Kabareləri və parlaq rəqs salonları
ilə məşhur
olan Paris “Fin de Siecle”də
(18-ci əsrin
bitişində) əyləncə
şəhəri
olaraq görülürdü. Fərdin
mədəniyyətinə
önəm verən bir əsrdə məkan
sahibləri (eləcə də təşkilatçılar)
müğənnilər, rəqqaslar və
aktyorlar
kimi ulduzların reklamını
etmək fərdin
tanıdılması baxımından nə
qədər avantaj gətirdiyini
gördülər. Bir çox sənətkar
afişa mövzusunda ən
bacarıqlı sənətkara Anri de
Tuluz-Lotrekə çevrildilər. Rəssamın
çarpıcı və yenilikçi
əsərləri Aristid Brüan,
Janna Arvil və
İvetta Qilber kimi
sənətkarları
bir markaya çevirdi. Beləcə,
məşhur
mədəniyyətin
doğuşunun xəbərçisi oldu.
Tuluz-Lotrek
Monmartrın bohem havasına maraq duyurdu
və
buranı boğucu ev ortamından qaçmaq vasitəsi
olaraq görürdü. Nadir görülən
bir sümük xəstəliyinin
nəticəsi olan
qısa ayaqları tez-tez
özünü yad biri kimi hiss etməsinə
səbəb olurdu. Sənətkar və artistlər
arasında nəhayət qəbul
gördü və
böyük həyəcanla
etibarsızlaşmasına səbəb
olan gecə həyatına
atıldı. Gecə məkanlarına
davamlı
olaraq gedən oldu və burada
oturaraq
gördüklərini çəkərdi.
Şotlandiya
Milli Qalereyasında
“Pin-ups: Toulouse-Lautrec
and the Art of Celebrity” qaleriya
müdiri olan Hanna Broklherst
nəzakəti, sədaqəti və çəkiciliyi ilə bilinən sənətkar üçün
“hər
şeyi içən biri olaraq şöhrət
qazanmağa başladı” dedi.
Parisə gəlişi
tarixdəki ən həyəcanlı
dövrə-Qərbin
“çap rəsmi”
dövrünə dəng gəldi.
“Afişanın
atası”
Jül Şere ilk böyük
litoqrafik çap maşınlarını Parisə
gətirərək alətin rəng istifadəsində inqilab yaratmışdı.
Avanqard sənətkarların
yeni texnologiyanı sürətlə
mənimsəmələri ilə çap və
kolleksionerlik artım göstərdi.
Eyni zamanda
reklam materiallarının yayımlanmasını məhdudlaşdıran
qanunların yumşaldılması
təşəbbüskar
yeni mədəniyyət mərkəzi
idarəsinin yeni incəsənət biçimini reklam vasitəsi olaraq
həyata keçirib Paris küçələrini əsl incəsənət
qalereyasına çevrilməsini
təmin etdi.
Tuluz-Lotrekin
böyük çıxışı 1891-ci ildə
əfsanəvi “Mulen Ruj”un yaradıcısı
Şarl
Zidler ondan bir afişa
hazırlamasını istəməsi ilə
oldu. Şere
2 il əvvəl bu məkanın
ilk afişasını hazırlamışdı. Parlaq rəngləri
və
gözəlliyi ilə əyləncəli
dizaynı Rokoko cərəyanından
təsirlənmiş,
diqqət çəkici
qadınlardan ibarət
idi, amma performanslarının fərdiliyi
haqqında heç bir məlumat
vermirdi.
Lotrek “Mulen Ruj”dakı
ən məşhur
rəqqasları
rəsmlərinin mərkəzinə
yerləşdirdi,
onları düz formaları halında, cüt
halda və yapon nəşrindən
təsirlənərək ətrafı
qalın qara cizgilərlə çəkdi.
Bulanıq
və asidik palet boyalar məkan
içində
tapıla biləcək
rahatlıq və əyləncə
kombinasiyasını
qüsursuz
şəkildə əks etdirirdi.
Lotrekin performans sənətkarları
yaxından tanıması onları bir neçə
fırça zərbəsi ilə
çəkməsini təmin etdi. “La Goulue” (Digər
qadın) müştərilərin
içkilərini
yuvarlama alışqanlığından əldə
edilən taxma
addır. Digər qadın ortada
can-can rəqsi (XIX əsr Fransasında məşhur rəqs növü) edərək
ətəyini çevirir, partneri Valentin le Dezosse (Sümüksüz
Valentin) ön planda özünə xas qıvraq hərəkətlət edir.
Broklherst deyir: "Küçələr posterlərlə dolu olduğundan xüsusi
afişa önə çıxmalıdır." Tuluz-Lorekin çaşdırıcı dərəcədə
novator afişaları bunu bacardı. Daha əvvəli tayı-bərabəri
olmamışdı. Broklherst "İnsanların müasir baxışı səbəbi ilə
küçələrdə olan afişalar bir cür narahat edirdi. Qəribə
qarşılanmasına rəğmən insanlar tərəfindən sevildiyi
görünürdü" deyə əlavə edir.
Afişanın 3.000 kopiyası Parisin
divarlarına yapışdırılaraq anidən sensasiya yaratdı və
Tuluz-Lotreki
haradasa bir gecədə ulduz halına gətirdi.
Lotrek
oriental dekorasiyası səbəbi ilə qısa ömürlü olan məkan "Le
Divan Japonais" üçün çəkdiyi afişa il bir daha çığır açdı.
Afişanın başlıca nöqtəsi rəqqas
Janna
Avrilin fiquru ilə buranın o dəqiqə görülməli yer olduğunu
önə sürən, izləyicinin yanında yer alan musiqi tənqidçisi
Eduard Düjardenin rəsmidir.
Sənətkar arxa planda yer alan fiqurun üzünü
qırparaq cəsur yenilik gətirir. Bu fiqurun özünə xas uzun qara
əlcəklərlə eyniləşən müğənni
İvetta Qilber olduğu
hər kəs tərəfindən anlaşılır. Rəsmdəki fiqurun üzü
olmadan belə tanınması sənətkar üçün böyük uğurdur.
Broklherst deyir: "Bu kabarelərin və
rəqqasların cazibələri
qəribəliklərindən gəlirdi. Digərlərinə bənzəmirdilər.
Hamısının özünə xas şəxsiyyəti və özəllikləri vardı.
İnsanlar da bunu sevirdi. Lotrek də bu konsepti mənimsədi."
Çox keçmədən Avril Tuluz-Lotrek tərəfindən çəkilən ilk
afişanın reklamını etdi. Əsrin böyük ulduzlarından və
Monmartr ikonası olan Avril afişaların şöhrətə qovuşdurduğunu
anlayınca qeyrətli biçimdə şəxsi markasını yaratdı.
Avril Lotrekin yaxın dostu oldu. Hətta
sənətkarların məşhur axşam yeməklərində sənətkara
yoldaşlıq edərdi. Tuluz-Lotrek yaxşı aşpaz və qonaqprvər ev
sahibi idi. O dövrün məşhurları ilə sosiallaşmağı sevdiyi
aydındır. Şübhəsiz, o, kütlənin içində olmağının
karyerası və şəxsi tanışlıq baxımından olduqca faydalı
olduğunu bilirdi, ancaq onları "öz insanı" olaraq gördüyünü
də həqiqətən hiss etdiyini fərq etdi.
Məşhurlar
Lotrek ilə özlərini yaxın hiss etdilər. İvetta Qilber
mahnı siyahıları, fərdi kolleksionerlərin nəşrləri və 2
litoqrafiya kitabı kimi Tuluz-Lotrekin
bir çox işində digər sənətkarlardan daha çox yer aldı.
Bunlardan ilki bir sənətkarın tək bir sənətkara həsr edilmiş
kitabının hazırlanmasında əmsal olmadığından sensasiya
yaratdı. Albom Qilber və Tuluz-Lotrek tərəfindən imzalanan
məhdud sayda, yalnız 100 ədəd çap edildi və məşhur
xatirələrinin ən keçmiş örnəklərindən birini yaratdı.
Bəlkə də Lotrekin bənzərsiz təsvirlərinə
olan sədaqəti bir az irəli getdi. Oktyabr 1894-cü ildə "La Vie
Parisienne" dərgisi Qilberin "afişanın təqlidi kimi
görünməsindən" artıqlaması ilə sarı olan saçlarından,
həddən artıq qırmızı olan dodaqlarından, çox qara olan
əlcəklərdən və çox yaşıl olan kəmərindən şikayətləndi.
Müğənni və şair Aristid Brüan başqa
bir performans sənətkarı idi. Broklherstə görə o, yaşayan
poster kimi idi. Yumşaq qara papağı və çiyinlərinə atdığı
qırmızı şərfi imzası kimi idi və təsvir
edilməyə dəyərdi. Amma Tuluz-Lotrekin ən ikonik afişası
olmasına rəğmən haradasa heç bir yerdə yer almırdı. Les
Ambassadeurs idarəçiləri
bu afişanı heç bəyənməyib onu həddin artıq zidd görürdülər.
Brüan fikirlərini dəyişdirmələri üçün onları təhdid etmək
məcburiyyətində qaldı. İstədiyini əldə edən Brüan bütün
Parisi afişalarla örtdü. Bu durum bir jurnalistin ona Bizi Aristid
Brüanın rəsmindən kim xilas edəcək? Özünüzlə üzləşmədən
irəliləyiş əldə edə bilməzsiniz deyə bağırmasına səbəb
oldu.
Lotrek
novator işlərə imza atmağa davam edirdi, amma balanssız həyat
tərzi özəlliklə də absentə olan sevgisi onu yavaş-yavaş yox
etməyə başlayırdı. 1897-ci ildə alkoqol asılılığı
simptonlarını göstərməyə başladı. Lotrek insult
keçirdi və 1901-ci ildə anası onu iflic keçirdiyi və öldüyü
evinə apardı. 36 yaşı vardı.
Faciəli
şəkildə məşhur mədəniyyətini icad etməyə yardım edərkən
Lotrek eyni zamanda bu mədəniyyətin qurbanı oldu. Bununla
birlikdə fövqəladə bacarığı sayəsində rəsmlərində
reklamını etdiyi o şəxslərin şöhrətlərinin davamını təmin
etdi və onları bir dövrün emblemi halına gətirdi.
0 comments :
Post a Comment