Uşaqlıq
dövründə yaşanan olaylar insanların həyatlarının formalaşmasında çox böyük önəm
daşıyır. Bu mövzu ilə bağlı ən ibrətverici yaşanmış olaylardan biri də Rumıniya
uşaq evləri ilə bağlıdır.
Rumıniya
Sosialist Respublikasının prezidenti Nikolae Çauşesku əhali və iş gücünü artırmaq
məqsədi ilə 1966-cı ildə doğum kontrolunu və abortu qadağan etdi. Dövlətin “aybaşı
polisləri” olaraq bilinən ginekoloqlar doğurqanlıq yaşına çatmış qadınları
müayinə edərək yetərli sayda uşaq doğuzdurmalarını zəmanət altına almaqda idilər.
Uşaq sayı 5-dən az olan ailələr isə özəl vergi ödəməyə məcbur idilər.
Doğum
faizləri beləcə birdən partladı. Ancaq ağla gəlməyən bir problem ilə
qarşı-qarşıya qalınmışdı.
Uşaqlarının
baxım məsrəflərini qarşılaya bilməyəcək qədər yoxsul olan bir çox ailə onları
dövlət tərəfindən idarə olunan uşaq evlərinə buraxmaq məcburiyyətində qalırdılar.
Buna qarşılıq dövlət də sürətlə artan ehtiyacı qarşılaya bilmək üçün gedərək
daha çox uşaq evi açdı.
Çauşeski
hakimiyyətinin devrildiyi 1989-cu ildə uşaq evlərinə tərk edilmiş uşaqların
sayı 170.00 idi.
Uşaq
evlərində işlər insanlığa zidd formada yürüdülürdü. Balaca uşaqlar hər hansı
emosional xəbərdarlığa məruz qalmadan barmaqlıqlı körpə yataqlarında tutulurdu.
Hər 15 uşağa 1 baxıcı düşürdü. Bu baxıcılar da uşaqlar ağladıqlarında belə
qucaqlarına almamaq, yaxınlıq və şəfqət göstərməmək mövzusunda dəqiq təlimat
almışdılar.
Yaxınlıq
göstərmək uşaqlar daha da artığını istəməyə yönləndirəcəkdi. Belə bir ehtiyacın
qarşılanması isə məhdud saydakı baxıcı ilə mümkun deyildi. Bu şərtlər altında
işlər ciddi intizamla yürüdülməkdəydi.
Uşaqlar
tualet ehtiyaclarını yan-yana düzülmüş “qorşok”larda birlikdə ödəyir, saçları
cinsiyyətə baxılmadan eyni biçimdə kəsilir, hamısına tək tip geyimlər
geyindirilirdi. Bəslənmələri də yenə ciddi proqrama bağlıydı. Nəticədə hər şey
mexanik hala gətirilmişdi.
Ağlamaları
qarşılıqsız qalan uşaqlar qısa müddətdən sonra ağlamamağı öyrənirdilər. Heç
kim onları qucağa almır, heç kim onlarla
oynamırdı.
Təməl
ehtiyacları ödənildiyi halda uşaqlar emosional yaxınlıq, dəstək və hər hansı
bir stimul olmadan yaşayırdılar. Bunun nəticəsində uşaqlarda “ayrımsız yaxınlıq”
olaraq bilinən durum inkişaf etmişdi.
Uşaqlar
şəxs ayırd etmədən hər kəsə yaxınlıq göstərirdilər. Bu cür ayrımsız davranışlar
ilk başda insana sevimli gəlsə də, əslində baxımsız buraxılmış uşaqlarda görülən
mübarizə strategiyalardan birinə işarə edir.
Bu
davranış forması belə bir qurumda böyümüş uşaqların fərqləndirici özəlliklərdən
biridir.
Sonunda
bu uşaq evlərində yaşananlar mütəxəssislərin diqqətini çəkdi və doğulduqlarından
bəri bu uşaq evlərində yaşayan, yaşları 6 ay ilə 3 arası dəyişən 136 uşaq dəyərləndirməyə
alındı.
İlk
ortaya çıxan faktlardan biri uşaqlardakı İQ xallarının ümumi ortalamadan xeyli
aşağı olduğu idi. Beyinlərinin yetərincə inkişaf etməmiş olduğunu göstərən
davranışlar sərgiləməyin yanında nitqlə bağlı funksiyalar da geri qalmışdı.
Uşaq
evində böyüməyin beyin inkişafına təsiri elm insanları tərəfindən qısa müddət sonra
ortaya çıxarıldı və hökümət siyasəti bu çalışmalar işığında yenidən biçimləndirildi.
Rumıniyalı yetim uşaqların əksəriyyəti illər içində ya yenidən ailələrinə təslim
edildi, ya da hökümət tərəfindən həyata keçirilən proqramlarla övladlıq olaraq
verildi.
2005-ci
ilə gəldiyində ciddi səviyyədə əngəlli olanlar xaricində uşaqların 2 yaşından əvvəl
bu cür qurumlara verilməsi qanuna zidd hala gəlmişdi
İnsan
beyni emosional maraq və öyrədici stimullardan məhrum bir ortamda normal biçimdə
inkişaf edə bilməz. Bu yaşananlar kimliyimizin biçimlənməsində olduğumuz
ortamın dərin təsirini göz önünə sərir.
Dünyanın
4 tərəfində hökümətə bağlı uşaq evlərində yaşayan milyonlarla yetim var. Müsbət
yetişmə ortamının körpənin inkişaf etməkdə olan beyni üçün lazım olduğu
faktından yola çıxsaq, hökümətlər uşaqlara düzgün beyin inkişafını mümkun
qılacaq ortamın yolllarını tapmaq məcburiyyətindədirlər.
0 comments :
Post a Comment