Burakumin-Yaponiyada
yaşayan azlıqlardan biridir. Burakuminlərə "Yaponiyanın
pariyaları" da (Hindistan kasta sisteminə görə kastadan xaric
olan, heç bir ictimai təbəqədən olmayan, hər cür haqlardan
məhrum olanlar) deyilə bilər. İngiliscə qarşılığı "Hamlet
people"dir.
Keçmiş feodal
Avropa toplumlarında təbəqələndirmə əsasən "zədagənlər-rahiblər-burjualar-kəndlilər" halında ikən
iyeyarxik sıralanmanın Yaponiyadakı halı
"samuraylar-fermerlər-sənətkarlar-tacirlər" şəklində idi.
Tacirlərin ən aşağı təbəqə olmasının səbəbi davamlı
pulla məşğul olmaları və bunun namussuz iş olduğu düşünülməsi
idi. Yenə də xalqın ən aşağı təbəqəsi tacirlər deyildi.
Yapon mibun sisteminə daxil belə edilməyəcək qədər xor görülən
bir qrup daha var: Burakuminlər.
Buddizm inancında
bütün canlılar önəmlidir və ən kiçik canlını belə nə
məqsədlə olur-olsun, öldürmək qadağandır. Oxşar şəkildə
Şintoizmdə də qan və cəsədlərlə məşğul olmaq uyğunsuzdur
və ölmüşlərin ruhlarına hörmətsizlik olaraq qəbul edilir.
Buddizm və Şintoizm təsirində olan Heyan dövrü Yaponiyasında
da bu durum fərqli deyildi. Müharibədə ölən insan və
heyvanların gömülməsi, məzarların rutin baxımlarının
edilməsi və müharibə sahələrindən kəsik üzvlərin toplanması
müharibələrlə dolu Yaponiya tarixinin ehtiyaclarındandır. Eyni
dövrdə yüksəlişə keçmiş "takagari" (şahinçilik)
fəaliyyətlərində istifadə edilən quşların yemlərini
hazırlamaq da bu 2 din baxımından pis işdir və bunlarla məşğul
olmaq istəyən yoxdur.
Bu durumun fərqində
olan Buddist və Şintoist məbədlri XVI əsrin sonlarına doğru
baş-başa verdilər və bu işlər üzərində sıxlaşacaq
burakumin sosial təbəqəsini yaratdılar. Bu və ya o səbəblə
toplumdan xaric edilmiş "eta" (həddindən artıq pis) deyilən
kəsləri özləri üçün qurulmuş buraku və ya etamura adı
verilən kiçik obalarda toplayaraq insanlarla bütün əlaqələini
kəsdirlər. Ağırlıqlı olaraq cəsədlərin təşkil edilməsi,
qəssablıq və dəriçilik kimi işlərlə məşğul olan etalar
vətəndaş sayılmadıqları üçün vergidən də azad edildilər.
Xalqa da bu etaların insan belə olmaqlarını, onlarla dostluq
etməmələrini və alış-veriş etməmələrini tənbehlədilər.
Etalar xaricində 'hinin" (insan olmayan) deyilən başqa bir burakumin cəmiyyəti daha
var. Əsasən keçmiş məhkumlar və yetim dilənçilərdən ibarət
olan hininlər ağır və təhlükəli işlərdə çalışdırılırdılar.
Etalar kimi toplumdan izolyasiya şəklində yaşayan hininlər
onlardan fərqli olaraq gündüz vaxtı normal kəndlərlə
mühafizlik və çöpçülük kimi işlərdə işləyə bilirdilər.
Ayrıca doğumlarından ölümlərinə qədər eyni sosial statusa
məhkum olmuş etaların əksinə hininlər müəyyən məbləğ
ödəmələri qarşılığında bu statusdan qurtularaq samuray ola
bilmək şansı belə əldə edə bilirdilər.
Edo dövrünün
başlanması ilə mibun sisteminin daha da kəskin xətlər
qazanmasına səbəb oldu. Burakuminlər digər təbəqələrdən
olan insanlarla əlaqə halındaykən göz təması qurmamaq və
papaqlarını çıxartmaq məcburiyyətində idilər. Fiziki təmas
da tamamilə qadağan olunub, reallaşa bilməsi sadəcə eta olmayan
biri tərəfindən bir ritual ilə arındırılmaları şərti ilə
mümkün idi. Normal insanın yeddidə biri olaraq sayılan etaların
öldürülməsi də cinayət sayılmırdı. Buna görə samurayların
yeni qılıncları test etmək məqsədilə eta kəsməsi durumu
(temashigiri) qeyri-adi deyildi.
Meydzi dövrünün
2-ci ilində, yəni 1871-ci ildə qüvvəyə minən "Senmin Haishirei"
və "Kaihorei" qanunları mibun sistemini ortadan qaldırıb
burakuminləri rəsmi olaraq bərabər vətəndaş mövqeyinə
gətirmiş olsa da, xalq içində bir çox problemin doğulmasına da
yol açdı. Varlı burakuminlər bundan sonra vergi ödəməkdən
məmnun olmadılar. Normal xalqı isə burakuminlərin aralarına
qarışacaq olması fikri narahat etdi. Bunun nəticəsində müxtəlif
şəhərlərdə qiyamlar çıxdı və çox insan həyatını itirdi.
Burakiminlər kağız
üzərində bərabər hüquqlarına qovuşmuş olsalar da, özləri
və məkanları hələ rəsmi kağızlarda "kyuueta" (keçmiş eta),
"shinheimin" (yeni vətəndaş), "tokushu buraku" (özəl oba) kimi
etiketlərlə müəyyən edilməkdə idi.
XX əsrin əvvəlində "Dowa" (inteqrasiya) və "Suiheisha" (bərabərçilik) hərəkatları baş göstərməyə başladı. Dova hərəkatı burakuminlərin həyat standartlarını yaxşılaşdırmaq və Yaponiya toplumuna inteqrasiya olmalarını asanlaşdırmaq məqsədi güdərkən Suyheyşa hərəkatı burakuminlərə ayrı-seçkiliyin önünə keçməyə çalışaraq bunu edən qurum və quruluşları ağır şəkildə tənqid edirdi.
Günümüzdə
sayları 3 milyon olan burakuminlərlə bağlı problemlər keçmişə
nəzərən böyük ölçüdə azalmış olmaqla birlikdə, xüsusən
mühafizəkar kəsim içərisində burakumin olduğu bilinən
şəxslərlə bu gün belə evlənilməyib, burakumin olduğu
anlaşılan şəxslərə iş verilməməkdədir.
0 comments :
Post a Comment