Orta əsrlərdə oxlarla mübarizə aparır və ya
keçmişə gedib Yüzillik müharibəyə qatılırsınızsa, əlinizə yay və ox almağınız
son dərəcə normaldır. Eyni silahlarla İkinci Dünya Müharibəsinə qatılmaqsa
tamamilə dəlilikdir. Amma çılğın bir əsgər heç də belə düşünmürdü.
Əlinizdə
qılınc. Qarşınızda isə toplar, tanklar, tüfənglər. Xeyli qorxunc olsa da, bunu
həqiqətən yaşamış biri var. “Mad Jack” ləqəbli Con Malkolm Torp Fleminq "Cek" Çörçill. "Dəli Cek"ə görə heç bir silah yay və qılıncdan daha etibarlı ola bilməzdi.
Çörçill
ilk öncə 1926-cı ildə Krallıq Hərbi Akademiyasını bitirdi. Sonraları bir qazetdə
redaktorluq etdi, modellik karyerasına atıldı, yetməzmiş kimi bir də oxçuluq
mövzusunda mütəxəssis oldu. Bu bacarıqları ona 1924-cü ildə “Bağdad oğrusu” filmində kiçik rol oynamaq imkanını gətirdi. Bütün bu işlərin arasında Norveçdəki 1939-cu il dünya
çempionatına getdi və oxçuluq bacarıqlarını burada da sərgilədi.
Bunlar
reallaşarkən Avropa İkinci Dünya Müharibəsinə doğru addım-addım sürüklənirdi. Dəli
Cek 10 illik xidmətdən sonra ayrıldığı orduya “Ölkəm mənsiz ağır durumdadır”
deyərək geri döndü. 1940-cı illərin ortalarında özü bir piyada bölüyündə ikinci
komandir idi. Müharibələrə hər zaman
müdafiə etdiyi, modasının keçdiyini heç cür qəbul etmədiyi 2 ağızlı qılıncı və
oxları ilə gedərdi.
“Dəli
Cek” Çörçillə görə qılıncı olmadan savaşa girən hər əsgər yanlış qurşanmışdı.
Qaldı ki müharibə sahəsində etdikləri, bu silahları sadəcə dekorasiya məqsədli
qurşanmadığının sübutu idi. Çörçill 300 min əsgərin əsir qaldığı dəhşətli
Dünkerk müharibəsi əsnasında bir alman əsgərini oxuyla vurmuşdu. Daha sonraları
Çörçillin üzərində bir alman əsgərinin kaskasının olduğu motosikleti ilə gəzdiyi
görülmüşdü.
Aylar
irəlilədikcə “Dəli Cek” Çörçillin də şöhrəti artırdı. 2 bölüyə birdən komandirlik
edən əsgər Norveçdə alman qarnizonuna təşkil olunan “oxçuluq əməliyyatı”na könüllü olaraq qatıldı. 1943-cü ildə isə
qılıncı ön planda idi. Salernoda komandir olan Çörçill birlikləri ilə müharibə
sahəsində xətlər halında savaşmaq məcburiyyətində qalmışdı. Bu cür müharibə
üçün lazım olan təlimi almamış olan əsgərlərinin önündə böyük cəsarətlə
qılıncdan istifadə edərək irəliləyən “Dəli Cek” birliyini hərəkətə keçirmişdi.
Bu müharibənin
ardınca Yuqoslaviyaya göndərilən Çörçill buralarda almanlara hücum edəcəkdi. 3
fərqli nöqtədən planlanan böyük hücum sxeminin özünə düşən ayağında bir təpəyə
dırmaşan “Dəli Cek” arxasına baxdığında sadəcə 5 əsgərin dırmanışı bacardığını
görəcəkdi. Edəcəyi bir şey qalmamışdı, adamlarıyla birlikdə əsir alındı.
Sorğulama
edildikdən sonra “Dəli Cek” Çörçill həbs düşərgəsinə yerləşdirilmişdi. Almanlar
soyadından dolayı özünün Uinston Çörçill ilə qohum olduğunu düşünmüşdülər. Rütbəsinin
də yüksək olması səbəbi ilə seçilmiş məhbus olaraq qəbul edilirdi. 1945-ci ilə
qədər bu şəkildə tutulduqdan sonra olduğu düşərgənin işıqlandırma sistemi
pozulunca əlinə keçən bu ilk fürsəti dəyərləndirdi və qaranlığın ortasında
qeyblərə qarışaraq xilas oldu.
Yenə
də “Dəli Cek” xilas olmaqla maraqlanmırdı. Mübarizəsiz keçən, ölkəsinə xidmət
edə bilmədiyi 1 ilinə üzülürdü. Bu səbəblə evə qayıtmadı və müharibənin hələ
davam etdiyi Yaponiyaya getmək qərarı aldı. Oraya çatdığında isə Naqasaki və
Hiroşima çoxdan bombalanmış, müharibə artıq tamamilə bitmişdi.
“Dəli
Cek” Çörçill məsələ ilə bağlı “Lənətəgəlmiş yankilər olmasaydı, daha 10 il
savaşa bilərdik!” deyəcəkdi. Müharibənin bitməsinin ardınca paraşütlə
maraqlanan, sonra Fələstində I bölüyün başına göndərilən “Dəli Cek” 1959-cu ildə
pensiyaya çıxdı və 1996-cı ildə dünyasını dəyişdi.
0 comments :
Post a Comment