Almanya ordularının gözlənilməz
sürətlə Fransanın şimalını işğal edib iyun 1940-cı ildə Parisi “açıq şəhər”
elan etmələrində cəsarət alıb müharibənin uzun sürməyəcəyini hiss edən faşist
lider Benito Mussolini Fransa ilə İngiltərəyə müharibə elan edərək İkinci Dünya
Müharibəsinə daxil olmuşdu. Mussolininin öncəlikli hədəfi İngiltərə və
Fransanın Şimali Afrikadakı koloniyalarını ələ keçirmək olmuşdu. Faşist İtaliya
1940-44-cü illər arasında İkinci Dünya Müharibəsi illərində göstərdiyi pis hərbi
performans səbəbi ilə tez-tez tənqid edilmiş, hətta lağa qoyulmuşdu.
İtalyanların uğursuz Yunanıstan və Şimalı Afrika kompaniyaları 70 ildir lağ
obyektinə çevrilməklə birlikdə İtaliya güclərinin uğurlu olduğu və cəsarətlə
döyüşdüyü örnəklər də olduğundan İtaliya ordusunun məğlub olub təslim olduğu
fikri tam olaraq doğru deyil. Çox müəllif İtaliya ordusunun müasir silahlardan əlavə
motivasiya və yaxşı komandirlərdən də məhrum olmasını uğursuzluğun başlıca səbəbləri
olaraq göstərməkdədir.
İTALİYA
UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİ
Almaniya
1939-cu ildə Polşanı işğal edib yeni dünya müharibəsinin qapısını açdığında
İtaliya ordusu heç bir şəkildə bir istila müharibəsinə hazır olmamasına rəğmən
Mussolini Avropa xəritəsinin yenidən cızılması sırasında İtaliyanın gücünün üzərində
pay ala biləcəyini xəyal etmişdi.
PİS
SİLAHLAR
Bu
dövrdə İtaliyanın hərbi-sənaye gücü İngiltərə, Fransa və Almaniya ilə müqayisə
edilməyəcək dərəcədə aşağı olmasından əlavə ehtiyac duyulan ölçüdə silah,
sursat, pulemyot, tank və yük maşını istehsal etməyə də hazır deyildi. İtalyan
pulemyotçu az sayda yeni model topdan əlavə böyük ölçüdə keçən müharibədən
qalmış toplardan istifadə edirdi. Həfif zirehli maşınlar və tanklar xaricində
müasir tanklar haradasa mövcud deyildi. İtaliyanın seriya istehsalına qarşı
industrial gücə sahib olmamasından ötrü müasir vasitələr istehsal etməyə
çalışılmışdısa, rəqiblərinə fərq yaratmaq üçün gec qalınmışdı. İtaliya hava
gücü kağız üzərində yaxşı olmaqla birlikdə bir neçə min təyyarənin çoxu köhnə
olub istehsal edilən az saydakı müasir təyyarə isə müttəfiqlərinki ilə baş edə
biləcək gücdə deyildi. Bunların üstünə bir də “Regia Aeronautica”nın
Efiopiyanın fəthi sırasında zəhərli qazdan istifadə etməsi İtaliyanın beynəlxalq
prestijini dibə endirmişdi.
ZƏİF
LİDERLİK
Birinci
Dünya Müharibəsinin başlanğıcında yer alan bütün böyük hərbi güclər arasında
İtaliya ən pis komanda səviyyəsinə sahib olub vəzifədə yüksəlmə hərbi yetərliliklərə
görə deyil, Mussoliniyə sədaqət ölçüsündə reallaşdığı üçün çox sayda bacarıqlı
general işindən olmuş ya da passiv vəzifələrə verilmişdi. “Efiopiya qəssabı” ləqəbi
ilə xatırlanan Rodolfo Qrasiani kimi bacarıqsız, amma sadiq adamlar uda bilməyəcəklərini
bildikləri müharibələrdə belə Duçeni məmnun etmək üçün italyan qanını
hesabsızca xərcləməkdən çəkinmirdilər. Mussoliniyə qarşı çıxan, onun qərarlarını
və ya faşizmi sorğulayan hər kəs həbsə (confino) ya da Somaliyaya-sürgünə göndərilməkdəydi.
İtaliya donanması isə müharibə boyunca haradasa yerindən qımıldanmamışdı.
Bununla birlikdə pis idarə edilən İtaliya qoşunları Almaniya gücləri ilə
birlikdə ya da Almaniya ordusu əmrində çox daha yaxşı döyüşdülər. Hitlerin Rusiya
işğalına (“Barbarossa” planı) qatılan İtaliya gücləri özəlliklə “İtalyan alpini”
(dağ birlikləri) korpusu və “Voloire” (atlı topçu) alaylarının uğurları sovetlər
tərəfindən belə təqdir edilmişdi. Bənzər şəkildə fəlakətə çevrilən Yunanıstanı ələ
keçirmək məcarəsində Albaniyaya geri çəkilən İtaliya qoşunları almanların
Yunanıstanı ələ keçirməsinin ardınca Yunanıstanda daha yaxşı döyüşmüşdülər.
MOTİVASİYA
ƏSKİKLİYİ
Faşistlər xaricində İtaliya xalqı müharibəyə və Mussolinin Aralıq dənizi fəth etmək xəyallarına qarşı maraqsız idi. İtaliya əsgərləri Yunanıstanın işğalı sırasında vətənləri üçün ölməyə hazır əsgərlərin şiddətli müqaviməti ilə qarşılaşdıqlarında niyə döyüşdükləri mövzusunda dəqiq fikirləri yox idi. Bir italyan müharibə qazisinin müharibədən sonra özlərini qorxaqca döyüşməklə günahlandıranlara qarşı “İtalyanlar müharibə qazanılsa belə hər şeyi Almaniyanın əlinə keçəcəyini görürdülər. Niyə bir heç üçün savaşaq? Bu, qorxaqlıq deyil, ağıllı davranmaqdır” sözü İtaliya qoşunlarının cəbhədəki ruh halını gözlər önünə sərməkdəydi.
(İTALİYA
ORDUSUNUN DÖYÜŞDÜYÜ CƏBHƏLƏR)
FRANSAYA
HÜCUM
İtalyanlar
müharibə elanının ardınca ilk hücumlarını iyun 1940-cı ildə Fransaya etmiş
olsalar da, Alp dağları sərhədində dayanmış, eyni ay içində Fransa Almaniyaya təslim
olmasının ardınca da İtaliya-Belçika sərhədində bir neçə Fransa bölgəsini ələ
keçirmişdilər. Noyabr 1942-ci ildə İtaliya ordusu cənub-şərqi Fransa və
Korsikanı istila etməməklə qalmamış, Rona çayının şərq tərəfində İtaliya hərbi
rəhbərliyi qurulmuşdu.
ŞİMALİ
AFRİKAYA HÜCUM
İtaliya Şimali Afrikada heç bir hərbi uğur əldə edə bilməmişdi. İtaliyanın müharibə elanından bir həftə sonra ingilislər Liviyadakı “Fort Capuzzo”nu ələ keçirmişdilər. İtalyanlar davamlı geri çəkilmək məcburiyyətində qalmışdılarsa, daha yaxşı təchizatlı və daha yaxşı idarə edilən alman qoşunlarının köməyə gəlməsi ilə Şimali Afrikada bir müddət daha tutuna bilmişdilər.
BRİTANİYA MÜHARİBƏSİ
Mussolini
Britaniya müharibəsi sırasında alman hücumunu dəstəkləmək üçün İtaliya krallıq
hava qüvvələrindən (La Regia Aeronautica)
İngiltərə müharibəsinə qatılmaq üzrə “Il Corpo Aereo Italiano” (C.A.I.) və ya
İtaliya Hava Qoşunları olaraq anılan bir qisim təyyarəni 1940-cı ildə Belçikaya
göndərmişdi. İtaliya Hava Qüvvələri tərəfindən istifadə edilən təyyarələrin
köhnə, təchizatlaarının isə ingilis və alman təyyarələri ilə uyuşmaması
İtaliyanın bu sahədə də uğur göstərməsini əngəlləmişdi.
ŞƏRQİ
AFRİKA DÖYÜŞLƏRİ
İtalyanlar
1940-cı ilin iyununda Eritreya, Somaliya və Efiopiya kimi müstəmləkələr üzərindən
Şərqi-Afrika hərəkatını başlatmış olub bölgənin yerli qəbilələrindən hərbi məqsədlə
istifadə etmişdi. Öncə Keniya və Sudana hücum edən italyanlar avqust ayında
Somaliyada irəliləmişdilərsə, bir neçə ay içində ingilis gücləri tərəfindən
geri çəkilməyə məcbur olmuşdular.
BALKAN
YARIMADASINDA MÜHARİBƏ
İtaliya
müharibə elanından çox öncə Albaniyaya maraq göstərmiş, hətta 1939-cu ilin əvvəlində
dünyanın diqqəti Almaniya ordusunun Çexoslovakiyaya girməsinə fokuslanmışkən
İtaliya hərbi qoşunları aprel ayında Albaniyaya hücum etmiş, möhkəm müqavimət
görmələrinə rəğmən ölkənin kontrolunu ələ keçirməyi bacarmışdılar.
İTALİYANIN
İŞĞALI
İyul
1943-cü ildə İngiltərə və Amerika qoşunları “Haski əməliyyatı” adını verdikləri
plan nəticəsində Siciliyaya hücum edincə Almaniya qoşunları sürətlə adaya
İtaliya müdafiəsinə köməyə getmişdilər. Siciliyanı müttəfiqlər ələ keçirirkən
İtaliya və Almaniya qüvvələrin böyük bölümü materikə əmniyyətlə geri çəkilməyi
bacarmışdılar. Eyni ay müttəfiqlərin Romaya etdiyi hava hücumu şəhərdə böyük təxribat
yaratmağın ötəsində müharibəyə zatən könüllü olmayan İtaliya xalqının əhvalını
pozaraq ölkələrinin müharibə səylərinə daha az dəstək vermələrinə səbəb
olmuşdu. Mussolini eyni ay içində “Böyük faşizm şurası” tərəfindən devrilmiş,
kral III Viktor Emmanuil ilə Pyetro Badolyo iqtidarı ələ keçirmişdilər.
Apuliyada olan İtaliya krallıq höküməti aclıq və səfalət içində qıvranan ölkənin
şimalına hakim olan və almanlarla əməkdaşlığa davam edən Salo Respublikasından fərqli
olaraq müharibəyə son vermək üçün müttəfiqlərlə gizli görüşlərə başlamışdılar.
Sentyabr 1943-cü ildə İtaliya höküməti ilə Siciliyadakı Fyerfild düşərgəsindəki
müttəfiqlər arasında gizli atəşkəs müqaviləsi imzalanmış, bir neçə gün sonra
elan edilmişdi.
Birinci
Dünya Müharibəsi sırasında Çanaqqala hücumunun qızğın tərəfdarı olub yaşadığı məğlubiyyətə
rəğmən Cənubi Avropa ölkələrini hərbi və siyasi baxımdan zəif görən Çörçill qitənin
yumşaq qarnı olaraq İtaliyanı görməkdə idi. Bununla belə kələ-kötür qəza səbəbi
ilə müdafiə üçün mükəmməl mövqelərə sahib olan İtaliya qoşunları zəif və nisbətən
keçmiş təchizatlarına rəğmən ölkələrini müdafiə edərkən asan yeyilən loxma
olmadıqlarını sübut etdilər. Müttəfiqlərin İtaliyadakı qələbəsi 1945-ci ilin
yazına qədər reallaşmamışdı.
0 comments :
Post a Comment