Tuesday, 24 October 2017

Auşvitsin 7 cırtdanı


Nasist Almaniyası bütün Avropada hökm sürürdü. Harada yəhudi varsa, o yəhudi həbs düşərgələrinə göndəriləcəkdi və lazımi qədər işlədikdən sonra qurban gedəcəkdi. Başqa yolu yox idi. Adolf Hitler hamısının ölməsi lazım olduğunu söyləyirdi.

Elə də olacaqdı. Tarix 19 may 1944-cü ili göstərirdi. Transilvaniyadan bir qrup yəhudi toplanmışdı və Polşadakı ölüm düşərgəsi Auşvitsə gətirilirdi. Bu qafilədə diqqəti çəkən 7 nəfər vardı. Bu 7 nəfər 10 üzvlük Ovits ailəsinin karlik üzvləri idi.

Qulliverin məcarələrindəki Liliput ölkəsindən təsirlənərək teatr qrupu quran və adını “Liliput” qoyan karliklər müxtəlif yerlərdə səhnə alaraq keçimlərini təmin edirdilər. Bədənləri gündəlik yaşama əlverişli olmasa da, bir-birlərinə dəstək olaraq yaşayırdılar. Ta ki SS zabitləri onları nasistlərin ən böyük ölüm düşərgəsi Auşvitsə gətirənə qədər. Qatardan endiklərində həbs düşərgəsindən yüksələn dumanları gördülər. Dumanlar krematoriyada yandırılan bədənlərdən yüksəlirdi, bunu daha sonra öyrənəcəkdilər.

Rozika, Avram, Miki, Françeska, Freyda, Perla və Elizabet adlarındakı 7 karlik o dəqiqə SS zabitlərinin gözünə göründülər. Bu insanlar ölüm mələyi dr. Mengelenin tam axtardığı insanlar idi.

Adı insan genetikası çalışmaları üzərində sonsuza qədər kölgə olacaq olan İosif Mengele 30 may 1943-cü ildə Auşvitsə gəldi. Onu oraya göndərən ağıl müəllimi Otmar Frayherr fon Verşuer idi. Auşvitsdə “fövqəladə araşdırma fürsətləri” əldə edəcəyini söyləmişdi. Mengele düşərgəyə gələndə içəridə 100 minin üzərində məhbus vardı və ölüm maşını tam sürətlə çalışırdı. Müharibədən sonra qurtulanların xatırladığı ad Mengele idi. Yaraşıqlılığını, gülümsəməsini, uşaqlarla nəzakətli danışdıqdan sonra onları qaz kameralarına necə yolladığını xatırlayırdılar. Məhbusların gördüyü ilk alman zabit, ümumilikdə, o olurdu. Birnekaudakı platforma endiklərində “Sağa” və ya “Sola” deyə bağıran o idi. Soldakılar həmən öldürülənlər idi, sağdakılar isə ən azından bir müddət daha yaşayırdılar.

Onlar Mengelenin dəniz donuzcuğu idilər.
.  
***

Ovits ailəsi Rumıniyada Transilvaniya bölgəsində Mamamureşə bağlı Rozavle qəsəbəsindəndir. Ailənin bilinən atası rav Şimşon Ayzik Ovitsdir. Özü bir növ karlik xəstəliyi olan “pseudoachondroplasia”dan əziyyət çəkir. Yəni, karlik idi. Sümüyün inkişaf etməməsi xəstəliyi olan “pseudoachondroplasia” xəstələri doğumdan sonra normal inkişafa davam edir, ancaq 2 yaşından etibarən sümük inkişafı yavaşlayır. Yetkinlikdə boyları ən çox 115-120 sm-ə çatır. Bu xəstəlik genetikdir.

Rav Şimşon keçimini Şərqi Avropa yəhudi toylarının vaz keçilməzi olan “badchen”, yəni dönəmin “stand-up”çısı, komediyaçısı olaraq təmin edirdi. 1661-ci ildə qüvvəyə minən və 20-ci əsrin başlarına qədər keçərli olan icra ilə yəhudi toylarında əyləncələrə, istehsal ediləcək içki istehsalına belə nəzarət və məhdudiyyətlər gətirilmiş, sadəcə “badchen”lər bu məhdudiyyətlərdən azad edilmişdi. Bu səbəblə “badchen”lər şəhərdən-şəhərə, toydan-toya sərbəstcə dolaşa bilən peşə qrupu yaratmışdılar.

Rav Şimşonun ilk evliliyi normal boyda olan Brana Fruxter ilə oldu. Bu evlilikdən hər ikisi də karlik olan Rozika və Françeska doğuldu. Brananın ölməsindən sonra rav Şimşonun ikinci evliliyi yenə normal boyda olan Batya-Berta Hus ilə oldu. Bu evlilikdən isə 3-ü normal boyda, 5-i karlik 8 uşağı oldu: Sara, Leya, Arye normal boyluykən, Avram, Freyda, Miki, Elizabet və Perla olaraq bilinən Piroska karlik idilər.

Rav Şimşon 50 yaşlarında vəfat etdi. Dul qadın tək başına, 7-si karlik, 10 uşağı yetişdirmək məcburiyyətində qaldı. Berta uşaqların hamısını nümayiş sənətləri məktəbinə göndərdi. Bu sayədə hamısı musiqi aləti çalmağı, mahnı söyləməyi, rəqs etməyi, teatrı öyrəndilər.

Atalarının ölmədən öncə onlara bir məsləhəti olmuşdu: “Bir-birinizdən ayrılmayın!” Uşaqlar da bu məsləhətə əməl etdilər. Birlikdə “Liliput” adlı truppa qurub haradasa bütün Şərqi Avropada səhnələrə çıxdılar. Çexoslvakiya, Rumıniya, Ukrayna, Macarıstanda şəhərdən-şəhrə dolaşdılar. Təxminən 10 il turlarla keçdi. Turda olmadıqlarında birlikdə qəsəbələrindəki evi paylaşdılar. 1940-cı ilin sentyabrında Macarıstanın Transilvaniyanı ilxaq etməsi ilə bu rahatlıq sona çatdı. Yeni qanunlar yəhudilərə peşələri məsələsində bəzi məhdudiyyətlər gətirirdi. Sənətkarlar də buna daxil idi. Yəhudi və üstəgəl, əngəlli olmaq o dönəm üçün sonun başlanğıcı idi. Ovits ailəsi bir şəkildə yəhudiliklərini ifadə etməyən sənədlər əldə etməyi bacardılar. Bu sayədə 4 il daha səhnədə qala bildilər. Ancaq 15 may 1944-cü ildə bu oyun sona çatdı.

7 aprel 1944-cü ildə Macarıstan Daxili İşlər Naziri bütün yəhudilərin gettolarda toplanması qərarnaməsini imzaladı. Ovitslər harada olurlarsa-olsunlar, insanları əyləndirə biləcəkləri və bu sayədə həyatlarını davam etdirə biləcəkləri fərziyyəsi ilə yanlarına səhnə geyimləri və musiqi alətlərini də aldılar. Perla gitarasını, Elizabet barabanını, Rozika və Françeska skripkalarını yanlarında götürdülər.

3500 yəhudi ilə birgə Dragomiresti gettosunda toplandılar. Gettoda çox sayda insan xəstəlik və aclıq səbəbiylə həyatını itirdi. Bu arada normal boylu qardaşları Arye qaçmağı sınadı, ancaq tutulub öldürüldü.

1944-cü ilin mayında gettoda həyatda qalanların olduqca uzaqda olan qatar stansiyasına yürümələri əmr edildi. Ovitslər əngəlləri sayəsində 9 saat sürən bu yürüyüşün olduqca böyük qismini yükdaşıma maşını üzərində keçirməyi bacardılar. Qatar stansiyasına çatdıqlarında əsgərlər insanları qundaq zərbələriylə heyvan daşımada işlədilən vaqonlara doldurmağa başladılar.

Ovits ailəsinin qatar səfərini, Auşvitsə çatdıqlarını və dr. Mengele ilə qarşılamalarını Perla Ovitsin qələmindən oxuyaq:

“Mindirildiyimiz vaqonda yanımızda gətirdiyimiz əşyalarla birlikdə təxminən 80 insan vardı. Stek halında saatlarla ayaqda durmağa çalışdıq. Bu şəkildə durmaq dayanılmaz hala gəlincə növbətləşən biriləri ayaqda durarkən digərləri oturaraq bu əziyyəti minimuma endirmək yollarnı axtardıq. Bizim karliklər olaraq uzun müddət ayaqda durmağımız mümkün deyildi. Bu səbəblə səfər boyunca mümkün olduğu qədər uzun müddət oturmağımız təmin edildi. Ayaqda duranlar arasında kiçik ada kimiydik. Nəfər almağımız çox çətin idi. Tez-tez huşunu itirənlərimiz də olurdu.
Haraya götürüldüuümüzü, bu əziyyətin nə qədər sürəcəyini heç kim bilmirdi. Yavaş-yavaş aclıq və susuzluq da başlamışdı. Ailələr yanlarında gətirdikləri yeməkləri ilk saatlarda paylaşmış, haradasa hamısı tükənmişdi. Bəziləri ağlayır və dua edir, bəziləri isə boş, cansız baxışlarla gözlərini sabitləyirdilər.
Bir müddət sonra vaqonun içində dözülməz qoxu meydana gəlməyə başladı. Tualet ehtiyacları üçün 80 adama bir vedrə buraxılmışdı. Zaman içində vedrələr dolmuş və ətrafa daşmağa başlamışdı. Bizim isə boyumuz səbəbiylə bu vedrədən istifadə etməyimiz söz mözvusu belə deyildi. Bizə acıyan bir gənc qadın yanında gətirdiyi uşağının lazımlığını paylaşmağımıza icazə verdi.
Qatar durur, qalxır, istiqamət dəyişdirir və ya bir stansiyada saatlatla dura bilirdi. Qısa müddətdə hamımız istiqaməti və saat məfhumunu itirdik. Gündə bir dəfə qısa müddətliyinə qatar durur, qapılar açılır və silahlar bizə doğrulmuş şəkildə ehtiyaclarını ödəməyimizə icazə verilirdi. Enməmişdən öncə hər hansı biri qaçaq və ya qaçmağa təşəbbüs edərsə, vaqondakı hər kəsin öldürüləcəyini xatırlatmağı da unutmurdular. Biz ailə olaraq həmişə vaqonda qalmağı tərcih etdik.
Bu durumda stek halında, pislik içində, ac, susuz və haradasa havasız 3 gün, 3 gecə keçirdik. Üçüncü gecənin sonunda qatar anidən durdu. Qapılar böyük gurultu ilə açıldı, gecənin sərin havası vaqonu doldurdu.
Cizgili pijamalar geyinən insanlar vaqonlara girib bizləri çölə itələməyə başladı. Platformadakı cizgili pijamalalılar isə bizlərə idiş dilində “Əşyalarınızı burada buraxın, sonra gəlib alacaqsınız.” deyə bağırırdılar. Dostumuz Simon Slomovic qatardan enməyimizə kömək etdi. Bu arada alman əsgərlər bağıraraq platforma üzərində qaçışırdılar: “Əkizlər önə çıxsın, kişilər sola, qadın və uşaqlar sağa, tez, tez, beşli sıralar qurun.”
Simon Slomavic və böyük oğlu Mordexayın, yoldaşı və 5 uşağından ayrılmalarını çarəsizlik içində izləyirdik. Biz isə sağa-sola itələnirdik. Ayrılmamaq üçün bir-birimizə sarılmışdıq. Ailəmizin normal boyluları Sara, Leya Dora və 2 uşağı ətrafımızı çevrələyib bizi qorumağa çalışırdılar. Anidən ətrafımızı əsgərlər sardı. Haja bizi qorumaq üçün həmən atıldıysa da, önü kəsildi. Əsgərin “Sən kimsən?” sualına heç dayanmadan “Biz ailəyik” cavabını verdi. Yumşalan zabit Haja və 5 uşağının yanımıza gəlməsinə icazə verdi. Bundan cəsarət alan Haja zabitə “Yoldaşım və oğlum o bir tərəfdədir, lütfən, onların da yanımıza gəlməsinə icazə verin” dedi. Digər ailələr itələnib ayrılmağa zorlanarkən danışdığımız zabit anidən mərhəmətə gəldi və yanındakı əsgərə Simon və Mordexayın tapıb yanımıza gətirməsini əmr etdi. Bu ani dəyişikliyə çox anlam verə bilmədik, amma nəticədə iyirmimiz bir araya gəlmişdik. Bu tutumun səbəbini irəlidəki günlərdə çox acı şəkildə anlayacaqdıq. Zabitin bu yaxınlığından cəsarət alaraq bizlər nasist əsgərləri tərəfindən deyil də, sanki heyranlarımız tərəfindən sarılmışcasına səhnədəymiş kimi davranmağ başladıq. Qardaşım Miki üzsüzlüyünü o qədər irəli götürdü ki, cibindən çıxartdıı Liliput truppasının broşuralarını əsgərlərə paylamağa başladı. Bu fantastik olaylar yaşanarkən kəndimizdən qonşumuz Gitel Fişmen və qızı Liya bizi heyrətlə izləyirdilər. SS zabiti yanlarına gedib gülərək “Siz də bu karliklərin ailəsindən olduğunuzu söyləməyəcəksiniz hər halda” dedi. Qardaşı Miki zabitə qoşdu və “Bu xanım anamın kuzenidir. Qızı isə nişanlımdır. Yaxında ailə bağlarımız daha da qüvvətlənəcək” dedi.
Artıq bir köşədə 22 nəfər idi və bizləri ana qrupdan uzaqlaşdırmışdılar. SS zabiti yanındakı əsgər anlamını daha sonra anlayacağımız əmr verdi: “Tez dr. Mengeleni buraya çağır. Burada onu çox maraqlandıracaq xəzinə var.”
19 may 1944-cü il cümə gecə yarısını keçərkən bir az uzağımızdan əmi, xala, kuzen, dost və qonşularımızın sıra halında duman və atəş saçan bacaları olan binalara doğru gözdən itmələrini izlədik. Dayana bilməyib yanımızdan keçən cizgili pijamalı adamdan bu alovların nə olduğunu soruşdum. Verdiyi cavab qanımızı dondurmuşdu: “Harada olduğunuzu bilmirsiniz? Bu, çörək sobası deyil. Burası Auşvitsdir. İsrailoğullarının məzarı! Sizlər də, mən də bu sobada öləcəyik.”
Nəhayət, nasist zabitinin əsgərini öyrənməyə başladıq. Auşvitsdə hər kəs dr. Mengelenin qüsursuz ari irq yaratmaq sevdasını və bu məqsədlə insan subyektləri üzərində apardığı vəhşi təcrübələri bilirdi. Maraqlı subyektlər tapmaq onun gözünə girmək üçün tək üsul idi. Dr. Mengelenin tək bir karlik üçün rahatsız etməyə dəyməzdi. Amma 7 karlik və normal boyda qohumlarından ibarət bir ailə tapılmaz nemət idi. Necə ki, Mengele bu xəbəri alar-almaz rampaya qoşdu. Ailəmiz isə bizləri nələr gözlədiyini bilmədiyimizdən hər suala bütün detallarla cavab verirdik. Belə bir xəzinə qarşısında dr. Mengele yerində dura bilmirdi. “Araşdırmalarım üçün qarşımda 20 il yetəcək vəsait var” deyə bağırdı və yanındakı zabitə “yeni qonaqların” uyğun yerə yerləşdirilmələri əmrini verdi. Əzabımız yeni başlayarkən 3 saat öncə endiyimiz rampada çamadan yığınından başqa bir şey qalmamışdı.”

Artıq 8 ay sürəcək kabus başlamışdı. 

Qorxunc subyektlər Auşvitsdə ayrı otaqda tutuldular. Ayrıca yetərli qida ala bildilər. Ancaq bunların bədəlini Mengelenin qəribə təcrübələrində ulduz rolunu oynayaraq ödədilər. Elizabet Ovits yazırdı: “Ən qorxunc təcrübələr ginekoloji olanlardır. Bizi bir masaya bağlayıb işgəncəyə başlayırdılar. Rəhmimizə bir şeylər enjekte edir, qan alır, içimizə girir, parçalar, örnəklər alırdılar. Acı dözülməz idi. Təcrübələri aparan həkim bizə acıyır, üstlərindən durmalarını istəyirdi, yoxsa öləcəkdik. Çəkdiyimiz acını kəlmələrlə anlatmaq mümkün deyil, təcrübələr bitdikdən günlər sonra belə davam edən bir acı idi bu.” Amma sonra digər təcrübələr başladı: “Onurğa iliyimizdən maye çəkdilər. Qulaqlarımızı həddən artıq isti və ya soyuq suya tutdular, bu da bizi qusdururdu. Sonra saç çəkmə başlayırdı. Huşunu itirəcək kimi olduğumuzda beyin, burun, ağız və əl bölgələrində acı verici təcrübələrə girişirdilər." Ovitz ailəsi Mengelenin təhqirlərinə 7 ay dözdü. Bir dəfə Mengele içəri girmiş və sadəcə 18 aylıq olan Şimşon ona doğru əməkləmişdi. Mengele uşağı qollarına aldı və onunla danışmağa başladı. “Atası olduğunuzu sanır” dedi biri. “Atası deyiləm” cavabını verdi Mengele, “Sadəcə əmisiyəm.” Körpə  pis qidalar və davamlı qan alımı üzündən bir dəri, bir sümük qalmışdı.

Mengele Ovitsləri yüksək rütbəli nasistlərə göstərdi. Karliklik haqqında brifinqlər verdi və danışıqlarını səhnədə çılpaq duran ailə ilə bəzədi. (Bunlar yetməzmiş kimi bəzi gecələr nasist zabitlərini əyləndirmək üçün yarı çılpaq səhnəyə çıxarıldılar.) Təcrübələr 1944-cü ilin oktyabrına qədər davam etdi. Üçüncü Reyx ölüm sancıları çəkməyə başladığında belə Mengele manyaklıklarına davam edirdi. O əsnada Elizabetin qəhvəyi gözlərini necə şüşədən gözlərlə dəyişdirə biləcəyini dəyərləndirməkdəydi. Auşvits 27 yanvar  1945-ci ildə qurtarıldı. Elizabet və ailəsi üçün Sovet əsgərlərinin gəlişi ölümdən qurtulmaqdır. Çünki Mengelenin bütün subyektləri “ölüm mələyi”nin onlarla işi bitdiyində öldürülürdülər.

27 yanvar 1945-ci ildə bütün ailə Auşvitsə girən Sovet əsgərləri tərəfindən yarı ölü şəkildə tapıldı. Rusiyada qaçqın düşərgəsinə götürülüb müalicə edildilər. Düşərgədən çıxdıqlarında 7 aylıq uzun səfərdən sonra qəsəbələri Rozavleyə çatdılar. Evlərində artıq başqaları yaşayırdılar. Ancaq götürülmədən öncə gömdükləri ləl-cəvahiratları tapdılar. Öncə Siqet, sonra da Belçikaya doğru yola çıxdılar. May 1949-cu ildə İsrailə köç etdilər. Hayfaya yerləşib burada “Auşvitsin 7 cırtdanı" adıyla səhnəyə çıxdılar. 1955-ci ildə pensiyaya çıxdılar. Bir kinoteatr satın alıb işlətməyə başladılar.
10 bacı-qardaşdan Arye 1944-cü ildə, Avram və Miki 1972-ci ildə, Françeska 1980-ci ildə, Leya 1984-cü ildə, Elizabet 1992-ci ildə və ən sonrada Perla 2001-ci ildə vəfat etdi.

Perla Mengele haqqında belə deyirdi: ”Mən o iblisin sayəsində həyatda qaldım.”


0 comments :

Post a Comment