Friday, 19 October 2018

Səlib yürüşlərinin tarixi nəticələri


1095-1270-ci illər arasında həyata keçirilən 8 səlib yürüşündə avropalılar İsanın məzarının xristianlarda qalması, müqəddəs torpaqları ələ keçirilməsi şəklindəki dini məqsədlərinə çata bilmədilər. Hərbi baxımdan qalıcı olmayan, müəyyənedici və çox önəmli olmayan uğurlar əldə etdilərsə də, həmişə məğlubiyyətə uğradılar. Siyasi baxımdan qurduqları və yaşatmağa çalışdıqları dövlətlərin yox olmasını önləyə bilmədilər. Avropalıların Orta Şərqə gətirdiyi Avropanın feodal idarə sistemi və feodal münasibətləri varlığını davam etdirə və yerləşə bilmədi.

DÖVLƏTLƏR, QURULUŞLAR

Səlib yürüşləri sırasında Aralıq dənizinin şərqində qurulan german və latin dövlətlərdən heç biri yaşaya bilmədi. İlk yürüş sırasında qurulan german koloniyalarından da qalan olmadı, amma sondakı yürüşlərdə qurulan bəzi ticarət koloniyaları, liman şəhərlərindəki avropalı yerləşmələr – ki bunların hamısı İtaliya ticarət şəhərlərinin uzantısı oldular – ticarətin davam edilməsini təmin edəcək şəkildəki bağlantı mərkəzləri və ticarət şəhərlərində bürolar yürüdən təmsilçiliklər olaraq qalıcı olacaqdılar. Müstəmləkələşdirmək və koloniyalar qurmaq uğursuz və nəticəsiz idi. Amma yürüdülən ticarət mexanizmləri əsrlər boyu Avropanın alış-verişinin və mədəni rabitəsinin vasitələri funksiyasını görəcəkdi.

Bölgə dövlətçiklər başda şəkər fabrikləri (ən böyüyü Əkkada olmaq üzrə bütün sahil şəhərlərində şəkər qamışından hazırlanan şəkər fabrikləri qurulmuşdu) və geniş miqyaslı toxuculuq dəzgahları olmaq üzrə istehsal sahəsinə girdilər. XIII əsrdə Avropaya idxal edilən şəkərin tamamı “outremer”dən gəlməkdəydi. Bunlar və başqa kənd təsərrüfatı məhsulları (şəfalı otlar, ədviyyat, balzam və s.) ilə kimyəvi maddələr (boya vəsaitləri və s.) sayəsində xaçlı dövlətlər çox  zəngin idi. Problem qarşıdurma, istiqrarsızlıq və hədəfsizlik ucbatından zənginliklərin sovrulub getməsində idi.

Bəzilərinin uzun müddət varlıqlarını qoruduğu latın şərq dövlətlərində elmi sahədə heç bir inkişaf olmadığı kimi mədəni sahədə “qərbli” xaçlı dövlətlərdən sivilizasiya dünyasına, Avropa və xristianlığa hər hansı qatqısı olmadı. Bütün dönəm boyunca Roma, yunan, ərəb və Şərq mədəniyyyətlərinin və antik dünya təcrübəsinin xristianlıqla görüş yeri “outremer”deyil, Siciliya idi.

İNSANLAR, TOPLUMLAR

Bölgəyə yerləşən avropalılar Orta Şərq torpaqlarındakı yeni həyatlarında bölgə insanlarının nizamına tam olaraq uyğunlaşa bilmədilər. Bölgənin adətlərini tam olaraq mənimsəmədilər. Orta Şərq ölkələrinin qurumlarına güvənməmişdilər, Uşaqlarının təhsil almasını istəyənlər onları Avropada oxutmağa davam etdilər. Avropalılar Şərq həkimlərinə güvənmirdilər, müalicələrini firəng doktorlarına etdirmək istəyirdilər.

Uzun müddət hamamdan istifadə etmək alışqanlığı qazana bilmədilər. Geyimlərini dəyişdirmək məsələsində mühafizəkar idilər. İsti iqlimə uyğun ipəkli və pambıqlı geyimlərə asanlıqla keçə bilmədilər.

Bunlara rəğmən avropalılar Şərq adət-ənənələrinə yavaş-yavaş olsa uydular. İqlimin zorladığı yerli geyimləri uzun müddət sonra mənimsədilər. Yemək nizamına, yeməklərdə zəfəran və müxtəlif ədviyyatlardan, rayihəli otlardan istifadə etməyə, yeməkdən sonra meyvələr və şirinlər yeməyə, çay içməyə, xalçalar və divan üstündə oturmağa, rəqs şousunu izləməyə, musiqi ilə əylənməyə zaman içində alışdılar. Müalicə üsuallarının inkişafı səbəbindən avropalılar bir müddət sonra şərq həkimlərini seçməli oldular.

Növbəti səlib yürüşləri ilə gələnlər özlərindən əvvəl gələn avropalıların özlərindən fərqli yaşayışlarını, anlayışlarını, davranışlarını, özəlliklərini, qısacası, “başqa həyata” başlamış olduqlarını görürdülər. Bölgəyə yerləşən avropalıların çoxusu suriyalı. ərəb və digər Şərq qadınları ilə evlənir, buna görə də həm özləri, həm də uşaqları “başqa cür” olurdular. Üstəlik artıq tuluzalı, reymsli, maynslı, frankfurlu deyil, qüdslü, fələstinli, antakyalı idilər. 2-3 nəsil keçincə “frank”, “german”, “romalı” olmaqdan da çıxırdılar. Papalıq və yeni gələn xaçlılar “din düşməni kafirlər”in adət-ənənələrini mənimsənməməsi üçün bəzən rəsmi xəbərdarlıq və hətta zorakılıq edirdilər. Şərqdə yerləşmiş xristianların şərqlilərə yönəlmələrini, bənzəmələrini önləməyə çalışırdılar. Donuz əti yeməməyə alışan yerləşmiş avropalılar papalığın bir yazısı ilə donuz əti yemədikləri üçün qınanmışdılar.

Ayrıca yerləşmiş avropalılar arasında Avropada belə görülməyən ölçülərdə “pozulma” da mövcud idi. Şəhərlər fahişəxanalarla dolu. əxlaqsızlıq və soyğunçuluq yayğın idi. Sadəcə xalqdan olanlar deyil, keşiş və rahiblər belə evlərini fahişəxana olaraq işlədirdilər. Yeni gələn avropalılar yadırğadıqları bu duruma bir müddət sonra özləri də girirdilər. Səlahəddin ələ keçirdiyi şəhərlərdə fahişəxanaları bağlamış, keşişləri həbsə atdırmış, fahişələri şəhərdən sürgün etdirmişdi.

Ancaq yerləşmiş avropalılar zaman içində ərəblər kimi geyinmələrinə və  yaşamalarına rəğmən yad torpaqlarda yad olmaqdan da xilas ola bilmirdilər. Həm onlardan olmağı qəbul etmir, həm də qəbul etsələr belə bacara bilmirdilər. Oraların “yerlisi” deyildilər. İşğalçı olduqları nə unuda bilir, nə də dəyişdirə bilirdilər. Vaz keçə bilməcəkləri rahat həyatdan qoparılacaqları, könüllü olaraq buraxa bilməyəcəkləri bu yerlərdən sürgün edilərək gedəcəkləri günü gözləyir kimi idilər.

Gerçək yerlilərin baxışına görə isə avropalıların pislik gətirmək, zərər vermək xaricində oraya heç bir qatqısı yoxdur. Nə bir təhsil qurumu açmışdılar, nə də öz mədəniyyətlərindən bir şey gətirmişdilər. Avropalılarla “cənnət torpaqları”na “qan, ölüm və acı” yağmışdı.

Yenə də ən son gələnlər “ən pis” olurdu. İlk gələnlər ən son gələnlərdən həmişə daha “yaxşı” idilər.

SƏLİB YÜRÜŞLƏRİNİN ŞƏRQ VƏ ŞƏRQLİLƏR ÜÇÜN NƏTİCƏLƏRİ

Yürüşlər nəticəsində Avropanın İtaliya ticarət şəhərləri tərəfindən daha böyük bazar halına gətirilməsi, (Uzaq Şərq də daxil) Şərqdən gələn mallara açılması Şərqdə böyük iqtisadi hərəkətlənməyə yol açdı. İxrac edilən mal miqdarı artdığı kimi mallar daha da çeşidləndi. Nəticə olaraq bu, Şərqdə daha da zənginləşməyə yol açdı.

BÖLGƏ OLARAQ ORTA ŞƏRQ

Xaçlıların keçdiyi və müəyyən dönəm hakim olduğu yerlər iqtisadi, ekoloji, demoqrafik, mədəni və tarixi baxımdan böyük zərər gördü. Sənətkarlıq mərkəzləri, istehsal yerləri yox edildi. Yun, ipək və kətən toxucusu yüz minlərlə əməkçi, müxtəlif sahələrdə istehsalla məşğul olan yüz minlərlə sənətkar öldürüldü ya da işsiz qaldı.Yaradıcı insanlar köç etməyə məcbur qaldılar. Kitabxanalar yandırıldı, mədəni dəyərlər yox edildi. Geniş əkin sahələrində məhsuldarlıq uzun illər boyu ya durdu ya da torpaqlar dəyərləndirilə bilmədi. Bölgənin yaşadığı bu fəlakətlər nə keçmişdə yaşanmışdı, nə də gələcəkdə yaşanacaqdı.

Bölgədəki nisbi sabitlik və sülh tam kəsintiyə uğradı. Toqquşma və müharibə  hər şeyin önünə keçdi. Yerli münasibətlər pozuldu. Hüzur və sükunət üçün bir şans qalmadı. Avropada qazanclı “iş” olan müharibə Şərqdə ticarət sektoruna çevrilmiş kimi idi. Cəngavər qrupları, xaçlı dəstələr, təşkilati birliklər mərkəzi məqsədə xidmət etməyən şəkildə və ürəkləri istəyincə məskunlaşma yerlərinə hücum edir, soyur və xilas pulu üçün insanları əsir alırdılar. Bəzən bunlar planlı və nizamlı olaraq edilirdi.

Avropalılar mədəniyyət, incəsənət və elm sahələrində Orta Şərqə heç bir şey gətirmədilər. Sadəcə tək bir qatqıları oldu: Yürüşlərdə “şəhid” olan xristianların istəkləri o yöndə olduğundan öz vətənlərində gömülməsi üçün sümüklərinin gəmilərlə Avropaya götürülməsi Şərq üçün gözlənilməz imkanı ortaya çıxarmışdı. Cəsədlər sümükləri açığa çıxana qədər qaynadılırdı. İslamdakı təşrih qadağası ucbatından həyata keçirilə bilməyən anatomiya ilə bağlı məlumatlanmağın gərəyi olan disseksiya və meyityarma dünyada ilk dəfə geniş miqyaslı olaraq bu sayədə həyata keçirilmiş və böyük irəliləyiş əldə olunmuşdu.

Müsəlmanların da içində olduğu bütün şərqlilər avropalılardan alınacaq bir şey olmadığını anlamışdılar. Bunun ən önəmli sübutu xristian olsun-olmasın, şərqlilərin Avropa dillərini öyrənmək üçün heç bir səy göstərməmələridir. Buna görə  latın və fransız kimi dilləri və bu dillər vasitəsilə bu mədəniyyətləri heç bilmədilər.

Avropalılar qurduqları dövlətlərdə və qurumlarda öz feodal özəlliklərini hakim qılmışdılar. Şərq üçün fərqli olan Avropa feodalizminin özəllikləri Orta Şərqə gəlmiş oldu, amma nüfuz edə bilmədi. Şərq feodalizmi formal quruluşunu və özəlliiklərini qorudu. Xaçlı dövlətlərinin yıxılması ilə Avropa feodalizminin bütün özəllikləri bölgədən silindi.

XRİSTİAN ŞƏRQİ ROMA İMPERİYASI

Səlib yürüşləri sayəsində ayaqda qalmağı umduğu, varlığını bu “yardım”la sürdürə biləcəyini düşündüyü üçün avropalıları Avropa xristianlığına dəvət edən və yürüşlərin başlanmasına yol açan Şərqi Roma imperiyası ilk yürüşlərdə şərq istiqamətində itirdiklərinin bir qisminə təkrar qovuşdu. Səlcuqluları irəlilədiyi yerlərdən geriyə püskürtdü. Bu sayədə iqtisadi durumu ilk dönəmlərdə olduqca düzəldi. Ancaq Avropa ilə Şərq arasında yürütdüyü ticarətdə oynadığı əsas rolu Konstantinopol üzərindən yürüyən ticarətin yol dəyişdirərək Kontantinopolun dövrədən çıxması və venesiyalı tacirlərə imperiyada təmin etmək məcburiyyətində qaldığı imtiyazlar ucbatından yenidən əldə edə bilmədi. Yürüşlər sırasında donanma və avadanlıq üstünlüyü tam olaraq Venesiyaya keçmiş, Bizansın bu üstünlüyə dirənmək şansı qalmamışdı. Normand xaçlılarının Bizans torpaqlarına hücumu qarşısında çox zorlandı. Korfu adasını da gözlənilməz hücumla ələ keçirmişdilər. IV yürüşdə isə Bizansın xaçlıların açıq hücumlarına uğraması və Konstantinopolun xaçlılar tərəfindən fəth edilməsi Şərqi Roma və bölgə tarixində çox önəmli rol oynadı. Avropa və Orta Şərqdə güc tarazlıqları dəyişdi. Zamanında xristian dünyanın ən zəngin dövləti olan Şərqi Roma bir daha iflah olmadı. “Helas” adını alan imperiya 2 əsr sonra tarix səhnəsindən silindi (1453), amma tarix səhnəsindən əsas çəkilməsi səlib yürüşləri sırasında başlamışdı. Avropalılar türklərin və islamiyyətin etdiyindən və edəcəyindən artıqlaması ilə Şərqi  Romanı bitirmişdilər. Tarix səhnəsindəki rolunun sonunu hazırlamışdılar. Şərqi Roma imperiyası yürüşlərin sonunda artıq saxta imperiya idi.

Səlib yürüşləri Bizansın şəxsində xristianlığın Şərqdəki müdafiə mövqeyini yıxdığı üçün müsəlman-türklərin boğazlardan Avropaya keçidlərini asanlaşdırmışdı. Bunun nəticəsi olaraq türklər davamlı irəlilədi, Avropada yeni torpaqlar qazandılar.

XIV əsrdə Aralıq dənizi ticarətində Şərqi Roma imperiyasının haradasa heç bir payı qalmadı. Balansdakı ağırlıq Şərqdən Qərbə sürüşmüş, bütün güc İtaliya ticarət şəhərlərinə keçmişdi. İtaliya şəhərləri bağlantıları, əlaqələri, savaş və ticarət donanmaları, koloniyaları və bütün mexanizmləri ilə ticarəti və çatdırılmanı monopoliyaya çevirmişdi. Bizans təsiri altına girdiyi dənizçi ticarət şəhərlərin nüfuzunu bir daha heç qıra bilmədi.

İstanbulun fəthinin və yağmalanmasının əsas günahkarı olan bu ticarət şəhərləri Bizans tərəfindən geri alınmasından sonra Konstantinopoldakı koloniyaların təkrar qurmaq, varlıqlarını Bizans hakimiyyətlərində təkrar davam etdirə bilmək üçün çox əlləşəcək və zaman itirəcəklər.

Şərqi Romanın yürüşlər ucbatından Avropa mədəniyyəti ilə əlaqələrinin zəifləməsi bir çox mövzuda önəmli nəticələrə yol açdı. İmperiyada latın və yunun dilərindən istifadə olunurdu. Yürüşlərdən sonra Şərqi Roma imperiyasında latın dili keçərli olmaqdan çıxdı. Daha sonra latın dili şərq xristianllığından silinəcək, şərqdəki bütün xristian camaatlar latın dilini rədd edəcək, tərk edəcək və öz dillərində danışmağa başlayacaqlar.

Səlib yürüşləri Şərqi Roma ilə İslam dünyası arasındakı əlaqələri pozdu. İslam dünyası, ərəblər, türklər və xristian Şərqi Bizansla toqquşma içində olsalar da, rəqabət və gərginlik yürüşlərin nəticəsi olan düşmənlik kimi deyildi. Hətta şərq xristianlığı Bizansla mədəni birliyini qoruyurdu, hər 2 dövlət (Bizans və Xilafət) içində alimlər və texniklər hər 2 tərəfin yararına birindən digərinə gedib gəlməkdə idilər.

ŞƏRQİN XRİSTİAN XALQLARI, DÖVLƏTLƏRİ, BƏYLİKLƏRİ

Xaçlılara dəstək olan bəzi şərqli xristianlar onlara dayanaraq bəyliklərini genişləndirdilər, krallıqlar qurdular. Məsələn, I səlib yürüşündə avropalılara kömək edən ermənilərin xaçlıların dəstəyi ilə Kilikiyada bir dövləti ortaya çıxdı. Bu krallıq ancaq yüz illər sonra, 1375-ci ildə məmlüklər tərəfindən ortadan qaldırılacaqdı. Xaçlıların Anadoludakı yeganə ittifaq gücü ermənilərin yenə xaçlıların dəstəyi ilə bir çox bəyliyə xanədan oldular.

Fridrix Barbarossaya silah və yemək yardımı verən erməni kralı Leon (1185-1219) imperatorun boğulub ölməsi və ordusunun dağılması nəticəsində çox çətin günlər keçirəcəkdi.

Xaçlılarla işbirliyi edən Fələstindəki bəzi kiçik xristian qruplar bəyliklərə qovuşdular. Ancaq gələcəkləri olmadı. Xaçlılara xidmət etmək istəyən bu özəllikdəki xristianlar xaçlılarla bütünləşə bilməyən və onlara qarşı olan şərqlilərin güc itkisinə uğramasına yol açdılar.

ŞƏRQ XRİSTİANLIĞI VƏ ŞƏRQ XRİSTİANLARI

Səlib yürüşlərinin sonunda Şərq xristianlığı güc itirdi. Şərqdəki yerli xristian krallıq və bəyliklər ən çox ziyana uğrayan idilər. Şərq ilə əlaqələri olan, ticarəti davam etdirən bölgə xristianları (nəsturilər, yaqubilər, qibtilər) ticarətlərini Hindistan, Türkistan, hətta Çinə yönəlmiş öz missionerlik fəaliyyyətlərini yerinə yetirə bilməz oldular. Əlaqənin kəsintiyə uğraması həm iqtisadi baxımdan zəifləmələrinə, həm də özlərinə güvənlərini itirmələrinə yol açdı.

Yerli xristian əhali azaldı. Bunun səbəbi xaçlıların şərqli xristianlara qarşı da savaş yürütməsi idi. Xaçlılar şərqli xristianları zaman-zaman kütləvi olaraq öldürmüşdülər. Şərqli xristianların müsəlman qonşuları ilə münasibətləri pozuldu, həyatlarını davam etdirə bildilər, amma bu münasibətlər heç bir zaman əvvəlki kimi olmayacaqdı.

Avropalılardan böyük təzyiq və zülm görən yerli xristianlar axınları sırasında monqollara xilaskar kimi baxdılar. Monqollara sarılmaları və onlara dəstək vermələrinin qarşılığı müsəlmanların qəzəbini çəkmək oldu. Sadəcə özləri deyil, oturduqları torpaqlar belə cəzalandırıldı.

Təşkilati olaraq Şərq xristianlığının təşkilatlanması zəiflədi. Dini itkilərlə hərəkətə keçmiş olan xaçlılar ələ keçirdikləri yerlərdə dinin öz təşkilatlanmasını böyütmək, genişləndirmək, möhkəmləndirmək yolunu tutmadılar. Xristianlığı yaymaqdan vaz keçilmədiyi halda din xadimləri yetərsizləşdi. Yepiskopluq sayı azaldı. Məsələn, ələ keçirildikdən sonra Qüdsdə belə yarıya endi. Papalığa bağlı olsun-olmasın, dini təşkilatlanmalar azaldı. Bir çox kilsə məsul şəxsi, çalışan adamı olmadığından istifadəsiz oldu. Buna qarşılıq hərbi, sosial, səhiyyə məqsədli təriqətlər və “özəl təşkilatlar” ortaya çıxarıldı. Bunlar yayğınlaşdırıldı. Dini təməldə və ifadə edilməklə birlikdə bu cür din qurumları dini təşkilatlanmaya çevrilmir, din baxışlı qazanc birliklərini yaradırdılar.  Hər yeni qurum öz qaydalarını qoyur, avtonom praktikalar yayğınlaşır, xristianlığın dini parçalanma prosesi dərinləşirdi. Bu prosesə papalıq da razı olduğundan mərkəzi nüfuz da zəifliyə uğradı. Qopuqluqlar, başına buyruqlar adiləşdi. Təhsil yox edildi. Təşkilati quruluş yerinə boş inanclara söykənən xristianlıq meydana gəldi, dini bilgilənmənin yerini xürafatlar aldı, yazılı mənbələr yerinə dini dayanacaqlara buraxdı.

Xaçlılar şərq xristianlığına yeni hüquq anlayışları gətirdilər. Bölgədə icad edilən bu hüquq anlayışları praktikalardan qaynaqlanmışdı. Qüdsdəkilər qeydiyyatda olduğu üçün “Qüds məhkəmə qanunları” anlamında “Asise de Jerusalem” adıyla bilinmişdi. İtaliya ticarət burjuaziyasının qazancları təməlində, Roma hüququnun incəliklərindən uzaq, cəngavərlərə əyləncələr verən bu kobud hüquq dini ifadələrlə qarışdırılmışdı.

YƏHUDİLƏR VƏ DİGƏR İNANCLARIN MƏNSUBLARI

Yəhudilər bölgənin böyük xristian dövləti Romanın təzyiqi və zülmü altındaydılar. Xristianlardan həmişə çəkinmişdilər. Gördükləri zülmə reaksiyalarını Bizansın düşməni perslərlə birlik olaraq, İslamiyyət ortaya çıxdığında isə müsəlmanların tərəfində olaraq göstərmişdilər. Yürüşlərin başından etibarən də xaçlılara qarşı müsəlmanların yanında yer aldılar. Buna görə bütün yürüşlər boyunca Avropada böyüdülmüş və bəslənmiş yəhudi düşmənliyini də təsirlənməsi ilə xaçlılar tərəfindən tapıldıqları və yaxalandıqları hər yerdə qırıldılar, qətl edildilər. Xaçlıların hədəfi olan və ələ keçirilən bütün bölgələrdə yəhudi əhalisi azaldı. Səlib yürüşləri başlayarkən yalnız İraqdakı yəhudi əhalisi 600 mindən çox idi. Haham Bencamin 1165-ci ildə etdiyi səyahət və araşdırmanın nəicəsində Məqribi çıxmaq üzrə İslam imperiyasının hüdudları içində 300 min yəhudi qaldığını müəyyənləşdirmişdi. Yürüşlər sonunda Qüdsdə və yaxın böyüklükdəki önəmli şəhərlərdə tək xanalı sayda yəhudi olduğuna, hətta bəzi şəhərlərdə heç yəhudi olmadığına müxtəlif mənbələrdə rastlaşmışdı.

ORTA ŞƏRQ VƏ ŞƏRQ GÜCLƏRİ. TÜRKLƏR, ƏRƏBLƏR VƏ İSLAMİYYƏT

Səlib yürüşləri türklərin Avropaya doğru istiqamətində gecikdirici bir rol oynadı. Ancaq bir az uzun dönəm ələ alındığında durum dəyişikdir. Birincisi, yürüşlər parçalanmış Orta Şərq dünyasında bir birlik ehtiyacı doğurduğundan bir neçə əsr içində türklər liderliyində güclü İslam gücü yarandı. Yenə xaçlılar sayəsində bu güc mərkəzləşdi. İkincisi, XIII əsrin əvvəlində Bizansın xaçlılar tərəfindən çökdürülməsi türklərə və İslama qarşı ən önəmli əngəlin ortadan qalxması ya da ən azından o əngəlin son dərəcə zəifləmiş olması türklərin inkişafını və Qərbə doğru yayılmasını asanlaşdırdı. Osmanlı dövlətinin ortaya çıxması və güclənməsində Bizansın səlib yürüşləri nəticəsində gücünün tükənməsinin və yürüşlərin məğlubiyyətinin böyük çətinliklər içinə soxduğu Avropa ölkələrinin yetərsizləşməsinin önəmli rol oynadığını deyə bilərik. Osmanlılar yürüşlərin xristian dünyanı yorması və parçalaması üzündən asanlıqla Frakiya və Balkan yarımadasına keçdilər, yürüşlərin şərq və qərb xristianlığını bir-birindən ayırması üzündən İstanbulu ala bildilər, xaçlıların Avropadakı təxribatı üzündən Vyana divarları önündə ordugah qura bildilər.

Yürüşlər dönəmindəki monqol istilası xaçlıların Orta Şərq güclərini məşğul etməsi və zəifliyə uğraması nəticəsində asanlaşmışdı. Xaçlılar monqolların çox böyük müqavimət görmədən böyük təxribat törətmələrinə yol açdılar. Səlib yürüşləri olmasaydı, ərəblər monqol hücumlarına qarşı daha yaxşı dayanmaq imkanı tapa bilərdilər.

Ticarətdə italyanların müəyyənedici varlığına rəğmən Aralıq dənizi bir neçə əsr boyunca təkrar İslam hakimiyyətinə keçdi və tamamilə “türk gölü” halına gəldi.

Şərqin Aralıq dənizi hakimiyyəti çox yüksək səviyyəyə çıxdı, amma bunlar əsrlər boyunca mənfi nəticə oldu. Aralıq dənizi hakimiyyəti okean yollarını axtarmağın və başqa yollardakı potensialın arxasınca düşməyin lazımsız hala gəlməsi nəticəsində dünyaya açılmağın əngəlinə çevrildi. Aralıq dənizi ilə kifayətlənən “Şərq” (yəni İslam) Aralıq dənizi xaricini avropalılara buraxmış, bir növ hədiyyə etmiş oldu. İlk iqtisadi, siyasi və mədəni qloballaşmanın sahibinin Avropa olması İslamın qloballaşmağa ehtiyac duymaması ilə bağlı idi.

Yürüşlərin təzyiqi nəticəsində İslamiyyət çətin dönəmlər keçirtdi. Böyük güc itkisinə sonrakı əsrlərdə dini geriləmə və gericiləşmə yoldaşlıq edəcəkdi. İslam dünyasındakı sarsıntı avropalılardakının bənzəri fanatizmə və tolerantsızlığa yol açdı. Bundan bölgəyə gələnlər yanında bölgədə olan hər kəs payını aldı.

Səlib yürüşlərinin İslam dünyası içindəki nəticəsi türklərin İslamın əsas müdafiəçisi və yeganə təmsilçisi halına gəlmələridir. Yürüşlər ən çox türklərin dövlətləri, hərbi təşkilatlanmaları tərəfindən və İslam ölkələrinin hakimiyyətində olmaları ilə püskürdüldü. Yürüşlərdən sonra türklər İslam dünyasının artıq həm hərbi, həm də siyasi liderləri oldu. Necə ki, yürüşlərdən bir neçə əsr keçdikdən sonra xilafətin türklərə keçməsi ilə və bunun qəbul görməsi ilə İslam dünyasını təmsil səlahiyyəti də türklərə keçmişdi.

SƏLİB YÜRÜŞLƏRİNİN DÜNYA TARİXİ VƏ İNSANLIQ DƏYƏRLƏRİ BAXIMINDAN NƏTİCƏLƏRİ 

Səlib yürüşləri avropalılara Aralıq dənizi ilə Şərq qapısı və yolunun qapandığını, bu mövzuda artıq bir şanslarının qalmadığını göstərmişdi. Bunun yol açdığı proses isə baş yollar axtarmaq və Şərqə başqa yollardan getmək istənilməsi idi.

Kəşflərin aparılması və okean yollarının dövrəyə girməsi ilə Aralıq dənizi və Avropa imperiyalarına dünya tarixində müstəmləkə imperiyaları olaraq ortaya çıxan qlobal imperiyalar əlavə olunacaq, yeni dönəm başlayacaqdı. Bu baxımdan səlib yürüşləri tarixdəki ilk “qloballaşma”nın səbəbi, təməli və itələyici gücü olmuşdu. Bu qloballaşma birincisi “avropalıların qloballaşması”, ikincisi isə “xristianlığın qloballaşması”dır.

Avropalıların bu qloballaşmasına İslamiyyətin əlindəki Aralıq dənizinin qatılması isə XVIII əsrdən sonra avropalıların buxar gücü sayəsində olacaqdı. Avropalılar buxar gücündən istifadə edə bildiyi üçün o günlərdə bütün dünyada olduğu kimi Aralıq dənizində də üstün hala gəlmiş, əsrlər boyu xaricində qaldığı bu sahədə də hakimiyyyət qurmuşdu. Texniki üstünlük güc balanslarını və nəticədə tarixin seyrini dəyişdirəcəkdi. Tarixdə hər zaman olduğu kimi yeni dövrdə də atları olanlar ata minməyənləri, topları olanları topu tanımayanları dizə gətirirdi.

Səlib yürüşləri müharibə üçün birlik hədəfləmişdi. Xristianlığın ideoloji təzyiqi və öz məzkəzləşməsi ilə təmin etdiyi bu “müqəddəs müharibə birliyi” Avropa siyasi və mədəni birliyindən çox avropalı kütlələrin insan gücü olaraq bir araya gətirilməsi şəklində idi. Avropa xristianlığının dini mərkəz ətrafında bu ortaq hərəkat proyekti əsrlər boyu sönməyən həvəslərə və yersiz cəhdlərə qaynaqlıq etdi. Zaman-zaman da Avropanın siyasi və iqtisadi biriyi planlarının iilhamı və təməli oldu. Buna görə Avropanın proyektləri müharibə ya da din (ya da “müharibə və din”) təməli üzərində yüksəldi. XX əsrin Avropa Birliyi proyekti də, digər Avropa “birliyi” proyektləri kimi bir “xristian birliyi” olaraq önəmli ölçüdə xaçlı ruhunun mirasıdır. Ancaq bu dəfə xaçlı birlik Avropanın siyasi və iqtisadi birliyinin olmağın xaricində  Avropanın german qolunun (Almaniya və ya Fransanın) bir liderliyi və cəhdi olaraq Avropanın bir dünya gücü və “çox qütblü dünya”nın qütblərindən biri olmaq məqsədinə dönükdür.

Səlib yürüşləri “din müharibələri”nin əslində din müharibəsi olmadığını -daha o zamandan- göstərdi. Toqquşanlar sivilizasiyalar deyil, iqtisadi qazanclar üçün mübarizə aparan siyasi təşkilatlar idi.

Səlib yürüşləri insanlıq tarixinə həm coğrafi genişlik baxımından, həm qatılan qadın və kişi sayı baxımından, həm də inanılmaz və qəbul edilməz ölçüdəki vəhşəti baxımından bənzərsiz bir hücum, müharibə və utanc nümunəsi hədiyyə etdi.

Fələstinə çatmaq üçün gedilən yollarda xristianlıqla və işlədilən ifadələrlə heç bir əlaqəsi olmayan, hətta bunlara tamamilə tərs olan qorxunc praktikalar, yağmalar, lazımsız soyqırımlar avropalı xaçlılara pis şöhrət qazandırmış, bu ürpədici şöhrət Qüdsə özlərindən öncə çatmışdı. Daha önəmlisi, bu pis şöhrət əsrlər sonraya belə daşınmış və qurtarılmayacaqları şəkildə üzərilərinə yapışmışdı.

Səlib yürüşləri ilə avropalılar tarixə böyük insanlıq cinayəti əlavə etmiş oldular. Səlib yürüşləri xristianlığın “müqəddəs ittifaqları”nın lazımi və məhsulu olaraq əsrlər boyu davam etdi. Avropalılar XVIII əsrə qədər də səlib yürüşlərinə sahib çıxdılar, yürüşlərini həmişə müdafiə etdilər, hətta müqəddəsləşdirdilər. O dönəmdən sonra bundan vaz keçilmişdi. Zamanında qanuni olduğu ictimai qəbul gördüyü üçün üzərində durulmayan, düşünülməyən, buna görə də anlaşılmayan, ancaq zaman keçdikcə görünürləşən bu saldırğanlığın xristian avropalılar üstündəki ağırlığı onları XIX əsrdən sonra əməllicə əzməyə başlamışdı. XX əsrə qədər qərblilər Şərqə hücumlarına “səlib yürüşləri” demədilər. Və yürüşlərin günahı ən son 2000-ci ildə birbaşa “Qərb kilsəsi”nin mərkəzi tərəfindən səlib yürüşlərinin məsulu və sahibi olan katolosizm tərəfindən qəbullandı və sərgiləndi. Papa II Con müqəddəs torpaqlara ziyarətinə çıxmadan öncə Roma kilsəsinin dinə sığanaraq işlətdiyi günahları etiraf etdi və bu günahlar üçün xristianlıq adına bölgə xalqından üzr xüsusiyyətində olan açıqlamalar verdi.

0 comments :

Post a Comment