Nasist
Almaniyasının bütün vəhşəti bir çox fərqli biçimdə ifşa edilərək gələcək nəsillərə
köçürülərkən gözdən qaçan ya da qaçırılan məsələ “qadın məsələsi” olur.
Tarixçilərin əksərən kişi olmasının nəticəsində qadına qarşı cinayətlərin ayrıntıları mövzu olmur. Bu
əskikliyi aradan qaldırmaq üçün adı yetərincə eşidilməmiş bir həbs düşərgəsindən
söz açacağıq.
Nasist Almaniyasının İkinci Dünya Müharibəsi dövründə işğal
etdiyi yerlərdə qurduğu həbs düşərgələrinin sayı 23 civarındadır. Bu qorxunc düşərgələrinin arasında sadəcə qadınların qapadıldığı ən böyük düşərgə
Ravensbrükdür.
Ravensbrük
düşərgəsi Berlinin 85 km şimalında Henrix Himmler tərəfindən 170 dönümlük əraziyə
qurulmuş və may 1939-cu ildə işləməyə başlamışdı. Özəlliklə yəhudi, roman, polşalı, ayrıca əngəlli qadınları silah
altında zorla çalışdırıb dəniz donuzu kimi işlədilib ardınca ləğv etmək üzrə
inşa edilmişdi. Sovetlərin 1945-ci ildə düşərgəni azad etməsinin ardınca
qorxunc gerçəklər də ortaya çıxmışdı.
Ravensbrük
düşərgəsində təxminən 100.000-150.000 qadın əsir tutulmuşdu. Qadın həbs düşərgəsində
gözətçilər də qadınlar idi və çoxu maaşlı adi almanlar idi. Yazar Sara Helmə
görə nasistlər Ravensbrükdə qadın gözətçilər çalışdırır, düşərgənin çöldən adi
qadın həbsxanası kimi görünməsinə çalışırdılar. Nə qədər az diqqət çəkərsə, o qədər
yaxşı idi.
Düşərgəni
sadəcə qadınlardan ibarət olması işgəncə biçimlərinin çeşidlənməsi anlamına gəlirdi.
Uşaqları qaz otağına yollanmış, hamiləykən düşərgəyə qapadılıb abort etməyə
zorlanmış ya da sterilizasiya və dərman təcrübələrində dəniz donuzu olaraq
istifadə edilmiş qadınlar işgəncə və şiddətin fərqli növlərinə məruz
qalırdılar. Düşərgədəki ən dəhşət verici şiddət biçimlərindən biri qadınların
sistematik şəkildə təcavüzə uğraması idi. Yazar Roşel Seydel “The Jewish Women
of Ravensbrück Concentration Camp” (Ravensbrük həbs düşərgəsinin yəhudi
qadınları) adlı kitabında bu təcavüzləri vurğuladı və Avropanın fərqli bölgələrindən
düşərgəyə gətirilən qadınların müharibə boyunca seks köləsi olaraq
çalışdırıldığından bəhs etdi.
Düşərgədəki
şiddət biçimlərindən biri olan abort mövzusunda nasistlərin ari irqi siyasəti
işləməyə davam edirdi. Düşərgədəki polşalı, yuvoslaviyalı və ya sovet işçi
qadınlar əgər alman kişidən hamilə qaldılarsa, abort etmədən öncə “irq incələməsi”nə
alınırdılar. Döllər “irq mütəxəssisləri” adı verilən şəxslər tərəfindən yetəri qədər “almanlaşdırıla
bilən” olmadığı təqdirdə qadınlar aborta zorlanaraq yox edilirdi.
Düşərgədə
reallaşdırılan tibbi təcrübələr isə özəlliklə qısırlaşdırma üzərində
sıxlaşmışdı. Bunun yanında daha sonra Nürnberq məhkəmələrində sübut ediləcəyi
üzrə bəzi dərmanların müalicəvi özəlliyini sınamaq üçün qadın əsirlərin
yaralarına şüşə parçası, bakteriya və s. yerləşdirilmişdi. Bütün bunlarla kifayətlənməyən
nasistlər 1945-ci ilin əvvəllərində düşərgədə qalan qadın sayını gözlənəndən
artıq çıxmasına çözüm olaraq 150 qadını qaz otaqlarında qətlə yetirdilər.
Ravensbrükü
araşdırarkən qarşımıza çıxan qorxunc tablo “The Handmaid's Tale” serialından
heç fərqli deyil. Ravensbrük qadınlarının yaşadıqları serialın koloniyalarında
xəstəlik içind qıvranıb ölən, “Jezebel’s” adı verilən gizli görüş evində
sistematik şəkildə təcavüzə uğrayan, komandir evlərində damazlıq edilən
qadınların hekayəsindən haradasa ayrışmır.
Bu
gün qadın yazarlar Ravensbrük həqiqətlərinin arxasınca getməyə davam edirlər.
Faşizmə qarşı birləşən, öldürülən və ya həyatda qalan bütün qadınların xatirəsinə
Ravensbrük düşərgəsinin girişində Anna Zeqersin bu sözləri yer alır: “Onları
hamımız anaları və bacıları idilər. Əgər bu qadınlar narin və çəlimsiz vücudlarını
faşizm dönəmi boyunca sizə və gələcəyinizə sipər etməmiş olsaydılar, bu gün
azad öyrənə, oynaya və buraya gələ bilməzdiniz!”
0 comments :
Post a Comment