsın, lənətlənəcək və cəzalandırılacaq.
İnkizisiya
məhkəmələrinin tam olaraq hansı tarixdə qurulduğu günümüzdə belə müzakirə mövzusu
olmaqla birlikdə təməllərinin atıldığı tarix olaraq 1184 il qəbul edilir. Papa
III Lusiyin (1181-1185) Verona sinodunda alınan qərarlara istinadən 1184-ci ildə
çıxardığı "Ad abolendam diversarum haeresum praviiatem" adlı fərman
azğınlarla mübarizənin necə aparılacağı bildirir:
- - Qraflar, baronlar və digər sinyorlar aforoz əsnasında kilsəyə silah
yardımı ediləcəyinə söz verəcəklər.
- - Bütün vətəndaşlar azğın olduqlarından şübhələndikləri hər kəsi yepiskoplara
xəbər edəcəklərinə and içəcəklər.
- - Yepiskoplar şəxsən heretikləri tutmaq üçün ildə 2 dəfə yepiskopluğa
aid kəndlərə və şəhərlər səfər təşkil edə biləcəklər.
- - Heretik məzhəb tərəfdarları rəzil şəkildə təşhir ediləcək və vəzifələrindən
uzaqlaşdırılacaq.
1233-cü
ildə Papa IX Qriqoriy Fransadakı kafir təriqətlərinin təqibi məqsədiylə iki fərmanı
dərc edir. 1233-ci il tarixli iki fərmandan ilki inkvizitorların kafir ovuna cəlb
edilməsinə, digəri isə yepiskopları kafir qrupların təqibində məsuliyyətlərinin
müəyyən edilməsinə aiddir.
Beləcə,
1233-ci ildə Yepiskopluk İnkvizisiyasının yerinə qurulan Papalıq İnkvizisiyası
yeni təşkilatlanan Dominikan və Fransiskan təriqətlərinin tam səlahiyyətli üzvləriylə
Papanın sərhədsiz gücü də arxalarında olduğu halda rəsmi olaraq qurulmuş olur.
Vəzifə sahəsi başlanğıcda yalnız vəftiz edilmiş xristianların kilsə təliminə
baş qaldıranları mühakimə etməklə məhdudlaşsa da, irəliləyən dövrdə şeytana
tapınma, zina, cadugərlik, elm adamları, yəhudilər və ya xristianlaşmış yəhudilər
(konvertolar) və qismən də müsəlmanlar və ya xristianlaşmış müsəlmanlar (moriskolar)
inkvizisiya məhkəmələrinin vəzifə sahəsinə daxil edilmişdir.
İspaniya
inkvizisiyası 1479-cu ildə İspaniya krallığında, papalıqdan müstəqil olaraq
qurulmuşdur. Məqsəd əslində dinlərini dəyişdirməyib aldatmaq məqsədiylə
xristianlığa keçmiş kimi görünən yəhudiləri və müsəlmanları cəzalandırmaq idi.
Papalıq inkvizisiyasından daha çox sərt, daha çox amansız olmasıyla tarixə keçəcəkdi.
İspan inkvizisiyası ləğv olunana qədər axmaqlıq dərəcəsinə çatan səbəblərlə minlərlə
insana işgəncə edib onları ölümə göndərdi. Elə ki, bir kilsənin divarı (20-ci əsrin
sonlarında) yıxıldıqda üzərlərinə divarın hörülməsiylə 2 divar arasında qalmış
çox sayda kimsənin skeletləriylə qarşılaşılacaqdı.
Kilsə
gedərək möhkəmlənən kafir axınlar içində sehrbazlığın və ya cadugərliyin kök
salmasına da tamaşaçı olmayacaqdır. Kafirlik kilsənin və Tanrının inkar edilməsidirsə,
sehrbazlıq və cadugərlik də yer üzündə şeytanın gücünün yer üzündə icra edilməsidir.
Tanrının varlığı inkar etmək şeytanın yer üzündə krallığının qəbulu deməkdir.
Bu səbəblə inkvizisiya sehrbazlığı kafirliyin hərəkətə keçmiş forması olaraq
gördüyü üçün davamlı təqib altına almışdı. Bu inancın təbii nəticələri erkən
sayıla biləcək mərhələdə görülmüşdür. Papa IV Aleksandr (1254-1261) 1258 və
1260-ci illərdə inkvizitorlara fövqəltəbii güclərin köməyi kilsə hüququnca
qadağan edilmiş falçılıq, cadugərlik, cadugərlik və s. hərəkətlərin sahiblərinə
hədlərini bildirmələrini əmr edir. İnkvizisiyanın başlatdığı bu cadugər ovu
dövründə minlərlə qadın cadugər olduqlarından şübhə duyulduğu üçün öldürülür.
MƏHKƏMƏ
PROSESİ
İnkvizisiya
məhkəmələri ictimaiyyət adına açılır, çünki cinayət ictimaidir və 2 təməl
qaydaya görə yürüdülür. Birincisi, məhkəmə şəxsən davanın seyrinə müdaxil
olaraq cinayətin işləndiyini sübut etməklə mükəlləfdir. İkincisi, inkvizisiya
anlayışından kafirlərin təsbiti və mühakiməsi məqsədiylə Papa tərəfindən
qurulmuş ağır cəza məhkəmələri başa düşülür. İnkvizisiya məhkəmələrinin əsl məqsədi
cəzalandırmaq deyil, şübhəlini girdiyi yanlış yoldan dönddürmək və düzəltməkdir;
şübhəlini sahib olduğunu zidd düşüncələrdən arındırmaq, ortağı olduğu hərəkətlərin
yanlışlığına razı salmaq hər zaman mümkündür.
İnkvizisiya
mübarizəsində “inquisitio” prosesini
başladan ən vacib amil şübhədir. Kilsənin anlayışına görə bütpərəstlik, şeytana
və kafir tanrılarına xidmət məqsədinə istiqamətli gizlicə yürüdülən bir fəaliyyət
olması səbəbiylə ancaq şübhə ilə ortaya çıxarıla bilər. İnkvizisiya məhkəmələrində
şəxs haqqında "pis duyumlar" alınması səbəbiylə iş açılmış ola bilər.
Pis duyumların mənası sorğuya çağırılan şəxs haqqında dəlillərin olmaması,
ancaq qeyri-dini düşüncələr içində tapıldığından duyulan şübhədir. Sorğuya
çağırılan şəxsi ailə üzvlərindən hər hansı birinin daha öncədən heretik
qruplara üzvlüyü bilinirsə, “pis duyumlar” söz mövzusudur. Bunun kafir təriqətlərinin
intensiv olaraq fəaliyyətdə tapıldığı bölgələrdə tətbiq edilən adi metod olduğu
bilinməkdədir.
Şübhəlilərin
inkvizisiya məhkəmələrinə çıxarılmasına kömək edən digər bir mühüm amil məlumatlandırma
və denonsasiya fəaliyyətləridir. Bu üsul inkvizitorlar kafirlər, əməkdaşları və
tərəfdaşları haqqında məlumatlandırılmasını təmin edə bildiyi üçün seçilir.
Müxbirlər notarius və şahidlər önündə içdiyi andla məlumat verirdilər.
Başqalarının
azğın hərəkətləri haqqında bir şeylər bildiyi halda bunları inkvizisiya hakimlərinə
və məhkəmənin digər üzvlərinə anlatmayanlar bu azğın qrupların hərəkətlərinə
ortaq olmuş sayılır və kafirlik günahından mühakimə edilirdi. Bu durum informalizmin qurumlaşmasına ən əsas
səbəbidir. Heretik təqibə məruz qalan ailələrin mal varlıqların istintaq nəticəsinə
görə asanlıqla əl dəyişdirməsi də müxbirliyin artmasının digər səbəbidir. Bu
prosesi fürsət bilən qonşular, hətta ailə üzvləri belə müxbir karvanına
qatılmışdılar.
Şübhə
ya da xəbər yolu ilə azğınlıqla günahlandırılan şəxslərə təxminən 15-30 gün
arasında bir müddət tanınır, bu müddətin sonunda günahlarını etiraf edib tövbə
etmələri gözlənilirdi. Bu müddət içində cinayətlərini etiraf etməyənlər məhkəməyə
çağırılır, gəlməzlərsə, zor işlədilərək məhkəməyə gətirilir və məhkəmə prosesi
başlayır.
Şübhəli
sorğulanmaya başlamazdan əvvəl hansı cinayətləri işlədiyi, müxbirə istinadən
(ancaq müxbirin şəxsiyyəti verilmədən) özünə bildirilir, işlədiyi cinayət və ya
cinayətlərə dair detallar müxbir tərəfindən məhkəməyə verilməmişsə, şübhəli
ümumi olaraq heretik təriqətlərə üzv olmaq günahından mühakimə olunmağa
başlayır. Günahlandırılan şəxsin vəkil tutmaq haqqı var. Ancaq vaxt keçdikcə
ittihamları müdafiə edən vəkillərin də azğınlıqla ittiham olunmağa
başlanmasıyla təbii olaraq bir daha
azğınları müdafiə edəcək vəkil çıxmamışdır.
Inkvizisiya
məhkəmələrində iddialar müəyyən bir məqsədlə açıldığı və mütləq nəticələndirilməsi
lazım olduğu üçün şübhəlilə bağlı hər cür şəxsi məlumat və sənədin toplanması və
qiymətləndirilməsi böyük bir vasvasılıqla edilirdi. Məhkəmə prosesinin əsas məqsədi
hər hansı bir qərara varılmaqla şübhəlinin və ya günahkarın günahını etiraf etməsidir
və bunun əsas vasitəsi çox zaman inkvizisiya işgəncələridir.
İstintaq
irəlilədikcə işgəncəçinin də əməyiylə digər cinayət isnatları özünə qəbul
etdirilir. Lakin çox zaman təqsirləndirilən şəxsin ittiham edilən cinayətləri qəbul
etməsi də yetərli gəlməz; İşgəncədən qurtulmaq istəyənlər məcbur olaraq
arvadlarını, uşaqlarını, valideynlərini və ya yaxın dostları günahlandırmaq məcburiyyətində
qalırlar.
İnkvizisiya
məhkəməsndə bir dəfə mühakimə edilən birinin bəraət alması mümkün deyildi. O, ən
yaxşı ehtimalla bütün hüquqlarından məhrum edilirdi. Teorik olaraq bir tək Papanın
qərar təbliğ edilmədən öncə davanın yenidən görülməsini istəmək səlahiyyəti vardır.
Bu kimi hallarda yenidən baxılmağa başlanan davanın bütün xərcləri şübhəliyə
aid olurdu. Heretika ittihamı ilə mühakimə olunan şübhəli fərarilik etdiyində
qiyabən kafirlikdən hökm geyinər və günahı dəqiqləşirdi. Mühakimənin nəticəsində
ya şübhəlinin günahı sübut olunur, ya da məsum olduğunu iddia etməsinə qarşılıq
kafirlikdən günahkar tapılır, ya da hal və davranışlarından kafirlik günahı işlədiyinə
qərar verilirdi. Qısacası, hər halda, şübhəli heretiklikdən mühakimə olunaraq cəzalandırılırdı
Şübhəli məhkəmənin yekun qərarı açıqlanana qədər necə cəzayla hökm geyindiyini
öyrənə bilməzdi.
İnkvizisiya
məhkəmələri tərəfindən tətbiq edilən cəzalar aşağıdakı kimi yekunlaşdırıla bilər:
- - Ölüm cəzası,
- - Həbsxana cəzası,
- - Malların müsadirəsi və evlərin məhv edilməsi,
- - Qamçılamaq cəzası,
- - Rəsmi qurumlardan qadağa cəzası,
- -Həccə göndərmək cəzası,
- - Kafirlik işarəsi daşımaq cəzası,
- - Tövbə etmək, sürgün, oruc tutmaq, dua əzbərləmək, aforoz və pul cəzaları.
İnkvizisya
məhkəməsinin son qərarı şübhəliyə kütlənin qarşısında keçirilən mərasimlə
açıqlanır. Eynən sorğulama dövrünün başlanğıcında olduğu kimi xalqın üzvləri və
ruhani kəsiminin üzvləri qərarın şübhəliyə təbliğ edilişini izləmək üçün
toplanırlar. Mühakimə nəticəsi alınan qərarın şübhəlilərə bazar günləri təbliğ
edilməsi qaydadandır. Qərar açıqlamaq mərasiminə qatılan əyalət səlahiyyətliləri
və ya yerli məmurların and içməsinin ardından öncəliklə cəzaları xəfiflədilən
şübhəlilərlə əlaqədar qərarlar açıqlanır. Bəzən ağır cəza məhkumiyyətləri kilsənin
xidmətində çalışmaq cəzasına çevrilərkən, bəzən kilsədən ixrac cəzasıyla
qurtula bilmək mümkündür. Nədamət gətirmək heç bir zaman tam anlamıyla ağız cəza
məhkumiyyətindən qurtuluşla nəticələnməsə də, veriləcək cəzanın xəfiflədilməsinə
kömək edir. Xəfiflədilmiş cəzalara verilə biləcək parlaq nümunə şübhəlinin
geyiminin üzərinə cizilən sarı xaç işarəsiylə dolaşması, nümayış edilməsidir. Məhkum
sarı xaç işarəsini cəzası bitənə qədər hər kəsin görə biləcəyi bir biçimdə
davamlı daşımaq məcburiyyətindədir Geyimin üzərində daşınacaq sarı xaçın
böyüklüyü işlənəcək boya və bənzər ayrıntılar inkvizisiya məhkəməsi tərəfindən
təyin edilir.
Qərarın
açıqlanması mərhələsində həbsxana məhkumiyyətlərinin kilsənin xidmətində
çalışmaq cəzasına çevrilməsi imkanı hər zaman vardır. 3 fərqli ağır cəza məhkumiyyəti
söz mövzusudur. Ən xəfif həbsxana əhkumiyyəti olan “murus largus”da məhkum cəzasını
digər məhkumlarla koğuş paylaşaraq keçirir. Məhkumiyyətin bir az daha ağır
biçimi olan “murus strictus”da məhkum tək adamlıq hücrəyə qapadılarkən
"murus strictissimus"da tək adamlıq hücrə cəzasına əlavə olaraq
prangaya vurulmaq söz mövzusudur. İflah olmayacağı düşünülən inadçı kafirlər isə
tək adamlıq hücrədə ömür böyü prangaya vurulmağa məhkum edilir. Son anda
yandırılmaqdan qurtulan kafirlərin əfv edilməsi isə ömür boyu tək adamlıq hücrədə
prangaya vurulmaları anlamına gəlir.
İnkvizisiya
məhkəmələri tərəfindən verilmiş ölüm cəzası 3 müxtəlif üsulla tətbiq edilir:
- - Diri-diri torpağa gömmək,
- - Suda boğmaq,
- -Tonqalda yandırmaq.
İNKVİZİSİYA
MƏHKƏMƏLƏRİNİN İYERARXİK QURULUŞU VƏ İNKVİZİTORLAR
Tanrının
yer üzündəki təmsilçisi Papa inkvizisiyanın da mübahisəsiz lideri idi.
İnkvizisiya məhkəməsi qeyri-adi mühakimə mexanizmi olaraq papalıq
iyerarxiyasında yer alan digər üzvlər və hətta üst səviyyə təriqət mənsublarından
müstəqil, hər hansı senzura və yoxlamaya bağlı olmadan fəaliyyət göstərirdi.
İnkvizisiya məhkəmələriin belə müstəqil və fövqəladə səlahiyyətlərlə təchiz
edilmiş olaraq çalışmasına icazə verilməsinin səbəbi şeytanın əmrinə girərək
“katolik dünya” ölkəsinə savaş açmış azğın təriqətlərlə sürətli və qərarlı
savaş yürüdə bilməkdir.
İnkvizitorlar
Papa tərəfindən təyin edilir və sadəcə ona qarşı məsuliyyətlidirlər. Ancaq
kafir təriqətlərinin təqibiylə vəzifələndirilmiş bu ordunun 13-cü əsrin
ortasından etibarən Papalığa çatdırdığı məlumatların sayı o qədər artmışdı ki,
Roma bu məlumatları dəyərləndirə bilməz hala gəlmişdi. Papa IV Urban
(1261-1264) bu mövzuya “səhahiyyət dövrü” yoluyla həll tapmışdır. Mahiyyətindən
kardinal Qaetano Orsiniyə fərqli bölgələrdən gələcək məlumatları dəyərləndirmək
və ölkələr arasında inkvizisiya fəaliyyətlərini koordinasiya etmək vəzifəsi verərək
onu ba inkvizitor olaraq təyin etmişdi. Zamanla rəqabət içinə girən
kardinalların da təzyiqiylə papalıq sahib olduğu böyük gücü paylaşdırmaq məcburiyyətində
qalmışdır. Beləcə, papalıq sarayında bir çox vəzifə inkvizitorların əlinə
keçmişdir.
İnkvizitorlar
başlanğıcda Dominikan təriqətinin üzvlərindən seçilməklə birlikdə zamanla
Fransiskanlar da inkvizisiya məhkəmələrində vəzifə almağa başlamışdılar.
İnkvizisiya məhkəmələrinin səlahiyyət hədlərinin genişlənməsi və iş yükünü
artmasıyla fərqli təriqətlərdən, hətta ruhani sinfindən olmayan kəsimlərdən
seçilmiş inkvizitorlara sıx-sıx rast gəlinmişdir. Fərqli keçmişlərə sahib olan
inkvizitorların seçilmək yaşı Papa V Kliment (1305-1314) dönəmində 40 olaraq təyin
edilmişdir. Zalım və mərhəmətsiz, enerjili, karyera düşkünü, ehtiraslı və
fanatik quruluşda olmaq inkvizitorluğa seçiləcək adamda axtarılan xüsusiyyətlərin
başında gəlməkdədir. Təmiz keçmişə sahib olmaq inkvizitorluğa seçilməkdə önəmli
avantaj təşkil etməklə birlikdə bəzi istisnalar da mövcuddur. Məsələn,
dominikan Robert le Burj tövbə etmiş
keçmiş katar olaraq 1233-cü ildəə Luara bölgəsi inkvizitorluğuna axtarılmışdı.
İnkvizisiya tarixində işlətdiyi cinayətlərdən dolayı kilsə tərəfindən mühakimə
edilərək cəzalandırılan ilk və son inkvizitor Le Burjdur.
Ehtiraslı bir Əziz Tommazo heyranı olan Eymerik
hazırladığı “Directorium Incfuisitorum” adlı əsəriylə azğınlarla əlaqəli geniş
araşdırmadan əlavə məsləkdaşlarına azğınlara tətbiq ediləcək sorğulama, işgəncə
və edam üsulları mövzusunda yeni məlumatlar vermişdi. Yuxarıda sayılar bütün
inkvizitorlar içində amansızlığı ilə məşhurlaşmış
İspaniyanın ilk baş inkvizitoru Tomas de Torkvemada ayrı yerə sahibdir. Vəzifədə
olduğu 9 il içində (1480-1489) sorğuladığı təxminən 100.000 adamın 9000-ni işgəncəylə
sorğuladığı təxmin edilməkdədir.
İnkvizitor
hüdudsuz səlahiyyətə sahibdir; hər hansı şəhəri ziyarətindəən bir neçə gün
sonra kilsə səlahiyyətlilərindən xalqa “ola bildiyincə qısa müddət içində
toplanaraq günah çıxarmaqları” təlimatını verməklərini istəyə bilər. Yenə toplu
günah çıxarmağa qatılmayanların “ipso facto” kilsədən ixrac ediləcəyi
inkvizisiyanın təlimatı olaraq xalqa eşitdirmək məcburiyyətindədir. Tək başına
bu örnək belə inkvizitorların nə qədər böyük gücə sahib olduqlarını və bu gücün
nə qədər pisə işlətdiklərinə işarə etməkdədir. Papa xaricində heç bir güc
onların kilsəylə əlaqəsinə son verə bilməz. Papanın maiyyəti belə xüsusi icazə
almadan inkvizitorlara xəbərdarlıq edə bilməz, vəzifədən əl çəkdirə bilməz. İnkvizitorun
fəaliyyətlərini məhdudlaşdıran və əngəlləyən hər kəs aforoz edilir.
İnkvizitorlar iyerarxik quruluşda ən az özləri qədər amansız kafir ovçuları
olan yepiskoplardan öndə gəlirlər. Papanın yepiskoplara “qardaşım” deyə xitab
edərkən, inkvizitorlara “oğlum” deyə xitab etməsi aralarındakı əlaqə haqqında
bir fikir verməkdədir.
MÜQƏDDƏS
İNKVİZİSİYA MƏHKƏMƏSİ HEYƏTİ
“Müqəddəs
inkvizisiya məhkəməsi heyəti” 1 və 2 inkvizisiya hakimi, notarius, danışıqların
qeydini tutan katib, həkim və cəlladdan təşkil olunur. 14-cü əsrdən etibarən
davalarda inkvizitorlara yardımçı olmaq üzrə ruhani sinfindən gəlmə
hüquqşünaslar vəzifələndirilməyə başlamışdır. Təməl vəzifələri davalı haqqında
təşkil edilən iddianamə və qərarın sivil hüquq hökmləriylə ziddiyətlərini əngəlləyəcək
tədbirlər görməkdir. Ancaq tətbiqatda özlərinə şübhəli haqqında verilən məhdud
bilgilərlə (şahidlərin adı adətən gizli tutulur) hazırlanan dosye haqqında
obyektiv, etibarlı fikir bildirə bilmək hüququna sahib deyildilər. Zira müxbirlərin
adı inkvizitorlr tərəfindən şübhəliyə edilən işgəncədə gizli tutulur.
Praktikada inkvizisiya məhkəmələrinin məmuru olaraq vəzifə görən hüquqşünaslar
yalnız şübhəli tərəfindən verilən ifadədə yer alan məlumatların qaydalar uyğun
protokollara keçirilib-keçirilmədiyini kontrol edirlər.
Məhkəməni
əvvəldən sonuna qədər izləyən, sorğulamağa və işgəncəyə şahidlik edən
notariusun əsas vəzifəsi şübhəlini və şahidlərin ifadələrinin kilsə hüququnun
normalarına uyğun olaraq alındığını təsdiqləməkdir. Papa tərəfindən vəzifəyə
edilən notarius ödənişini inkvizitordan alır. Məhkəmə heyətində yer alan katiblər
adətən Dominikan təriqəti üzvü rahiblər arasından təyin olunurlar. Katiblər digər
inkvizisiya məhkəməsi üzvləri kimi təmkinli olmaq məcburiyyətindədirlər. “Müqəddəs
məhkəmə”nin fəaliyyəti haqqında danışmaq və verilən qərarlar üzərində şərh etmək
ağır cəza tələn edən cinayətdir. Hər addımlarında inkvizitorlara qarşı məsul
olan notariuslar və katiblər məhkəməylə bağlı bütün məlumatlatın altına
atdıqları imzalarla məhkəmə prosesini qanuniləşdirmiş olurlar.
Məhkəmə
komissiyasında yer alan həkimin 2 vəzifəsindən biri şübhəlinin sorğuda işgəncə
səbəbiylə “erkən ölməsini əngəlləmək”, digəri isə cəlladlara işgəncə sənətlərini
icra edərkən kömək etmək, yeni “texnikalar” göstərməkdir.
Yuxarıda
qeyd edilənlərdən əlavə heyətə kömək edən, 2-ci dərəcədən dəstək-xidmət təqdim
edən bir köməkçi personal qrupu vardır. Bu qrupda inkvizisiya mexanizmasının
işləyişini şəxsiyyətlərini məhkəmədə “gizli” tutularaq asanlaşdıran müxbirlər,
həbsxana gözətçiləri, kuryerlər və digər xidmətli personal yer alır. Gizli müxbirlər
toplumun fərqli kəsimlərindədirlər; krallıq sülaləsindən bəsit kəndlilərə, din
adamlarından aristokratlara uzanan toplum kəsimlərindən geniş qatılım olmuşdur.
“İnkvizisya ailəs”nə qatılmış bəzi hörmətli vətəndaş və aristokratlar şübhəliyə
mühakimə olunduğu məhkəmədə əvvəldən axıra qədər yoldaşlıq edərək bir növ
könüllü yardım ilə vicdanlarını rahatlatmaq yoluna getmişdilər. Vəzifələri hökm
geyinmiş kafirlə danışmaq, mənəvi güc vermək, nədamət gətirməsini təmin edərək
kilsəylə təkrar barışdırmaqdır. Edama hazırlıq prosesində də davam edən vəzifə
qurbana inkvizisiyadan yandırılmağa qədə yoldaşlıq edilməsi, atəşin
yandırılmasına kömək etmək və atəşi gücləndirmək üçün odunn atmaq kimi
rituallarla sona çatır. Təxmin ediləcəyi üzrə bu “şərəf” sadəcə toplum tərəfindən
təqdir edilən, ləyaqət sahibi şəxslərə verilir. İnkvizisiyanın pik çalışdığı
dönəmlərdə “şərəf” arxasınca qaçan könüllü yardımçıların sayı yüzlərlə idi.
Avropa
“inkvizisiya” adlanan lənətdən nə vaxt xilas oldu? İnkvizisiya məhkəmələri nə
vaxt aradan qaldırıldı?
Avropanın
inkvizisiya məhkəmələrini aradan qaldırması üçün yüz illər boyunca gözləməli
olmuşdur. Avropada kapitalizmin inkişaf etməsi və praqmatik bilimləri də bərabərində
inkişaf etdirməsi kilsənin və inkvizisiyanın gedərək təsirsizləşməsinə səbəb
olurdu. Bu inkişaflara paralel olaraq papalıq inkvizisiyasından ayrı olaraq
qurulan Portuqaliya inkvizisiyası 1820-ci ildə, İspaniya inkvizisiyası isə
1834-cü ildə aradan qaldırılaraq işlərinə son verildi. Papalıq inkvizisiyası isə
Vatikan konsulundan alınan qərarlar istiqamətində 1908-ci ildə “müqəddəs büro”ya
(Saint Office) çevrildi. 1965-ci ildə adı “The Congregation for the Doctrine of
the Faith- CDF” olaraq dəyişdirildi.
0 comments :
Post a Comment