1953-cü ildə Stalinin ölümündən sonra Sovet
elmi-fantastika yazarları üzərindəki məhdudiyyətlər yavaş-yavaş qalxmağa
başladı və bu zamana qədər SSRİ-nin texnoloji möcüzələrinin xəyalını qurmaqla
kifayətlənən yazarlar kommunist gələcəyə dair daha çox fikir istehsal etmək
azadlığına qovuşdular.
1957-ci ildə kosmosa fırladılan və SSRİ-nin
kosmos yarışında önəmli həmlə sayılan "Sputnik” peyki elmi-fantastikanın xəyal
etdiyi gələcək ilə reallaşmaqda olan texnoloji proseslər arasındakı fərqi
düşünüldüyü qədər çox olmadığını ortaya qoydu. Hələ insanlıq Marsa gedə bilməmiş ya da kosmosda koloniyalaşa bilməmiş olsa da, bir anda bütün bu xəyallar
reallaşma ehtimalı olan duruma gəlmişdi.
Arkadi və Boris Struqatski son dərəcə geniş
heyran kütlələri ilə ən bilinəm Sovet-rus elmi-fantastik yazarlarındandır. 1960-cı
illərdə rus elmi-fanastika ədəbiyyatının mənəvi liderləri oldular və günümüzə qədər
nüfuzları dəyişmədən qaldı. Bir çox nəsil kitabları ilə yetişdirildi və bənzərsiz üslubları ilə sevildilər. Qardaşların
erəkən dövr əsərləri bəlli özəlliyə sahib olmamaqla birlikdə rol modelləri ola
Sovet paleontoloqu və elm-fantastika yazarı İvan Yefremovu xatırladırdı.
Struqatski qardaşların birlikdə yazdıqları
ilk əsər “Qırmızı buludlar ölkəsi” oldu. Sovet-rus elmi-fantastika ədəbiyyatının
ən sevilən müəlliflərindən ola Struqatstki qardaşları romanlarında digər
elmi-fantastika romanlarının əksinə insanları və siyasi problemləri ələ
aldılar. Əsərlərinin bir çoxu senzura ucbatından dəyişdirildi. “Yol kənarında piknik”
adlı romanları 1977-ci ildə ingilis dilinə tərcümə edildi və məşhur rejissor
Andrey Tarkovskiy tərəfindən “Stalker”adlı ilə film çəkildi.
1964-cü ildə yazdıqları “Allah olmaq çətindir”
əsəri yazarların icazəsi olmadan 1989-cu ildə filmə köçürüldü. Struqatski qardaşları əvvəlcə Dümanın “Üç müşketyor” əsərindən
ilhamlanaraq əyləncəli əsər yazmaq istədilər. Ancaq 1962-ci ilin dekabrında
dövrün SSRİ rəhbəri Nikita Xruşşov Moskvada müasir incəsənət sərgisini ziyarət
edir və əsərlərə həqarətlər yağdırır. Mətbuəatda böyük əks-səda oyandıran bu
olay sənətkarların linçinə qədər gedib çıxır. Bu olaylardan təsirlənən “Allah
olmaq çətindir” gerçəkləri insanların üzünə viuran, qaranlıq, amma mizah göndərmələr
də ehtiva edən əsər halına gəlir.
Əsər bugünün texnologiyası ilə müşahidə
aparmaq və bu müşahidələri Dünyaya bildirmək məqsədi ilə adsız planetdəki
Arkanar şəhərinə səfər edən elm adamlarından və bu planetdəki dəyişiklikdən bəhs
edir. Konsept olaraq düşününcə planetlərarası səyahətdən ziyadə zaman səyahətinə
bənzəyir, çünki getdikləri yer dünyamızın orta əsrlərinə çox bənzərən tarixi prosesdə
keçir. Hər şey tariximizdəki orta əsrlərlə paralel özəlliklərə sahibdir. Bu da
keçmişə edilən zamanda səyahət havası qatır.
Və ayrıca o klassik “Bəs qarşılaşacağımız yadplanetli sivilizasiyada irəli
olmaq yerinə bizdən daha geridirsə?” fantaziyası burada vucüd tapır. “Bu anki
texnologiya ilə keçmişə getsəm, nələri dəyişdirərdim?” sualı da təşrif buyurur.
Qreqori Benford H. Uellsin “Görünməz adam”ına yazdığı önsözündə yazarın “Heç
kim bizi görməyəcək olsa, nələr edərdik?” fikrini alıb onu möhtəşəm kabusa
çevrildiyindən danışır. Struqatski qardaşları da bu kimi geri qalmış yadplanetli
mədəniyyət və modern texnologiya ilə keçmişə səyahət kimi fantaziyalar alıb
onu bir toplum və idarə halına gətirir.
Arnakarda vəziyyət pisdir. Toplum çürümüş,
qaniçənlik və alçaqlıq nemət olaraq görülməkdədir. Don Rebanın bozları küçədə hər
küncü tutmuş, hər hansı ziyalı, Renessansı doğurda biləcək hər hansı hərəkəti
daha ortaya çıxmadan yox etmək üçün hazır gözləməkdədirlər. Bura oxuma-yazma
bilməyin, kitab oxumağın, şeir yazmağın, elmi işlər aparmağın qadağan olduğu
yerdir
İncəsənətə, elmə, ədəbiyyata olan düşmənçilik
Struqatski qardaşlarının yaşadığı dövr etibarı ilə şəbəkələrinə taxılan şeylərdən
bir neçəsi idi. Bəzi “sosializm tənqidi” analizlərinin əksinə qardaşlar sosializmi
tənqiddən ziyadə dövrü tənqid edirlər. Don Rumatanın bürokratiyaya olan sonsuz
itaəti və gözləri önündəki şiddətə, amansızlığa və pisliyə müdaxilə edə biləcəkkən
etməməsi “doğrudur(?)-yanlışdır(?) müzakirəsi yenə o dövrdəki-kitab nəşr
olunduqdan sonra 3 il sonra meydana gələn-rus avstronavt Vladimir Komarovun faciəli
ölümünü ağıllara gətirir. Komarov kosmos səyahətindən əvvəl texniki olaraq yetərsiz
saydığı və problemli olacağı düşündüyü səyahəti Yuri Qaqarinin də səyləri ilə əngəlləməyə
çalışır. Amma Sovet bürokratiyası və ABŞ ilə girilən kosmos yarışı ubatından “Soyuz-1”
faciəsi göz görə-görə yaşanır.
Oxucu bu səfər masanın qarşı tərəfindən
oturduğunda bu “müdaxilə etməmək” olayına fərqli baxış istiqaməti ilə yaxınlaşa
bilir. Məsələn, günümüzdən nümunə versək, böyük dövlətlərin inkişaf etməmiş ölkələrə
götürdüyü demokratiyalar. İnkişaf etmiş Yer planeti mədəniyyəti Arnakardakı
inkişaf etməmiş mədəniyyətin hər hansı tərəfinə “idarəni ələ keçirəcək, uğurlu
qılacaq” gücü təmin edə bilər, o ölkənin seyrini bir xeyli dəyişdirə bilər.
Amma bu, tarixi inkişafa müdaxilənin doğruluğu müzakirəsi olardı. Bu, Allahın tərəf
tutmasına bənzəyir. Ki, Allah əksərən tərəf tutması ilə məşhurdur.
Bütün bu müzakirələri işığında oxucu Rumata
üçün insanların özlərini yox edilişini izləməyin, özündən kömək istəyən insanları
geri çevirməyin və Allah olmağın nə qədər çətin iş olduğunu iliklərinə qədər
hiss edir. Arnakar qaranlığa gömülməyə başladıqda Rumatanın hərəkətləri
kontroldan çıxmağa başlayır. Oxucu əsərin
sonuna doğru özünü çarəsiz, beynində suallarla xaotik ortamda tək-tənha tapır.
Struqatski qardaşların 1964-cü ildə yazdıqları
eyni adlı elmi-fantastik romanından ilhamlamaraq 2013-cü ildə nümayişə girmiş rus
filmi Çexiyada 2000-ci ildə çəkilməyə başlanan və 2006-cı ildə Peterburqda tamamlanmış,
ilk dəfə 2013-cü ildə 2013-cü ildə Roma Film Festivalında “Arkanar qətliamının
tarixçəsi” adı ilə göstərilmişdi. Daha sonra yenidən öz adına “Allah olmaq çətindir”ə
çevrilmişdi.
Allah olmaq çətindir, ola bilməmək daha çətin.
0 comments :
Post a Comment