O,
klassik rəqs qaydalarını içində hiss etdiyi ritmlə tərs üz edən inqilabçı
qadındır.
“Qanunları
hazırlayan cəmiyyət kişi cəmiyyətidir. Qadınların bu nizamda bir rolu
olmamışdı. Əsl qalmaqal budur! Əsl utanc!”
Klassik
baleti rədd edərək içindəki ritmə qulaq verən Aysedora Dunkan qəlibləri
tanımayaraq müasir rəqsin can suyunu verdi.
Klassik
baletin qaydalarını hələ 6 yaşında “Barmaq ucunda? Amma heç kim barmaq ucunda gəzə
bilməz ki! Bu, təbiətə ziddir!” deyərək rədd edən Aysedora özünə həqiqi gələnin
ardınca qaçdı.
Rəqsi
daha təbii ritm və hərəkətlərlə uyğunlaşdırdı.
O, rəqsi
azadlığa, eşqə, ehtirasa və inqilaba həsr etdi.
Aysedora
irlandiyal ailənin qızı olaraq 27 may 1877-ci ildə ABŞ-ın San-Fransisko şəhərində
dünyaya gəldi. Anası ilə atası boşandıqdan sonra anası və bacısı Elizabet,
qardaşları Avqustin və Raymond ilə birlikdə həyatlarını davam etdirən Aysedora sənətlə
iç-içə ortamda böyüdü.
1899-cu
ildə anası və bacı-qardaşları ilə Avropaya gedən Aysedora yunan mifologiyası
maraq göstərir və bu sahədə apardığı araşdırmalar sonrakı illədə səhnədə
istifadə etdiyi kostyumlarda özünü göstərəcək.
Aysedora
ilk rəqs nümayişlərini Çikaqo və Nyu Yorkda səhnəyə qoysa da, çox qəbul görməz.
Özünə
xas rəqs və xoreoqrafiya inkişaf etdirən Aysedora daima çılpaq ayaqla rəqs etməyi
seçir.
Təbiətdən
və ruhundan gələn ritmləri sadəliyi ilə ortaya qoyan Aysedora səhnəyə qədim
yunan geyimləri kiton və tunika içində dönəmin qadınlarının vaz keçilməzi olan
korseti geyinmədən çıxır.
Aysedoranın
özünə xas rəqs tərzinin uğur qazandığı ilk dayanacaq London olur.
Bunu
Fransa, Almaniya, Avstriya, Macarıstan, Yunanıstan və Rusiya kimi bir çox ölkədə
təşkil etdiyi turlar təqib edir.
RƏQS
VƏ QADIN AZADLIĞI
Sərhəd
və qaydaları ruhunun tembri ilə yıxan Aysedoranın yeganə qarşı çıxışı rəqsin
qaydaları deyildi. O, patriarxat dünyanın işləyişi və qadının passiv fanusa həbs
edilməsinə də şiddətlə qarşı çıxırdı.
Hələ
uşaq ikən oxuduğu Corc Eliotun “Adam Bede” əsərindən olduqca təsirlənən Aysedora
həyatı boyu evlənməmək və evlənmədən uşaq sahibi olmaq qərarı aldı.
Gəncliyindən
etibarən ən çox qadın azadlığı üçün rəqs etdi. Çünki rəqs onun üçün bunu müdafiə
etməyin ən mənalı yolu idi. Bədəni azadlığa doğru axırdı, içindəki qadını çəkinmədən
üzə çıxarırdı.
"TANRIÇALARLA
SEVİŞİLMƏZ Kİ!”
Moris
Lever “İsadora” adlı kitabında ondan “Tanrıça” olaraq bəhs edir:
“Aysedora
Andre B.-i axşam yeməyi üçün evinə dəvət etdi. Gözəl masa hazırladı. Şəffaf
tunika geyindi. Saçlarına güllər taxıb sevgilisini gözləməyə başladı. Amma Andre
onu görüş qarşsında bir neçə söz gəvələyib evdən qaçarcasına çıxdı. Aysedora
böyük xəyal qırıqlığına uğradı. Yolunda getməyən şeyin nə olduğunu Aysedoranın
dostu Meri bu sözlərlə yekunlaşdıracaqdı: “Sevgili Aysedora! Həqiqətən də
görmürsünüz? Həqiqətən də tanrıça olduğunuzu anlamırsınız? Tanrıçalarla
sevişilməz ki!”
Eşqi
və cinsəlliyi çəkinmədən, içindən gəldiyi kimi yaşayan Aysedora kiçik ikən özünə
verdiyi sözü tutur və evlənmədən 2 uşaq sahibi olur.
Aysedora
ilk uşağı səhnə dizayneri və rejissor Qordon Kreqdən dünyaya gətirir. Deydre
adlı qızı olur.
Ancaq
Aysedora və Qordonun münasibətləri Qordonun hirs problemi və balanssız
davranışları səbəbi ilə uzun sürmür.
Aysedora
aşiq qadındır, amma qadınların azadlığını müdafiə edərkən bir kişinin özünə
şiddət tətbiq edəcək qədər irəli getməsinə dözmür.
Duyğuları
və gerçəkləri arasında yaşadığı handikapın ardından Aysedora Qordon ilə
yollarını ayırır.
Kreqdən
sonra Paris Sinqer ilə bərabər olan Aysedoranın ondan Patrik adını verdiyi oğlu
olur.
“Singer”
tikiş maşınlarının sahibi, iş adamı Patrikə aşiq olan Aysedora onun dəfələrlə
yenilədiyi evlənmə təklifini rədd edir və ondan gələn heç bir ləl-cəvahiratı və
böyük hədiyyələi qəbul etmir.
Aysedoranın
həyatı eşq və rəqs ilə davam edərkən yaşadığı olay həyatının travması halına gəlir.
Aysedoranın
uşaqları Deydre və Patrikin içində olduğu avtomobilin sürücüsü Sen çayı
yaxınlarında stop edən maşının rıçağını çalışdırmaq üzrə maşından enir.
Əl tormozu
çəkik olmayan avtomobil içindəki uşaqlar və dayələr ilə birlikdə çayın sularına
gömülür və üçü də həyatlarını itirirlər.
Aysedoranın
yaşadığı bu acı illər sonra bir daha təkrarlanır.
Başlayan
Birinci Dünya Müharibəsi dönəmində dünyaya gətirdiyi 3-cü uşağı da həyatının
ilk günlərində həyatını itirir.
“SSRİ
İNSANLIĞIN ŞAHİD OLDUĞU ƏN BÖYÜK MÖCÜZƏDİR”
Ard-arda
yaşadığı travmatik olayların ardınca 1920-ci ildə Rusiyadan Moskvaya gəlib öz rəqs
məktəbini açmasını istəndiyi teleqraf alır.
Bu təklifi
qəbul edən Aysedora bir jurnalistin “Bolşevik oldunuz?” sualına belə cavab
verir:
“Bolşevik
olub-olmadığımı bilmirən. Bildiyim tək şey budur ki, SSRİ insanlığın 2 min
ildir şahid olduğu ən böyük möcüzədir. Platonun, Nitsşenin, Uolt Uitmenin kəhanətləri
artıq gerçəkləşmək üzrədir.”
AYSEDORANIN
QIRMIZI ŞALI VƏ HƏYATIN QÜVVƏTİ
Moskvada
yeni həyat inşa edən Aysedoranın boynuna taxdığı qırmızı şal mənliyinin bir
parçası halına gəlir.
Sosialist
dünyagörüşündən təsirlənən Aysedora getdiyi hər yerdə aktivist kimi hərəkət
edir.
Hətta
Amerikada göstərdiyi nümayişin ardınca şalını sallayaraq: “Bu qırmızıdır! Mən də
eləyəm! Həyatın və qüvvətin rəngi budur! Siz də bir zamanlar vəhşi idiniz! Sizi
əhliləşdirmələrinə icazə verməyin!” deyə bağırır.
Aysedora
“Bəli, mən inqilabçıyam” deyir. “Bütün həqiqi sənətçilər inqilabçıdırlar.”
AYSEDORANIN
GÖZLƏDİYİ YEGANƏ ADAM GƏLİR: SERGEY
Aysedora Moskvada qatıldığı partidə məşhur
şair Sergey Yesenin ilə tanış olur və həyat axışının ən önəmli nöqtələrində
birini təşkil edən şair ilə münasibəti başlayır.
Həyatının
mənası rəqs olan Aysedora və həyatının mənası şeir olan Sergeyin sərhədlərdə gəzinən
münasibəti belə başlayır.
Bu
münasibət bir mənada ehtiraslı iki şəxsin bir arada vücud tapmış halıdır.
Aysedora Sergeyə duyduğu eşqi “Bu, gözlədiyim yeganə adamdır. Bu, həyat xoşbəxtliyimin
son dirilişini borclu olacağım böyük eşqimdir” sözləri ilə anladır.
Ehtirasın
təsvirinə bürünən bu münasibət Sergeyin təcavüzkar tutumu səbəbi ilə köhnəlir.
Ancaq
nə olursa-olsun, bu eşq Aysedoraya “heç vaxt etmərəm” dediyi bir şeyi etdirir.
Aysedora
ilə Sergey 3 may 1922-ci ildə evlənirlər.
Ancaq
Aysedora evliliklə bağlı düşüncələrinin dəyişmədiyi qeyd edərək açıqlama verir:
“Mən
heç vaxt evliliyinə inanmadım. Sergey ilə evləndim, çünki onun Amerika pasportu
almasına kömək etmək istədim”
Cütlük
evliliyin ardınca öncə Berlin, sonra Aysedoranın nümayişi üçün ABŞ-ın Boston şəhərinin
yolunu tutur.
“MƏNİM
BƏDƏNİM SƏNƏTİMİN MƏBƏDİDİR”
Sovet
əleyhdarı və mühafizakar olan ABŞ-da gərginliklə başlayan nümayiş tamaşaçıların
salonu tərk etməsi ilə davam edir.
İnsanların
reaksiyalarına meydan oxuyan Aysedora nümayişin bir bölümündə döşlərini açaraq
rəqs edir.
Salondakı
bağrışmalar yerini tərk edişlərə və həqarətlərə buraxınca Aysedora danışır:
“Sənətimin
simvolizə etdiyi bir şey varsa, o da qadın azadlığıdır və bu azadlığın qanuni
hala gəlməsidir. Qadınlar özlərini yeni qitədəki puritanizm intriqalarından və
dar qəliblərindən xilas etməlidirlər. Çılpaqlıq gerçək olandır. Gerçək gözəllikdir.
Sənətdir. Və bunun içində əsla və əsla bayağı ola bilməz. Mənim bədənim sənətimin
məbədidir. Çılpaq bədənimi gözəllik məbədinin xəzinəsi olaraq sərgiləyirəm. “
Aysedoranın
bu inqilabçı davranışı antikommunist və mühafizəkar ABŞ-ın reaksiyasına səbəb
olur və rəqsin çılpaq ayaqlı kraliçası Amerika vətəndaşlığından çıxarılır.
Qısa
müddət sonra cütlüyün zədələnən münasibəti tamamilə nöqtələnir.
Sergeyin
depressiv ruh halı və nəzarətdən çıxmış qəzəbi həyatını gedərək təsiri altına
alır.
Rusiya
ədəbiyyat tarixində unudulmazlar arasında yer alan Sergey 28 dekabr 1925-ci ildə
səhər “Hotel Angleterre”nin 5-ci mərtəbəsində yer alan otağında özünü asmış
olaraq tapılır.
Gənc
şairin biləyi kəsir idi və üzündə yaralar vardı.
Bəzi
mənbələr Sergeyin ölümünün intihar olduğunu, bəziləri isə bu ölümdə cinayət
şübhəsi olduğunu irəli sürür.
QIRMIZI
ŞAL İLƏ DÜNYAYA VİDA
Həyatının
ən böyük son acısını da Sergeyin ölümü ilə yaşayan Aysedora 14 sentyabr 1927-ci
il axşamı Fransanın Nitsa şəhərində kişi dostunun avtomobili ilə gəzintiyə
çıxır.
Boynunda
heç ayrılmadığı qırmızı şalı ilə.
Səyahət
sırasında Aysedoranın küləklə rəqs edən qırmızı şalı təkərə ilişir.
Bu əsnada
boynu qırılan rəqsin tanrıçası Aysedora həyatını itirir.
Aysedoranın
inqilabçı fiqurları manifest olaraq qadınların həyatına nüfuz edir.
Hələ
və daima.
0 comments :
Post a Comment