30
avqust 1797-cu ildə Uilyam Qodvin ilə Meri Uolstonkraftın birlikdə sahib
olduqları yeganə uşaq olaraq dünyaya gəlir. Atası Uilyam Qodvin radikal siyasi
fikirləri ilə tanınan filosof yazar, anası Meri Uolstonkraft dönəmin qadın
haqları qoruyucusu, feminist idi. Anası onun doğumundan bir neçə gün sonra
ölüncə atası tərəfindən böyüdülür və təbii olaraq ondan və dost çevrəsindən
olduqca təsirlənir. Uşaqlığının böyük hissəsini kitab oxuyaraq, hekayələr
yazaraq və xəyallar quraraq keçirən Meri 1814-cü ildə dövrün romantik şairlərindən
Persi Bişi Şelliyə aşiq olur və eyni il evli adamla münasibətinə görə atası tərəfindən
xoş ilə qarşılanmadığı üçün evdən qaçaraq Persi Bişi Şelli ilə birlikdə
yaşamağa başlayır. Şellinin ayrı yaşadığı arvadının intiharından sonra bu
evlilikdən olan uşaqların vəlayətini ala bilmək ümidi ilə evlənirlər, amma bu
ümidləri boşa çıxır. Merinin Persi Şellidən sahib olduğu 4 uşaqdan 3-ü körpəlik
çağında ölürlər. 1818-ci ilin ortalarından başlayaraq cütlük İtaliyada yaşamağa
başlayırlar. Ərinin bir dəniz qəzasında ölməsinin ardınca Meri Londona qayıdır.
Şellinin məqalələrinin, məktublarının və şeirlərinin redaktoru olur, keçimini
yazıları ilə qazanaraq sağ qalan yeganə uşağını böyüdür.
Meri
Uolstonkraft Şelli 1851-ci ildə fevralın ilk günlərində dünyasını dəyişmişdi.
“Frankenşteyn”
üzərində işləməyə başladığında hələ 19 yaşına girməmiş olan Şelli əri Persi
Şelli və lord Bayron ilə ilə İsveçrə ziyarətindədir və günlərini açıq havada gəzintilərlə,
yağışlı və qapalı havalarda isə evdə qalaraq intellektual müzakirələrlə
keçirir. Bu müzakirələrdən biri sırasında çeşidli fəlsəfi təlimləri müzakirə
edilir, digərlərində isə həyatın qanunu və bunun kəşf edilərək ifadə
edilib-edilməməsi ehtimalının olub-olmadığı danışılır. Bir parça əriştəni fövqəladə
şəkildə istəmli hərəkət etməyə başlayana qədər şüşə kassada saxlayan dr.
Darvinin təcrübələrindən danışırlar. Bu sırada Şelli belə düşünməkdədir:
“Yenə
də həyat bu şəkildə verilməzdi. Bəlkə bir cəsəd yenidən canlana bilərdi.
Qalvanizm bu cür şeylərin işarəsini vermişdi. Bəlkə bir varlığın parçaları emal
edilə bilər və bir araya gətirilib ona həyat istiliyi verilə bilər.”
Müxtəlif
fəlsəfi mövzular, həyatın sirri və qanunları, bunları irəlidə kəşf edilmə
ehtimalı, Darvinin tapıntıları danışdıqları mövzuların başında gəlir. O dövrün ədəbiyyatda
ağırlığı olan xəyalət hekayələrini bir-birlərinə oxuduqları bir gecədə lord
Bayrondan gələn xəyalət hekayəsini yazmaq məsləhəti hələ 19 yaşında olan Meriyə
təsir edir. Eyni günlərdə “evlilik andı içdiyi arvadını qucaqlamağı düşündüyü
sırada özünü onun solğun xəyalətinin qollarında tapdığı “Vəfasız aşiqin tarixçəsi” (The History of the Incosnstant Lover)” və
acınası sonu, tam ərgənlik çağına gəldiyində tale qurbanı evindəki gənc
uşaqlarına ölüm öpüşü vermək olan, irqinin günahkar qurucusu” hekayələrinin yer
aldığı kitabları oxumuşdu. Belə söhbət əsnasında lord Bayrondan gələn xəyalət
hekayəsi yazmaq məsləhəti sonrasında bütün gecə müzakirə edilən mövzunun
şüuruna təsir etməsi nəticəsində gördüyü yuxu ortaya Frankenşteyni çıxardır.
1831-ci ildə çap olunan kitabın qapağın dr.
Frankenşteyn yaratdığı canavardan qaçır. Kitabın qapağında yer alan və Teodor
fon Holts tərəfindən çəkilən illüstrasiya daha sonra bir çox Frankenşteyn
kitabını qapağında yer almış və məzmun olaraq orijinal mətnə bənzəsin-bənzəməsin,
hazırlanan kopyalar arasında istinad göstəricisi olmuşdu.
Ancaq romanı yazdığı sırada Şelliyə təsir edən
sadəcə söhbətlər və yuxu deyildi. 1797-ci ildə doğulan Meri Şellinin “Frankenşteyn”i
yazdığı 1816-17-ci illərə qədər həyatına təsir edən olaylar da romanda əks olunur.
Bu illər ölüm və acıların həyatında silinməz izlər buraxdığı illərdir.
Doğumundan 10 gün sonra anasını itirməsi, evli adama aşiq olub atasının bütün
israrına baxmayaraq bu adamla qaçması, Persi Bişi Şellinin
arvadının özünü gölə ataraq intihar etməsi, daha sonra ərinin qayığın tərs dönərək dənizə düşüb boğulması, 1816-ci ilin yanvarında doğulan
oğlu Uilyamın hələ körpə ikən ölməsi, 1817-ci ildə doğulan qızı Klaranın bir il
sonra ölməsi yazarın şüuruna və yazıçılıq məcarəsinə təsir edən önəmli olaylardır.
Romanda bədheybət tərəfindən öldürülən balaca oğlanın adının Uilyam olması təsadüfi
deyil.
Roman
ilə müəllif arasında bağlantı sadəcə bu deyil. Frankenşteynin və onun yaratdığı
bədheybətin hekayələrindən ibarət məktubların göndərildiyi şəxs olan və roman
boyunca danışmasına heç rastlanmayan Uoltonun bacısı Marqaret Uolton Sevill
adını daşımaqdadır ki, bu adın baş hərfləri olan MWS (Margaret Walton Saville)
eyni zamanda müəllifin (Mary Wollstonecraft Shelley) adının baş hərfləridir.
Bir fikrə görə Şelli özünü bu romana belə əks etdirmiş, real həyatdakı səssizliyini
romana əks etdirmiş, ayrıca öz səsini də sistematik olaraq senzuralamışdı.
Romanın quruluşu özü öz səsinin ətrafına bir sürü pərdə inşa edir.
Bədheybətin
öz həyat hekayəsindəki ictimai laqeydlik nəticəsində pis yola düşmüş
yaxşılıqsevər şəxsiyyət doğrudan-doğruya Meri Şellinin öz uşaqlıq təcrübələrindən,
atasının anasının ölümündən sonra sevimsiz missis Klermont ilə evlənməsiylə bərabər
evdə yaşadığı tərk edilmişlik və məhrumluq duyğularında törəmişdi. Meri
Şellinin mətnini 1 deyil, 2 başqa mətnin içinə yerləşdirmə qərarı (Frankenteyinin
danışdığı hekayənin Uoltonun gündəliyindən əsk etdirilməsi) müəllifin şəxsi səsinin
dinləyicidən 2 qat uzaqlaşması nəticəsini doğurmuşdu.
FRANKENŞTEYN
VƏ YA MÜASİR PROMOTEY
Roman
quzey qütbünə çatmağa çalışan gənc Robert Uoltonun şahid olduğu dəhşətli olayı
bacısına yazdığı məktublarla başlayır. Uolton və adamları buzların arasında
birilərinin arxasınca gedən xəstə, yorğun və çökmüş adamla qarşılaşmışdılar.
Bir müddət sonra yaxşılaşan və hekayəsini danışmağa başlayan dr. Frenkeyşteyn əslində
müasir Prometeydir. Prometey insanlığa xismət üçün tanrılardan odu oğurlamışdı
və Viktor Frankenşteyn də insanoğlunun çarəsizlik içində ölməsinə son vermək,
ölümsüzlüyü, güclü və mükəmməl ola bilməyi təmin etmək üçün təbiətə, tanrının
qanunlarına qarşı gəlir. Ancaq Viktoru əslində bu məqsədə yönəldən güc və şöhrət
istəyidir və onun danışdıqları romanın başlanğıcında eyni güc və şöhrət istəyinə
şahid olduğumuz Robert Uoltona dərs xüsusiyyətindədir.
Bacarıqlı
və həvəskar tələbə olan dr. Frankenşteyn ölümsüzlük axtarışı artıq dövrün dəbi
keçmiş elmi təlimlərdə davam etdirməkdədir. Getdiyi universitetdə rasionalist
elm adamı olan mister Krempe yerinə yeni inkişaflara önəm verən, ancaq keçmişin
“möcüzə yaradan” təlimlərini də rədd etməyən mister Uoldmanı özünə örnək alır.
Məqsədi hər nə qədər qüsurları, zəiflikləri və düşkünlükləri ilə bilinən
“yaradıcı” tipinə tərs də olsa “yaratmaqdır.” Bu məqsədini reallaşdırmaq üçün
çılğınlıq dərəcəsində səy edir və illk əsərini yaradır. Nə var ki, əsəri hələ
vücuda gələr-gəlməz dəhşətə düşür. Sonra
roman boyu davam edəcək olan qaçma-qovma başlayır. Bütün bu qaçma-qovma
sırasında rollar davamlı dəyişməkdədir. Romanda əslində bəlli qəhrəman yoxdur,
sadəcə dəyişik ov və ovçu rollarını üstlənən qarşı qəhrəmanlar var.
Frankenşteyn yuxularını işğal edən bədheybətdən qaçmaqdadır və hədbeybət də bəlkə
dostluq, bəlkə intiqam duyğusu ilə onun arxasında gedir. Bütün bu qaçma-qovma sırasında tükənişə şahid
olunur. Frankenşteynin ailəsi və dostları anbaan itib getməkdədir. Balaca
Uilyam, zavallı övladlıq və xidmətçiləri Justina, sadiq dostu Henri və ən nəhayətində
arvadı Elizabet bədheybətin qurbanı olurlar və ən sonunda Frankenşteyn və bədbeybət
bir-birlərinin arxasınca düşüb qarşılıqlı ölümə gedirlər. Tanrıların odunu
oğurlayan Prometey oğurladığı odda yanır.
1840-ci
illərdən bəri ilk olaraq 1818-ci ildə 3 cild halında nəşr olunan mətnin bir çox
fərqli adaptasiyası yazılmışdı. Dahası romanın hər hansı versiyası ilə paralel
olaraq reallaşan və romandan tamamilə müstəqil varlıq qazanan bir sıra teatr və
film Frankenşteyni arasında güclü əleyhdarları var. Bunların bir çoxu Meri
Şellinin romanı yerinə 1823-cü ildə Riçard Brinsli Pikin orijinal hekayədən təsirlənərək
səhnələşdirdiyi “Presumption; or, The Fate of Frankenstein” oyunundan
başlayaraq bir-birlərini kopyalaraq törəmişdilər.
Bu tamaşa 19-cu əsr melodramlarının bir çoxu kimi rahatlama ehtiyacındakı orta təbəqə
üçün yazılmış və -xidmətçiləri gülünc təlxəklər olaraq dəyişdirdikən sonra- bu məqsədinə
bədheybəti dilsiz qılaraq çatmışdı. Səfalət və ədalətsizliyə yönəldilən
anlamlı qarşı çıxışlar çıxardılıb atılmış, geriyə zorla insan olaraq qavrana
biləcək, dilsiz məxluq qalmışd. Bu orijinal əsəri şikəst etməklə birlikdə
ictimai simvolu cəzb edən bir günah keçisi və bir baxıma insanlıq tarixinin ən
önəmli məşhur kültür ikonalarından birini yaratmışdı.
Frankenşteyn
ilk dəfə 1910-cu ildə “Edison” studiyalarında çəkilmişdi. Ceyms Sirl-Douli tərəfindən
çəkilən film Meri Şellinin romanından ilhamlanan “Presumption; or, The Fate of
Frankenstein” əsəri əsasında çəkilmişdi. Oqastus Fillipsin dr. Frankenşteyn,
Çarlz Oqlun bədheybət, Meri Fullerin Elizabet rolunda yer aldığı bu film öz
dövrünün ən önəmli vizual effektlərindən birini gerçəkləşdirmiş və
“stop-motion” texnikası ilə bədheybətin qapalı qapılar arxasındakı yaradılma
prosesi canlandırılmışdı. Bədheybət daha
sonra özündən qaçan Frankenşteynin arxasınca düşür və Elizabetlə qarşılaşır.
Bu sırada güzgüdə öz çirkinliyi ilə qarşılaşaraq şok olur və film onun “güzgüyə
qapılma”sı ilə sona çatır.
Əsl
Frankenşteyn çılğınlığı isə 1931-ci ildə “Universal” studiyaları üçün Ceyms
Ueyl tərəfindən çəkilən filmlə başlayır. Bədheybət rolunda Boris Karloffun yer
aldığı bu film bir partlama yaradır və ard-arda davam filmləri çəkilir. İlk
davam filmi eyni kadro ilə 1935-ci ildə çəkilir. “The Bride of Frankenstein”
adını daşıyan bu film bir çox şəxs tərəfindən öncülündən daha yaxşı film olaraq
xarakterizə edilir. 1939-cu il tarixli “The Son Of Frankenstein” filmi isə
seriyanın 3-cü filmidir və daha sonra bir çox filmdə bədheybəti canlandıracaq
olan Bela Luqoşi fərqli rolda olsa da, heyətə qatılmışdı. 1942-ci ildə “The
Ghost of Frankenstein” filmi isə Boris Karloffsuz ilk Frankenşteyn filmi olur.
Bir
müddət ara verən çılğın rejissorlar yenə axtarışlara girir və 1943-cü il
tarixli filmdə əsas canavarın qarşısına quradam çıxarılır: “Frankenstein Meets
the Wolfman”. Bir il sonra isə “House Of Frankenstein”da bu ikiliyə qraf
Drakula qatılır. 1957-ci ildə yenə qorxu filmlərinin kült adlarında Kristofer
Linin rol aldığı “The Curse Of the Frankenstein” çəkilir. Durdurulmaz şəkildə
roman 50-dən çox film, yüzlərlə tv serialı, cizgi serialı, cizgi romanı, pop
musiqi və daha bir çox məhsula qaynaqlıq edir.
Bu
filmlər arasında özəlliklə ikisi maraqlıdır. Birincisi 1931-ci il istehsallı
Ceyms Ueylin çəkdiyi və Boris Karloff ilə bərabər məşhurluq qazanan “Frankenstein”,
digəri isə bir çox “səviyyəli” teatr oyununu da kinoya uyğunlaşdıran Kennet
Brananın çəkdiyi və orijinal əsərə göndərmə xüsusiyyəti daşıyan “Mary Shelley’s
Frankenstein”
"FRANKENSTEİN" (1931)
Bu
film də eynən ilk Frankenşteyn adaptasiyası kimi romandan yox, “Presumption;
or, The Fate of Frankenstein” oyunun adaptasiyası olaraq dəyərləndirilə bilər.
Eynən teatr oyunu kimi bu film də “rahatlamaq ehtiyacındakı orta təbəqə üçün” çəkilmişdi.
Parlaq
və ehtiraslı tibb tələbəsi Henri F.-nin ölmüş insan insan parçalarından yeni
canlı insann yaratmaq kimi “saplantısı” var. Bu məqsədini reallaşdırmaq üçün məzarlıqlardan
ölüləri oğurlamaqda və boş təpədəki daş qəsrə çəkilərək gözlərdən uzaq şəkildə
işləməkdədir. Ona bu işlərində qozbel və pis assistantı Frits kömək etməkdədir.
Sonunda
dünyadakı yaşamında qaynağı olduğuna inandığı elektrik cərəyanınıdan (ildırım)
istifadə edərək bədheybətə həyat verməyi bacaran dr. F. təəssüf ki, xoşbəxt
olmayacaq. Çünki Frits bədheybət üçün beyin axtararkən “yaxşı” beyni əlindən
qaçırır və doktora bir cinayətkarin beynini gətirmişdi. Ortaya çıxan bədheybət
danışa bilməməkdə və oddan qorxmaqdadır. Orijinal mətndəki fəlsəfi çıxarışlar
edə bilən bədheybət ilə müqayisə edilməyəcək qədər acınası haldadır. Bir nöqtədə
Fritsin əziyyətlərinə dözə bilməyən bədheybət bir gün zalım qozbeli öldürərək
qaçır və intiqamını almaq üçün Elizabetin arxasınca düşür.
"MARY SHELLEY’S FRANKENSTEİN" (1994)
Kennet Brana tərəfindən çəkilən bu versiya dövründənki digər
örnək (F. F. Koppolanın çəkdiyi “ Bram
Stoker’s Dracula") kim rejissorun əsərə sadiq qalmağı planlaşdırdığını göstərir
və özündən öncə gələn təxminən 50 filmdən fərqi olacağı gözləntisini yaradır. Ancaq
rejissorun işi çətindir, çünki öncəlik olaraq aşması gərəkən Boris Karloff
kültü və bu kült ətrafında şəkillənən Frankenşteyn simvolu vardı. Qaldı ki, zatən
insanların beyinlərinin kimin kim olduğu mövzusunda qarışıq olduğu
düşünüldüyündə Brananın işi çətindir. Dolayısı ilə rejissor çox da alışıq
olmayyan və bilinməyən dr. Frankenşteyn və bədheybət portreti çəkəcəkdi.
Romandakı kimi filmdə də şimal qütbündə fırtınalı səhnə ilə
açılış olur. Şimal qütbünə doğru Robert Uolton liderliyində irəliləyən gəmiçilər
yaratdığı canavarı qovalayan Frankenşteyn ilə qarşılaşırlar. Bu nöqtədə uzun
geri dönüş ilə onun ağzından köçürülür. Bu hissədə özəlliklə 1931-ci ildə çəkilən
filmdən fərqli olaraq daha əhatəli adaptasiya olduğu görülür. Özəlliklə dünyaya
gəldikdən həmən sonra yaradıcısı tərəfindən rədd edilən və qarşılaşdığı və
onlar sayəsində oxuma-yazma öyrəndiyi ailə ayrıntılı olaraq işlənir. Bəzi səhnələrin
isə romanla hardasa birəbir örtüşməsi diqqətçəkicidir.
Bununla bərabər özəlliklə bədheybətin yaradılma prosesinə özəl
önəm verildiyi diqqət çəkməkdədir. Kitabda çox da ayrıntılı olaraq göstərilməyəən
bu proses - sadəcə uzun (2 il qədər) və zəhmətli kimyəvi və elektrik əməliyyatlar
olduğu toxunulur – ilk filmdə qansız yaradılış – havada uçuşan ət və sinirlər
skeletə tutunmaqdadır – 1931-ci ildə isə şimşəkli təcrübə olaraq diqqət çəkməkdədir.
1994-cü il versiyasında isə bu yaradılış haradasa doğumu xatırlatmaqdadır. Müxtəlif
yollarla tapılmış və bir araya gətirilmiş parçalarla bir vücud inşa edilməkdədir və bu vücud isə amnion maye içində həyat tapmaqdadır. Bu, əslində tam da tək
başına uşaq sahibi olmağa çalışan bir kişini anladan canlandırmadır. Digər tərəfdən
sadəcə işığa yüksəlib enməklə yetinilməmiş və beləcə izləyici üçün daha çox
aksion da təmin edilmişdi.
Film romanı yaxından təqib etməklə bərabər bir çox qısaltma
və dəyişiklik də etmişdi. Kitabdan alınmayan bölümlərin səbəbi filmi bəlli müddətə
sığdıra bilmək və izləyicinin diqqətini dağıtmamaq olaraq açıqlana bilər. Nə də
olsa gedərək tənbəlləşən və asan anlamağı uman izləyici var və bu izləyicini
lazımsız ayrıntılarla və mətnlərlə yormaq çox da üstün durum deyil. Məsələn,
romanın əvvəlində yer alan Uolton və bacısı arasındakı məktublaşmalar və bədheybətin
sığındığı yerin sahibi olan ailə filmdə yer almır. Bunun səbəbini anlamaq çox
asandır. Çünki özəlliklə bu ailəyə sonradan qatılan Safiyənnin hekayəsi başlı-başına
bir film mövzusudur. Türk ata ilə xristian ərəb ananın qızı olan Safiyə və
atasının hekayəsi romanın orientlist tərəfini təşkil edir. Bu hekayənin filmdə
verilməyişi çox fərq yaratmaz, amma roman və kinonun imkanlarını göstərmək
baxımından maraqlıdır.
Filmdə yer almayan digər “kiçik” detallar isə dr.
Frankenşteynin qardaşı Ernest, Henri Klervalın ölümüdür (1931-ci il
versiyasında Elizabetə aşiq olan, ancaq 1994-cü ildə bu eşqini unudan Henri)
ki, Henri filmdə küçədəki insanı
simvolizə edir və ölmür, zavallı Justinanın çarpıdılan hekayəsi və Alfonso
Frankenşteynin ölümü (Henriyə acıyan Brana ataya qarşı amansızdır) və ən önəmlisi
roman açıq uclu olmasına rəğmə bədheybətin ölümüdür. Nə yazıq ki, Brana şübhəyə
yer qalmayacaq şəkildə bədheybətdən qurtulmağı seçir.
Digər tərəfdən romana edilən bəzi əlavələr də filmdə diqqət
çəkir. ən önəmli dəyişiklik bədheybətin Frankenşteynin arvadı Elizabeti öldürməsindən
sonra gəlişidir. Kitabda bunun ardınca qovalama başlayarkən filmdə isə
Frankenşteyn bir zamanlar etdiyi və peşman olduğu hərəkəti təkrarlamaqdan şübhə
etmir. Üstəlik bu dəfə bir az da fantaziyalarının qadınını düzəltməyə girişir. Justinanın
bədəni üzərinə Elizabetin başı. Nə olsa da (ən azından yaşayarkən) Justinanın qəlbində
Frankenşteyn varkən, Elizabetin qəlbi bədheybətdədir! Frankenşteyn arvadının
ölümünü qəbul etməz və səhvini təkrarlayaraq onu canlandırır. Ancaq yenidən
diriltdiyi arvad nə özünün, nə də arvadının xoşuna gəlmir və Elizabet özünü
yandıraraq öldürür. Zatən tez-tez bu hərəkətinin işarətlərini verən Elizabetin
filmdəki kişilərdən daha sağlam fikirli və məntiqli olduğu bir gerçəkdir. Üstəlik
Şellinin Frankenşteyni təxminə 200 il əvvəl xətalarından dərs çıxara bilən və
bu xətalarını təkrarlamayacaq qədər də əxlaqlı olan adamdır.
Bu səhnə digər tərəfdən əslində romanda da zaman-zaman
rastlaşan maraqlı arzuların və ehtirasların (ensest mövzusunda) açığa çıxdığı səhnələrdən
biridir. Frankenşteyn romanda tez-tez bacısı və ya kuzeni olaraq bəhs edilən
qızla evlənir. Eyni zamanda romanda bacı-qardaş olaraq göstərilən, bədheybətin
sığındığı evin sakinləri Feliks və Aqata (ki, Feliks Safiyəyə aşiqdir) filmdə ər-arvad
olaraq ortaya çıxır. Bununla da qalmaz bədheybət Elizabeti yaradıcısının, bir
növ atasının arvadını, yəni anasını özünə həyat yoldaşı olaraq istəyir.
İTİB GEDƏNLƏR
Romanı özəlliklə 1931-ci ildən bu yana edilən
adaptasiyalardan ayıran ən önəmli özəllik çeşidli oxumalara imkan tanıyan alt mətnlərin
olmasıdır. Təəssüflər olsun ki, adaptasiya proseslərində bu alt mətnlərin
haradasa hamısı itib getmişdi. Özəlliklə
anasının radikal feminist fikirlərindən təsirləndiyi öngürülərək Şellinin 19
yaşında gənc qadın ikən yazdığı bu roman feminist oxumalara imkan tanıyır. Bu bağlamda
Viktor Frankenşteyn analığa, qadınlığın o müqəddəs bioloji üstünlüynə, dünyaya
canlı gətirə bilməyi, tanrılığa həsəd aparır. Bunun özünə gətirəcəyi şan-şöhrətin
sehrinə qapılaraq ölülərin parçalarından bədən düzəldir və bu bədəni elektriklə
həyat verir. Canlandırmağı bacardığında isə o bədəndən iyrənir, peşmanlıq
duyğusuna qapılaraq qorxu içində ondan qaçır. Dr. Frankenşteyn bir anadır,
amma baxmağa belə iyrəndiyi məxluq onu atası olaraq bilir.
Romanda Frankenşteyn və De Leysi ailələrinin evləri domestik
cənnətlər olaraq göstərilmişdi. Əslində Viktorun, romantik ideologiyanın fərdçiliyə
sığınaraq qaçdığı da domestik ideologiyanın özüdür. Şelli romanın qurğusunda 2
ideologiyanı toqquşdurur. Qadını toplum yaşamında passiv qılan, evdə
qalmağa məhkum edən domestik düşüncəni
sorğulayan müəllif həm də bu ideologiyanın əxlaqi təməli olan qadın dəyərlərini
yüksəldir, həm də qəribə şəkildə onları olay hörgüsündə arxa plana itələyir. Qadınlar
ictimai sahədə aktiv olmadıqları kimi domestik sahədə də aparıcı ola bilməzlər.
Məsələn, Viktorun böyük eşqlə bağlı olduğu Elizabetin sevgisi olay hörgüsündə
onun həyatında heç bir şeyə təsir edə bilməz. Zatən bir kişinin tək başına
başqa bir kişi yarada bilməsi tamamilə qadını, qadına olan ehtiyacı, analığı
ortadan qaldıran, dolayısı ilə Elizabet ilə Viktorun arasına qalın divar hörən
gerçəyin özüdür. Qaldı ki, daha öncə də bəhs edildiyi kimi Şelli öz hekayəsini
bir növ senzuralayaraq ola bildiyi qədər romanın xaricində tutmağa çalışmışdı.
Şelli romanında keçmiş və tutucu olan əxlaq anlayışını,
qadına olan baxışını və ümumi olaraq kilsəni tənqid edir. Törətmədiyi cinayətdən
ötrü kilsənin təzyiqi ilə etiraf etdirilən Justinanın edam edilməsində kilsəni
ittihamedici tənqidi davranış günün şərtlərində cəsarətli addımdır.
Romandakı ana tema nə qədər elmi motivlərin və yüksələn dəyərlərin
izlərini daşısa da, təbiətə və Tanrının ilahi buyruqlarına qarşı gəlməyin elə məsum
müdaxilə olmadığı mesajını da verir. Tanrıya aid sirləri öyrənməyə çalışmağın
Tanrı qəzəbə məruz qalacağı göstərilir.
Freyd dünyagörüşündən isə canavarı basdırılmış cinsi istəklərin
simvolu olaraq görmək mümkündür. Frankenşteyn nişanlısı ilə birlikdə olmaq
yerinə canavarı yaratmaqla məşğuldur və canavarın diksindirici görüntüsü
basdırılmış istəkləri təmsil edir.
Romanda Meri Şelli Tanrıdan yaşadığı bədbəxtliklərin səbəbini
soruşur. Anasının ölümünə səbəb olmasının acısı, bədbəxt və yalnız uşaqlığı, problemli
əri, ölən uşaqları səbəbi ilə yaratdığı qəhrəman vasitəsilə Tanrıya baş
qaldırır:
“Madam məni sevməyəcəkdin, məni niyə yaratdın?”
0 comments :
Post a Comment