Monday, 23 April 2018

Qələbəni bəstələyən "Qızıl Orkestr"


Müharibə cəbhəsinin kritik müəyyənləşdirənlərdən biri düşməndən daha artığını bilməkdir. İkinci Dünya Müharibəsi sırasında "Qızıl Orkestr" bunu təmin etdi.

Müharibə heç vaxt sadəcə müharibə sahəsində davam edib getməz. Nəticəni müəyyənləşdirən sahədirsə, səhəni də müəyyənləşdirən texnoloji üstünlük, kəşfiyyat gücü, ağıllı strategiya və motivasiya yüzlərlə, minlərlə km geridə müəyyənləşir.

XX əsrin isti və soyuq müharibələri eyni zamanda amansız kəşfiyyat müharibələridir. İngilis riyaziyyatçı Alan Turinqin nasist müharibə maşınının motoru "Enigma"nı çözmə prosesini göstərən 2014-cü il istehsalı "The Imitation Game"in başlanğıcında dahimiz özünü sorğulayan polis məmuruna kimin daha güclü olduğuna dair qısa dərs keçir: "Sənin oturduğun yer və mənim oturduğum yeri hesaba qataraq kontrolun səndə olduğunu düşünürsən. Amma yanılırsan. Kontrol məndədir, çünki sənin bilmədiyin şeyləri bilirəm."

Ən bəsit şəkildə söyləmək lazımdırsa, mövzu bundan ibarətdir: Yetərincə kəşfiyyatınız varsa, yetərincə bilirsəniz, ən güclü və ən amansız düşməni belə məğlub edə bilərsiniz. Məsələ bu məlumatı əldə etməkdir və insanlıq hər zaman dahilərə bel bağlaya bilməz.

İkinci Dünya Müharibəsi sırasında nasist-sovet hücum etməmək paktı qüvvədə ikən "böyük şef" Leopold Trepper və komandasının Berlin-Paris xəttindən Moskvaya çatdırdığı "işğal" kəşfiyyatı ciddiyə alınsaydı, 22 iyun 1941-ci ildə başladılan "Barbarossa" əməliyyatı SSRİ üçün çox daha az itkilərlə nəticələnərdi.

Müdhiş müqavimətdən əlavə çətin qış şərtləri və Yaponiyanın Uzaq Şərq cəbhəsini açmaması Moskvanın məğlubiyyətini əngəllədi. Başqa bir baxışdan da Qərbi Avropa və Almaniyanın qəlbində Gestaponun "Qızıl orkestr" dediyi müqavimətçi kəşfiyyatçıların önəmi anlaşıldı. Gələcəkdə bunu kompensasiya etmək imkanı doğulacaqdı və bu kompensasiya az buz deyil, insanlığın taleyinin dəyişməsi deməkdir.


FAŞİZMİN BAĞRINDA KOMMUNİST "CASUS"LAR

Bir düşmənə verilə biləcək ən gözəl adla "Qızıl Orkestr"ı yaradan fərqli qrupların təməlləri Adolf Hitlerin iqtidara gəldiyi 1933-cü ildən sonra hələ müharibə belə yox ikən atıldı. Nasizmin Almaniyadakı müxalifləri ordu mənsubu Harro Şulse-Boyzen və Arvid Harnak kimi adların liderliyində rejimin törətdiyi cinayətləri ortaya çıxarmağı hədəfləyən işlərə başladı. Bu qruplar nasist dövlət aparatının üst təbəqələrində gizli fəaliyyət yürüdərək müharibə öncəsindən önəmli hərbi və iqtisadi məlumatları açığa çıxartdı. Müharibənin ilk dövrlərində Qızıl Ordunu məlumatlandırdı.

Jil Perronun məşhur "Qızıl Orkestr" kitabında göstərilir: Alman gizli servis arqosunda "şəbəkə"nin patronu orkestr şefidir. Radio vericisinə "musiqi qutusu" ya da "piano" deyilir. Qəhrəmanlarımız da "pianoçu", "ifaçı"lardır. Müharibənin əvvəllərində nasistləri əməlli-başlı məşğul edən şifrəli mesajları Moskvaya bu orkest üzvləri yazmışdı.

1933-39-cu illər arasında Almaniyadakı antifaşistlərin, kommunistlərin, işçilərin kəllə qoltuqda müdhiş gizliliklə apardığı mübarizə müharibənin başlanması ilə nasist işğalı altında qalan digər Avropa ölkələrinə yayıldı. Fransa, Belçika, Hollandiya, İsveçrə kimi ölkələrdə yeni şəbəkələr yaradıldı. 1941-43-cü illər arasında həyati funksiya yerinə yetirən bu qrupların üzvləri canları bahasına müharibənin taleyini dəyişdirdilər.

Bir alman generalının etiraf etdiyi üzrə 200 min alman əsgərinin ölümünə səbəb olan "Qızıl Orkestr"in yüzlərlə üzvü həbs edildi, işgəncədən keçirildi və qurşuna düzüldü. Bir çoxu irqçiliyə, faşizmə, antisemitzmə qarşı bir araya gəlmiş fövqəladə insanlardan ibarət idi. Çoxu casus deyildi, təhsil belə almamışdılar və qorxusuzca ölümə getdilər. Edamından öncə atasına "Mətin olun, necə siniflər mübarizəsinin savaşçısı olaraq yaşadımsa, elə də öləcəyəm" deyərək başladığı o şahid məktubu yazan alman kommunist militan Valter Huzeman kimi.

HİTLERİ DƏLİ EDƏN QIZIL RABİTƏÇİLƏR

Hitler "Bolşeviklər bizdən bir sahədə üstündürlər: Casusluqda" deyərək Gestapo və Abverə "Qızıl Orkestr"ə qarşı daha təsirli mübarizə aparılması əmrini verdi. 1942-ci ilin əvvəllərində "Qızıl Orkestr  kommandosu" quruldu.

Brüsseldəki pianoçulara qarşı ilk uğurlu əməliyyatla açığa çıxardılanlar nasistlərin canını daha da sıxacaq növdəndir. Yəni, başlarındakı Berlindəki gizli rabitəçilərin varlığı "Qızıl Orkestr"dən Rita Arnunun deyişi ilə "Hitlerin içini qaraldırdı." Jil Perro kitabında durumu belə təsvir edir: "Siyasi, iqtisadi və hərbi olaraq heç bir şey yox idi ki, Rusiya tərəfindən ayrıntıları ilə bilinməmiş olsun. Bütün zamanların ən dəhşətli polis dövləti Moskvanın gözündə şüşədən hazırlanmış ev kimi idi."

Bu reallıqla üzləşməyin dəhşətli polis dövlətinin memarlarını nə qədər qorxutduğunu söyləməyə ehtiyac yoxdur. "Barbarossa" əməliyyatından əvvəl işğalın başlayacağını Moskvaya bildirən pianoçular son mübarizəsi Stalinqradda aparılacaq olan "Blau" (Mavi) əməliyyatını (28 iyun 1942-ci ildə başladı) da 12 dekabr 1941-ci ildə SSRİ-ə bildirmişdilər.

Sovetlər hər şeyi bilirdi! Berlindən, Brüsseldən, Parisdən gələn mesajlarla nasistlərin nə qədər təyyarə və tank hazırladığından müharibədəki itkilərinə və hətta Qafqaz regionuna təşkil edəcək hücumun planlarına qədər hər şey vardı. Vermaxt birlikləri "Blau" əməliyyatı üçün yeni irəliləməyə başlamışdılar, ancaq "düşmən" hələ müəyyənləşdirici müharibə üçün üz-üzə gəlmədikləri bu ölüm maşınlarını donuna qədər tanıyırdı! Qızıl orkest kommandosu duruma dair Berlinə də xəbərdarlıq etsə də, baş qərargah reallığı qəbul etməyi bir müddət rədd etdi. Nəhayət marşal Keytel sənədləri ilk əldən görüncə beynindən vurulmuşa çevrildi.

KOMMUNİST CASUSLAR NASİST ORDUSUNUN ƏN TƏPƏSİNDƏ!

Halbuki Hitler Sovetlərə qarşı tək handikapının "casusluq"olduğu düşüncəsi ilə 1942-ci ilin yayına özünü təmkinli hazırlanmışdı. Yazılı buyruq qadağan olunmuş, təlimatlar komandirlərə ağızdan bildirilmişdi. Sızıntının mənbəyinin Lüftvaffedə yüksək səviyyəli məqam olduğu reallığı xəyal qırıqlığını daha da böyüdürdü. Keytel "Blau" əməliyyatının ertələnməsini müdafiə etsə də, Hitler və digər komandirlər bunu qəbul etmədi. Hitlerin Sovet neftlərinə bir an öncə əl qoyması lazm idi. Əksi müharibənin bitməsi anlamına gələcəkdi və Vermaxtın "çılpaq" halda da olsa əməliyyata başlamasına qərar verildi.

Hücumdan öncəki gecə Sovet səsucaldanları nasist qoşunlarına səsləndi: "Sabah şəfəq vaxtı Oskolu aşacağınızı bilirik. Önünüzdə heç bir şey tapmayacaqsınız. Biz seçəcəyimiz yerə görə və istədiyimiz zaman əks-hücuma keçəcəyik. Rusiyaya edəcəyiniz səfərdən dolayı məmnun qalmayacaqsınız."

Çoxbilmiş düşmənin bu meydan oxuması Vermaxt qoşunlarının əhvalını pozdu. Müharibənin əvvəlindən bəri ilk dəfə nasistlər müharibə manervlərinin arxa-arxaya boşa çıxarıldığını gördülər.

Bu qorxunc müharibə əlbəttə sadəcə Stalinin Hitlerin müharibə xəritəsinə onun çiyni üzərindən baxması ilə qazanılmadı. Şəxsən "böyük şef"in dediyi kimi "Heç bir müharibə kəşfiyyat şəbəkəsi tərəfindən qazanılmamışdı. Müharibələr müharibə sahəsində ölünərək qazanılır. Müharibədə ölməyi qəbul edən və Stalinqradı xilas edən əsgərlər oldu. Başqa heç kimsə deyil."

NASİSTLƏR MÜHARİBƏNİ UDUZDULAR, AMMA "MUSİQİÇİLƏRİ" ÖLDÜRDÜLƏR

Trepperin bu cümləsi səhv olmamaqla birlikdə kommunist təvazökarlığını da göstərir. Müharibənin seyri və "Qızıl Orkestr"in hərəkətliliyinin göstərdiyi bənzərlik çarpıcıdır. Pianoçular nasistlərin zirvəyə çıxdığı 1942-ci ilə qədər həyati məlumatlarını ələ keçirdilər və 1942-ci ilin yayı və sonrasındakı çöküşdə bu məlumatlar önəmli rol oynadı. Noyabr 1942-ci ildə Qızıl Ordu "Uran" əməliyyatı ilə Vermaxtın məğlubiyyətini hazırlayarkən "arxa cəbhə"dəki pianoçular əməllicə səssizləşmişdilər.

Nasistlərin müharibə sahəsindəki önlənməz düşüşünü başladan fövqəladə şəbəkə düşmənin qəlbində mövqelənmiş olmasaydı, bu uğurları əldə edə bilməzdi. Təəssüflər ki, bir çox üzvünün sonunu gətirən də bu oldu. Nəhayət, müharibənin taleyi müəyyənləşdiyində nasistlərin əlindən gələn musiqiçiləri öldürmək idi. Qızıl ordunun Berlinə irəlilədiyini görən orkestr mənsubları ölümə könül rahatlığı içində getdilər. Şulse-Boyzen də onlardan biri idi.

"Blau" əməliyyatına dair məlumatların Lüftvaffedən sızdırıldığı ortaya çıxdığında söz mövzusu məlumatlara sahib ola biləcək sadəcə 3 hava zabiti olduğu da bilinirdi. Harro Şulse-Bolzenin ətrafındakı çəmbər əməlli daraldı.


DÖVLƏTİNİN HAQSIZ MÜHARİBƏSİNƏ QARŞI ÇIXA BİLMƏK

Şulse-Boyzenin önəmi sadəcə nasist sisteminin təpəsində yer alması ilə məhdudlaşmır. Vətəndaşı olduğu dövlətin qorxuncluğuna qarşı mübarizəyə girişən adi insanın gücü ilə hərəkət edən bu əsgər Perronun "1941-ci ilin o unudulmaz gecəsi" deyə qeyd etdiyi tarixi təbliğat hərəkatını da yürütmüşdü. Söz mövzusu gecə nasistlərin Təbliğat naziri Gebbelsin Sovet xalqlarının yoxsulluğunu göstərmək üçün açdığı "Sovet cənnəti" sərgisi üçün onlarla adam küçələrə dağıldılar və ertəsi səhər berlinlilər "Nasist cənnəti: Müharibə-Aclıq-Yalan-Gestapo nə zamana qədər davam edəcək?" afişalarını oxudular. Şulse-Boyzen əməliyyata yanındakı əsgərlərlə şəxsən qatıldı və afişaları silahlarla qorudu.

Yenə Almaniyanın içərisində yerli-yad işçilərə səslənən "Daxili cəbhə" qəzetinin nasist düşüncəsinə qarşı olsa da, dövlət pilləsində yer alan məmurlara səslənən minlərlə bildirişin, son anda əngəllənən böyük sabotaj planlarının arxasında Şulse-Boyzen aktiv olaraq yer aldı. Kommunizmə qarşı olsa da, ən gizli planların əldə edilməsində rol oynayan Lütfvaffe polkovniki Gertzi təşkilatlayan da o idi.

"Qızıl Orkestr"in Berlin şəbəkəsinin lideri Harro Şulse-Boyzen 22 dekabr 1942-ci ildə edam edildi. Şulse-Boyzen ana-atasına yazdığı son məktubunda "Günümüzdə yer üzündə olanlara baxılarsa, bir insanın sönüb getməsi çox şey sayılmaz"demişdi. Almaniyanın qəlbində nasistlərə qarşı müqavimət təşkilatları quraraq faşizmi içəridən çökərdən minlərlə "adi" insan bu şüurla mübarizə aparmamış olsaydı, şübhəsiz, nə Hitlerin ödünü qopardan "Sovet casusluq şəbəkələri" yaradıla bilər, nə də nasist müharibə maşını alt edilə bilərdi.

ÜSTÜNLÜYÜN SİRRİ: ADİ İNSANLARI TARİXYAZANLARA ÇEVİRMƏK

Hitler bir çox mövzuda olduğu olduğu kimi bolşeviklərin özlərindən sadəcə casusluq sahəsində irəlidə olduğunu söyləyərkən də  yanılırdı. Üstünlüyün sirri adi insanları tarixyazanlara çevirməkdəydi. SSRİ hesabına "Dəhşətli polis dövləti"ni qəlbindən xəncərləyənlər Alan Turinq kimi dahilər, Ceyms Bond kimi super casuslar deyildi. İşçilər, kommunistlər, antifaşistlər düşmənin gözündə bir pianoçuya bürünərək Berlin və işğal altındakı paytaxtları arxa cəbhə olmaqdan çıxartdılar. "Nasistlərin top atışları ilə karlaşan Moskvaya ümidin səsini daşıyaraq" 8 may 1945-ci ildə premyerasını edən qələbənin simfoniyasını bəstələdilər. Özləri dinləməsələr də...

0 comments :

Post a Comment