Thursday, 9 November 2017

Öldürən duman


London. Çirkli hava. 12 min ölü.

Bu 3 kəlmə Avropanın başına gəlmiş ən böyük çirkli hava olayının çarpıcı və gerçəkçi şəkildə ümumiləşdirmək üçün olduqca idealdır. 1952-ci ilin soyuq dekabr günlərində baş verən və təsirini 5 gün boyunca sürdürən bu olay ətraf mühitin çirklənməsi, yenilənə biləcək enerji qaynaqları kimi bir çox yeni qavramın Avropanın, dolayısı ilə dünyanın gündəminə oturmasına vəsilə oldu. Bu olay doktrinada “öldürən duman” olaraq adlandırılıb.

1952-ci ilin Londonu bir baxıma müharibədən sonra köhnəlmiş iqtisadiyyatın portretidir. Topyekun verilən İkinci Dünya Müharibəsindən sonra Britaniya iqtisadi həmlələrlə müharibə yaralarını sarmaq dərdindədir. Köhnələn iqtisadiyyat sənayenin bütün nemətləri ilə yenidən keçmiş günlərinə döndürülmək istənməkdədir. Verilən bu əməklərdən biri də qazancı maksimum səviyyəyə çıxara bilmək üçün keyfiyyətli kömürü ixrac edib keyfiyyətsiz, sulfid yüklü kömürü isə ölkə daxili istifadə üçün ayırmaqdır. Keyfiyyətsiz kömürün ətraf mühit çirkliliyi riskini artıracağı açıqdır, ancaq o günlərdə ətraf mühit düşüncəsi günümüzdəki səviyyə və çərçivədə olmadığı kimi London uzun illər boyunca payız sonu şəhəri örtən qalın duman buludları ilə məşhurdur. 1200-cü illərdən bəri kefiyyətsiz hava şərtlərinə sahib olan bu şəhər 19-cu əsrlə bərabər xalq tərəfindən alışan və Dikkensin romanlarında və Holms məcarələrində arxa planı təşkil edən çirkli hava kütlələrinin müntəzəm dayanacağı halına gəlmişdi. 1952-ci il isə öncəki bütün çirkli hava kütlələrindən fərqli bir təbiət olayını bərabərində gətirəcəkdi.

1952-ci il qışı London üçün elektrikli tramvayların qaldırılıb buxarlı qatarlarla dizel avtobuslara keçildiyi dönəmdir. Ayrıca dondurucu soyuqlar evlərdə daha çox kömür istehsalına yol açmışdı. 5 dekabrda London səmalarını dumandan bir təbəqə bağlayır. Bir neçə saat içində bu duman təbəqəsi havadakı tüstü səbəbi ilə sarımtıl qəhvəyi rəngə bürünür. Buraya qədər hər şey yenə də normaldır. Bu durum londonlular üçün həyatın bir parçası halına gəlmişdi. Ancaq bu hava kütləsi metereologiyada istilik evolyusiyası adı verilən duruma səbəbiyyət verir və yuxarıdakı ilıq hava yer üzünə yaxın soyuq və çirkli havanın yüksəlməsinə icazə verməz. Yüksələ bilməyən bu çirkli hava yetərli rüzgar olmadığından başqa bölgələrə də dağıla bilməməkdədir. Bütün bu komponentlər Londonun ən böyük çirkli hava fəlakətinə yol açır. 5 gün boyunca London iflic olur. İçərisində bolca sulfid dioksid olan və bu komponentin qoxusunu daşıyan çirkli hava kütləsi görüş məsafələrini insanların ayaqlarını görmələrini belə çətinləşdirəcək səviyyəyə endirir. İnsanların üzləri, geyimləri və binaların xarici cəbhələri dumandan dolayı qapqara olur. Bütün avtobus, təyyarə və gəmi səfərləri ləğv edilir. Maşınlar yollarda buraxılır; Elə ki, ambulanslar belə çalışa bilmədiyindən xəstələr yürüyə-yürüyə xəstəxanalara daşınır. Açıq havada aparılan bütün idman müsabiqələri ləğv edilir. Hətta hava kütləsi o qədər sıxdır ki, tikililərin içlərinə qədər girir, kino və teatrlar ləğv edilmək məcburiyyətinddə qalınır. Bütün bunların yanında şəhərdəki oğurluq, qəsb və soyğun hadisələrinin sayında artım olur.

Çirkli hava kütləsinin bütün bu təsirlərinə rəğmən insanlar çox da panika salmazdılar. Dumanın əsl təsiri ölüm statistikalarının incələnməsi ilə ortaya çıxır. Duman sırasında və sonrasında toplamda 12 min adam ölmüşdü. Ölənlərin əksəriyyətini gənclər, yaşlılar və siqaret istifadəsi yüksək olanlar təşkil etməkdədir. (O dönəmdə kişilər arasında siqaret istifadəsinin artımı unudulmamalıdır) ölmə səbəbləri də oxşardır: Nəfəs yolu infeksiyaları, astma, sətəlcəm, oksigen çatışmazlığı.

Bu 5 günlük fəlakət müdddəti 9 dekabr 1952-ci ildə sona çatır. Son çatması ilə bərabər ən başlarda vəziyyəti təcili görməyən Britaniya höküməti ətraf mühitlə bağlı-özəlində çirkli hava-tədbir görmək ehtiyacı duyur. Parlamentin 1956-cı ildə çıxartdığı “Təmiz hava qanunu” ilə birlikdə sənaye müəssisələrinin çirkli yanacaq işlətmələri qadağan olunur və qara dumanın önlənməsi məqsədi ilə tədbilrər görür. Ev sahiblərinə kömür yerinə alternativ istilik vasitələrindən istifadə qarşılığında maddi yardımlar edilir. Bu tədbirlərin həyata keçirilməsinin illər alması və toplumdakı istəksizlik səbəbi ilə sonrakı illərdə də 1962-ci ilə 750 adamın ölümünə səbəb olan çirkli hava kimi olaylar yaşanır, amma heç biri 1952-ci ildəki kmi ciddi və ölümcül olmaz. Görülən tədbirlərin nəticəələrini gec göstərməsinə baxmayaraqq 1952-ci ildəki çirkli hava yeni düşüncə tərzinin yaradılmasının önünü açmış və ətraf mühit düşüncəsinin yaranması mövzusunda ön ayaq olmuşdu.

0 comments :

Post a Comment