100
il əvvələ qədər İngiltərə günümüzdəki profilinə heç də uymayan “arvad satmaq” ənənəsinə
sahib idi. Kişi yoldaşının boynuna ya da əllərinə ip bağlayır və yerli bazara aparırdı. Bədbəxt evliliklər beləcə
sona çatırdı.
XVII əsrdə
başladığı təxmin edilən və əsasən orta təbəqəli ailələrdə görülən ənənənin
boşanmağın bahalı və qarmaqarışıq olmasından qaynaqlandığı irəli sürülməkkdədir.
1857-ci ildə qüvvəyə minən “Matrimonial Causes Act”dan öncə boşanmaq bahalı və
qarmaqarışıq idi. Boşanmanın reallaşması
üçün parlamentdən özəl qanunun çıxarılması lazım idi və bu, olduqca bahalı idi.
Hüquqşünas və tarixçi Ceyms Brays 1901-ci ildə aktual olaraq “arvad satmaq” ənənəsinin
davam etdiyini yazmaqdadır və satılan qadının şikayəti ilə qeydiyyata keçmiş
olan son arvad satışı da 1913-cü ildə reallaşmışdı. 1932-ci ildə 100 il əvvəlki
sayını faksmile yayımlayan “The Times” qəzetindəki xəbərə görə yoldaşını auksionla satan kişi xalqına
belə xitab edirdi:
“Centlmenlər!
Arvadım Uilyamsonu, başqa adıyla Mey Tompsonu auksiona çıxartdım. Ən yüksək məbləği
təklif edənə verəcəyəm. Hər şeyi açıq deyirəm. Heç bir şey gizlətmirəm. Bu
arvad qoynumda bəslədiyim ilandır. Onu evimi idarə etsin, rahat olum deyə
aldım. Halbuki başıma bəla oldu. Evimin rahatlığı pozuldu. Gecələri hücumuna,
gündüzləri şeytanlıqlarına dözümüm qalmadı. (Xalq arasında yüksək səslə gülüşmələr)
“Tanrım,
bizləri sıxıcı qadınlardan, oynaq dullardan mühafizə et” dediyim zaman candan
dua etdiyimə əmin olun. (Xalq arasında
gülüşmələr)
Bu
kimi qadınlardan qudurmuş köpəklərdən, kükrəyən aslanlardan, dolu tapançadan, vəbadan,
Etna vulkanından, hər hansı fəlakətdən çəkinən kimi çəkinirik.
Sizə
arvadımın fəna və qorxunc cəhətlərini açıqca anlatdım.
İndi
yaxşı xislətlərinin parlaq cəhətlərini də danışım: Roman oxuya, inək sağa
bilir. İstədiyi anda gülər, istədiyi
anda ağlayar. Susayanda yekə stəkan Ales pivəsini dibinə qədər boşaldır.
Arvadımı
gördükcə şairin bu beyti ağlıma gəlir:
“Tanrım
qadına gülmək və ağlamaq və beləcə insanları iğfal etmək xislətini ixsan
etmişdi.”
Arvadın
kərə yağı hazırlaya, xidmətçini təqdir edə və paltarlarını yuya da bilir.
Viski,
cin və rom hazırlaya bilməsə də, bunlarını yaxşısını pisindən təcrübə ilə çox
gözəl ayıra bilir.
Bütün
məziyyətləri və nöqsanları ilə arvadımı 50 şilinqə satıram.”
Ueyd
Mansell və Belinda Metyarda görə bu ənənənin davam etməsindəki əsl faktor
iqtisadi səbəblər deyil, satışın hüquqi cəhətdən məcburi sahib olduğu düşüncəsinin
varlığıdır. (Qanunlarda bir təməli olmamasına rəğmən) Bəzi kişilər qadının məsuliyyətindən
qurtuluşunu zəmanətə almaq üçün satışı yazılı şəkildə edərdilər.
Dövlət
rəsmiləri bu ənənəyə bəzən müdaxilə edərdi, amma çox zaman isə göz qırpardı.1819-cu ildə bir hakim satışa əngəl olmaq istəmiş, amma ictimaiyyət tərəfindən
daşlanmış və oradan sürətlə uzaqlaşmaq məcburiyyətində qalmışdı. Eyni hakim daha sonra bu ənənəni əngəlləməyə
haqqı olmadığına inandığı söyləmişdi. Kasıbların qaldığı xalq evlərinin rəsmiləri
də kişiləri yardım almaq yerinə yoldaşlarını satmaları üçün məcbur edərdilər.
Arvad
satışları qarşılıqlı riza ilə də olurdu. XVIII əsrdə qadınların dirəndiyinə
dair heç bir iz yox ikə XIX əsrdə ilk şikayətlər qeydiyyata keçmişdi. Qeyd etmək
lazımdır ki, satılmaq üçün israr edən qadın belə vardı. Bəzən satın alan kişi
qadının aşiqi ola bildiyi kimi bu satışın 1 dollar kimi şouluq pulla edildiyi də
olmuşdu.
Araşdırmaçılara
görə bu ənənə sadəcə orta təbəqəli ailələrdə deyil, varlı sayıla biləcək ailələrdə
də həyata keçirildi. Arvadını satdığını parlamenetdə qeydiyyatdan keçirən və
daha sonra parlamant üzvü olan belə vardı.
Yenə
Ceyms Braysın yazdıqlarına görə ilk qadın satışı 1302-ci ildə “arvadını sənədlə
birgə başqa birinə bağışlayan” adam tərəfindən reallaşmışdı.
0 comments :
Post a Comment