İnsan zooparkları 1950-ci illərə qədər
Avropanın ən utancverici sirlərindən biridir. Dünyanın 4 bir yanından gətirilən insanlar heyvanlarla bərabər qəfəslərə qapadılıb sərgilənirdi və ziyarətçi
sayları da olduqca çox idi.
1880-ci illərin sonlarından ən son görülən
1958-ci ilə qədər Avropada dünyanın 4 bir yanından gətirilən yerlilərin “insan
zooparkı” adı verilən yerlərdə sərgilənməsi çox məşhur idi.
Afrikalılar, qızıldərililər, aborigenlər
kimi topluluqlardan həbs edilən insanlar qollarından tutulub Avropaya gətiirilr
və qəfəs içində, tel hörgülər arxasına həbs edilərək avropalı insanlara sərgilənirdi.
Ən çox diqqəti afrikalılar çəkirdi.
Bu qədər çox diqqət görən insan zooparkları
bir müddət sonra Şimali Amerika da dəstək verərək bu karvana qatıldı.
Sərgilənən bu yerlilərin özəlliklə özləri tərəfindən
meymunlarla bağları olduğunu aşağılayıcı iddialar üçün qucaqlarına meymun verilərək
poz verməyə məcbur buraxılırdılar.
Bütün bu sərgilənənlər arasında bəlkə də ən
çox aşağılananı Ota Benqa adlı piqme bir yerli olmuşdu.
Ota Benqa ağıllara durğunluq verən bir hekayəyə
sahibdir. Adı yerli dildə “dost” anlamına gələn Konqoda piqme topluluqda
yaşayan bir yerli idi. Bir gün çıxdığı ovdan kəndinə qayıtdığında həyat yoldaşının
və 2 uşağının, qəbiləsinin çoxu ilə birlikdə öldürüldüyünü gördü.
Bu vəhşəti törədən amerikalılar sanki
marketdən alacaqlarının siyahısı ilə gəlmiş kimi idilər. İstədikləri bir ədəd piqme
şefi, şefin arvadı, 1 yetkin kişi, bir yetkin qadın, 1 evlənməmiş gənc qadın, 2
uşaq, 1 qadın rahib, 1 kişi rahib (və ya tibb doktoru), mümkünsə yaşlı. Bu sayılanların
hamısı piqme olacaq.
Ota Benqa və digər məhbuslar 1904-cu ildə
amerikalılar tərəfindən sərgilənəcəkləri qəfəslərə götürüldülər. Ota Benqa digərlərinə
görə daha dost canlı idi və dişlərinin sivriliyindən ötrü digərlərindən
ayrılırdı. İnsanlara tanıdılarkən “düşük səviyyəli insan” deyə təqdim edilirdi.
Ziyarətə gələnlər Ota Benqanın özünü görmək
üçün 25 sent, dişlərini görmək üçün əlavə 5 sent ödəyirdilər. Aşağıanma elə
qorxunc səviyyəyə yüksəldi ki, amerikalılar onu 1906-ci ildə Bronx zooparkında
meymun və oranqutanlarla eyni qəfədə atdılar.
Ota Benqanın olduğu qəfəsin önündə yazılanlar
ağıllara durğunluq verirdi. Sanki heyvanı tanıdır kimi:
Afrika piqmesi, “Ota Benqa”
Yaş: 23 il
Boy: 1,49 metr
Ağırlıq: 46 kq
Kasai çayı, Konqo, cənub-orta Afrikadan.
Dr. Samuel P. Verner tərəfindən gətirilid.
Sentyabr boyunca hər nahardan sonra sərgilənəcək.
İnsanların sərgiləndiyi bu yerlərdə
çalışanlar, özəlliklə zənci məsullar bu duruma qarşı çıxmağa başladılar.
Qısa müddətdə ziyarətçi rekordu qıran
zoopark rəhbərliyi digər tərəfdən insan haqları müdafiəçilərinin artan təzyiqlərinə
dözə bilmədi və Ota Benqanı bir müddət sonra sərbəst buraxdı. Benqa daha sonra
mədəniləşdirmə adı altında müxtəlif təzyiqlərə məcbur buraxıldı. Dişlərini
doldurulub Amerika tərzi geyimlər geydirildi. İngilizcə öyrədilərək tütün fabrikində
bir iş verild. Yaşadıqlarının izlərini heç vaxt silə bilmədi və 10 mart 1916-ci
ildə 32 yaşında ikən tapança ilə özünü qəlbindən vuraraq intihar etdi.
1880-ci illərin sonları, 1900-cü illərin əvvələrində
sadəcə ABŞ-da deyil, Avropanın Paris, Amsterdam, Hamburq, London, Brüksel kimi
önəmli mərkəzləri Avstraliya aborigenləri, Afrika zənciləri, Filippin iqorotları
və Amerika qızıldərililərinin sərgiləndiyi çox sayda “insan zooparkı”na ev
sahibliyi etdi.
1889-cü ildə Parisdə “Dünya sərgisi”ndə 400
aborigen və afrikalı yarı-çılpaq halda qəfəslərə qapadılaraq sərgiləndi. Bu sərgini
tam 18 milyon insan ziyarət etdi. 1931-ci ildə yenə Parisdə təşkil olunan və
sadəcə 6 ay açıq qalan sərgi 28 milyon insan tərəfindən gəzildi. Üstəlik bunların
9 milyonu başqa ölkələrdən gələn insanlar təşkil edirdi.
1958-ci ildə müharibədən sonra ilk “sərgi”yə
ev sahibliyi edən Brüsseldə bir Konqo kəndi sərgiləndi və Avropa Birliyini təməli
olan Avropa İqtisadi Birliyinin qurulduğu o il tam 41 milyon insan “təkamülünü
tamamlamamış afrikalılar”ı görmək üçün o sərgiyə axın etdi.
İnsanların yaaratdığı bu vəhşilik İkinci
Dünya Müharibəsindən sonra azaldı və qalan son insan zooparkı 1958-ci ildə
Belçikada bağlandı.
İkinci Dünya Müharibəsindən sonra insan
zooparkı qavram yox olsa da, Avropanın qüsurlu keçmişinin narahat edici irqçilik
hekayəsi olaraq yaddaşlarda yer almağa davam edir.
0 comments :
Post a Comment