Thursday, 14 February 2019

Hitler üçün savaşan yəhudilər


“Mən almanlar üçün bir şey etmədim. Onlar mənim ölkəmdən kilometrərlə uzaqda bir yerə aiddirlər, mən öz ölkəm üçün savaşdım.”

Nasistlərlə savaşdılar, onları sağaltdılar, dost oldular. Bəs Finlandiya yəhudiləri bu ittifaq haqqında bugün nə düşünür?

1941-ci il sentyabr ayında bir həkim zabit çox qəhrəman iş bacarır və Dəmir Xaç medalı ilə mükafatlandırılır. Leo Skurnik öz güvənliyini heçə sayaraq Sovet bombardmanı altında Finlandiya-Rusiya sərhədində bir səhra xəstəxanasının təhliyəsini idarə edərək 600-dən çox insanın həyatını xilas edir.

Skurnik İkinci Dünya Müharibəsi sırasında Dəmir Xaçla mükafatlandırılan tək əsgərdir. 4 milyondan çox insan medalla mükafatlandırılır, amma Skurniki digərlərindən ayrı qılan şey onun yəhudi olmasıdır. Üstəlik almanların tərəfində savaşan tək yəhudi o deyildi. Finlandiya Almaniya ilə ortaq düşmənləri olan Sovetlərə qarşı savaşmaq üçün iyun 1941-ci ildə müharibəyə girir.


Hitler və ortadan qaldırmağa and içdiyi bu irq arasındakı ittifaq İkinci Dünya Müharibəsinin ən maraqlı tərəflərindən biridir. Amma günümüzdə bir çox fin bunu bilmir.

1982-ci ildə Nyu-Yorkdan Helsinkiyə köçən Con Saymon deyir: “Bunu öyrəndiyimdə tam 25 ildir Finlandiyada yaşayırdım. Burada bu olaydan çox danışılmaz.”

Bu həqiqətdən çox danışılmamağın səbəbi yəhudi olmağın nə demək olduğu və basqın millətlər tərəfindən qəbul edilmə mübarizəsi kimi məsələlərin da özünü yaradır əslində. Bir çoxu hələ həyatda olan yəhudi qazilər etdiklərinin utanılacaq bir şey olmadığı mövzusunda əmindirlər. Amma onlarla söhbət edərək keçirilən bir axşam sonrası müharibənin psixologiyalarında necə dərin yaralar buraxdığı fərq edilir.


Aron Livson (1916-2016) əsgərlikdəki ilk təcrübəsi 1939-cu ildə başlayır. O zamanlar 23 yaşı olan Livson SSRİ Finlandiyanı işğal etdiyində orduya alınır. Digər bir çox yəhudi kimi o da əlindən gələn hər şeyi etməyə hazır və vətəni üçün lazım gələrsə, canını belə verməyə qərarlı olduğunu deyir.
Finlandiyada yaşayan yəhudilərin haradasa hamısının soyu müharibə ucbatından bu bölgəyə gələn rus əsgərlərindən gəlir. (Bölgə rus hakimiyyəti altında ikən yəhudilər 10 yaşından orduya alınır və 25 yaşına qədər orduda xidmət edirdilər) Başlarda Finlandiya xalqının geri qalanı və eyni zamanda 1917-ci ildə müstəqilliklərini qazanana qədər ruslar tərəfindən idarə olunan kəsim onlardan şübhə edir. Sonra 1939-cu ildə ölkədə “Qış müharibəsi” olaraq bilinən müharibə başlayır və yəhudilər üçün ölkəyə nə qədər bağlı olduqlarını göstərəcək fürsət doğur.

Müharibənin ardınca Finlandiya və Rusiya arasında tədirgin sülh dönəmi başlayır. Amma Hitler kommunist ölkə işğalını başladır və Finlandiya da “Qış müharibəsi”ndə itirilən torpaqları geri almaq düşüncəsi ilə Almaniya tərəfindən müharibəyə girir.

Livson Hitlerin yəhudi irqinə qarşı apardığı danışıqları eşitmiş, yəhudi evlərinin, iş yerlərinin, məktəblərin və sinaqoqlarınn hücuma uğradığını bilir. Amma orduya Rusiyaya qarşı savaşmaq əmri gəlincə o da itaətsizlik etmir və düşünmədən müharibəyə qatılır. “Mən də hər kəs vəzifəmi yerimə yetirmək məcburiyyətində idim. Biz Finlandiya ordusundakı yəhudilər deyildik ki. Biz də Finlandiya xalqı idik, Finlandiya əsgərləri idik. Ölkəmiz üçün savaşdıq.”

Qazilər vətəni vəzifələrini yerinə yetirməkdən və ölkəyə olan bağlılıqlarını isbatlamaqdan əlavə əslində başqa bir səbəbdən dolayı da savaşmaqan məmnun olduqlarını söyləyirlər. Əslində Finlandiya və Almaniya müharibələri ayrı idi. Biri müdafiə, digər işğal idi.

Rusiya sərhədində fin və alman orduları çatışarkən yəhudilər 2 düşmənlə mübarizə aparır: Biri qarşılarında duran, digəri öz tərəflərində. Kimlikləri ortaya çıxacaq deyə böyük qorxu duyurlar, ama yəhudi olduqları öyrənildiyində almanlar buna böyük reaksiya verə bilmirlər. Yəhudilərlə birlikdə savaşdıqlarına çaşırlar, amma onlara bir şey edəcək səlahiyyətləri də yoxdur.


1942-ci ilin avqustunda “Son həll”in memarı Himmler Finlandiyaya gəlir və baş nazirdən “yəhudi problemi”ni soruşur. Baş nazir Yoxan Ranqell isə “Bizdə yəhudi problemi yoxdur” deyir və Hitlerin yəhudi əleyhdarı qaydalarını həyata keçirməyi rədd edir.

Müharibə sırasında yəhudi əsgərlər soyqırımdan xəbərsizdirlər. Qaz otaqları, düşərgələr kimi qətliamları eşitmirlər. Amma müharibədən sonra yaşananlar ortaya çıxır. Qazilər 1946-ci ildə Tel-Əvivdə bir araya gəlir və finlər Hitlerə yardım etdikləri xain kimi davranırlar. Bu düşüncə günümüzdə də davam edir və fin yəhudiləri bu mövzudan narahatdırlar. Kent Nadbornik deyir: “Biz onlara yardım etmədik. Ortaq düşmənimiz vardı və ona qarşı savaşdıq.”

Nə yaşanmış olursa-olsun, yəhudilər çətin vəzifənin içində idilər. İllər boyunca Finlandiyada yaşayan digər vətəndaşlara vətənə nə qədər bağlı olduqlarını göstərmək istədilər. Bunun üçün fürsət doğunca da öz irqlərinə xəyanət etdikləri düşünüldü. Fin yəhudiləri öz gələcəkləri üçün savaşdlar, amma burası bəllidir ki, əgər Hitler bu savaşı qazansaydı, yəhudi əsgərlərin bir gələcəyi olmayacaqdı. Bəs nə etməli idilər? Bu suala hələ heç kim cavablamadı.  

0 comments :

Post a Comment