Saturday, 21 October 2017

Əlcəzairli Cəmilə

 20-ci əsrin ən önəmli qadın azadlıq mübarizlərindən və simvollarından biri olan cəzairli Cəmilə Buhiredin adı bilərək bəzi çevrələrdə unutdurulmağa çalışılır. O, Əl-Cəzairin Fransa müstəmləkəsi olmaqdan qurtulması yolunda aparılan mübarizənin ən önəmli qadın qəhrəmanıdır.

Cəmilənin hekayəsi 1930-cu ildə cəzairli idarəçinin fransız təmsilçisinə həqarət etməsi nəticəsində Fransanın ölkəni işğal etməsi ilə başlayır. Cəzairlilər cəsarətlə savaşırlar, ancaq silahsız və sayca çox azdırlar. Təqib edən 5 il içində ölkənin bərəkətli torpaqlarına əl qoyulur və fransız mülkədarlara təxsis edilir.

Cəmilə Buhired 1935-ci ildə Əl-Cəzairdə doğuldu. Orta təbəqə ailənin uşağı olaraq böyüdü. Uşaqlıq və gənclik illərində Əl-Cəzair Fransanın işğalı altında idi.

Cəmilə hələ 10 yaşında ikən 1945-ci ildə Fransa İkinci Dünya Müharibəsinin sona çatmasını fürsət bilərək Setifdə cəzairlilərə qarşı böyük qətliama girişdi. Tarixə “Setif qətliamı” olaraq keçən bu qara gün Əl-Cəzair xalqının müstəqillik arzusunu daha da alovlandırdı. Özəlliklə bu qətliamdan sonra əksəriyyəti şagird-tələbə olan cəzairli gənclər Milli Qurtuluş Hərəkatına (FLN) qatılmağa başladılar.

Cəmilə nadir rastlanan zəkaya sahib, cəsur tempramentli, hər cür haqsızlığa üsyan edən gənc qızdır. “Ömür boyu həbsdənsə, edam daha azad seçimdir” deyən Cəmilə ibtidai sinifdə hər səhər oxudulan “Anamız Fransa” marşını “Anamız Əl-Cəzair” deyə oxuduğu üçün məktəbdən uzaqlaşdırma aldı. Həyatındakı ilk önəmli qığılcım bu idi. Daha sonra 1954-cü ildə FLN-ə qatıldı və fədailər qrupuna girdi.

İnqilab müddətində Milli Qurtuluş Cəbhəsi komandiri Saadi Yazevin əlaqə casusu olaraq çalışdı. Ayrıca bir ara Əl-Cəzairin paytaxtı Əl-Cəzairdə silahlı hərəkətlərdən də məsul olduğuna dair doğrulanmamış bir çox hesabat var.

1954-65-ci illər arasında Əl-Cəzair inqilabı Asiya və Afrikanı sarsıdan, İkinci Dünya Müharibəsindən sonra müstəmləkəçilik əleyhinə mübarizələrin ən güclülərindədir.

Müstəmləkə rejiminin bütün cəbhələrinə yönəlik silahlı hərəkətləri də əhatə edən milli qurtuluş mübarizəsi kəndlilər arasında yayğın dəstək tapır. Şəhərlərdə FLN qısa zamanda sağlam simpatiya kütlə qazanır.

Fransa bu mübarizəyə qarşı müasir ordusunun bütün silahlarını səfərbər edir. 7 il sürən müharibədə 40.000-dən artıq əsgər-hava qüvvələrinin üçdə ikisi və donanmanın yarısı daxil-müharibədə iştirak edir.

Təyyarələrin, tankların və dəniz mühasirəsindən əlavə Tunis və Mərakeş sərhədlərinə elektrikli barrikadalar yerləşdirilir, asiləri təcrid üçün dənizdə sualtı darama torları istifadəyə verilir və xalqın yararlanmasını önləmək üçün məhsul və kənd təsərrüfatı vasitələrini yox etmək siyasəti ilə 8000-dən artıq kənd məhv edilir.

İki yarım milyon insan müharibə nəticəsindən yerlərindən edilmiş və bu durum bir milyondan artıq adamın ölümünə səbəb olmuşdu.

300.000-dən artıq yetim uşaq şəhərləri doldurmuş, 300.000 cəzairli qurtuluş mübarizəsinin dəstək gücləri halına gəldikləri Mərakeş və Tunisə çəkilmişdi.

Cəmilə Buhired Fransaya qarşı aparılan bu dirəniş mübarizəsinin həmişə ön sıralarında yer aldı. Bir basqında tutulur və paytaxtdakı fransız restoranlarına bir çox adamın ölümünə yol açan bombalar yerləşdirməkdə günahlandırılır. Ağır işgəncələrdən sonra məhkəmədə cinayətkar elan edilir və 1957-ci ildə ölüm cəzasına çarpdırılır.

Cəmilənin məhbusluğu əsnasında Əl-Cəzairdəki hakim və prokurorlardan gizli təklif gəlir. Cəmilə onların seçəcəyi rəsmi mütəxəssis tərəfindən kontrol ediləcək və sonra ağlının başında olmadığına bağlı veriləcək hesabatla rəsmən dəli rəftarı görəcək və o dəqiqə buraxılacaq. Cəmilə hər şərəfli azadlıq mübarizi kimi bu iyrənc təklifi rədd edir.

Ancaq Cəmilənin fransız vəkili bu gülünc məhkəmədə alınacaq məğlubiyyəti qəbul etməyə razı deyil. Cəmilənin məhkəməsindəki və digər məhkəmələrdəki rolu ilə beynəlxalq şöhrət qazancaq olan vəkil Jak Verjes dünyanın ən ucqar guşələrinə qədər uzanan kompaniya başladır.

Simona de Bovuar və Fransuaza Saqan kimi məşhur fransız yazıçıları da bu kompaniyaya dəstək çıxırlar. Müasir feminizmin anası olaraq bilinən fransız filosof və yazıçı Simona de Bovuar “Qadınlığımın hekayəsi” adlı avtobioqrafik əsərində Cəmilənin hekayəsinə geniş yer verməkdədir. Hətta Simona de Bovuarın Cəmilənin həbs şərtləri və gördüyü işgəncələrlə bağlı yazdığı yazını “Le Monde” qəzetində nəşr olunmasının ertəsi günündə qəzet Əl-Cəzairdə topladılır və 400 min frank maddi itkisi olur.

Amma bir yandan da müsbət reaksiya məktubları da alır. Bu məktublarda Cəmilənin bəkarətinin işgəncə edən zabitlər tərəfindən şiş soxularaq pozulmuş olması sərt dillə verilir və onun durumunu kütlələrə çatdırdığı üçün Bovuara təşəkkür edilirdi.

Dünya ictimaiyyətinin əzici təzyiqi altında edam ertələnir və 1958-ci ildə Cəmilə Reymsdə həbsxanaya göndərilir.

Bir çox məğlubiyyətdən və hər iki tərəfdən bir çox ölümdən sonra Evian razılaşmaları 1962-ci ilin mayında imzalanır və Əl-Cəzairin müstəqilliyi elan edilir. Ancaq Fransa bir neçə ay öncədən hələ saziş masasında ikən sayı minlərlə ölçülən cəzairli məhbusları tədricən sərbəst buraxmağa başlamışdı.

Cəmilə sərbəst buraxılmasından qısa müddət sonra müsəlman olun Mənsur adını alan və 2013-cü ildə həyatını itirən Jak Verjes ilə evlənir və 2 uşaqları olur.

Müstəqillik sonrası Əl-Cəzair Qadın Birliyinin sədri olsa da, o günlərdə prezidenti olan Əhməd bin Bellanın müddəti zorlaşdırıcı hər qərarına qarşı mübarizə aparmaq məcbuiyyətində qalır. Bir neçə il sonra isə siyasi arenanı tərk etmək qərarı alır. Ev xanımı olaraq Parisdə həyatını sürdürür. Arada-sırada ictimaiyyət önünə çıxdığında dünya onu milli qurtuluşin simvolu olaraq anır.

Amma bəzi mənbələr Cəmilənin Əl-Cəzairin paytaxtında yaşadığını söyləməkdədir. Ən son 8 mart 2014-cü ildə Dünya Qadınlar Günü münasibəti ilə Qəzzəya getmək istəyən, amma Misirdə durdurulub keçişləri əngəllənən fərqli ölkələrdən 80  nəfərlik heyətin içində yer aldığı da mətbuatda ən son çıxan xəbərlər arasındadır.

Azadlıq mübarizəsinin Afrikadakı simvolu olan Cəmilə Buhiredin həyatı 1958-ci ildə misirli rejissor Yusif Şahin tərəfindən “Əlcəzairli Cəmilə” adı ilə kinoya uyğunlaşmışdı. Yenə Cillo Pontekorvo imzalı “Əlcazirin mübarizəsi” (The Battle of Algiers) adlı filmdə Buhired Milli Quruluş Cəbhəsinin 3 qadın bombardmanından biri olaraq təsvir olunmuşdu. 

0 comments :

Post a Comment