Sunday, 22 October 2017

Şeytanın vəkili


Keçmişdə Lion gestapo şefi Klaus Barbidən tutmuş məşhur terrorçu “Çaqqal” Karlosa qədər ən qəddar cinayətkarları müdafiə etməyi adət halına gətirən Jak Verjes dünyanın ən parlaq vəkilləri arasında yer alırdı.

15 avqust gecəsi bir neçə ildir həyatını paylaşdığı Solaj markizi Meri-Kristina de Solaj doktorlara zəng vuranda artıq ediləcək bir şey qalmamışdı. Verjes ölümünü “eşq dolu, yumşaq və üzündən heç bir zaman əskik etmədiyi gülümsəməsi ilə qollarımda gözlərini yumdu” sözləri ilə anladır. Eyni axşam Verjesin cəzairli inqilabçı və “bombardmançı” Cəmilə Buhireddən olan 2 uşağı atalarının yanına gələrək son səfərinə yola salmaq üçün dua etdilər. Sevənləri olduğu qədər özünü şeytanın vəkilliyini etməklə günahlandıranlar da böyük ustanın önündə hörmətlə əyildilər.

Asan deyil Karlosu, Klaus Barbini, Qızıl Kxmerləri və ya Fransaya çox çəkdirən əlcəzairli inqilabçıları müdafiə edərək hörmət görmək.

DOĞUMUNDAN BAŞLAYAN GİZLİ HƏYAT
Jak Verjesin alışılmışın xaricində inkişaf edən gizli həyatı bir o qədər gizli doğumu ilə birlikdə başlayır. Fransaya bağlı Reyunyon adasından gələn və Fransanın Tailand baş konsulu olan atanın vəzifə müddəti sırasında vyetnamlı müəllimlə yaşadığı qeyri-qanuni münasibətdən dünyaya gələn Jak Verjesin doğum tarixi 5 mart 1925-ci il olaraq görünsə də, “Verjes-kölgələrin vəkili” kitabının müəllifi Bernar Violeyə görə bu tarix gerçəyi əks etdirmir. O zamanlar 8 yaşında olan bacısının dediklərinə görə 1 il əvvəl 20 aprel 1924-ci ildə Laosda dünyaya gələn Verjes konsul olan atasının qeydləri dəyişdirməsi ilə anasından qoparılır. Jak Verjes saxtakar ata, saxta kimlik və həyatı boyunca gizli tutmağa çalışacağı ailə sirləri ilə yaşadı. Atası və bacı-qardaşı ilə Fransaya qayıdan Verjes özünü digərlərindən ayıran mələz fizikasını soğrulamağa başlayır. Bundan bir neçə il öncə jurnalistə verdiyi reportajda uşaqlığını “Özümü çox tez fərqli hiss etdim. Suveren olan modelə uymadan, azad və cəsur şəkildə özümü yaratmaq lazım olduğunu anladım. Müstəmləkəçilik və keçmişdə olanlar ağlımı məşğul edirdi, çünki mən də bu keçmişin məhsulu idim” sözləri ilə anladır.

CİNAYƏTİ DEYİL, CİNAYƏTKARI MÜDAFİƏ EDƏN VƏKİL
17 yaşında Fransa Kommunist Partiyasına üzv oluşunu “müstəmləkəçiliyə qarşı çıxan tək partiya idi” sözləri ilə anladan Verjes 1950-ci illərdə Fransanın Əlcəzairlə girdiyi müharibə sırasında həyatını riskə atmaq bahasın Fransanın qarşısında yer alaraq özünü Milli Qurtuluş Cəbhəsii müdafiə edərkən tapır. Bu sırada terrorçuluqda ittiham edilən və edam cəzası ilə mühakimə olunan Cəmilə Buhiredin edam edilməsini önləyən və sərbəst qalmasını təmin edən Verjes müsəlmanlığa keçərək gənc cəzairli ilə evlənir və 2 uşaq sahibi olur. Tarixi məhkəmənin ardınca saysız təhdid alan və bir çox sui-qəsd cəhdindən qurtulan Verjesin digər gizli tərəfi isə 1970-78 illər arasında ortadan itməsi və özündən bütün bu müddət boyu xəbər alına bilməməsidir. Bu müddət haqqında ortaya atılan bəzi dedi-qodulara görə Kambocada Qızıl Kxmerlərlə gizlənirdi. Fələstində olduğunu və ya Afrika diktatorlarına olan borcundan qaçdığını iddia edənlər də oldu. Jurnalistlərin israrlı suallarına rəğmən bu dönəmi heç bir zaman anlatmadı. Sirlərini özüylə bərabər məzara götürsə də, bir neçə ipucu verməkdən özünü saxlaya bilməmişdi: “Fransanın olduqca şərqindəydim, bir az hər yerdəydim, amma Pol Potla deyildim”. 1978-ci ildə Fransaya geri dönən Jak Verjes əsl bombasını 1983-cü ildə keçmiş nasist olan Lion gestapo şefi Klaus Barbini müdafiə edərək partlatdı. “Bir nasistin müdafiə ediləcək nə kimi bir tərəfi ola bilər?” deyə düşünülə bilər, amma Verjesin bunu soruşanlara çox dəqiq cavabı vardı: “Mənim ehtirasım müdafiə etməkdir. Cinayəti deyil, cinayətkarı müdafiə edirəm”.

HƏR KƏSƏ QARŞI TƏK BAŞINA
Özünə “şeytanın vəkili” deyilməsinə səbəb olan bu məhkəmədə Verjesin xarakteri də gözlər önünə sərildi. Jurnalist Jerar Şmittə görə hər kəsə qarşı tək başına qalmağın Verjesə sonsuz həzz verdiyi aşkar idi. Bütün kameralar ona dönmüş olur, məhkəmənin ulduzu olurdu. Verjesin “Küfürlər, tüpürcəklər, atılan daşlar altında vəzifəmi yerinə yetirməyə çalışmaq heç vaxt vaz keçməyəcəyim zövqdür” cümləsi hər şeyi yekunlaşdıran cinsdəndir. Məhkəmələri qazanmasa da, cinayətkarları müdafiə etməkdən heç vaxt vaz keçmədi. Parlaq və ağıllı müdafiələri ilə prokurorları, hakimləri və mətbuatı dizə gətirən Verjes məhkəmənin toplum önündə qazanıldığını çox yaxşı qavramışdı. Bu sayədə ən cani terrorçulardan Karlosu cani olmaqdan çıxarda bildi və əfsanəyə çevirdi. 15 avqust 2013-cü ildə 88 yaşında Parisdəki evində 1778-ci ildə Volterin öldüyü otaqda həyata gözlərini yumduğunda müzakirəsiz hər kəs bu usta vəkilin önündə hörmətlə əyildi.

0 comments :

Post a Comment