Hans
Holbeyn tərəfindən 1533-cü ildə çəkilən “The Ambassadors” adlı bu rəsm əsəri əslində
gördüyümüz deyil, görə bilmədiyimiz şeylərə əlaqəlidir.
Tablonun
çəkildiyi dövrlərdə İngiltərə Romadakı katolik kilsəsindən ayrılmaq qərarından dolayı
çalxantılı günlər yaşamaqda idi. Holbeyn o sıralarda kral olan VIII Henrinin özəl
rəssamı idi. Solda bahalı geyimlər içində təsvir edilən Fransanın Londondakı səfiri Jan de
Dentevil eyni zamanda rəsmi sifariş edən adamdır. Sağda daha təvazökar geyim
içində təsvir edilən yepiskop Jorj de Selv isə Fransanın Venesiyadakı səfiridir. İkisi də Henriyə
göz-qulaq olmaq o sıralar İngiltərədə idilər.
Soldakı
səfirin əlində bir xəncər var və üzərində
yaşı qeyd olunub: 29. Sağdakı elçi isə dirsəyini bir kitaba dayamş durumdadır.
Kitabın üstündə də onun yaşı qeyd
olunub: 25
Xəncər
və kitab...
Tablodakı
2 elçi ön planda görünsə də, əslində önəmli olan ortadakı nəsnələrdir. Təsadüfi
dağılmış kimi görünən bu nəsnələrin hər birinin anlamı var.
Yuxarıdakı
rəfdə daha çox ölçü və astronomiya ilə bağlı şeylər dağılmış durumdadır. Portativ günəş saatının üzərindəki tarix 11 apreli göstərir. Bu tarix 1533-cü
ildə Pasxa bayramından əvvəlki cüməyə-xristian təqvimində İsanın çarmıxa gərildiyi
günə-dəng gəlir.
Aşağıda
isə dünyaya aid şeylərdir. Qlobus dini reformların dünyanı kəllə-mayallaq
etdiklərii simvol edərcəsinə başı aşağı durur. İlahilər yer alan kitab alman din
reformçusu Martin Lüterə aiddir. Arifmetika kitabında səhifə bölmə
mövzusundadır. Burada ən diqqət çəkici şey isə yaxından baxıldığında bir
telinin qopuq olduğu müşahidə oluna bilən uddur. Ud perspektivi öyrənərkən
ttez-tez istifadə olunan nəsnədir. Qopuq olan tel də incəsənət tarixçilərinə
görə simvolik olaraq dövrün fikir ayrılıqlarına mesaj göndərməkdədir.
Bütün
hər şey mozaik döşəmədədir. Döşəmə mükəmməl xətti perspektiv yardımı ilə kətana
köçürülmüşdü. Döşəmədəki naxışlar əslində Vestminster abbatlığı kilsəsinə
aiddir və bu naxışlar kainatdakı nizamı təmsil edirlər.
Qısacası,
tablo davamlı olaraq dilemmaların ətrafında dönüb durur. Sağ və sol olaraq analiz
etsək, aktiv həyata qarşı fikri həyat. Alt və üst olaraq baxsaq, bu dünya və
ölümdən sonrakı dünya.
Ancaq
bu tabloda üzərində ən çox danışılmalı olan şey ən öndə diqqətsizcə yerləşdirilmiş
bir taxta parçası kimi görünən şeydir. Bu taxta parçasına daha yaxından və
baxış bucağınızı dəyişdirərək baxdığınızda anlayırsınız ki. əslində bu, qüsursuz kəllə
sümüyüdür. Bu, anamorfik olaraq uzadılmış çalışmadır. Üstündə duran ud
ilə kəllə sümüyünün pozulma baxışları bir-biri ilə eynidir.
Holbeyn
bu tablosunu çəkərkən ona fikir verən yaxın dostu vardı. Alman riyaziyyatçı və
astronom Nikolas Krasser. Bütün bu nəsnələrin bu istiqamətdə çəkilməsində onun
da payı böyükdür.
Kəllə
sümüyünü görmək üçün baxışınızı dəyişdirdiyinizdə tablo bulanıqlaşır, təblonu
müşahidə edərkən də kəllə sümüyü. Möhtəşəm mesajdır. Bütün mesajlar son dərəcə
real işlənərkən kəllə sümüyü qeyri-realdır. Sənətkar fövqəltəbii olanı təbii
biçimdə işləməmiş, bizi ziddlikləri görməyə məcbur etmişdi.
Tablodakı
mesajlar bunlarla məhdudlaşmır.
Diqqətlə
tablonun sol üst köşəsinə pərdənin arxasına baxdığınızda orada gizli obyekt
müşahidə olunmaqdadır. Çarmıxa gərilmiş İsa heykəli.
Bu rəsm
əsəri ön planda 2 səfirin uğurlarını öymək üçün çəkilmiş kimi görünsə də, arxa
planda rəsmin içinə saxlanmış obyektlər fərqli mesajlar verməkdədir.
Həyat
ilə ölüm, real ilə qeyri-real arasında gedib-gələn mesaljar...
0 comments :
Post a Comment