“Dorian
Qreyin portreti” adlı yeganə romanı 1891-ci ildə ilk dəfə çap edildiyində əxlaqsızlıq
ittihamları ilə qarşılaşaraq böyük əks-səda oyandırmış, buna qarşılıq incəsənətin
özünün əxlaqsız olduğunu vurğulayan Uayld romanının 3 əsas obrazı üçün belə
demişdi: “Bazil Holvard mən olduğum sandığım şəxsdir. Lord Henri dünyanın mən
sandığı şəxsdir. Dorian Qrey isə mənim olmaq istədiyim şəxsdir, bəlkə başqa bir
dövrdə...” Uayld həyatı boyunca təzyiq görməsinə və pulsuzluq çəkməsinə
baxmayaraq Corc Bernard Şounun deyimi ilə “ruhunun yenilməz sevinci”ni hər
zaman qoruya bilmişdi.
Bir söyləntiyə görə Oskar Uaylda “roman yaza bilməzsən”
demələrinin üzərində 2 gün içində yazmışdı. Bu səbəbdəndir ki, romanda özündən
də çoxlu örnəklər var.
Tam
adı Oskar Finqal O’Flaerti Uills Uayld olan Oskar Uaydl 19-cu əsr dünya ədəbiyyatının
gördüyü bəlkə də ən qeyri-adi yazardır. Həm ədəbiyyat anlayışı ilə, həm də özəl
həyatı ilə.
HƏYATI
1854-cü
ildə doğulan Oskar Uayld 9 yaşına qədər evdə təhsil almışdı. Daha sonra Portora
Kraliyyət məktəbinə yazılmışdı. Buradan məzun olduqdan sonra Dublindəki Triniti
kollecinə girən Oskar Uayld 1871-ci ildən 1874-cü ilə qədər burada təhsil aldı.
Uğurlu tələbə olan Oskar Uayld Triniti tələbələri üçün ən böyük mükafat olan
Berkli qızıl medalını və eyni zamanda Oksford Universiteti Maqdalin kollecindən
bir təqaüd qazanmışdı. Burada 1874-cü ildən 1878-ci ilə qədər təhsilini davam
etdirdi. Maqdalində ikən “Ravenna” adı şeiri ilə 1878-ci ildə Nyudiqeyt
mükafatını qazandı.
Londonda
kraliçanın məsləhətçilərindən olan Horas Lloydun qızı Konstans Lloyd ilə tanış
oldu və 29 may 1884-cü ildə Paddinqton, Londonda evləndilər. Cütlüyün bu
evlilikdən 2 uşaqları oldu.
ESTETİZM
Oskar
Uayld Maqdalin kollecində ikən estetizm hərəkatındakı fikirləri ilə tanındı. Saçlarını
uzatdı, “kişi” idmanlarına qarşı hörmətsizliyini hər fürsətdə dilə gətirdi və
otağını çobanyastığı, lalə və oxşar obyektlərlə dekorasiya etdi.
Söyləntilərə
görə bu hərəkəti ona River Çeruelldə bir boğmaq təşəbbüsünə və otağının
dağıdılmasına yol açdı, amma estetizm fikri xalq arasında daha tanış və adi
hala gəldi. “Springfield Republican”
kimi bəzi yayınlar Uayldın Boston gəzintisi sırasındakı estetiz ilə bağlı
danışıqlarından sonra onun anlayışının, gözəlliyə və estetikə tərifdən çox şöhrət
məqsədi ilə edilən bir hərəkət olduğuna qərar verdi. ayrıca Uayldın geyim tərzi
də Hiqqinson kimi tənqidçilərin maraq mərkəzi halına gəldi.
Hiqqinson “Unmanly
Manhood” qəzetinə yazdığı məktubda Uayldın qadınlığının kişi və qadınların
davranışlarına təsir edə biləcəyindən və şeirinin kişiləri qadınsı modabazlığa
yaxınlaşdıracağından narahatlıq duyduğunu qeyd etdi. əlavə olaraq Uaydın ədəbiyyatını,
homoseksuallığını və şəxsi imicini incələyərək onun həyaat tərzinin və əsərlərinin
əxlaqsız olduğunu açıqladı.
Uayld
Con Raskin və Uolter Paterdən çox təsirlənmişdi. Bu 2 ədəbiyyatçı incəsənətin həyatdakı
yeri üzərində məqalələr yayımlamışdılar. Uayld daha sonra ironik biçimdə
Paterin depressiv duyğularını şərh edəcəkdi. Paterin ölüm xəbərinə “O, heç
yaşamışdı ki?” demişdi. Paterin üslubu ilə “Dorian Qreyin portreti”ndə “Bütün
incəsənətlər əslində istifadəsizdir” demişdi. Bu şərh ədəbi anlamda oxunmalı
idi, çünki filosof Viktor Kuzen tərəfindən yaradılan “İncəsənət incəsənət
üçündür” ideologiyasını içində cəmləşdirir. 1879-cu ildə Uayld Londonda
estetizm dərsləri verməyə başladı.
Uilyam
Morris və Dante Qabriel Rossettinin məktəbinin tanıtdığı estetizm ingilis
memarlığında böyük yer tutmuşdu. İngiltərədə öndə gələn estetik sənətçisi Uayld
zamanının ən gözə çarpan simalarından biri oldu. Yenə də zaman-zaman
paradoksları və zarafatlı sözləri səbəbi ilə qəribsəndiyi də olurdu.
Amerika
və Kanadaya etdiyi tur sırasında Uayld bir çox qəsəbə tənqidçisi tərəfindən
ayıblandı. “The Wasp” Uaylda estetizmi alçaldan karikatura qəzetində yer verdi.
İngiltərəyə
qayıtdıqdan sonra Uayld “Pall Mall Gazette”də 1887-ci ildən 1889-cu ilə qədər
köşə yazdı. Daha sonra “Woman’s World” jurnalının redaktoru oldu.
SİYASİ
FİKİRLƏRİ
Uayld
həyatının böyük bir qismi boyunca sosializmi dəstəklədi. Ayrıca azadlıqsevərliyini
“Sonnet to Liberty” şeiri ilə göstərdi. Uayld ayrıca bir pasifist idi və “azadlıq
qanlı əlləri ilə gəldiyində onunla əl sıxışmaq çətin olacaq” demişdi. Siyasət
haqqındakı ana yazısı “Sosializmin təsirindəki insan ruhu” xaricində “Daily
Chronicles”a həbsxana reformunu dəstəkləyən yazılar yazmışdı.
Ledi
Florens Diksinin 1890-cı ildə yazdığı “Gloriana, or the Revolution of 1900”
adlı romanda Hektor I’Estranje qılığındakı Qloriananın “avam kamerası”na seçilməsi
ilə qadınlar səs haqqı qazanırdı. Diksinin Hektor obrazını yaradarkən Uayldı təməl
aldığı açıqdır.
CİNSƏLLİYİ
Uayld
çox yerdə biseksual olaraq xarakterizə edilməsinə rəğmən özünü yunan mədəniyyətindən
gələn kişi eşqi ənənəsinə bağlayır və Sokratik olduğunu iddia edirdi. Xronoloki
sıraya görə bu şəxslərlə birlikdəlik yaşamışdı: Frank Mayls, Konstans Lloyd, Robert
Bolduin və Alfred Duqlas. Uaydl ayrıca bir çox alfonsla da bərabər olmuşdu.
Tarixçilər
ümumilikdə Uayldın homoseksuallığının fərqinə 17 yaşlı Robert Rossa aşiq
olduqdan sonra vardığını söyləyirlər.
Neyl Makkenna “The Secret Life of Oscar Wilde” adlı bioqrafiyasında Uayldın
homoseksuallığının fərqinə 16 yaşında ikən başqa gənc kişini öpdüyündə fərq
etdiyini yazır. Makkennaya görə Uayld 1874-cü ildə Oksforda gəldikdən sonra
cinsəlliyini kəşf etdi və daha çox əsmər və cılız kişilərdən xoşlandığını öyrəndi.
70-ci illərin sonlarına doğru Uayl homoseksual eşqi mövzusunda özü ilə eyni
düşüncələrə sahib dost qrupuna sahib idi və bu sıralarda Uolt Uitmen ilə tanış
oldu. Bir dostuna Uitmenin cinsi seçimini açıq edəcək biçimdə “Uoltun öpüşü hələ
dodaqlarımdadır” dediyi bilinir.
Uayld
Rossla ilk tanış olduğunda öz cinsəlliyi mövzusunda hələ tam olaraq bilgili
deyildi. Ross Uayld ilə tanış olmadan öncə də ona heyran idi və Vikrotiya
dövrünün qatı əxlaq anlayışına qarşı maraqsız idi. Sonralar Ross lord Duqlasa
Uayldın ilk kişisinin özü olduğunu söyləyərək aralarında böyük qısqanclıq
başlatdı. Uayld qısa zaman içində gənc kişilərin olduğu həyaya atıldı. Ona görə
əlaqə panteralarla ziyafət çəkmək kimi idi və təhlükə zövqün yarısı idi. Həmcins
eşqi ilk dəfə "The Portrait of Mr. W. H." adlı əsərində işlətdi.
HƏBS
CƏZASI VƏ ÖLÜMÜ
1891-ci
ildə lord Duqlas onu şair Layonel Conson ilə tanış etdi. Aralarında böyük
dostluq başladı. Bu əlaqənin cinsi məzmunu olmadığını, sadəcə intellektual səviyyədə
olduğunu daha sonralar lord Duqlas söyləcəkdi.
Bir müddət
sonra Uayldın lord Duqlas və Alfred Teylor ilə əlaqələri mətbuatda yer tutmağa
başladı. Aktyor Çarlz Brukfildin köməyi ilə polislər Uayldın London cinayətkarları
ilə əlaqəsini ortaya çıxartdı və Uayld məhkəməlik oldu.
Məhkəmə xalqın böyük marağı ilə 3 aprel
1895-ci ildə başladı və eyni şəkildə 25 mayda Uayldın böyük əxlaqsızlıq cinayəti
səbəbi ilə 2 il kürək həbsinə çarpdırılması ilə bitdi.
İlk
başda Pentonvildə və sonra Uondsuertdə yatan Uayld ən axırda Redinq həbsxanasına
transfer edildi. Bundan sonra məhkum "C.3.3". olaraq bilinən Uaylda ilk başda qələm-kağız
belə verilməmişdi, amma sonra bu ehtiyacı qarşılandı. Həbs günlərində Duqlasa
50.000 kəlməlik məktub yazsa da, göndərmək şansı tapa bilmədi. Ölümündən sonra
Ross tərəfindən qısaldılaraq “De Profundis” adı ilə çap olundu. 1962-ci ildə
tam halı ilə “Oskar Uayldın məktubları” adı altında nəşr edildi.
Həbs
həyatı Uaylda heç yaramamışdı və həyatının qalan 3 ilini 5 parasız halda
keçirdi. Yenə də sürətli biçimdə keçmiş zövqlərinə qayıtdı. “The Ballad of
Reading Gaol” bu illərdə nəşr olundu. Son illərini keçirdiyi “Hotel d’Alsaceta”
daha öncə heç etmədiyi qədər cürətkar şeylər etdiyi söylənilir.
Uayld menengitdən dünyasını dəyişəndə təqvimlər 30 noyabr 1990-cı ili göstərirdi. Ölümü "Sarı rəngli 90-lar", "Dorian Qrey çağı" olaraq adlandırılan dönəmə dəng gəlmişdi. Ölməmişdən əvvəl Kutbert ata tərəfindən katolikliyə
təkrar qəbul edilldi. Ölərkən otelin sahibi və keşiş yanında ikən məşhur “Ya
divar kağızı gedər, ya mən” sözünü söyləmişdi. Vəfatının ardınca Banyö qəbiristanlığına
gömülsə də, daha sonra Parisdəki məşhur Per-Laşezə daşındı və ser Ceykob
Epstayn tərəfindən düzəldilən və üzərində kişi mələklər olan məzardaşının
altına gömüldü.
DORİAN QREYİN PORTRETİ
İrland
yazıçısı Ceyms Coys: “İnsanlar “Dorian Qreyin portreti”ni oxuduqlarında öz
günahlarını görürlər. Ancaq kitabda Dorian Qreyin günahının nə olduğunu heç kim
bilmir. Bu günahı sadəcə işləyənlər fərq edir.”
Dorian
Qrey bu dünyaya aid olmayacaq qədər gözəldir. Bu gözəllik rəssam Bazil tərəfindən
ölümsüzləşdirilmək istənmiş və Dorian Bazilə “Dorian Qreyin portreti” üçün
modellik etməyi qəbul etmişdi. Dorian o gözəl xətləri və təmiz ruhu ilə tabloya
köçürülərkən Bazil üçün sənətinin məqsədi Dorian olmuşdu. Amma lord Henri üçün
Dorian da öz sənətini köçürə biləcəyi, tərtəmiz kətan olaraq istifadə edə biləcəyi
bir vasitədir. Henrinin hedonist dünyagörüşü və günahı zövqun quruluşu olaraq
anlatması ilə günah artıq Dorian üçün kəşf edilməsi, axtarılması lazım olan bir
duman pərdəsi halına gəlmişdi.
Dorian həmişə portretindəki kimi gözəl və gənc görünmək üçün tər-təmiz ruhunu şeytana satır və özünü günahın qollarına buraxır. Artıq bütün insani özəlliklərini itirmişdi. Üstündə mükəmməl işləmələr olan içi boş vazadan fərqi yoxdur. Ruhu günahın tikanlı qollarından qurtulmaq üçün yalvararkən sevdiyi qadının onun ucbatından intihar etməsi belə Dorianı günahdan xilas edə bilməmişdi. Aradan uzun müddət keçməsinə rəğmən hələ gənc və gözəldir. Bəs ruhu? Dorian bu sualın cavabını tapmaq üçün illərdir hər kəsdən gizlətdiyi portretinə baxmağa qərar verir. Portretin üstündəki örtüyü qaldırar-qaldırmaz dəhşət içində qalır. İşlətdiyi bütün günahların cəzasını portreti, yəni ruhu çəkmişdi. Tanrını rədd edən qul kimi yaradıcısını, Bazili bu tabloya görə öldürmüşdü. Bazilin qanı tablodakı iyrənc bürüşmüş əllərdən ayaqqabılarına damcılayır. Dorian üçün çıxış qapısı yox idi? Artıq hər şey üçün çox gec idi. Dorian Bazilə amansızca sancdığı bıçağı indi ruhuna, yəni portretinə sancıb bu iyrəncliyə son verəcəkdi. Amma bıçaq tabloya sancar-sancmaz Dorian tərifsiz ağrı ilə yerə yıxılır. Xidmətçilər ona baxmağa gəldiklərində Dorianın qüsursuz tablosunun yannda çirkin, yaşlı və ölü adam görürlər. Dorian artıq dünyadakı bütün günahların altında əzilmiş, sadəcə üzüklərində tanına biləcək qədər çirkin cəsəddir.
Güzgüyə
baxdığımızda gördüyümüz biz içimizdəki bizi nə qədər əks etdirir? Səhvimiz bəlkə
elə buradan başlayır. Günahlarımız üzümüzə görə bilməyəcəyimiz, fərq edə bilməyəcəyimiz
hiyləgərliklə yerləşmişdi. Dorian kimi bədənimizi sarsıdacaq acı ilə
qarşılaşmaqdansa, cavabsız qalmağı seçirik. Çünki insan cavabsız qaldığı qədər hüzurlu,
içindəkini əks etdirə bildiyi qədər insandır.
"Dorian Qreyin portreti" qotik romandan, "Narsist" kimi miflərdən, "Qulan dərisi" (Balzak), "Tərsinə" (Qyumans), "Faust" kimi şah əsərlərdən izlər daşıyır.
"Dorian Qreyin portreti” 1890-cı ildə İngiltərə və ABŞ-da eyni vaxtda” Lippincott’s Monthly” jurnalının iyul sayında çap edildi, Uayld dərhal qollarını çırmalayıb kitab halındakı nəşri üçün romanı gözdən keçirdi, genişlətdi, roman “Ward, Lock & Co.” tərəfindən 1891-ci ildə nəşr olundu.
"Dorian Qreyin portreti” “Lippincott’ s Monthly Magazine”də yayımlandığında Uayldın onsuz da məşhur olduğunu yazan Frankel belə davam edir: "Geniş kütlələr tərəfindən yaxşı tanınan biri idi. Amma “Dorian Qreyin portreti” həm bəyənənlərin, həm də tənqid edənlərin gözündə onun bütləşməsinə yol açdı. Nə var ki, daha sonra məhkəmədə əleyhinə bir dəlil olaraq istifadə edildiyi zaman da gözdən düşməsində təsirli olacaqdı. Roman “Viktoriya çağı” insanlarının, içində yaşadıqları dünyanı, xüsusilə cinsəllik və kişiliklə əlaqədar olaraq qəbul etmə və anlama formalarının dəyişməsinə yol açdı"
"Dorian Qreyin portreti” 1890-cı ildə İngiltərə və ABŞ-da eyni vaxtda” Lippincott’s Monthly” jurnalının iyul sayında çap edildi, Uayld dərhal qollarını çırmalayıb kitab halındakı nəşri üçün romanı gözdən keçirdi, genişlətdi, roman “Ward, Lock & Co.” tərəfindən 1891-ci ildə nəşr olundu.
"Dorian Qreyin portreti” “Lippincott’ s Monthly Magazine”də yayımlandığında Uayldın onsuz da məşhur olduğunu yazan Frankel belə davam edir: "Geniş kütlələr tərəfindən yaxşı tanınan biri idi. Amma “Dorian Qreyin portreti” həm bəyənənlərin, həm də tənqid edənlərin gözündə onun bütləşməsinə yol açdı. Nə var ki, daha sonra məhkəmədə əleyhinə bir dəlil olaraq istifadə edildiyi zaman da gözdən düşməsində təsirli olacaqdı. Roman “Viktoriya çağı” insanlarının, içində yaşadıqları dünyanı, xüsusilə cinsəllik və kişiliklə əlaqədar olaraq qəbul etmə və anlama formalarının dəyişməsinə yol açdı"
Roman yayımlanar-yayımlanmaz müzakirələrə yol açmışdı. Əlbəttə,
Amerika və İngiltərədə dəyərini ortaya qoyan həssas yazıları çıxmamış deyildi,
amma ingilis mətbuatında çıxan yazıların böyük bir hissəsində açıq-aşkar düşmənçilik
gözə dəyir, roman "bayağı", "pis", "zəhərli",
"utanmazca" və "saxta" olmaqla suçlanırdı. 1890-cu ilin
avqustunda Uayld romanının “Lippincott's”da yayımlanışının üzərindən keçən 2 ay
ərzində 216 hücuma uğradığını iddia etmişdi.
“Dorian Qreyin portreti” yayımlandığında Uayldın bu kitabıyla
günah çıxartdığı şərhində olanlar olmuşdur. Ancaq romanın ehtiva etdiyi cinsi
motivlər, ya da Oskar Uayldın həyatının nə qədərini əks etdirdiyi bir yana, əslində
əsər romantik ədəbiyyatın və sonralar alman ekspressionist kinosunun sıx olaraq
işlətdiyi mövzulara yer verir: İki şəxsiyyətli olmaq vəziyyəti, ya da ikili həyat
sürmək vəziyyəti, ruhunu şeytana satmaq, tale ilə bazarlıq etmək kimi. Burada hər
nə qədər romantiklər qədər olmasa da Uayldın insan var oluşu üzərində öz
estetik düşüncələrinə əsaslanaraq bəzi görüşlər irəli sürməsi söz mövzusudur.
Digər tərəfdən əsər Uayldın sənət üzərində düşüncələrinin bir manifesti
xüsusiyyətindədir.
Əsərin başqa bir digər xüsusiyyəti Uayldın çox əsəri kimi
Viktoriya çağı İngiltərəsinin qatı əxlaqçılığını və ikiüzlülüyünü lağ bir dillə
tənqid etməsidir. Lord Henri bizə dövrün ingilis əxlaqı və həyat tərzi haqqında
bir çox ipucu verir. İstər həyatı, istərsə də əsərləriylə dövrünün ən müxalif şəxslərindən
biri olan Oskar Uayld əslində ağıllı və zarafatcıl üslubuyla ingilis cəmiyyətini
hədəf aldığı qədər özünü də hədəf almışdır. Bu mənada "Dorian Qreyin
portreti” bir adamın özü haqqında edə biləcəyi ən mərhəmətsiz tənqidlərdən
biridir.
0 comments :
Post a Comment