Wednesday, 25 April 2018

Hitler faşizminə qarşı musiqi və rəqslə mübarizə aparan gənclər


1920-ci illərdən etibarən Nasist Partiyası təbliğat mesajlarını çatdıracağı özəl kütlə olaraq alman gəncliyini hədəflədi. Bu mesajlar partiyanın bir gənclik hərəkatı olduğunu vurğulayırdı: Dinamik, dirəncli, gələcəyə baxan və ümidli. Milyonlarla alman gənci siniflərdə və tədris planı xarici fəaliyyətlə nasizmə qazandırıldı. Yanvar 1933-cü ildə "Hitler gəncliyi"nin sadəcə 50.000 üzvü varkən il sonunda bu rəqəm 2 milyonu keçmişdi.1939-cu ildə məcburi hala gətirilmədən öncə "Hitleryuqend"in üzv sayı 1936-cı ildə 5,4 milyon olmuşdu.

Sosial sinifləri nə olursa-olsun, 14 yaş altındakı bütün qız və oğlanların "Hitleryuqend"ə qatılmaları gözlənilirdi. Burada gənclərə qorxusuz, amansız olmaları təlqin edilirdi. Aralarından uğurlu olanlar Hitler ordusuna daxil edilirdi. Təşkilata maraqsızlıq isə qəbul edilməz durum idi. Əgər qatılmağa etiraz edən olarsa, Gestapo ailələrini uşaqlarını yetimxanaya götürməklə təhdid edirdi.


Ancaq hər təzyiq bir üsyan doğurur. Hər alman gənci bu təzyiqə həmən boyun əymədi, mədəni və siyasi olaraq qarşı durdu. "Edelweißpiraten" ("Edelveys piratları")  kimi.

Onlar musiqisevər, qıpır-qıpır geyimlər geyinən ərgənlərdən ibarət, caz dinləyən, qatar stansiyalarına anti-nasist qraffitləri çəkən qrupun üzvləri idilər. Bunlar Hitler dövrü alman gəncliyindən gözləniləcək şeylər deyildi.

Yaşları 12 ilə 17 arasında dəyişən bu "uyğunsuz" gənclər avtoritetə boyun əymir və sistemə qarşı dirənirdilər. Bir çoxunun valideynləri müharibədə və ya kommunist fəaliyyətlər səbəbi ilə öldürülmüşdü. Onlar da sistemə inad Amerika musiqisi dinləyir, saçlarını uzadırdılar. Necə geyinəcəklərini, nə düşünəcəklərinə, haraya gedəcəklərinə qarışılmasını istəmirdilər.


Adları yaxalarında gizlədərək taxdıqları və topluluğa bağlılıqlarını simvolizə edən Edelveys çiçəyindən gəlirdi. Zamanla işçi sinfinin ağırlıqlı olaraq toplandığı Köln və Essen kimi şəhərlərdə passiv fəaliyyətlərə başladılar. "Hitleryuqend"i ələ saldılar, onların marşlarını caz musiqi ilə yenidən şərh etdilər. Tək tipləşdirilən nasist gəncliyi qarşısında geyim və tərzləri ilə tam qarşı duruş sərgilədilər.

Caz musiqisi nasist ideologiyasında daha çox Afrika mənşəli və yəhudi musiqiçilər tərəfindən icra edildiyi üçün "degenerasiya musiqi" olaraq qəbul edilirdi. O dönəmdə Almaniyada icazəsiz xarici səfərlərin qadağan edilməsinə rəğmən bu gənclər dağlıq və qırlıq bölgələrdə düşərgələr təşkil etdilər və buralarda caz dinlədi, rəqs etdi, əks cinslə birlikdə olub özlərinə söykədilən bütün qaydaları çeynədilər.


Mövcud gənclərə pis örnək olduqları üçün əlbəttə SS zabitləri tərəfindən hər an təqib altıında idilər. Tutulan gənclər işgəncəyə məruz qalır, saçları qırxılır, məclislərinə basqınlar təşkil edilirdi.

1936-cı ildə "Hitleryuqend"ə qatılmaq hər kəs üçün məcburi hala gəlincə başda Kölndəki işçi sinfi ailələrindən gələn uşaqlar olmaq üzrə minlərlə gənc buna daxil olmaq istəmədilər. Paramilitar və cinsiyyət ayrı-seçkiliyi edən "Hitleryuqend" onlar kimi küçə köşələrində ilişən, caz və svinq kimi musiqi janrlarını dinləyən və flirt edən gənclərin həyat tərzinə uyğun deyildi.

Bu sıralarda Essen şəhərində "The Farhtenstenze" və ya " The Traveling Dudes" adlı başqa bir qrup vardı. Onlar da Hitler faşizminə qarşı mahnılarla dirənirdilər. Bir də ingilis və amerikan yaşam tərzi heyran bir qrup liseylinin qurduğu "Swing Kids”.


Əslində başlarda onlar siyasi məqsədlə bir arada deyildilər. Elit kəsimdən gəlirdilər. Seçilmiş məktəblərdə oxuyur, zamanlarının çoxunu salonlarda və klublarda svinq rəqsi oynayaraq keçirirdiər. Ancaq nasist partiyası güclənib azadlıqlarını itirməyə başlayınca gedərək bu qrupda siyasiləşdilər.

Nəticə olaraq "Edelweiss Pirates"in üsyan, "The Traveling Dudes"un məcarə, "The Swing Kids"in rəqs etmə istəyi onları bir araya gətirdi. Çünki hamısının məqsədi ortaq idi. Onlar Hitler hipnozlaşdırılmış gəncliyinə daxil olmaq istəmirdilər. İstədikləri sadəcə gəncliklərini azad yaşamaq idi.

Gestapo tərəfindən hazırlanan bir hesabatda 1930-cu ilin axırına qədər sadəcə Kölndə 3.000-dən artıq gəncin adının yer aldığı görülməkdədir. Daha irəlidəki dönəmlərdə saylarının 6.000 civarında olduğu görülür. Say olaraq bu durum Almaniyada yetişkinlər tərəfindən yaradılan müxalif qruplara nəzərən gənclərin daha çox böyük dirəniş yaratdırdığını göstərməkdədir.


Sayları artdıqca cəsarətlənən bu gənclər zamanlar divarlara "Lənət olsun Hitlerə!", "Cinayətlər üçün medallar" kimi sloqanlar yazmağa, nasist nəqliyyat vasitələrini sabotaj etməyə, pəncərələrdən nasist əsgərlərinə kərpic atmağa başladılar. Hətta Kölndəki Gestapo mərkəzini havaya uçurtmağı belə planladılar.

Dirəniş savaşçıları kimi görünmələrinə  rəğmən onların bir çoxu özlərini heç vaxt belə təqdim etmədilər, çünki onlar özlərini ifadə etmək və azadlıqlarını qorumaq üçün məşğul idilər. İyul 1943-cü ilə aid bir nasist hesabatı "Edelveys piratları" haqqında bunları deyirdi:

"Yaşları 12 ilə 17 arasında dəyişən bu gənclər gecə gec vaxtda musiqi intsrumentləri və gənc qadınlarla ətrafda dolaşırlar. Bu varlıqlar Hitler gəncliyinin xaricində böyük bir bölümü yaratdırdığından və təşkilata qarşı düşməncə davrandıqlarından digər gənclər üçün təhlükə təşkil edirlər."

Üzərlərindəki təzyiqlər gedərək artdı. SS reyxsfüreri Himmler əsgərlərinə caz musiqisi dinləyən hər kəsin tutulması və döyülməsi əmrini verdi. Ancaq zamanla daha qorxuducu və yeni gənclərin bu qruplara qatılmasını əngəlləyəcək bir cəzaya qərar verdi. 1944-cü il oktyabr ayında həbs edilən içlərində 7 piratın olduğu 13 gənc Kölnün orta yerində hər kəsin önündə asılaraq edam edildi. digərləri həbs düşərgələrinə göndərildi.


İkinci Dünya Müharibəsinin bitişində qrup üzvlərindən geriyə qalanlar böyümüşdülər, müharibə səbəbi ilə yetkinləşmişdilər, amma onlar üçün hələ rahatlıq yox idi. Çünki indi də ölkələri Sovet işğalı altında idi və nasistlərə anlatmağı bacarmadıqları istəklərini Sovetlərə də anlatmaq şansları yox idi.

Hər zaman siyasi fəaliyyətlərdən uzaq durmağı hədəfləyən bu qrup üzvləri 2005-ci ilə qədər cinayət şəbəkəsi olaraq qəbul edildilər. O zamana qədər Hitler və onun yaxın tarixdə yüksələn şeytani rejimi ilə mübarizə aparan bu gənclər rəsmən dirənişçi savaşçılar olaraq tanınmadılar. Ancaq bu tarixdən sonra qrupdan geriyə qalan 5 Edelveys piratları üzvü dövlət tərəfindən şərəfləndirildi. Geriyə faşizmə qarşı musiqi və rəqslə dirənmiş gəncliyin ilhamverici hekayəsi qaldı.

0 comments :

Post a Comment