“Cherbobyl”
serialı haqqında yetərincə söz deyildi. Bəziləri bu qorxunc fəlakətin səbəbkarı
olaraq SSRİ-dən ziyadə birbaşa sosializmi göstərməyə həvəsli yazılar qələmə
aldı. Bəziləri isə serialdakı anti-propaqanda ünsürlərinə diqqət çəkdi. Bir
yandan bu müzakirələr davam edərkən biz fəlakətin çox danışılmayan bir tərəfini
ələ alaq: Kubanın Çernobıldakı rolu! Bəlkə hələ HBO tərəfindən film-serialı çəkilmədiyi
üçün hesaba qatılmadığı Kuba Çernobil fəlakətindən təsirlənən təxminən 26.000
uşağın müalicəsi üçün məsuliyyət alır, hamilə analar yeni doğulan uşaqlarına
özlərini və ya uşaqlarını müalicə edən kubalı həkimlərin adlarını verir və Kuba
böyük diqqətlə Çernobıl uşaqlarını müalicə etməyə davam edir. Üstəlik 1990-cı
ildən bu yana başladılan proqram miqyasından bu kiçik “sosialist ada”nın etdiyi
tibbi xərclər 330 milyon dolların üzərindədir.
İndi
bir az keçmişə gedək. Özəlliklə SSRİ dağıldıqdan sonra bölgədəki çox insan
uşaqlarının sağalma ehtimalı üçün nə tibbi imkan tapa bilir, nə də böyük əməliyyatlara
yetəcək pul. Dünyanın sonu gəlib çatmışdı və artıq xəstəliyin səbəbi nə
olursa-olsun, insan, hətta uşaq həyatı da pulla ölçülə biləcək hal almışdı.
Dünyaya qaranlıq pərdə enərkən öz içindəki böhrana baxmadan Kubanın girişdiyi
bu çaba minlərlə uşağı həyata bağlayacaqdı. Digər tərəfdən xərclərin böyüklüyü,
edilən fədakarlıqlar, xərclənən əməklər bu uşaqların həyatı ilə müqayisə edilə
bilərmi? Başqa heç bir ölkənin bu qədər böyük yardım kampaniyası üçün qollarını
çırmalamadığı proqramın hansı çətin şərtlər altında reallaşdırıldığından və məzmunundan
bəhs edəcəyik.
YENİ
KONSUL GƏLİNCƏ...
Çernobıl
fəlakətindən bir neçə il sonra Sergio Lopes Briel Kuba tərəfindən Ukrayna SSR
konsulu olaraq vəzifələndirilir. Briel 1989-cu ilin qışında bu vəzifəyə gələr-gəlməz
Ukrayna Komsomolunun birinci katibi ilə görüşür. Bölgədəki gənclərin və
uşaqların sağlamlığında ciddi problemlər olduğu mövzusunda məlumatlandırılır.
Komsomol katibi son olaraq durumun ciddiyətinin fərq edilərək Kubanın bir şəkildə
yardım əli uzatmasını rica edir. Konsul ölkəsini məlumatlandırmasının ardından keçən
bir neçə günün ardından Kuba liderliyindən Brielə cavab gəlir. Uşaq xəstəlikləri
sahəsində ixtisaslaşmış ölkədə ən qocaman 3 həkimin hər an Ukraynaya səyahət
etməyə hazır olduğu bildirilir. Gerçəkdən həmən gəlib 10-larla yaşayan sahəsini
gəzən doktorların bölgədəki analizlərdən sonra Kuba uşaqların bölgədən uzaqda
müalicə edilməsini məsləhət görür. (Bu durum daha sonra dəyişəcəkdi) Vəziyyət belə
olunca müalicə üçün gözləməkdə olan uşaqların daşınması üçün lazım olan 2 təyyarəni
Havana rəhbərliyi göndərir. Durumu olduqca kritik 139 uşaq Kubaya göndərilir və
ilk “Çernobıl uşaqları”nın müalicə proqramı başlayır.
Ancaq
saatlar sürəcək səyahət asan keçməz. Uşaqlardan biri uçuşdan öncə şok keçirir və həkimlər ancaq bəlli müddətdən sonra şokun təsirini yatışdırmağı bacarırlar. Belə
çətin səyahətin ardınca təyyarə Havanaya endiyində Ukraynadan gələnlər üçün
böyük sürpriz edirlər. Hava limanında enəcək sərnişinləri birbaşa Fidel Kastro
gözləməkdədir! Ukraynalı uşaqlar və ailələri qədər təyyarənin içindəki kubalı
konvoyun da bu durumdan xəbərləri yoxdur. Kastro 2 əlini arxasında birləşdirmiş
gecənin çox gec saatında təyyarənin nərdivanında durmaqdadır. Kuba torpağına ayaq
basan hər uşağın bir-bir əlini sıxır, bu uzaq ölkədə yaşaya biləcəkləri gərginliyi
aradan qaldırmaq üçün özünə xas üslubu ilə uşaqlara gecənin o saatında zarafatlar
danışmağa çalışır.
“DÜNYADAKI
HƏR İMKANI NECƏ YARADACAĞIMIZI DANIŞ”
Daha
sonra ilk konvoyun ukraynalı səlahiyyətliləri ilə Kastro arasında dialoq
yaşanır. Kastro bölgədə tibbi yardıma ehtiyacı olan neçə uşaq olduğunu soruşanda
“100.000” cavabını alır. Kuba lideri çaşqınlığını gizlədə bilməsə də, əhəmiyyətli
sayda uşağın müalicəsində məsuliyyət yüklənəcəklərini qeyd edir. Kubanın
1990-cu ildən bu yana 25.000-dən artıq insanı müalicə etdiyini düşünsək,
Kastronun bu sözünə sadiq qaldığını deyə bilərik. Bəzilərinin ağlına kubalı
liderin qarşılanma mərasiminin və ya ailələrlə qurduğu əlaqənin “bir reklam”
ola biləcəyi gələ bilər. İnsan burjua siyasətçilərə, bürokratlara alışdımı, istər-istəməz
liderlərin etdiyi hər hərəkəti səmimiyyət süzgəcindən keçirmək istəyir. Bu səbəblə
qarşılanmanın ardınca kameraların olmadığı bir anda Briel ilə Kastro arasında keçən
özəl danışığa toxunaq.
Kubalı
konsul uşaqlar hava limanında xəstəxanaya aparılarkən Kastronun birbaşa Brielin
özü olmaq üzrə heç kimin mətbuat önünə çıxmaması yönündə direktiv verdiyini xatırlayır.
Kastro etdiklərinin qardaş xalqa qarşı təməl vəzifə olduğunu, məqsədlərinin
reklam ya da medianın, özəlliklə beynəlxalq mediann qarşısına çıxmaq olmadığını
xatırladır. Söhbətin davamı olduqca maraqlıdır. Kastro Brieldən Havanada neçə
gün qalmağı planladığını soruşur. Ölkəsinə gəlmişkən ailəsini və yaxınlarını
görmək istədiyi üçün 5-6 gün cavabını verən konsul Kuba liderindən dərhal
Ukraynaya qayıtmalı olduğu cavabını alır. Kastro belə deyir: “Oradakı ailələrlə
görüş və onlara bunları söylə: Uşaqları kimlərin əlindədir? Biz onlar üçün nələr
edirik? Kubadakı imkanlarımız necədir? Və bizim uşaqlarının namuslu və etibarlı
bir gələcəkdə həyatlarını davam etdirmələri üçün, onları xilas etmək üçün
dünyadakı hər imkanı necə yaradacağımızı danış.”
KASTRONUN
BƏDƏN DİLİ VƏ ŞƏFQƏT
Qısa
müddət sonra yeni konvoy Havanaya enir. Kastro yenə təyyarə nərdivanlarının
başındadır. Hər bir uşağı yenə bir-bir qucağına alaraq təyyarədən endirir.
Ardınca ukraynalı konvoyun məsulları Kastroya “bunun sadəcə tibbi yardım deyil,
eyni zamanda xalqları üçün bir mənəvi yardım olduğunu” söyləyərək təşəkkürlərini
qeyd edir. Sözlərini bitirər-bitirməz məsul şəxsin gözləri dolur və bu nöqtədə
Kastro da duyğulanır və səmimi şəkildə sarılır. Kastronun dünya tarixində “əfsanə”
olaraq anılmasının tək səbəbi Kuba inqilabındakı uğuru deyil, eyni zamanda şəxsiyyəti,
inanılmaz rabitə bacarığı, xitabəti və səmimiyyətidir. Onun bu yönünə hakim
olanlar görüntülərdəki səmimi rəftarının bürokrat siyasətçilərdən nə qədər fərqli
olduğunu da fərq edəcəklər.
Kastronun
hər bir uşağa toxunuşu, hətta özünə uşaqvari ərmağanlar verənləri öpməsi eyni
zamanda bir güvən işarətidir. Uzaqlardan ölkələrinə gələn bu uşaqlara toxunaraq
verdiyi mesaj eyni zamanda onların “radiasiyadan təsirlənmiş xəstələr” olaraq
qavranılmaması istəyinin göstəricisidir. Belə kobud və dayaz fikrə qarşı əslində
bu uşaqların tibbi ehtiyacları qədər şəfqətə və mənəvi dəstəyə ehtiyacı
olduğunun bədən diliylə ifadəsidir.
ƏN
MİQYASLI KÖMƏK EDƏN ÖLKƏ
Kubaya
bu ilk təyyarələrin ardınca çox qısa müddət içində minlərlə uşaq gəldi. Bəs
proqramın detalları nələrdir?
Kubaya
addım atan minlərlə uşaq Havana yaxınlığındakı Tarara sağlamlıq və reabilitasiya
mərkəzində qalırlar. Burası dünyanın ən böyük reabilitasiya mərkəzlərindən
biridir. Dövlət 2 xəstəxana, bir diş klinikası, yeməkxana, teatr, məktəb və plajın
olduğu bu mərkəzin qapılarını Çernobıl uşaqlarına açır. Kuba bu qədər miqyaslı
və uzun müddətli bir yardım proqramını uşaqlar üzərində inkişaf etdirən yeganə
ölkədir. 10 ildən artıq davam edən belə geniş miqyaslı sağlamlıq proqramlarına
dünyada haradasa heç rast gəlinmir. Bugün hələ radiasiyadan təsirlənib Kubada
müalicə alan uşaqlar var. Kuba səhiyyə nazirliyi məsulları belə böyük müalicə
proqramına göstərdikləri diqqəti 3 baxışdan ələ alırlar: Xəstələrin uşaq
olması, faciənin böyüklüyü və doğurduğu nəticələrin davamlılığı.
Uşaqların
1415-i tamamilə sağlamlığına qovuşur. Proqramın ilk 5 ilində mindən artıq uşaq
müalicə edilir. İş onlarla psixoloq, pediatr və müəllim tərəfindən yürüdülür.
Normalda düşük və ya orta gəlirli bir ailənin əsla ödəyə bilməyəcəyi, saatlarla
davam edən əməliyyatlar qədər idmandan ictimai fəaliyyətlərə “müalicə”nin bir çox
mərhələsi, özəlliklə də psixoloji miqyası müşahidə edilir. Uşaqların özlərini
karantina altında hiss etməmələri üçün şənliklər, muzey, teatr və ya təbiət gəzintiləri
çox zaman kubalı həmyaşıdları ilə ortaq həyata keçirilir.
ƏN GÖZƏL
DAVRANIŞ-PAYLAŞMAQDIR.
Mövzumuzun
kubalı dövlət rəsmilərinin və həkimlərinin Çernobıldan təsirlənən minlərlə uşaq
xəstəni müalicəsi üçün etdikləridir, ancaq kubalıların da haqqını yeməmək
lazımdır. Bir çox ailə əməliyyata alınan uşaqları üçün lazım olan qan nəqlinin
kubalı könüllülər tərəfindən edildiyini və bunun özləri üçün çox duyğulandırıcı
fədakarlıq olduğunu qeyd edirlər. Tam da bu nöqtədə yaşanılan çətinliklərə toxunaraq
“Tarara proqramı”nın niyə böyük həmrəylik nümunəsi olduğunun altını cızmaq
lazımdır.
Kuba bütün
bunları nə zaman etdi? Proqramın başladığı illərdə dünya necə bir yer idi?
Xatırlayaq. 1990-cı illərin əvvəli SSRİ-nin dağılmasından sonra bütün dünya
üçün neoliberal qələbə çığırtılarının atıldığı dövrə dəng gəlir. Sosial hüquqların
keçmişlə müqayisədə daha çox sürətli şəkildə qəsb edilməyə başlamasının miladı
olaraq 1990-cı illər özəlliklə Latın Amerikası üçün iqtisadi böhranların və xaosun
hökm sürdüyü dövrdür. Belə bir dövrdə ABŞ embarqosuna sinə gərməyə çalışan Kuba
üçün ayrı bir mötərizə açmaq lazımdır. Kapitalist qələbə nərələri sosialist
hakimiyyətlərin devrilməsi üçün atılarkən Fidel Kastro edilməsi gözlənilən dəyişikliklər
haqqında kürsüdən belə deyirdi: “Xalq üçün xalq tərəfindən xalq höküməti öncəliyindən
güzəşt verilməməsi” Bu, inqilabçı dilə belə tərcümə edilir: “Əməkçilər üçün əməkçilər
tərəfindən əməkçi höküməti” və yenə başqa nitqində belə deyir: “Çox yaşa, daha
öncədən daha çox, sosialist inqilab!”
SSRİ-nin
dağılması ilə birlikdə dünyanın-xüsusilə Kubanın-girdiyi iqtisadi böhran içində,
qorxunc embarqolar altında Havana tək quruş almadan minlərlə Çernobıl uşağını
müalicə etməyi bacarır. Dr. Julio Medina bütün bu fədakarlıqlar qarşılığında
aldıqları tək şeyin insanların uşaqları və acılarını daha çox yaxından hiss etmək
imkanı olduğunu söyləyir. Bu səbəblə tarixi proqrama şahidlik etmək özəlliyinə
sahib olduqlarını qeyd edir. Proqramın çətinliklərinə də toxunur. Medinaya görə
səhiyyədəki uğur və xidmətləri yox etmək üçün düşmənləri tərəfindən hər cür
hücumun edildiyi illərdə Kuba xalqının rolu olduqca önəmlidir. Medina “çörəklərini,
özləri üçün ayrılmış xəstəxana yataqlarını, hətta qanlarını bu uşaqlar üçün
paylaşmağın həyat boyunca edilə biləcək ən gözəl davranış olduğunu” qeyd edərək
bu uğurda hər bir kubalının rolu olduğunu deyir.
“SOSİALİZM
OLMASAYDI, KUBADA MÜALİCƏ EDİLƏ BİLMƏYƏCƏKDİLƏR”
Kubanın
səhiyyə sahəsindəki həm öz xalqına, həm də yeri gəldiyində dünya xalqlarına
verdiyi xidmətlərin bir dövlətin edə biləcəklərini sonuna qədər zorlaması
olduğunu söyləməliyik. Üstəlik Kubanın masştabı düşünüldüyündə bacardıqları
daha da təsirli olur. Amma bu balaca ada ölkəsi dünyaya hər şərtdə sağlamlıq və
yaxşı niyyət pompalayan bir mələk deyil. Etdikləri hər şeyin böyük çətinliklər
altında edildiyi unudulmamalıdır. Bu ölkəyə qarşı yarım əsrdən çox professional
qaralama kampaniyaları belə mövzu sağlamlıq oldusa, heç təsir etmir. Yeri gəldiyində
sosializmə qarşı anti-propaqanda zəncirinə çəkinmədən qatılan “The Guardian”, “CNN”
kimi yayın quruluşlarının belə Kubanın etdiyi bu yardımları hələ “İnqilabçı
diqqət: Kastronun həkimləri Çernobıl uşaqlarına ümid verir” başlığı ilə xəbərləşmələri
başqa necə açıqlana bilər?
Hələ
sosializmi barmaqla göstərib faciənin yeganə səbəbkarı olaraq göstərməyə çalışanlara
qarşı Fidel Kastro 2001—ci ildə belə deyir: “Sosializm olmasaydı, 1986-cı ildə
meydana gələn Çernobıl qəzasından təsirlənən 19.000 uşaq və yetişkinin əksəriyyəti
özəl dönəmdə Kubada müalicə edilə bilməyəcəkdilər.”
0 comments :
Post a Comment