Sunday, 10 June 2018

Müqəddəs torpaqlar


İsrail-Fələstin münaqişəsinin ən mərkəzi problemlərindən birini yaradan Yerusəlim/Qüds problemi bu gün hələ dünya gündəmini məşğul edən mövzulardan biridir.

Həm müsəlmanlar, həm xristianlar, həm də musəvilər üçün önəmli olan Yerusəlim/Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Uzun tarixi boyunca bir çox müqəddəs struktura ev sahibliyi etməsindən dolayı çox sayda müharibəyə səhnə olmuşdu. 2 dəfə yox edilən şəhər 23 işğala və 52 hücuma səhnə olmuşdu.

Yerusəlim/Qüdsdə tapılan çömlək tapıntılar şəhərdəki həyatın mis dövründə, məskunlaşmanın isə tunc dövründə var olduğunu göstərməkdədir. Bəzi arxeoloqlara görə Yerusəlim/Qüds şimal-qərb samilər tərəfindən e.ə. 2600-cü ildə yaşayış sahəsi olaraq Ofel təpəsində qurulmuşdu. Uzun illər Misir imperiyasının himayəsində olmuş, Hz. Davud tərəfindən işğal edilməsi ilə Birləşmiş İsrail Krallığının paytaxtı və krallığın dini mərkəzlərindən biri olmuşdu. Davudun ölümündən sonar oğlu Hz. Süleyman hökm sürmüşdü. E.ə. X əsrdə reallaşan bu hadisələrdən sonra Yerusəlim/Qüdsdə başda Süleyman məbədi olmaq üzrə yəhudilərə ən önəmli dini miraslar buraxılmışdı.


E.ə. VI əsrdə pers axınları ilə yerlə bir edilən şəhər Pers hakimiyyətinə keçmiş və yəhudilər Babilə sürgün edilmişdilər. Müqəddəs torpaqlarından məhrum buraxılmağın üzüntüsü içərisində olanlar hücumlar sırasında yox edilən “Əhd Sandığı”na və “10 əmr” lövhələrini tapınca gözlənən Mehdinin gələcəyinə dair yeni inanclar inkişaf etdirmişdilər. Təxminən 50 il sonar özlərini Yerusəlim/Qüds təkrar qazanmağa həsr etmiş musəvi liderləri Ezra və Nehemya Yerusəlim/ Qüdsə dönərək yıxılan Süleyman məbədini təkrar inşa etmişdilər. Süleyman məbədinin restavrasiya edilməsini qeyd etmək üzrə bir qab içərisindəki alovun 8 gün sönmədiyi deyilir. “Hanuka” (İşıq bayramı) adı verilən musəvi bayramı da bu dövrdə doğulmuşdu.

E.ə. 332-ci ildə Böyük İsgəndərin şəhəri ələ keçirməsi ilə Yerusəlim/Qüds bir neçə yüz il Helen hakimiyyətində qalmışdı. Ancaq bu dövr daxili müharibələrlə, xaosla keçmişdi.

Bir müddət sonra Yerusəlim/Qüdsü romalılar ələ keçirmiş və inşa edilmiş olan məbədi e.ə. 63-cü ildə təkrar yıxmışdılar. Şəhərin yeni adı “Aelia Capitolina” olaraq qəbul edilmişdi. Bu dövrdə yəhudilərin qurban kəsmələri, sünnət olmaları kimi dini ritualları ölüm cəzası ilə qadağan edilmişdi. Musəvilər bu qadağalardan sonra sadəcə Sion təpəsinə xaç ziyarəti üçün çıxıb məbəddən qalan tək divar olan “Ağlama divarı”na qrı yas tuta bilirdilər. Eramızın 130-cü illərində reallaşan üsyanlarından sonra xristianlar tərəfindən şəhərdən sürgün edilən yəhudilər dünyanın dörd bir yanına köç etmiş, “diaspora” adını verdikləri sürgün dövrünü yaşamışdılar. Bu qadağalar eramızın IV əsrinə qədər davam etdi.

Hz. İsa bu qarışıqlığın içində yaşamış, məsihliyini elan etmiş və çarmıxa yenə burada gərilmişdi. Yerusəlim/Qüds bu dövrdən qalan “Bütün xalqlar kilsəsi”, “Əzab yolu, “Diriliş kilsəsi” kimi bir çox xristian mirasını özündə cəmləşdirir. Roma imperatoru Konstantinin xristianlığı mənimsəməsi ilə Yerusəlim/Qüds siyasi olaraq katolik şəhərə çevrilmişdi. 614-cü ildə Sasanilərin yəhudilərlə əməkdaşlığı içində işğal etməsi xristian hakimiyyətinə bir zərbə vursa da, imperator Heraklit Yerusəlim/Qüdsü çox keçmədən geri almışdı.

Bizans idarəsində olan Yerusəlim/Qüds Hz. Ömərin müsəlman ordusu tərəfindən fəth edildi. İslamın erkən dövründə müsəlmanlar tərəfindən şəhər “Mədinət Beyt Əl-Məqdis” (Məbədin şəhəri) olaraq xatırlanmışdı. Daha sonra “Əl-Qüds” adı verilmişdi. Əhalisini müsəlman ərəblərin meydana gəlməyə başladığı şəhərin memarı olaraq müsəlmanlandırılması eramızın 620-cı ilində başladı. İslam inancına görə Hz. Məhəmməd burada Meraca yüksəlmişdi. Müsəlmanlar ilk dəfə getdiklərində Quranda adı keçdiyində və hədislərdə bəhs edildiyindən Məscidül-Əqsanı ziyarət edərdilər. Xəlifə Əbdülməlik VII əsrin sonuna doğru Qübbətül-Səhranın inşasına başlamışdı. Sonrakı 400 il boyunca Yerusəlim/Qüds müharibə mövzusu olmaqdan çıxaraq fərqli müsəlman güclərinin idarəsində qalmışdı.

SƏLİB YÜRÜŞLƏRİ DÖVRÜNDƏ

Səlin yürüşləri Papa II Urbanın 1095-ci ildən etibarən bütün xristianları Yerusəlim/Qüdsü müsəlman işğalından qurtarmağa çağırması ilə alovlandı. Xristianlar 1099-cu ildə ilk səlib yürüşünün nəticəsində Yerusəlim/Qüds krallığını quraraq müsəlmanların və yəhudilərin şəhərə girişini qadağan etdilər. Şəhərə dönüşlərinə əngəl olmaq üçün yunan, bulqar, macar, gürcü, erməni, suriyalı kimi geniş etnik çeşidliliklərlə dolduruldu. Özəlliklə şəhərin şərqi xristianlardan ibarət idi. 1187-ci idə Səlahəddin Əyyubinin Yerusəlim/Qüdsü səlibçilərin əlindən alması ilə yəhudilərə və müsəlmanlara şəhərə təkrar dönmələri üçün icazə verdi. Əyyubinin tolerant siyasətləri həm yəhudilərə, həm xristianlara qarşı idi. 1250-1517-ci illər arasında Yerusəlim/ Qüds məmlüklər tərəfindən idarə edildi. Bu dövrdə məmlüklər və səlibçilər arasında bir çox savaş reallaşdı.


OSMANLI HAKİMİYYƏTİ DÖVRÜNDƏ

1517-ci ildə Yavuz Sultan Səlimin Yerusəlim/Qüdsü fəth etməsi ilə birlikdə başlayan Osmanlı hakimiyyəti Yerusəlim/Qüdsdə 400 il davam edəcəkdi. Şəhər Qanuni Sultan Süleyman dövründə ən ehtişamlı dövrünə şahid oldu. Sülh, yenilənmə və abadlıq dövrü olaraq da adlandırıla biləcək bu illərdə şəhərin çevrəsi tamamilə divarlarla əhatələnib içərisində mədrəsələr və imarətxanalar tikildi. Müsəlman idarəsinin tolerant siyasətləri nəticəsində şəhərdəki musəvi əhali də bir xeyli artmışdı. Osmanlı idarəsi boyunca Yerusəlim/Qüds önəmli din mərkəzi olaraq qaldı. Bu dövrdə osmanlılar şəhərə müasir poçt sistemi, poçt vasitələri, nəqliyyat və yol xidmətləri kimi yeniliklər gətirdi. Yerusəlim/Qüdsün Misir valisi Mehmet Əli Paşa tərəfindən ilhaq edildiyi 1831-ci ilin ardınca Yerusəlim/Qüds bir çox qiyama şahid olacaqdı.

Osmanlı hakimiyyəti zamanındakı şəhərində musəvi əhalisi olduqca artdı. Əhali sayına dair fərqli mənbələrdə fərqli qeydlər mövcuddur. XIX əsrin sonlarına doğru bölgənin əhalisinin böyük bir əksəriyyətini yəhudilər təşkil edirdi. Ancaq Birinci Dünya Müharibəsindən sonra müharibə şərtlərindən dolayı əhali bir xeyli azalmışdı. 1917-ci ildə Yerusəlim/Qüds müharibəsindən sonra general Edmund Allenbi tərəfindən Yerusəlim/Qüds Millətlər Cəmiyyəti tərəfindən İngiltərə mandatı altındakı Fələstinin paytaxtı olaraq qəbul edildi. Bu müddət içində əhalini təşkil edən ərəb və yəhudilər arasında münaqişələrlə nəticələnən anlaşmazlıqlar baş göstərdi.


1948-Cİ İL ƏRƏB-İSRAİL MÜHARİBƏSİ VƏ BÖLÜNMƏ

İngilis himayəsinin bitəcəyi tarixlərə yaxınlaşdığında BMT tərəfindən bölünmə planı tövsiyə edildi. Bu plana görə şəhər BMT-nin nəzarəti altında olmaq üzrə bölünəcəkdi. 10 illik bölünmənin ardınca xalq taleyinə referendum ilə qərar verəcəkdi. Amma bu plan 1948-ci il müharibəsi səbəbi ilə həyata keçirilmədi. İngilislərin Fələstindən çəkildiyi sırada İsrail müstəqilliyini elan etdi. Müharibə sırasında İsralı ərəb məskunlaşma kəsimlərinin bir çoxunu ələ keçirdi. Təxminən 30.000 insan qaçqın durumunda idi. 1948-ci il müharibəsi Yerusəlim/Qüdsün bölünməsinə səbəb oldu. Arada qalan bölgə isə tampon bölgə olaraq qorundu. Yerusəlim/Qüds şərq hissəsinin İordaniyada, qərb hissəsinin isə İsraildə qalacaq şəkildə paylaşıldı. İsrail əldə etdiyi Yerusəlim/Qüds torpaqlarını paytaxt elan etdi. 1967-ci ildə 6 günlük müharibənin ardınca şəhərin tamamını ələ keçirən İsrail bu dəfə bütün Yerusəlim/Qüdsü bölünməz paytaxtı elan etdi. Bütün müqəddəs məkan və quruluşları öz kontrolu altına aldı. 1980-ci ildə çıxardılan qanunla Yerusəlim/Qüdsün İsrailin paytaxtı olduğu rəsmən təsdiqlənib altı cızıldı. Eyni il şəhərdəki ərəblərə vətəndaşlıq verildi və istəməyənlərə daimi yaşayış icazəsi verildi.

GÜNÜMÜZƏ DOĞRU

İsrail dövlətinə aid məclis, prezidentlik, nazirliklər kimi rəsmi qurumların Yerusəlim/Qüdsdə yer almasına rəğmən İsrailin Yerusəlim/Qüds üzərindəki paytaxt elanı beynəlxalq aləmdə tanınmadı. Buna görə heç bir ölkə səfirliyini Yerusəlim/Qüdsdə yerləşdirmədi. 1967-ci ildən bu yana İsrail burada ən az 10 məskunlaşma bölgəsi qurdu və buraya təxminən 200 min civarı yəhudi yerləşdirdi. Beynəlxaq hüquq tərəfindən Yerusəlim/Qüdsdə tikilən bu məskunlaşmaları qanuna zidd qəbul edir. Ancaq İsrail buna etiraz edir.


Bugün Yerusəlim/Qüdsdə təxminən 857 min nəfər yaşayır. Əhalinin 37%-ni ərəblər, 61%-ni də yəhudilər təşkil edir. Paylaşıla bilməyən hər torpaq parçası kimi qan ilə bəslənən Yerusəlim/Qüds torpaqları əsrlərdir dəyərini qoruyur. 3 dinin mərkəzi olan bu şəhər müharibələrin və münaqişələrin arasında hələ özünü yaşatmağa çalışır. Yerusəlim/Qüds onu dövlətlərin güc savaşı içərisində görməkdənsə, bütün insanlıq adına təmsil etdiyi mənəvi dəyəri anlaya bilənlər ilə var olmağa davam edəcək. Müsəlman, musəvi ya da xristian deyə ayırmaq böyük səhvdir. Yerusəlim/ Qüds hamımız üçün dünya üzərindəki ən önəmli şəhərlərdən biridir.

0 comments :

Post a Comment