Saturday, 5 May 2018

İkinci Dünya Müharibəsinin yapon kinosundakı əks-sədaları



Yaponiya torpaqlarına addım atan kino feodal sistemin kölgəsində bərabərlik prinsipinin bir çox sahədə məhdud olduğu toplumla qarşılaşmışdı. Bu ortam içərisində kino sənəti Qərbdəkinin əksinə özünə bu “Günəş imperiyası”nda fərqli dil yaratmışdı. Səhnədə qadınların yerinə kişiləri, səsli filmlər yerinə illərlə teatral səssiz filmlərlə mübarizə aparmış və son olaraq mövzularda məhdudlaşmağa getmişdi. 1930-cu illərdən sonra ölkəcə əməlli-başlı hiss edilməyə başlayan müharibə ab-havasına salam duran filmlər çəkilmişdi.

İkinci Dünya Müharibəsi və Sakit okean müharibəsi müddətində dövlətin ideoloji aparatı olaraq pay biçilən kino Yaponiya torpaqlarından daşaraq ölkənin işğalı altındakı Çin, Tayvan, Koreya, Sinqapur, Malayziya kimi ölkələrə sıçır. Yaponiya torpaqlarından bir o qədər uzaq bu ölkələr müharibə sırasında Yaponiyanın işğalı altındadır və bu ölkələrdəki yapon hakimiyyətini təmin etmək məqsədi ilə təbliğat filmləri çəkilmiş, göstərilmişdi. Belə ki, bu filmlərdə “qəhrəman yapon əsgərləri” bir filmdə ölkəsini xilas etdiyi çinli qadının qəlbində taxt qurarkən digərində koreyalı uşaqların gözündə qəhrəman olmaqdadır. İşğal altındakı ölkələrdə durum belə ikən Yaponiyada isə 1939-cu ildə çıxarılan film qanunu ilə Qərb mədəniyyəti və müharibə əleyhinə olan filmlər senzuralanmış və Sakit okean müharibəsi səbəbi ilə xarici filmlərin nümayişləri qadağan edilmişdi.

Müharibə dövründə filmlərə gətirilən ağır senzuraların xaricində ən önəmli inkişaf rejissorlara qarşı alınan davranışdır. Yaponiya höküməti tərəfindən kommunist və Qərb heyranı olduğu düşünülən rejissorlar sektordan uzaqlaşdırılmış, bəziləri isə həbsə atılmışdı. Sektor içərisində azlıq olaraq hökümətdən əsərlərini qaçırdaraq çəkməyi bacaran rejissorların filmləri isə dəstəklənmədiyi üçün nümayişdə böyük problemlər yaşamışdılar. Ayrıca müharibə dövründə yaşanan xam film qıtlığı səbəbi ilə filmlərin nümayişləri ssenarilərə görə müəyyənləşmiş və bu səbəblə təbliğat məzmunlu filmlər ilk seçim səbəbi olmuşdu. Bu səbəblə müstəqil filmlərin bir çoxu öz imkanları ilə çəkilə bilmişdi.

Hiroşima və Naqasakiyə atılan atom bombası ilə təslim bayrağını çəkən Yaponiya müharibədən məğlub ayrılmışdı. 1945-ci ildə radio yayımında “İlahi səlahiyyətlətlərindən vaz keçdiyini” qeyd edən imperator Hirohitonun elanı ilə məğlubiyyət rəsmiyyət qazanmışdı. Bu elanın ardınca işğalçı qüvvətlərinin nəzarəti altına girən ölkənin dörd bir yanında təmizlik və assimilyasiya işləri başlamışdı. Öncəlik olaraq MakArtur dönəmində media kanalları senzuralanmış və  müharibə dövründə çəkilən yapon millətini ucaldan təbliğat məzmunlu 225 qədər film “ənənəvi yapon biçimlərini, feodal sədaqəti daşıdığı” səbəbi ilə yandırılaraq yox edilir. 1946-cı ildə çıxarılan film qanunu ilə müharibə dövründə film çəkən müharibə cinayətkarları sektordan uzaqlaşdırılır.

Gətirilən məhdudiyyətlərlə müharibə dövrünün əksinə “jidaigeki” filmlər çəkmək çətinləşdi. 1951-ci ildə imzalanan “San-Fransisko müqaviləsi” ilə film istehsal standartları məhdudlaşdılır və xarici filmlərin yenidən Yaponiya qapılarının açılması ilə istehsal sayı xeyli düşür. 1940-cı illərin sonlarına doğru sektorda aparılan nizamlamalar çərçivəsində daha fərdi temalarda film çəkmək məqsədi ilə müstəqil  film şirkətləri qurulmağa başlanır. Bu film şirkətləri müharibə dövründəkinin əksinə daha öncə qadağan olunan fərdlərin yadlaşması, cinsəllik, ictimai bərabərlik kimi problemlərə əyiləm filmlərin istehsalına başlayır. Müharibə sonrası dövrdə gətirilən nizamlamalar ilə yapon kinosunda müstəqil filmlərin sayı artarkən ənənəvi biçimli filmlərin sayında sürətli azalma yaşanır.


Müharibə sonrası yapon kinosununda toplanmasında önəmli payı rejissor Akira Kurosavadır. Onun 1951-ci ildə çəkmiş olduğu “Rashomon” filminin Venesiya Film Festivalında mükafat qazanmaası ilə yapon kinosu yenidən adını eşitdirməyə və toplanmağa başlayır. Onun açdığı yolda irəliləyən Qərb vizyonuna sahib rejissorlar tərəfindən ölkə kinosu yenidən şəkilləndirildi. Müharibə sonrası yaşanan inkişaflar işığında yapon kinosu Qərb mənbələrindən əldə etdiyi məlumatlar və yapon həssaslığı ilə film istehsal etməyə davam etdi.

0 comments :

Post a Comment