Yaponiyanın şimalında yer alan Hokkaydo
adası, Kuril adaları və Saxalin yerlisi, bəyaz irqdən etnik topluluq olan
Aynuların keçmişi eramızdan əvvələ uzaqmaqdadır.
Aynu (Aynu dilində "insan" deməkdir) kəlməsi
Yaponiyada uzun zaman etnik həqarət olaraq işləndiyi üçün hələ bəzi aynular özlərinə
Utari (yoldaş) deməyi tərcih etməkdədir.
Qədim yapon mənbələri aynuları bəyaz cildli,
açıq rəng gözlü, olduqca tüklü və ayıya ibadət edən topluluq olaraq göstərməkdədir.
Yenə eyni mənbələrə görə aynu qadınları dodaqlarının üstünə bıyıq oxşarı şəkillər
çəkməkdə idilər. Antropoloji özəlliklərində
və ayı kultundan dolayı bəzi elm adamları aynuların atalarının ruslar ola biləcəyi istiqamətində tezislər irəli sürmüşdülər.
Aynu mədəniyyəti e.ə. 1200-cü illərə qədər
uzanmaqdadır. Ən son araşdırmaların nəticələrinə görə Oxotsk və Satsumo mədəniyyyətinin
birləşməsi ilə meydana gəlmişdi. İqtisadiyyatları ovçuluq, balıqçılıq və
yığıcılığa söykənməkdədir. Şimala doğru hərəkət edən yapon məskunlaşdırma və
ictimailəşdirmə hərəkatlarına qarşı bir neçə üsyan xaricində (1457, 1669, 1789)
əsasən daha da şimala doğru çəkilərəl cavab verməyi seçən aynular XIX əsrin
sonlarında Meydzi dövrünə qədər Edzo (Hokkaydo) adasında izafi azadlıq içində yaşamağa davam etdilər.
Rusiya və Yaponiya sülalələri arasında
imperial mübarizənin bir ayağı olaraq görülən Edzo adası Meydzi sülaləsi tərəfindən
koloniyalaşdırıldı. Adanın adını Hokkaydoya təbdil edilməsi də bu perioda dəng
gəlməkdədir. Rəsmi assimilyasiya siyasəti və Yaponiya əhalisinin adaya endemik
olmayan xəstəlikləri və kolonizasiyanın yerli əhali üzərindəki təzyiqi səbəbi
ilə Aynu əhalisi ciddi şəkildə azaldı. 1899-cu ildə milli yapon kimliyi
yaratmaq məqsədilə həyata keçirilən siyasətlərə dəstək mahiyyətində Aynuları
assimilyasiya etmək məqsədi ilə onları aborigen elan edan qanun parlamentdən
keçdi. Yaponiya nəhayət 6 aprel 2006-cı ildə aynu əhalisini rəsmən yerli qrup
olaraq qəbul etdi.
Günümüzdə aynu dil ailəsinin təsbiti xüsusunda
filoloqlar ortq hökmə vara bilməmişdilər. 1991-ci ildə dili Yaponiyada axıcı şəkildə
danışa bilən sadəcə 15 şəxs qeydə alınmışdı. Yaponiyadakı əhalinin əksəriyyəti
öz üzvləri tərəfindən də irqçilik və ayrı-seçkiliyə tabe olmamaq üçün
yaponlarla evlənməyə təşviq edildiyindən bugün saf ayni millətindən danışmaq o
qədər də mümkün görünməməkdədir.Rusiyadakı əhalinin bir qismi də ənənəvi dinləri
olan animizmdən uzaqlaşıb rus ortodoks kilsəsinə daxil olmuşdu.
0 comments :
Post a Comment