İnsanın iliklərinə işləyən rüzgar Fransanın
milli savaş məzarlığı “Notre Dame de Lorette"yə baxan təpənin yamacında
toplanmış qələbəliyin üzərinə əsir. Təxminən 700 km-lik sipər sisteminin
qalıntıları civarında toplanan qələbəlik insanın içinə işləyən soyuqdan çox Birinci
Dünya Müharibəsində bu cəbhələrdə qorxu və şiddət içində savaşmış olan
insanların hekayələrini dinləməkdən ürpərir.
ŞİMALIN CƏHƏNNƏMİ
Şimali Fransanın bu hissəsinə Birinci Dünya
Müharibəsində sayı milyonları aşan top mərmisi düşmüşdü. Şimalın cəhənnəmi
olaraq da xatırlanan bu bölgədə müharibə xatirələrini dinləyən insanların qulaqlarına
çalınan müsəlman əsgərlər olduqca diqqətlərini çəkir. Birinci Dünya Müharibəsinə
dair çox da danışılmamış bu hekayə maraqları cəlb edəcək xüsusiyyətindədir.
MÜSƏLMAN ƏSGƏRLƏR.
İsti iqlimlərdəki yürdlarından minlərlə km
ötəyə səyahət edən bu əsgərlər namazlarda öncülük edən və azanları oxyan
imamların rəhbərliyində sipərlərinə gedirdilər. Bu əsgərlər üçün müharibə
vaxtında namazların necə qılacaqlarına dair Fransa kimi dövlətlərdən rəsmi
olaraq fətvalar belə yayımlanmışdı. Bu fətvalarda eyham yolu ilə namaz qılmaq
kimi ayrıntılar da deyilirdi.
QİBLƏYƏ ÇEVRİLMİŞ MƏZARLAR
Bu əsgərlər üçün yenə müsəlmanlar ibarət aşpazlar
tərəfindən hazırlanan halal yeməklər davamlı olaraq servis edillməkdə idi. Yenə
bu əsgərlər tibbi vəsaitlər tükəndiyində ana vətənlərindən gətirdikləri bitkivari
dərmanlardan yaralı dostlarının müalicəsi üçün istifadə etmişdilər. Danışılan
hekayələrə görə bu şəxslərin ana dillərində vətənlərindən daşıdıqları
mahnılar toqquşmalar bütün gücü ilə davam edərkən sipər savaşlarının şiddətli
günlərində göy üzündə yüksəlməkdə idi.
“Notre Dame de Lorette”dəki bu məzarlıqda təxminən
40.000 fransız əsgərin məzarı var. Bunlardan müsəlman olan əsgərlər sadəcə məzar
daşlarından deyil, İslami üsullara görə dəfn edilmələrindən və məzarlarının
qibləyə çevrilməsindən də anlaşılır. Bu məzarlar 1908-ci ildə İslam dinini seçən
fransız rəssam Nəsrəddin Dinet tərəfindən dizayn edilmişdi.
2.5 MİLYON MÜSƏLMAN ƏSGƏR
Bölgəyə gedən ingilis müsəlmanlar özləri ilə
eyni din paylaşan və böyük bir qismi Şimali Afrika əsgərlərindən ibarət bu müsəlmanların məzarları
önündə dua etməkdədirlər. Araşdırmaçılar Birinci Dünya Müharibəsində yer alan
müsəlman əsgərlər mövzusunu analiz etmək üçün hərbi, diplomatik və özəl arxivləri,
gündəlikləri və məktubları araşdırdılar. Toplam 19 ölkədə ingilis, fars, urdu,
rus, alman və ərəb dillərindəki 850.000-dən artıq sənəd və yüzlərlə rəsm
araşdırmaya mövzu oldu.
Araşdırmaçılar təxminən 2,5 milyon müsəlmanın bu
müharibədə İngiltərə, Fransa və Rusiyanın təşkil etdiyi müttəfiq dövlətlətin cəbhələrində
əsgər yaxud işçi olaraq müharibəyə qatıldığını ortaya qoydu.
RƏSMİ TARİXİN GÖRMƏZDƏN GƏLDİYİ REALLIQ
Araşdırmalara liderlik edən 53 yaşlı
belçikalı Luk Ferrier Birinci Dünya Müharibəsinə qatılan babasının gündəliyində
“sipərlərdə qarşılaşdığı Məhəmmədlərdən” tez-tez bəhs etməsi onu bu cür araşdırmaya
itələmişdi. Ferrier tarix kitablarında nə qədər dərin analizlər aparsa da,
ayrıntılı bilgiyə rast gəlməmişdi. Bu məqsədlə araşdırmasını daha da genişləndirən
belçikalının əli zamanla yüzlərlə özəl bilgəyə çatmış və Birinci Dünya Müharibəsində
müttəfiq dövlətlərinin cəbhələrində iştirak edən müsəlmanlara dair geniş bilgilər
əldə etmişdi.
“AVROPADA İSLAMFOBİYA PROBLEMİNİ HƏLL EDƏ
BİLƏR”
Araşdırmalar müsəlman əsgərlərin ac sivillərlə
yeməklərini paylaşdığını, alman əsirlərinə fransız və ingilis əsgərlərin əksinə
çox yaxşı davrandıqları kimi xatirələri ortaya qoymaqdadır. Bugünə gəlib çatan
sənədlərdə müsəlman əsgərlərdən niyə belə etdiklərini soruşanda bu suala Quran
və hədislərlə cavab verdikləri önə sürülməkdədir.
Araşdırmaya liderlik edən Ferrier deyir: “Bunun
siyasət yaxud koloniyaçılıqla əlaqəsi yoxdur. Sadəcə reallıqları ortaya qoyuruq.
Zira bütün Avropanın bilməli olduğu hekayədir.”
Araşdırmalar miqyasında bölgədə yer alan müsəlman
əsgərlərin ailələrinə və o bölgədəki məscidlərə bəzi ziyarətlər də təşkil
edilir. Bu ziyarətlər avropalılar və bölgədə yaşayan müsəlmanlar arasındakı
qarşılıqlı təsiri artırmaq niyyəti da daşıyır.
“İMPERİALİZMİN QAZANC TOQQUŞMASINDA ÖLDÜLƏR”
Birinci Dünya Müharibəsində İngiltərə, Fransa
və Rusiya kimi dövlətlər üçün canlarını ortaya qoyan avropalı xristian və yəhudi
əsgərlərin hekayələri, şeirləri və haqlarında çəkilən filmlər olduqca çox olsa
da, müsəlman əsgərlərin xatirələrinə rəsmi tarix qeydlərində belə çox rast gəlinmir. Müsəlmanların ingilislər tərəfindən zorla savaşa sürüklənməsinin də bunda təsiri
ola bilər.
Zira bir çox müsəlman əsgərin Birinci Dünya
Müharibəsində nə üçün savaşdıqlarını bilmədikləri və Osmanlı kimi müsəlman dövlətlə
və bu dövlətin başı olan xəlifə ilə savaşda olduqlarını öyrəndiklərində müttəfiq
dövlətlərdən üz çevirərək onlarla savaşdıqları da qeyd edilir.
Avropada yaşayan bir çox müsəlman hal-hazırda Birinci Dünya Müharibəsi kimi müharibələrdə müttəfiq dövlətlər üçün savaşmış və ölmüş olan müsəlman əsgərlərə sayğı və sahiblənmə ilə yanaşsalar da, Avropa xaricindəki müsəlman topluluqların ciddi kəsimi bu əsgərlərə “imperialist dövlətlərin qazanc toqquşmasında öldürülən aldanmış müsəlmanlar” olaraq baxır.
Avropada yaşayan bir çox müsəlman hal-hazırda Birinci Dünya Müharibəsi kimi müharibələrdə müttəfiq dövlətlər üçün savaşmış və ölmüş olan müsəlman əsgərlərə sayğı və sahiblənmə ilə yanaşsalar da, Avropa xaricindəki müsəlman topluluqların ciddi kəsimi bu əsgərlərə “imperialist dövlətlərin qazanc toqquşmasında öldürülən aldanmış müsəlmanlar” olaraq baxır.
MÜHARİBƏYƏ GİRƏN MÜSƏLMANLARIN SAYI
Əsgərlər:
-400.000 hindli (İngiltərə ordusu)
-200.000 əlcəzairli, 100.000
tunisli, 40.000 mərakeşli, 100.000 qərbi afrikalı, 5.000 somalili və liviyalı
(Fransa ordusu)
-5.000 amerikalı müsəlman
-1.3 milyon rus müsəlman
İşçilər:
-100.000 misirli
-35.000 çinli müsəlman
-130.000 şimali afrikalı
-200.000 səhraaltı afrikalı
-40.000 hindli
0 comments :
Post a Comment