Elm qarşısına fərqli sahələrdə insan həyatını asanlaşdırmağı məqsəd qoyur. Bilinməyənin sirlərini kəşf edir, varlıqdan yoxluğa həyatın sirlərini müzakirə edir. Əsasən varlığımıza dəyər qatır, bəzənsə böyük acılarla hər şeyi yox edir.
Bir dərman ucbatından bütün dünyanın
ortaq olduğu inanılmaz laqeydlik və ölən-şikəst doğulan
10.000-dən artıq körpə...
İnsanların həyatını kabusa çevirən
olayın təməlləri 1957-ci ilin oktyabrında atıldı. Arxasında
dövrün uğurlu, amma son dərəcə psixopat həkimlərin olduğu bir qrup "Thalidomide” maddəli “Contergan”
adını verdikləri "məsum" dərmanı istehsal etdilər. Beləcə
dünya tibb tarixinin ən böyük utancı başlamış oldu: Talidomid
faciəsi
KABUS ALMANİYANIN AAXEN ŞƏHƏRİNDƏ BAŞLADI
"Grünenthal" firmasının istehsal etdiyi "Contergan" adlı dərman hamilələrdə yuxu problemlərini və
səhərlər hiss etdikləri narahatlıqları aradan
qaldırmaq üçün istehsal edildi. 1957-ci ildən 1961-ci ilə qədər
Qərbi Almaniyada satışda qaldı, dərman Avstraliyaya qədər
qitələrarası satış şəbəkəsinə çıxmışdı. Dövrün
xəbərləşmə və qarşılıqlı təsir şərtləri bugünkü kimi
deyildi. 50 ölkədə satılan Talidomid maddəsinə sahib fərqli
dərmanlar vücudlara yayılmağa başlamışdı. Nəticə ağır
oldu: 90.000-dən artıq düşük, 10.000-dən artıq şikəst və
ölüm.
ƏN MƏSUM OYUNLAR BELƏ ÇOX ÇƏTİNDİR
Reseptsiz satılan "Contergan" instruksiyada "hamilə qadınlar, ana və uşaqlar tərəfindən güvənlə
istifadə edə biləcəyi" yazırdı. Halbuki yetərli testlər
aparılmamış, hətta bəzi sınaqlarda toksit durumlar fərq
edilmişdi. Dərman yenə də satışa buraxıldı və dövrün ən
çox satılan məhsullarından oldu. Zamanla saylar artmağa
başladı. Körpələrin əlləri və ayaqları inkişaf etmir,
qasıqdan və ya çiyindən qolsuz-ayaqsız deformasiya əlamətləri
üzə çıxırdı. Körpələrdə korluq və karlığa da rast
gəlinirdi.
TİBB ETİKASI VƏ NASİST HƏKİMLƏR EYNİ CÜMLƏ İÇİNDƏ
Henrix Mükter (1914-1987) Hitlerin ari irq
çalışmalarının həvəsli həkimlərindən biri idi. Tif
xəstəliyi üçün peyvənd yaratmaqda olan Mükter bunun uğrunda
yüzlərlə məhkumun ölümündən də günahkar idi. Tif virusu
vücud xaricində yaşamadığı üçün nasistlərin əsir aldıqları
məsum insanlar üzərindən sınaqdan keçirilirdi. Bu psixopat həkim
yüz minlərlə insanın həyatını kabusa çevirən "Contergan" adlı
dərmanın da yaradıcısıdır.
Boşuna "nasist həkimlər" demirik. Talidomid
layihəsinin başında duran adam nasistlərin ittiham edildiyi
Nürnberq məhkəmələrində hökm geyinmiş Otto Ambrosdur.
Əslində "Grünenthal"
firmasının tarixində
nasistlərin
yeri çok ayrıdır.
Firma birbaşa
Nasist
Partiyası üzvü
Vits qardaşlar tərəfindən parfüm və təmizlik məhsulları yaradan
bir kimya şirkəti olaraq quruldu. Bu şirkət müharibədən sonra
nasistlər üçün gizli cənnət olacaqdı.
Aaxen
müharibədən sonra nasistlərin
Cənubi Amerikaya qaçış marşrutu üzərində idi. Brüssel və
Hollandiya bağlantılı bu xətt yerli xalq tərəfindən qaçışı
simvolizə edən "siçan marşrutu" olaraq adlandırılırdı.
QÜSURLU DOĞUM SAYINDA ANLAŞILMAYAN ARTIMLAR
Bütün dünyada sayı artır, amma qüsurlu
doğumların səbəbi tam olaraq bilinmirdi. Zaman keçdikcə gözlər
"Contergan"a çevrilsə də, "Grünenthal"
ittihamları rədd edir, hətta üstünü qapatmağa çalışırdı.
HAMİLƏLİYİN İLK 3 HƏFTƏSİNDƏ ÖLÜMCÜL
XƏTA
Dərman satışa çıxdıqdan 4 il sonra
1961-ci ildə hamburqlu uşaq həkimi olan Vidukind Lens tərəfindən
mərcək altına alındı.
Lens özəlliklə erkən hamiləlik
dövründəki Talidomid istifadəsini və qüsurlu doğumlarla bağlı
sübutları "Grünenthal"a təqdim etdi. Noyabr
ayının ortalarına doğru firmanın artıq qaçacaq dəliyi
qalmamışdı. "Contergan" satışdan yığıldırılmağa başlandı.
NASİSTLƏR BİR DAHA MƏHKƏMƏDƏ
Məhkəmə işləri açılmağa başlanır.
İlk məhkəmə işi 1970-ci ilin aprelində yekunlaşır. "Grünenthal"
dərmanın yıxıma uğratdığı ailələrə toplam 100 milyon mark
ödəməyə məhkum edilir.
HƏYATDA QALANLAR ÜÇÜN ÖMÜR BİÇMİŞDİLƏR
Bugün Almaniyada yaşları 48-52 arasında
dəyişən təxminən 2.700 "Contergan" qurbanı yaşayır.
"Grünenthal"ın xəstə yaxınları və xəstələrə qarşı
vurdumduymazlığı səbrləri çoxdan daşdırmışdı.
Olaydan haradasa 50 il sonra firma tərəfindən
gələn ilk üzr məmmun edici deyildi. Klaudiya Şmidt-Herterix adlı
qurban "Bizim ən çox 18 yaşımıza qədər yaşaya biləcəyimizi
təhmin edirdilər" deyir.
AZAD QAÇIB OYNAMAĞA HƏSRƏT
İlk qurbanlar durumu eyni zamanda ən
faciəli olanlardır. Qüsurlu doğulan körpələrdə problemin nə
olduğu bilinmədiyi üçün dəqiq diaqnoz qoyulmur və bəziləri
5-6 yaşlarından sonra zehni əngəlli ola biləcəkləri səbəbi
ilə ağıl xəstəxanalarına yazdırıldılar.
Əslində zehni olaraq heç bir problemi
olmayan uşaqlar xəstə uşaqlarla eyni koğuşlarda
qalmaq durumunda qalır və onlarla oxşar müalicələrə məruz
qalırdılar.
HƏR ŞEY ÜÇÜN ÇOX GECDİR
Dərmanın Almaniyadakı təsirləri sübut
olununca xəbər dünyada sürətlə yayılır. İngiltərədə
dərmandan istifadə edən körpələrdə həyatda qalma faizi 1-ə
10 səviyyəsindədir. Yəni yaşayan yaşayan hər körpəyə qarşı
10-ü ölür.
Bugün İngiltərədə Talidomid istifadəsi
ilə bağlı problemlər yaşayan 470-dən çox xəstə var. Kanada,
Avstraliya və Yeni Zellandiyada qüsurlu doğumların yanında
hökümətlərin anlaşılmaz sərt tutumu hüquqi mübarizədə son
dərəcə çətin proseslər yaradır.
İNSANOĞLUNA DÜŞMƏN QƏRİBƏ DÜNYA
"Grünenthal" fantastik tarixinə rəğmən
bugün hələ fəaliyyətdə olan 2012-ci il rəqəmləri ilə 975
milyon avro gəliri ilə böyük şirkətdir. Firmanın mərkəzi
hələ qurulduğu yer olan Stolberq şəhərindədir. Şəhər eyni
zamanda "Talidomid uşaqları" deyilən qurbanlar tərəfindən
tez-tez ziyarət edilir. Firma işçilərinin qurbanlarla dialoqa
girməsi qadağandır. Stolberqə gələn
qurbanların bir çoxu artıq firmanın mühafizləri tərəfindən
avtomobillərindən belə tanınır. Əlbəttə ki, onların içəri
girməsi tamamilə qadağandır.
MƏTBUAT AZAD OLANDA, YAYIM QADAĞASI
OLMAYANDA...
2007-ci ildə çəkilən "Contergan" filmi
böyük əks-səda doğurur. Dosye təkrar açılır, qurbanların
geri qalan həyatları və baxımları üçün yenidən dəyərləndirmə
aparılır. Məhkəmə "Grünenthal"ı 50 milyon avro ödəməyə
məhkum edir. Bunun səbəbi olaraq həyatda qalan qurbanlar üçün
öncəki ödənən təzminatın tükənmiş olması göstərilir.
MODERN TİBBİN UTANC ABİDƏSİ
Stolberq şəhərində ölən uşaqların və
şikəst qalan xəstələrin xatirəsinə bürünc heykəl ucaldılır.
Firmanın 50 ildir xəstələri və ailələri görməzdən gəlmə
səyi bir üzr nitqlə təsəlli edilməyə çalışır. Hətta
heykəlin pulunu ödəməyi təklif
edən firmaya bir daha sərt reaksiyalar gəlir.
TALİDOMİD GÜNÜMÜZDƏ DƏ SATIŞDADIR.
TALİDOMİD GÜNÜMÜZDƏ DƏ SATIŞDADIR.
Talidomid bugün satışdadır və çox
önəmli işlərə yarayır. Bu maddədən cüzzam və xərçəng
çeşidlərində, hətta QİÇS müalicəsində belə istifadə
edilir. Talidomiddən hamilələrin istifadə etməməli olduğu
dərman kapsulların üzərində belə qeyd edilir. Bu olayın
arxasında dərman istehsalı və sınaqlarında yeni standartlar
müəyyən edilir.
BONUS: TOMAS KVASTHOFF
Bugün
dünyanın ən yaxşı Bax şərhçilərindən biri olaraq
göstərilən, "Grammy" mükafatlı,
bas-bariton sənətkar, 1959-cu il
doğumlu Tomas Kvasthoff Talidomidin ilk qurbanların arasındadır.
Heç bir zehni problemi olmamasına rəğmən vücuduna görə iri
başı, qol və ayaq sümüklərinin inkişaf etməməsi səbəbi ilə
uşaq yaşda ruh və əsəb xəstəlikləri xəstəxanasına
yazdırılmışdı.
Məşhur sənətkar o dövrü həyatının ən
böyük kabusu olaraq xatırlayır. Alman lied-ləri mövzusunda
mütəxəssis olan Tomasın eyni zamanda cazz albomları var.Hanns
Eisler School of Music də professor
olan məşhur sənətkar bugün hələ xəstəliyin verdiyi
narahatlıqlardan dolayı konsertlərini ləğv etmək
məcburiyyətində qalır.
0 comments :
Post a Comment