Qabriela Silanq... Filippində müstəmləkəçiliyə qarşı müstəqillik mübarizəsinin ən önündə durdu, öncə öz bölgəsinin, sonra da bütün ölkənin qadın partizan komandiri “Henerela” oldu. Müstəqillik mübarizəsi sırasında müstəmləkəçilər tərəfindən 100 savaşçısı ilə 20 sentyabr 1763-cü ildə edam edildi, amma onun dirənişini dildən-dilə miras alan qadınlar üsyan və dirəniş ruhunu 1984-cü ildə qurduqları dünyanın ən geniş zirvəli qadın təşkilatı olan “GABRİELA”da yaşatmağa davam edirlər.
Qərb mərkəzli düşüncə “uzaq” gördüyü coğrafiyaların dirənişinə uzaqdır. Halbuki həyatın olduğu hər yerdə qadınların hekayələri gözə çarpır. Cənubi Asiyada ada ölkəsi olan Filippinin müstəqillik savaşçısı general Qabriela Silanqın həyatı ölkəsindəki qadınlar üçün 254 ildir yol göstərir və uzaqdan-yaxına bütün coğrafiyalardakı bacılarını salamlayır. Filippinli qadınların adını verdikləri “GABRİELA” adlı qadın təşkilatı patriarxatlığa və imperializmə qarşı 2 yarım əsrdir ki, onun mirası ilə yol alır.
Bugün diktatorluq altından xalqların yerli suverenlər tərəfindən istismar edilən Filippin coğrafiya olaraq uzaq, amma dirəniş olaraq çox yaxın mədəniyyəti ifadə edir. Sakit okeanın qərbindəki coğrafiyada mövqe tutan Cənubi Asiya ölkəsi olan Filippin coğrafi kəşflərin ardınca istilaya uğradı və yerlilərə qarşı soyqırım siyasətləri yürüdüldü. İspaniya müstəmləkə rəhbərliyi altında yüz illərlə yaşayan Filippin xalqı əmək istismarı və vergilərlə dünyanın o biri ucundan gəlmiş müstəmləkəçilərə uzun illər boyun əymək məcburiyyətində qaldı.
QABRİELA SİLANQIN HEKAYƏSİ
İspaniya imperiyasının 3 əsrlik müstəmləkəçiliyi Filippin xalqı tərəfindən qəbul edilmədi və yerli xalqlar tərəfindən amansız hücumlara qarşı ən az 300 önəmli silahlı üsyan başladıldı.
Adından və həyatından ilham alan ölkəsindəki qadınların 221 il sonra qurduğu "GABRIELA" adlı qadın təşkilatının saytında onun üçün bu sözlərinə rastlaşırıq:
“Filippinli qadınlar əzilməyə, yad zülmünə və kişi dominantlığına qarşı uzun sürən mübarizəyə sahibdirlər. Daha yaxşı iş, səs haqqı və təhsil almaq huqüqları üçün mübarizə aparırdılar. Bunlardan birisi İspaniya müstəmləkəçilərinə qarşı yerli mübarizə başlatdı. O - Qabriela Silanqdır.”
Qabriela 1731-ci ilin martında Filippinin Santa bölgəsində ispan müstəmləkə rejimi altında yaşayan İlokano kəndlisinin qızı olaraq dünyaya gəldi. Qabriela ailəsi tərəfindən özündən yaşca böyük tacirlə evləndi və bir müddət sonra evləndirildiyi şəxs öldü. İkinci evliliyini öz seçimi ilə edən Qabrielanın seçdiyi adam Filippin xalqının müstəqilliyi üçün yerli qiyam başladan liderlərdən biri Dieqo Silanq oldu. Onun Dieqonu seçməsinin səbəbi müstəqillik mübarizəsinə yaxın olmaq idi və qısa müddətdə hərbi təhsil alaraq üsyanda yer aldı. Dieqo 1961-ci ildə ispanlar tərəfindən sui-qəsdlə öldürüldüyündə dirənişin liderliyini Qabriela boynuna götürdü. Qabriela dirənişçilərin liderlərinin ölümündən dolayı itirdikləri ümidlərini yenidən toplamaq üçün qollarını çırmaladı.
Böyük ölçüdə silahlanaraq xalq içində qısa müddətdə daha çox tərəfdar topladı. Öz bölgəsində müstəqillik mübarizəsinin qabaqcılı olan Qabriela Dieqoda fərqli olaraq digər bölgələrdəki xalqdan böyük dəstək toplamağa başladı. Qiyamı təşkilatlamaq üçün getdiyi kəndlərdə filippinlilər onu “Henerela”, yəni “qadın general” deyə çağırmağa başladı.
Qabriela müstəmləkəçilərə qarşı komandir olaraq ilk yer aldığı mübarizə məmləkəti Santa oldu. Mübarizə meydanındakı müvəffəqiyyəti filippinlilər üçün cəsarət, ispanlar üçün böyük təhlükə olaraq görüldü. İlk qələbənin ardınca üsyançılar dağlıq bölgə olan Paydiqan Abrada baza qurdular və burada müharibə hazırlıqlarına başladılar. Partizan müharibəsi ilə ispan koloniyalarına hücumlar reallaşdı.
Axın-axın Filippinin hər tərəfindən bu bazaya gələnlər Qabrielanın sıralarına qatılarkən müstəmləkəçilər ilk dəfə bütün xalqın birlikdə üsyan ruhu llə hərəkət etdiyinə şahid oldular. Geniş müstəqillik müharibəsini arzulayan Qabrielanın taktikaları və təşkilatlanma gücünün təsiri ilə böyüyən üsyançı hərəkata qarşı koloniyalardan böyük güc gətirildi.
Hücumlar başladığında atının üstündə ən öndə partizan güclərinə komandirlik edən Qabriela Abra dağlarıında müharibə meydanında əsir alındı. Bir çox savaşçısı burada ispanlar tərəfindən edam edildi, müstəmləkəçilər onun üçün özəl mərasim hazırladılar. Çünki Qabriela müstəqillik üçün ümid idi və onun yaratdığı təsirin fiziki deyil, ruhi də yox edilməsi lazım idi.
Şəfəq vaxtı birlikdə savaşdığı dostları ilə birlikdə Abrada bir qəsəbənin meydanına gətirildi və ispanların önündə edam edildi. 100 savaşçısı ilə 20 sentyabr 1763-cü ildə sadəcə 32 yaşında idi, sakit və cəsarətlə ölümünə getdi.
Müstəmləkəçilərin bütün coğrafiyalarda yaddaşsızlaşdırmaq məqsədilə müraciət etdiyi üsul olaraq cənazəsi bilinməyən yerə götürülüb dəfn edildi. Məzar yeri hələ bilinmir, ancaq onun qərarlılığı, bacarıq və gücü ilə birlikdə Filippin xalqının heç vaxt unutmayacağı qadın olaraq 254 ildir yaşayır.
LİDERLİYİ PATRİARXATLIĞA QARŞI SİMVOL OLARAQ DAVAM EDİR
Bugün cəsur liderliyi Filippin cəmiyyətindəki qadınlar arasında imperializmə və patriarxatlığa qarşı simvol olaraq davam edir. Ölkənin ən tanınmış qəhrəmanı olan Qabriela haqqında yazılmış saysız kitab, cizgi romanı var və həyatı ilə mübarizəsi dəfələrlə filmə çəkildi. Ölkənin bir çox meydanında at üstündə, qılıncı əlində müharibə meydanındakı halını təsvir edən heykəlləri görmək olar.
Qabrielanı edam edənlər artıq müstəqillik fitilinin atəşləndiyini bilirdilər, istismarçı güclər üçün məğlubiyyət yaxınlaşmşdı və Filippin xalqı 300-dən artıq qiyamdan sonra 1898-ci ildə müstəqilliyini qazandı.
DÜNYANIN ƏN GENİŞ ZİRVƏLİ QADIN TƏŞKİLATI: GABRIELA
Qabrielanın liderliyi Filippində davam edən istismar əleyhinə anti-imperialist mübarizəni işarə edir. Onun dirənişini dildən-dilə miras alan qadınlar 1984-cü ildə GABRIELA adlı qadın ittifaqı qurdular. Zirvədən qurulan qadın ittifaqı ölkənin ən öndə gələn qadın hərəkatlarından biri oldu.
Dünyanın ən geniş zirvəli qadın təşkilatı olan “GABRİELA”nın təməl qanunlarından biri imperializmə qarşı mübarizə və çox geniş zirvədə bir çox işi öz strukturunda yerləşdirməsidir. Təşkilatın dünya miqyasında və ölkədə minlərlə üzvü var.
Patriarxatın o zamanki adı İspaniya, bugün isə yerli diktatorlar olduğu üçün qadınlar yenə hədəfdədir və ölkədə “GABRİELA”nın onlarla aktivisti həbsxanadadır.
“Qadın olaraq qadınların problemləri ilə açıqca maraqlanan hərəkatıq, hər cür iqtisadi və siyasi təzyiq və ayrı-seçkilikdən, cinsi şiddət və təcavüzdən, qadınların sağlamlıq və doğum hüquqlarını pozan və rədd edən hərəkat olaraq qadınların azadlığı üçün çalışrıq. Suverenlik üçün milli qurtuluş mübarizəsinin ayrılmaz hərəkatı, demokratik və təmsilçi hökümət və qadın-kişi arasında hər tərəfi ilə bərabərliyi müdafiə edən hərəkatıq. Ölkə əhalisinin yarısının azadlığına qovuşması üçün həyatı önəmdə hərəkatıq.”
0 comments :
Post a Comment