Oktyabr
inqilabı ilə bərabər sodomiyanı qadağan edən qanunun aradan qaldırılması rus
homoseksuallara azad dönəm yaşatdı. Azad olan homoseksuallar arxasında iz
buraxan bir çox tədbirlər, hətta toylar təşkil etdilər. İncəsənət tarixçisi
Olqa Xoroşilova Sovet iqtidarının ilkin illərində Petroqraddakı homoseksual
toplumun həyatından bəhs etdi.
BOLŞEVİKLƏR
SODOMİYA CƏZASINI NECƏ ARADAN QALDIRDILAR?
1900-cü
illərin əvvəlində yeni cəza qanununun hazırlanması ilə əlaqəli olaraq sodomiya
cəza qanununun aradan qaldırılması Rusiyada qızğın şəkildə müzakirə olundu. Məşhur
yazıçı Vladimir Nabokovun atası Vladimir Dmitriyeviç Nabokov qanunun ləğvini
gündəmə gətirdi, ancaq müzakirələr bir nəticəyə varmadı və qanun ləğv olunmadı.
Oktyabr
inqilabından sonra bolşeviklər cəza qanunu da daxil olmaq üzrə ən qısa müddətdə
yeni qanunlar hazırlamaq məcburiyyyətində idilər. Bu səbəblə sodomiya qanunu
haqqında nə ediləcəyinə, mühafizə yoxsa ləğv ediləcəyinə və bu fakta ümumi
olaraq necə yaxınlaşmaq lazım olduğuna qərar verilməsi lazım idi.
Nə
siyasətçilərin, nə də bu mövzuda işləyən həkimlərin ortaq fikri vardı. Ancaq
yenə də sodomiya maddəsinə nə 1922-ci il cəza qanununda, nə də qanunun 1926-cı
ilindəki halında yer verildi.
Burada
Berlin Seksologiya İnstitununu quran alman elm adamı Maqnus Hirşfeldin dolaylı
olaraq təsiri olmuşdu. Sovet həkimlər Hirşfeldlə əlaqə quraraq onun Avropadakı
işlərini maraqla təqib etdilər.
Homoseksuallığın
xəstəlik deyil, insan cinsəlliyinin təzahürlərinin sadəcə biri olduğuna əmin
olan Hirşfeld bu mövzuda bir çox danışıqlar apardı.
1926-cı
ildə cəza qanunu yeniləndiyində Hirşfeld Moskva və Leninqradı ziyarət edərək dərslər
verdi. Deyilənə görə homoseksualların Sovet Rusiyasında mənfi davranışa məruz
qalmadıqlarını görməkdən olduqca məmnun qalmışdı.
PETROQRADIN HOMOSEKSUAL ALTMƏDƏNİYYƏTİ
Petroqradlı
homoseksualların geyimlərini əsk etdirən xas tərz 19-cu əsrin ortalarından bəri
davam edirdi. “Özlərinə” aid olmağın işarələri, xüsusilə şalvarların arxa ciblərini
bəzəyən qırmızı dəsmallar və boyunlarındakı qırmızı qalstuklar idi.
Rus poeziyasının “gümüş dövr” şairlərindən Mixail Kuzminin Konstantin Somov tərəfindən
hazırlanmış məşhur portretində qırmızı qalstuk sadəcə çarpıcı rəng vurğusu
deyil, eyni zamanda şairin homoseksual altmədəniyyətinə aid olmasının
simvoludur.
20-cı
əsrin əvvəlində bəzi gənclər həddindən artıq makiyaj, pudra və göz kölgəsi
edirdilər ki, bunlar daha sonra homoseksuallığın işarəsi olaraq qəbul edildi.
Ancaq 1920-ci illərdə həddindən artıq makiyaj homoseksual toplumuna aid olmağın
göstəricisi olmaqdan çıxdı.
O
zamanlar bir çox gənc kinoya heyran idi və səssiz film aktyorlarının görünüşlərini
təqlid etdilər. NEP (Novaya
Ekonomiçeskaya Politika-Yeni İqtisadi Siyasət) dövrü qəhrəmanları beləliklə
tavernalarda və küçələrdə bir-birlərini tanıya bilirdilər.
Petroqraddakı
homoseksuallar arasında müyyən dəb yox idi. Homoseksual toplumun təqlid
etdiyi müğənnilər, sənətçilər, yazıçılar vardı. Özəlliklə Oskar Uayld bunlardan
biri idi.
O
zamanlar modern anlamda “trendsetter”lər və gey ikonalar yox idi. Bu qavramlar
çox sonraları gey mədəniyyətinin məcazi “dolabdan çıxaraq” Amerika və Avropa
vizual mədəniyyətinin, özəlliklə sənət və modanın önəmli parçası halına gəldiyi
1980-ci illərdə ortaya çıxdı.
Avropada
homoseksual mədəniyyətinin vizual tərəfi Rusiyanın əskinə çox sürətlə inkişaf
etdi. 1920-ci və 1930-cu illərdə avropalı homoseksuallar görkəmli qiyafətlər
geyinir, şıq aksesuarlar taxırdılar. Hətta siqareti belə orta və üzük
barmaqları arasında özəl şəkildə tuturdular.
Sovet
homoseksuallarının bu burjua lüksü və ifratçılığı asanlıqla qarşılaması mümkün
deyildi. Ölkə 1920-ci illərin əvvəlində vətəndaş müharibəsindən yeni çıxmış ikən
görkəmli qiyafətlərdən nə qədər bəhs edilə bilər?
Ortada
qıtlıq vardı və geyinəcək bir şey yox idi. Buna görə Fransa və İngiltərədə
olduğu kimi bir növ geyim “arqo”sunu inkişaf etdirmək 1920-ci illərdə obyektiv
səbəblərdən ötrü mümkün deyildi.
“ARİSTOKRATLAR”
VƏ “AVAM”
Petorqradlı
homoseksual toplum heterogen idi. Lezbiyanlar səssizcə yaşadı və özəl həyatlarını
elan etmədilər. Özəl lezbiyan mədəniyyəti 1920-ci illərdə Petroqrad-Leninqradda
ehtimalla heç var olmadı.
Onlar
bu qapalılığı, məhrəmiyyəti həyatlarına bağlı sənədlərin bu qədər nadir
olmasının səbəblərindən biridir. Özəlliklə fotolar həqiqətən nadirdir. Kolleksiyamda
sadəcə bir neçə dənə var.
Buna
qarşılıq geylər özlərini daha təsirli və yaradıcı olaraq göstərdilər. İncəsənət
və ədəbiyyat salonları yaratdılar, partilər və kostyumlu toylar təşkil etdilər,
məktublar və gündəliklər yazdılar və xatirə fotoları çəkdirdilər.
Maraqlıdır
ki, qulağa nə qədər gülməli gəlsə də, homoseksuallar inqilabdan sona belə
siniflərə bölünmüş halda yaşamağa davam etdilər. İnqilabdan əvvəl də, sonra da gerçəkdə
tək bir deyil, iki ayrı homoseksual toplumu vardı və bunların təmsilçiləri həqiqətən
bir-birləri ilə əlaqə qurmurdular.
“Aristokratlar”
deyilən və yaradıcı intelligensiyanın təmsilçilərindən, soylulardan, dövlət rəsmilərindən
və çarist ordu zabitlərindən ibarət kəsim vardı. Bunlar kokteyl və konsertlər təşkil
edib sənətçiləri bunlara dəvət edirdilər.
Digər
topluluğun adı “avam” idi. Bu ad “aristokratlar” tərəfindən verilmişdi. Bunlar
inqilabdan əvvəl eksklüziv Peterburq salonlarına qəbul edilməyən, 1917-ci ildən
sonra da “aristokratlar” tərəfindən xoş qarşılanmayan şəxslər olan əsgərlər, dənizçilər
və məmurlardan ibarət idi.
Anlaşılır
ki, inqilab sinif ayrı-seçkiliyini ortadan qaldırmşdı, ancaq homoseksuallar
köhnə sinif qəliblərini davam etdirirdi.
Amma
bəzən “aristokratlar” istisnalar edərək “avam”dan yaraşıqlı kişiləri gecələrini
bəzəmələri üçün aralarına dəvət etdi. Ayrıca sinfi məhdudiyyətlər “qadın təqlidçilərinə”
(qadın rolundankı kişi sənətçilər) tətbiq olunmurdu və onlar da həm “aristokrat”,
həm “avam” olmaqdan xoşbəxt idilər.
“Qadın
təqlidçiləri” inqilabdan əvvəl və sonra rus teatrında var olan ənənəvi travesti
janrından ziyadə homoseksual mədəniyyətlə daha çox əlaqədar olan özəl janrın sənətçiləri
idilər.
Professional
dərzilər tərəfindən tikilmiş kostyumları ilə göz alırdılar. Hətta bu geyimləri
kirayələdiklərini və ya məşhur Petroqrad dərzisi Leyfertdən sifariş etdiklərini
öyrəndim. Leyfert Mariinskiy teatrının aktyor və aktrisalarını geyindirirdi.
Təqlidçilər
kostyumlu homoseksual toylarında gəlin qılığında, rahat ana qılığında və ya sadəcə
gecənin nəşəli qonağı olaraq aktiv biçimdə yer aldı.
PETROQRADIN
ƏN SƏS-KÜYLÜ TOYU
Petroqradda
neçə dənə belə toy təşkil olundu, bilmirəm. 1920-ci illərə aid sənədlərdə
yalnız 2 dənəsindən bəhs edilir.
Biri
1920-ci ildə Petroqradın göbəyindəki Ofitserskaya prospektində reallaşdı. Dövlət
məmuru Georgi Andreyev gənc fabrik işçisi olan Dina ləqəbli Denis Nesterenko ilə
evləndi. İkinci homoseksual toy isə 1921-ci ilin yanvarında reallaşdı.
Bəzi
sənədlərə görə bu tərz toylar 1920-ci illərin sonunda, 1930-cu illərin əvvəlində
də oldu. Ancaq bunlara sadəcə dolaylı istinadlar edilmiş və bu səbəblə tam
olaraq harada təşkil olunub kimlərin qatıldığını müəyyənləşdirmək mümkün deyil.
Amma
1921-ci ildəki səs-küylü toy haqqında daha çox bilinir. Çekist casusu və Baltik
donanması dənizçisi olan gənc partiyalı Afanasi Şaur tərəfindən təşkil
olunmuşdu. Şaur parlaq partiya karyerası xəyalı qururdu və əlbəttə gözə girmək
istəyirdi.
1920-ci
ildə əsl sui-qəsdi necə ortayaa çıxaracağını tapdı. Petroqradda hər gün yeni
sui-qəsd kəşf edilirdi. Dostları arasında keçmiş zabitlər və düşük rütbəli ordu
mənsubları vardı. Hamısı homoseksual idi.
Bütün
bu keçmiş ordu mənsublarının əks-inqilabçı olduqlarını və gənc Qızıl Ordunu əxlaqi yöndən təsir edib gəncləri əxlaqsızlığa sövq edərək içəridən parçalamaq
istədiklərini ortaya çıxararaq bütün intriqanı pozğuna uğratdı.
Bu “sabiqlər”
əsasında “əks-inqilabçı iclaslar” olan dəvətlər verirdilər. Bir homoseksual
toyu qılığı altında Şaur Petroqrad gey mədəniyyətinin önəmli təmsilçiləri olan
baş “əks-inqilabçıları” bir araya toplamağa və polisin köməyi ilə bir dəfəlik həbs
etməyə qərar verdi.
Hər
şeyi doğru şəkildə hesabladı. “Avam” və “aristokratlar”dan ibarət qonaqlar sadəcə
bir gecə partisi üçün gəlməyə bilərdi. Ancaq toy 2 kişi arasında və kostyumlu
idi, ayrıca valideynlərin xeyir-duası və “çörək və duz” kimi rituallar ilə bir də konsertə yer veriləcəkdi. Belə toy bir çoxlarının marağını çəkdi.
Tədbirə
aralarında “kişi qılığına girmiş qadının” da olduğu 95 nəfər qatıldı və hamısı
həbs olundu. Ancaq məhkəmə nəticədə bitdi və olayın fiquranları xəfif qorxu ilə
qurtuldular.
NECƏ
SON TAPDI?
Şaurun
əməliyyatının ardınca 1920-ci illərdə belə sensasiyalı toylar və ədalətli
qovuşdurmalar yaşanmadı. Sodomiya hələ cəza qanununda yer almırdı və gey
salonları üçün isə sadəcə gizli müşahidə aparılırdı.
1930-cu
illərin əvvəlində durum dəyişdi. İyun 1933-cü ildə ilk həbslər başladı. “Leninqrad
homoseksualları məhkəməsi”ndə toplamda 175 nəfər həbs olundu. Çox sənədin hələ
gizli olması və araşdırmaçılar tərəfindən əlçatmazlığı səbəbi ilə bu həbslərin
səbəbləri hələ bilinmir.
Homoseksuallar siyasi səbəblərdə həbs edildi və bəziləri faşist olmaqla, bəziləri ingilis kəşfiyyatı üçün çalışmaqla, bəzilər “qəsdli əks-inqilabçılıq” və “Qızıl Ordunun əxlaqi yöndən pozulması” səbəbi ilə ittiham edildi.
Şaurun
1921-ci il “toyunun” burada önəmli rol oynadığını düşünürəm. Birləşmiş Dövlət
Siyasi İdarəsi (BDSİ) işçiləri Şaurun ittihamlarını “oğlancıqlar sərhəd və dəniz
qüvvələrini korlayır” şəklində xatırladılar. Eyni sözlər 1930-cu illərin əvvəlindəki
danoslarda da dilə gətirildi, BDSİ tərəfindən
ənənəvi şəkildə həbs edilənlərdən alınan ifadələrdə də.
Nəticə
olaraq “homoseksual məhkəməsi” əhatəsindəki Leninqrad həbsləri sodomiya maddəsinin
1934-cü ildəki yeni cəza qanununa yenidən girməsinə səbəb oldu.
0 comments :
Post a Comment