1862-ci
ilin 14 iyulunda doğulan sənətkar 1918-ci ilin 6 fevralında həyata vida
etmişdi. Bu müddət içində Qustav Klimt həm əsərləri, həm də şəxsiyyəti ilə müasir
incəsənətin simvol adlarından biri halına gəlmişdi.
Avstriyalı
rəssam Vyana yaxınlarındakı Baumqarten şəhərətrafında doğuldu. Atası zərgərliklə
ailəsini dolandırırdı. Atasının peşəsi heç şübhəsiz Qustav Klimtin incəsənətinə təsir edən ünsürlərdən biridir.
1876-cı
ildə Vyana İncəsənət Məktəbinə getmiş və buradan məzun olduqdan sonra
1886-1892-ci illər arasında Burqteatr ilə Vyana İncəsənət Tarixi Muzeyində divar
rəsmləri çəkmişdi. Yenə bu dövrdə “Alleqoriyalar və emblemlər” adlı sərgilərə
də qatılmışdı. Bu çalışmalarında isə qadın obrazından və qızıl rəngdən sıx
istifadə etməkdədir.
Qustav
Klimt 1897-ci ildə gənc sənətkarları ətrafında toplamış və yeni hərəkat
başlatmışdı. Bu hərəkat Vyana İncəsənət Məktəbindən ayrılan sənətkarlar tərəfindən
başlayaraq “Secession” adını almışdı. Qustav Klimt bu illərdə çəkdiyi rəsmlərində
cəsur erotizmdən istifadə etmişdi.
Qısa
müddət sonra “Secession” qrupu ilə birlikdə bir sərgi açaraq bu sərgi üçün Bethovenin
9-cu simfoniyasına ithafən bir friz hazırlamışdı. Bu frizlərdə çəkdiyi qadın obrazları
çılpaqdı və bu çılpaq qadınların doğurqanlıq özəlliklərini ön plana çıxaracaq şəkildə
çəkmişdi. Bu doğurqanlıq isə o dövrdə əbədiliklə əlaqələndirildi.
1902-ci
ildə yaratdığı bu əsərdə ştukaturka və müxtəlif vəsaitlərdən istifadə etdi.
Frizin uzunluğu 34, 14 m, yüksəkliyi isə 2,15 m-dir. Bu rəsmdə obraz olaraq
seçdiyi qızıl qadınlar, erotizm və qızıl elementləri daha sonra yaradacaq və sənətkarın
şah əsəri olaraq bilinən “Öpüş” adlı əsərində də inkişaf etdirilmiş olaraq qarşımıza
çıxacaqdı.
Klimt
bu dönəmdə simvolizm və modernizm cərəyanlarından olduqca təsirlənərək bu cərəyanları
yaymaq üçün böyük səy göstərmişdi.
“Öpüş”
Klimtin Avropanın ən qeyri-adi rəssamlarından biri olduğunun sübutudur. Klimtin
eşqə, ehtirasa və erotizmə çox güclü şəkildə bağlı olduğu bilinməkdədir. Özəlliklə
sevdiyi 2 şey vardı: Biri qadınlar, digəri pişiklər.
Özəlliklə
qızıl qadınları sevdiyini və buna görə obraz olaraq seçdiyini bilirik. Klimt ilə
eyni dövrdə yaşayan bir çox incəsənət tənqidçisi atelyesində onu izləmək fürsəti
tapmışdılar. Bu şəxslər Klimtin çox güclü cinsi impulsları olduğunu və cinsəlliyə
düşkün olduğunu qeyd etmişdilər.
Bunu
başqalarından öyrənirik, çünki Klimt həyatı boyunca səssiz insan olaraq tanınmış
və əsərləri haqqında hər hansı yazı yazmamışdı. Sadəcə sənətini deyil, düşündüklərini
də yazmağı rədd etmişdi.
Ona
görə biri Qustav Klimti tanımaq istəyirsə, rəsmlərinə baxmalıdır. Ayrıca dövrün
Vyanası da Klimt əsərlərini analiz edərkən diqqətə alınmalıdır. Vyanada rəsm çəkdiyi
dövrdə cinsəllik populyardır.
Sadəcə
cinsəllik baxımından da deyil, bir çox sənətkar və elm adamını olması baxımından
elm və incəsənət mərkəzi olaraq da tanınmaqdadır.
Cinsəlliyin
incəsənətə bu qədər təsir etdiyi dövrdə Klimt kimi sənətkarı da təsir etməməsi haradasa
mümkün deyil. Onu tanıyan və atelyesini ziyarət edən şəxslərin ifadələri də bunu
dəstəkləyir.
O dövrdə
incəsənət tənqidçiləri Klimtin atelyesində bir çox qadının tənbəl şəkildə öz
hallarına buraxıldığını və Klimtin bu qadınları izləyərək anlıq eskizlər çəkdiyini
yazırlar.
Klimt
o qədər şorgözdür ki, beyin qanaması nəticəsində həyata gözlərini yumduğunda 14
qadın miras davası açmış və 4-ü bu davanı qazanmışdı.
“Öpüş”
isə eşqin rəsmidir. Zatən ilk dəfə sərgiləndiyində adı “Öpüş” deyil, “Aşiqlər”
olaraq yazmaqdaymş. Əsər günümüzdə çox məşhur simvol halına gəlmişdi.
Saysız
reproduksiyası vardı. Açıqcaları, əşyaları və kopyaları ilə böyük ikonadı. Eşqin
və şəhvətin ikonası.
1905-ci
ildə qurucularından biri olmasına rəğmən “Secession” qrupundan bəzi üzvlərlə
yaşadığı anlaşmazlıqlardan dolayı ayrıldı və qısa müddət sonra 1907-1908-ci illərdə
şah əsəri olaraq tanınan “Öpüş” yaratdı.
Əsər
180 x 180 sm ölçülərindədir. Kətan üzərində yağlı boyadan istifadə edilərək çəkilmişdi.
Günümüzdə Vyanada Beldever sarayındakı muzeydə sərgilənən bu rəsm incəsənət
tarixinin ən məşhur əsərlərindən biridir.
İndi rəsmi
analiz edək. Biri qadın, biri kişi 2 obraza baxın. Bir araya gələrək maraqlı
cismə çevrilmişdilər. Sanki yeni orqanizm yaratmışdılar. Rəsmdəki obrazlar öpüş
sırasında özlərini itirmiş kimidirlər. Ətraflarında olan hər şey yox olmuş və
qızıl kimi parıldayan dünyaya keçid etmişdilər.
Klimt
perspektivlikdə haradasa heç uğraşmamış və bunun yerini bəzəməyə olduqca sıx səy
göstərmişdi. Bu bəzəmələrdə və detallarda simvolizmin güclü təsirini görürük.
Qadın obrazının vücud xətləri və ombaları aydın çəkilmişdi.
Daha
öncə bəhs edildiyi kimi bu xətlər və dolğunluq doğurqanlığı, doğurqanlıq isə əbədiliyi
simvolizə etməkdədir. Ayrıca antik dövrdə yenə doğurqanlığın simvolu olan ürək
yarpağının budaqları hər yerə sərpişdirilmişdi.
Bu
budaqlar qadının ayaqlarına erotizmi çağrışdıracaq biçimdə dolaşmaqdadır. Klimt
bu səhnəni mifoloji səhnəni işləyir kimi işləmişdi, çünki həddindən artıq müqəddəs
görməkdədir. Qadın və kişi obrazları geyimlərinin işləmələri ilə bir-birindən
ayrılmışdı.
Qadında
dairəvi motivlər, kişidə isə köşəli və ya düzbucaqlı motivlər görürük. Bunların
bir şəkildə kişilik və qadınlığı simvolizə etdiyi düşünülür.
Əsərin
ən önəmli özəlliklərindən biri də qızıl istifadəsidir. Bunda atasının peşəsi təsirlidir,
amma birbaşa deyil. Atasından əl bacarığı mövzusunda izləyərək və ya sınayaraq
bir şeylər qapmış ola bilər.
Ancaq
əsl olaraq İtaliya gəzintisi sırasında Ravenna olan San-Vitale kilsəsində
gördüyü qızıl mozaiklərdən olduqca təsirlənmişdi. Klimt “Öpüş” rəsminin mifoloji
və müqəddəs rəsm olmasını istəmiş və bu səbəblə Ravennada cənnəti simvolizə edən
bu qızıl mozaiklərdən istifadə etməyə qərar vermiş olmalıdır.
Rəsmdə
“qızıl vərəq” texnikasından uğurla istifadə etmişdi. Atasının təsiri də bu
texnikanın istifadə formasından ortaya çıxmışdı. “Qızıl vərəq” üçün 8 fərqli üsuldan
istifadə etmişdi. Ayrıca rəsmi 3 ölçülü göstərə bilmək üçün ştukaturkadan da
istifadə etmişdi.
Rəsmdə
zaman və ya məkan bəlli deyil. Obrazlar eşqin və öpüşün təsiri ilə reallıqdan
qopmuş kimidirlər. Amma yenə də rəsmdə qəribə gərginlik var.
Bu 2
obraz bir uçurumun kənarına yerləşdirilmişdi. Bizə bu gərginliyi hiss etdirən də
böyük ehtimalla bu təhlükədir. Ancaq Anjelika Baumerin mövzuyla bağlı fərqli
düşüncəsi var. Baumer rəsmdəki qadının zorla öpüldüyünü düşünür.
Bunun
üçün rəsmə daha diqqətli baxmağınız lazım olduğunu deyir. Kişi qadında tam bir
hakimiyyət qurmaq üçün 2 əlindən də istifadə etmiş və qadının üzərinə doğru,
vücudu narahat pozada əyilmişdi.
Kişinin
bu formada rahat olduğu düşünülə bilməz. Qadının özünü geri çəkməsi bunu təmin
etmiş ola bilərmi? Baumerin düşündükləri bu qədərlə məhdudlaşmır. Məsələn,
qadının kişinin çiynində duran əlinə baxın.
Əlini
yumruq kimi etmiş və barmaq uclarını içinə doğru qapatmışdı. Baumer sevən
qadının o durumda əlini açaraq kişiyə toxunacağını, ancaq buradakı obrazın
toxunmaq istəmədiyini deyir.
Baumerin
diqqət çəkdiyi ən önəmli nöqtə isə qadın obrazının ağzının qapalı olmasıdır.
Sanki kişi qadının dodağından son anda yanağına keçir. Klimtin öncədən çəkdiyi qadın
obrazlarının hamısının ağzı bir az açıqkən burada qapalı olmasının səbəbi
kişinin onu zorla öpmək istəməsi ola bilərmi?
Bu, beyin
qarışdıran bir nöqtədir. Qulağa da məntiqli gəlir. O zaman Klimt əsərə ilk
başda niyə “Aşiqlər” adını qoydu? Sizcə bu 2 obraz həqiqətən bir-birinə
aşiqdirmi? Yoxsa rəsmdə kişinin şəhvətinə qarşı qoymağa çalışan bir qadıb obrazı
var?
Qustav
Klimt əsərləri ilə müasir incəsənətin ən önəmli fiqurlarından biri halına gəlmişdi.
Ayrıca Oskar Kokoşka və Eqon Şile kimi rəssamlara ciddi şəkildə təsir göstərmişdi.
0 comments :
Post a Comment