200.000-ə yaxın qadının yandırılaraq öldürülməsi kimi böyük qətliam təəssüf
ki, Avropa tarixində çox da önəmli sayılmır.
CADUGƏR OVUNUN ORTAYA ÇIXIŞI VƏ İRƏLİLƏMƏSİ:
Cadugər ovu ilk olaraq 15-ci əsrdə Fransanın cənubunda, Almaniyada,
İsveçrədə və İtaliyada görünməyə başlanılır. Avropa kəndlilərinin ən çox gücləndiyi
dönəmdə başlayan cadugər ovu dövlətin və zədagənlərin getdikcə artan təcavüzkar davranışı qarşısında kəndlilərin müqavimətini geniş miqyasda qırmışdı. 15-ci əsrə qədəm basarkən xalq qiyamları, epidemiyalar və cadugər ovu böhran dövrünü ortaya
çıxarmışdı. Bu dövrdə inkişafına inanılan cadugər təlimləri zaman içində
sehrbazlığın təbiətə, dövlətə və Tanrıya qarşı edilən ən böyük cinayət olduğuna
qərar verilməsinə yol açmışdı. 1435-1487-ci illər arasında cadugər ovu üzərində
28 araşdırma yazılmışdı. 1486-cı ildə nəşr olunan “Malleus Maleficarumd”da Summis
Desiderantes (1458) adlı papalıq bildirişi incələnmiş, kilsəyə görə cadugərliyin
böyük təhlükə olaraq görüldüyü ifadə edilmişdi. 16-cı əsrin ortalarından sonra
cadugər olaraq mühakimə olunan qadınların sayı artmış və cəzalandırma səlahiyyəti
inkvizisiyanın (katolik kilsəəsi bağlı məhkəmə sistemi) əlindən alınaraq
serkulyar (dünyəvi) məhkəmələrə verilmişdi. 1580-1630-cu illər arasında feodal
münasibətlərin kapitalizmə xas siyasi təşkilatlara çevrilməsi ilə cadugər ovu
kulminasiya nöqtəsinə çatmışdı.
Cadugərliyin cəzasının ölüm olması 1532-ci ildə katolik V Çarli tərəfindən
qüvvəyə qoyulan “İmperial Qanun Karolina” Protestant İngiltərəsində 1542, 1563 və
1604-cü illərdə keçirilən 3 parlament aktı ilə qanuni hala gətirilmişdi. Bu
qanunların davamında xalqı bir-birindən şübhələndirəcək vəziyyətə gətirən və müqavimətsiz
qalan, cadugərlərə kömək edənlərin cəzalandırılacağını nəzərdə tutan orqanlar
getdikcə daha da təzyiqçi rola bürünmüşdü. Belə ki, Almaniyada alman şahzadəsinin
təsdiqi ilə Lüteran kilsəsi tərəfindən vəzifələndirilən ziyarətçilər xalqı şübhələndikləri
şəxsləri xəbərçilik etmələri istiqamətində təhrikedici vəzifəyə sahib
olmuşdular. Şimali İtaliya kimi bəzi ölkələrdə vəzifəlilər şübhələnmə
olaylarını şişirdərək xalqa deşifrə etmək məqsədi ilə şübhələndirilən şəxslərin
geyimlərinə işarələr qoymuş, onları təcrid etməyə çalışmışdılar. Söz mövzusu
durum belə o dönəmin qorxunc yanaşmasını göstərməkdədir. Bu dönəmdə cadugərlərin
yaxalanması, mühakimə və edam prosesləri yazılı mətbuatın başlıca mövzularından
biri olmuşdu. Bu zülmə qatılanlar arasında hakimlər, münsiflər, demonoloqların
(şeytanın varlığını araşdıranlar) yanında alman Hans Balduq kimi sənətçilərin də
olması olduqca maraqlıdır. Yenə bu dönəmdə cadugər ovunun ictimai nəzarət
baxımından təsdiqləyən ingilis siyasət qaydaçısı Tomas Hobbs və inflyasiya üzərində
ilk elmi işini edən Jan Bodenin tez-tez bu iddialara qatılması, cadugərlərin
diri-diri yandırılmaları, hətta uşaqlarının da yandırılması istiqamətindəki bəyanlarını
ehtiva edən “Demomania” adlı əsəri dünyagörüşlərinin nə qədər ürküdücü olduğunu
göstərməkdədir. Cadugər ovunun Bekon, Kepler, Qaliley, Şekspir kimi dahilərin
dövründə də müzakirələri davam etmiş və cadugərlik yenə böyük cinayət olaraq
görülməyə davam edilmişdi.
Cadugər ovunun siyasi səbəblərdən ötrü artdığı fərziyyəsi olsa da,
kilsənin də rolu böyükdür. Papalıq bildirişləri, kilsənin qadın düşməni rəftarı
cadugər ovunu alovlandırmışdır. Ancaq fərz edildiyi kimi cadugər ovu katolik
kilsəsinin nəzərində deyildi. Protestant inancının hökm sürdüyü ölkələrdə də cadugər
ovu olduqca çoxdur. Belə ki, serkulyar məhkəmələrin edamları inkvizisiya məhkəmələrinin
edam sayından daha çox olmuşdu. Cadugər ovu zamanla sərhəd tanımadan irəliləmiş,
qəribə şəkildə Avropa ölkələri arasında birləşdirici ünsür halına gəlmiş,
Fransada İsveçə qədər uzanan sahədə olduqca təsirli olmuşdu.
CADUGƏRLİK İTTİHAMLARI:
Buraya qədər qısaca cadugər ovunun ortaya çıxışını ələ aldıq. Növbə
maraqlı bölümlərdən birinə gəldi. Cadugər ovu altında yüzlərlə qadın
yandırılmışdı, amma əcəba hansı cinayətlərdən dolayı?
Cadugər olduğu iddia edilənlərə qarşı ən ümumi ittihamlar kimi bədənlərini
və ruhlarını şeytana satmaları, cadu edərək uşaq öldürmələri və onların
qanlarını əmmələri, heyvanlara və məhsullara zərər vermələri, fırtınalar
çıxarmaları olaraq qeyd edə bilərik. Bu ittihamlara qarşı cadugər olaraq günahlandırılan
qadınların müdafiələrinin olmaması da olduqca maraqlıdır. İşgəncə altında
alınan ifadələr xaricində yazılı bəyanların olmaması dövrün məhkəmə prosesinin
nə qədər sərt olduğunu göstərməkdədir. Cadugər ovu qadın bədəninin, əməyinin,
cinsəlliyinin və yenidən istehsal qabiliyyətlərinin dövlət nəzarəti altına
alındığı dövrün başlanğıcını təşkil etmişdi. Belə ki, toplum içərisində xoş
görülməyən qadın davranışları belə zamanla cadugərliklə əlaqələndirilməyə
başlanmışdı. Sübut tapılmasa da, reallaşdırılan edamlar dövrün cadugər ovunun
sadəcə sehrbazlıqla əlaqəli olmadığını göstərməkdədir. Cadugər ovunun arxa
planındakı təyinedici ünsürlər olaraq torpaqlara əl qoyulması, kollektiv əlaqələrin
yox olması və çöl kapitalizmin inkişafı olaraq qeyd etmək mümkündür. Qorxu və
zülmün artması zaman içində durumu ən yaxın insanların bir-birlərindən şübhələnməsi
nöqtəsinə gətirmişdi. İngiltərədə cadugər olaraq günahlandırılan qadınların
yardımlarla ayaqda duran yaşlı qadınlar, ya da yemək dilənən qadınlar olması
maraqlıdır. Bu qadınların həddindən artıq yoxsul olması, onların yemək üçün
şeytanla əməkdaşlıq etmiş olmaları kimi qəribə söhbətlərə yol yol açmışdı. Özlərinə
sədəqə verməyənləri lənətləmələri, məhsullara zərər vermələri və s.
ittihamlarla bu qadınlar edam edilmişdi. Bu nöqtədə qeydə alınan qəribə ittiham
mətnini paylaşmaq istəyirəm:
“Qonşusunun tarlasından icazə almadan bir səbət armud yığdı. Geri
verməsi istənildiyində hirslə armudları fırlatdı, o gündən sonra tarlada bir daha
armud yetişmədi. Sonra Uilyam Qudvinin uşağı mayasını almaq istəmədi, bunun üzərində
pivəsi quruyub getdi. Ağasının torpağından odun oğurlayarkən vəzifəli tərəfindən
tutuldu, sonra vəzifəli dəli oldu. Qonşusu atlardan birini borc verməyi rədd
edincə atların hamısı öldü. Ağanın xidmətçisinə onun ayranını götürməməsini
söylədi, daha sonra nə yağ, nə də pendir hazırlaya bildilər.”
Bu ittihamlara məruz qalan 75 yaşlı ingilis qadını Marqaret Harkett
1585-ci ildə Tayberndə edam edilmişdi. Tragikomik deyil? Buna bənzər bir neçə
nümunə:
Outerxaus Ana: Çörək və yağ
dilənərkən qonşuları ilə münaqişə etməkdən edam edilmişdi. (1566)
Elizabet Frensis: Özünə maya
verməyən qonşusunu lənətləmiş, qonşusunu xəstə etmişdi.
Ursula Kemp: Özünə bir az
pendir verməyən bir hersoqu topal etmişdi. (1582-ci ildə edam edilmişdi)
Alisa Nyumen: 12 pens istədiyi,
amma ala bilmədiyi yoxsulların təhsildarı Consonun vəbaya tutularaq ölməsinə səbəb
olmuşdu.
Bu nümunələrdən də aydın olacağı kimi ölən qadınları əksəriyyəti
yoxsul sinfin üzvləridir. O zaman zəngin seqmentin alt siniflərə qarşı rəftarlarından
qaynaqlanan ölümlərin yaşandığı fərziyyəsi çox da səhv olmayacaqdı. Sehrə qarşı
mübarizə altında əslində qadınlara qarşı mübarizə söz mövzusudur. Qadınların
sehrə daha yaxın olaraq görülmələrinin yanında bəzi kəndli qiyamlarında
görüldüyü kimi (Monpelye-1645) qadınların kənd həyatında önəmli gücə sahib
olmaları və bu gücüm qırılmasını təmin etmək məqsədi ilə qadınlara istiqamətli
təcavüzkar rəftar inkişaf etdirildiyi fərziyyələri də maraqlıdır.
Cadugər gecələri “Cadugər sabbatı” olaraq adlandırılan gizli
toplantılara qatıldıqları, bəlli təşkilatlanma çalışması etdiklərinin müdafiə
olunması və bunun nüfuzu sarsıdacaq xüsusiyyətdə təhlükə olduğunun müdafiə
edilməsi cadugərlik olayının miqyasını dəyişdirməkdədir. Bu toplantılarda daha
çox uşaq olmaq üzrə insan ətinin yeyildiyi müdafiə edilmiş, hətta bu iddialar təsvir
edilmişdi.
Cadugər ovunun ilk ortaya çıxdığı bölgələrin (h)eretiklərin zülmə uğradığı bölgələr olaraq ortaya çıxması maraqlıdır. (H)eretiklər də yenə sehrlə məşğul olan bir qrupdur. Cadugərliliyin o əmrinə girən gerçən dinə təhqir, oğlancılıq, körpə qatili, heyvanlara tapınma kimi cinayətlərlə ittiham edilən (h)eretiklər də payalarda yandırılaraq öldürülmüşdülər. (H)eretiklər və cadugərlər arasındakı ən önəmli fərq cadugərliyin qadınlara aid bir cinayət olaraq görülməsidir. Bu durum özəlliklə 1550-1650-ci illər arasında keçərlidir. Cadugərin qadın olduğu, Tanrının kişiləri belə müsibətdən qoruduğuna dair iddialar var. “Mallus Maleficarium” yazarları qadınların heç vaxt təmin edilə bilməyən şəhvətləri ucbatından cadugərliyə daha uyğun olduğunu önə sürmüş, Martin Lüter kimi yazarlar isə qadınların əxlaqi və zehni zəifliklərini bu azğınlığın qaynağı olaraq göstərmişdilər. Bu duruma görə qadınların cinsiyyət ucbatından əvvəldən belə bir şeyə meylli ola biləcəyi önə sürülməkdədir.
Cadugərlik davalarında gözə çarpan önəmli bir ünsür artım
günahlarının da vurğulanmasıdır. Cadugərlər insanların artım gücünü əlindən
almaq, abort etmək və uşaqları öldürərək nəsilləri tükəndirməklə
günahlandırılmışdı. Cadugər qadınlar arasında “mamaça”ların olması da buna
bağlanmışdı.
Cadugərliyə aid edilən önəmli cinayətlərdən birisi də cadugərlərin
kişilərin başdan çıxarmalarıdır. Prioritetli olaraq şeytanın başdan çıxardığı
qadın digər kişiləri də yoldan çıxarmağa çalışmaqdadır. Malleus’da bu durum belə
ifadə edilmişdi:
“Cadugərlərin cinsi əlaqəyə və hamilə qalmağa sirayət edə bilməsinin
7 yolu var: 1-cisi, kişilərin zehnini ifrat ehtirasa yönəltmək. 2-cisi, onların
nəsilartırma güclərini əllərindən almaq. 3-cüsü,bu işi həyata keçirən üzvü
ortadan qaldırmaq. 4-cüsü, kişiləri heyvanlara çevirmək. 5-cisi, qadınların
reproduktiv güclərini əllərindən almaq. 6-cısı, abort etmək. 7-cisi, şeytana
uşaq qurban etmək...”
Cadugərliklə günahlandırılan qadınların məruz qaldıqları işgəncələrə
baxıldığında olduqca ürküdücü tablo qarşımıza çıxır. Standart olaraq cadugərliklə
günahlandırılan qadın lüm-lüt soyundurmaqda, tamamilə təraşlanmaqda,cinsi orqanı
daxil olmaqla bütün bədəninə uzun iynələr batırılmaqdadır. Bakirə
olub-olmadığını başa düşülməsi üçün təcavüzə uğramaqda, doğram-doğram
edilməkdə, sümükləri qırılmaqdadır. Edam edilməsinə qərar verildiyində isə dərs
olsun deyə hər kəsin gözü önündə asılmaqda və ya yandırılmaqdadır. Belə vəhşi vəziyyət
qarşısında kişilərin bu vəziyyətə qarşı çıxacaq bir şey etməmələri də olduqca
tragikdir.
Avropada cadugər ovu 17-ci əsrin sonlarına doğru son tapmışdır. Bu
dövrdə təmin edilən ictimai nizam sonralar cadugər iddialarını və cadugərliyi lağ
mövzusu halına gəlmişdi. İki əsr boyunca öldürülən yüzlərlə qadından sonra birdən-birə cadugər iddialarının unudulması durumun sadəcə sehrbazlıqla əlaqəsi olmadığını
bir daha göstərməkdədir.
Avropadakı cadugər ovlarının bənzəri Yeni Dünyada (Amerikada) da görüldüyündən buradakı durumdan da qısaca bəhs edilməsindən fayda var. Bu bölgəyə gələn ispanlar bu bölgədə yaşayan və çox tanrılı köhnə dinə inanan qadınları (Andlı qadınları) şeytanla müqavilə, havada uçmaq, bal mumundan bütlər hazırlamaq kimi cadugərliyə aid cinayətlərlə günahlandırmışdılar. Amerikada da günahlandırılanlar Avropadakına bənzər şəkildə edam edilmişdilər. Salem Cadugər Məhkəmələrində mühakimə olunan və edamına qərar verilən şəxslər arasında 9 kişinin də olması diqqət çəkici vəziyyətdir.
Bütün bu bilgilər ilə Avropada cadugər ovunu ələ aldığımızda sadəcə
sehrbazlıqla əlaqəli olmayan, zamanla qadınlara qarşı təcavüzkar rəftarı əks
etdirən qətliam olduğunu deməyimiz səhv olmaz. Cinsəllikdən sui-istifadə, küfr
kimi mənfi olaraq qeyd edilən bütün davranışlar zaamanla cadugər adı altında
qadınlara aid edilərək cinayəti sübuta yetirilmə də yüzlərlə qadın
öldürülmüşdü. Bunun qadınların güclü olduğu dövrdə (özəlliklə kənd qadınları)
başlanması və ictimai sistemlərin dəyişməsinə qədər davam etmiş olması (2 əsr
boyunca) bu ovların geniş miqyasda dövlət nüfuzu çərçivəsində formalaşdığını
göstərməkdədir. Cadugər ovu sehrbazlığa qarşı mübarizədən daha çox, qadınlara
qarşı mübarizə olaraq yüzlərlə qadının yox olmasına səbəb olmuşdu.
“…Down from the waist they are Centaurs,
Though women all above:
But to the girdle do the gods inherit,
Beneath is all the fiends’;
There’s hell, there’s darkness, there’s the
sulphurous pit,
Burning, scalding, stench, consumption; fie,
fie, fie! pah, pah…”
(Shakespeare’s – King Lear)
0 comments :
Post a Comment