Robert Lyuis Stivenson “Dəfinələr adası” (1881), “Qaçırılan
uşaq” (1886), “Doktor Cekil və mister Haydın qəribə hekayəsi” əsərləri ilə məşhurdur.
Şotland şair və yazıçısının dəfələrlə ekranlaşdırılan “Dr. Jekyll and
Mr.Hyde” əsəri hələ yayımlandığı il özünə böyük şöhrət gətirmişdi.
Bu qotik novellanı R.L. Stivenson uzun sürən xəstəliyin
ardından nəqahət dönəminə girmişkən qələmə alır. İki şəxsiyyətli insan fikrinin
Stivensonun gecə gördüyü bir kabusun əsəri olduğu irəli sürülməkdədir. Həyat
yoldaşı Fanni onu kabusun ortasında oyandırmış, Stivenson isə arvadına özünün “qisas
nağılının” ortasında oyandırdığını söyləyərək əsəbləşmişdi. Ardınca gördüyü
kabusun içindəki fikri inkişaf etdirərək bundan uzun hekayə ortaya çıxartmışdı.
İlk halı ilə bu hekayə tipik qorxu hekayəsidir: gərginlik və qorxu elementlərindən
savayı hal-hazırkı kimi dərin anlamı, alleqorik simvolik uzantıları yox idi. Stivenson
hekayəni həyat yoldaşına oxuyur, qadın bu gözəl “çəyirdək”dən daha artığını
yarada biləcəyini deyir və bu düşüncəsinə inadla dirənir. Stivenson ilk hekayənin
əlyazmalarını yandırır, hal-hazırki hekayə 1885-86 və 87 illərdə 3 illik müddət
içində inkişaf etdirilmişdi.
1887-ci ildə oxucuların ixtiyarına veriləndə tənqidçilər
böyük əsərlə qarşı-qarşıya olduqları fikrində birləşmişdilər. “The Times” əsəri
tərifləyir, “Mister Stivensonun o günə qədər yazdığı heç bir şeyin bu qədər təsirli”
olmadığı, novellanın özlərini müəllifin orijinal dahiliyinin çox istiqamətliliyi
ilə tanış etdirdiyini qeyd edir. Bu novella “fantastik ədəbiyyatın” bütünlüyü
olan, tamamlanmış örnəyi olaraq qəbul edilir. Dr. Cekil “Stivensonun ilk dəfə
kompozisiya baxımından qüsursuz təşkil olunmuş,
quruluşu sağlam, çox güclü pritçadan ehtiyat ehtiva edən novellasıdır.”
Əslində sosial-tarixi çərçivəyə baxdığımızda novellanın R.L.
Stivensonun həyatının çox da uzağında bir dünyada “dolaşmadığını” söyləyə bilərik.
Şəxslər dönəmin Edinburq və Londonun orta yaşlı kişiləridir. (xidmətçi qadının
göz şahidliyi xaricində) Qadının hər hansı bir “rol” almadığı bu novellada Stivenson
baxışlarını çox yaxşı tanıdığı sosial
çevrəyə və kişilər cəmiyyətinə çevirir. Bu, ziyalı, burjua, bürokrat, aristokrat
şəxslərin dünyasıdır. Klublarda, çay toplantılarında, söhbətlərdə qurulan və
pozulan əlaqələrin dünyası. Stivenson bir neçə “fırça” zərbəsi ilə bizi bu
dünyaya soxur. Olayın diqqətində sadəcə lazım olanı çəkib alır, çünki məqsədi nə
bu dünyanı yaxşıca təsvir etməkdir, nə də həyat tərzi ilə. Viktoriya dövrü
tutuculuğu və bu dövrün əxlaq anlayışı ilə hesablaşmaqdır. Stivenson təsadüfi
yerli–yerində, bəlli şərtlər altında keçən bu qurmacanı insanın, daha doğrusu,
fəlsəfə-etik tarixinin ən təməl müzakirəsi ilə bütünləşdirir. Bir yandan sanki Platonun
“Dövlət” dialoqunda irəli sürdüyü tezisi təsdiqləyir: “Böyük yaxşılıqlar və böyük
pisliklər böyük ruhlardan gəlir. Adi insanların nə etdikləri, nə də yıxdıqları
böyükdür.”
“Doktor Cekil və mister Hayd” fərdin içindəki basdırılmış
homoseksual şəxsiyyətə bir mesaj olduğu
müzakirələri də tez-tez aparılmışdı. Özəlliklə dr. Cekilin kişi cəmiyyəti içində
hər şeyini paylaşdığı həmcinsləri ilə qurduğu ruhi, romantik bağın (məsələn, Lanyon
və Attersonun məktublaşmaları) diqqətçəkiciliyi, kübar cəmiyyət içindəki gəzişmələrində
bu orta yaş kişisinin qadınlar ilə əlaqəsinə yönəli hər hansısa eyham və
ya açıqlamanın olmaması və əlbəttə, novellanın sətirlər arasına gizlənmiş olanı
psixoanalizlərlə ortaya çıxara bilənlərin iddiaları, ayrı şərh imkanlarını
tanımaqdadır. Necə ki, novellanı oxuyan homoseksual dostu Stivensona yazdığı məktubda
qəzəbli üslubla “Heç kimin insanın ruhundakı uçurumların dərinliklərini eşələmə
haqqı olduğunu sanmıram” deyəcəkdi. Buna cavab verən Stivenson dr. Cekilin şəxsən
özünün sahib olduğu qoxunc şəxsiyyətinin ifadəsi olduğunu açıqlayacaqdı. Artıq bu
2-ci şəxsiyyət (qorxunc tərəf) ortaya çıxmışdı və “ümid edirəm ki, o, artıq gələcəkdə
də yaşayacaq” deyir.
Şübhəsiz, Stivensonun hekayəsinin “problematik ayağının”
insanlığın düşüncə tarixi qədər qədim olduğu bilirik. İnsan “yaxşıdır, pisdir” sualı əslində fəlsəfə,
din, düşüncə tarixinin masasında heç əskik olmayan çərəzi, bəlkə də əsas yeməyidir.
Ancaq şəxsiyyətin bölünməsi (günümüzün müasir psixologiyasını, psixoanaliz
açıqlama və şərhlərini bir tərəfə buraxsaq) elmi müstəvidən öncə ədəbiyyat müstəvisində
(hətta qədim mifologiyada) ortaya çıxmışdı.
Stivensonun novellasında “Frankenşteyn” romanındakı, Brem
Stokerin “Drakula”sındakını xatırladan yazı texnikasının izlərini tapmaq
mümkündür. Fantastikaya yönəlik bu əsərlərdə inandırıcılıq qazana bilmək üçün
gündəlik qeydlər və məktublardan istifadə olunmuşdu. Oxucu doğrudan yaşanılana şahid olanların və
ya olayı yaşayanların ağzından nəql edilən “bilgiləri” ən azından reallıq
duyğusu ilə qarşılamaqdadır. Eyni texnika burada da ortaya çıxır. Məktub roman
teoriyalarında, modern (burjua) romanın banisi qəbul edilməkdədir. Burjua insanının
öz daxili dünyasını yaxın çevrəsinə açma, özünü analiz etmək, özüylə
hesablaşmaq vasitəsi olaraq anlaşıla biləcək olan məktub bu “mən” gedərək “o”
kimliyin gerisinə çəkildikcə modern romanın da səhnəyə çıxdığı yolunda tezislər
var. Məktub bir iç tökmədir, adresi əslində şəxsin özünə dönük paylaşmadır. Səmimilikdən
şübhə duyulmadığı ölçüdə də “həqiqidir”. Anlatdıqları ilə, hiss etdirdikləri ilə,
düşüncələri ilə. Dolayısı ilə məktub biçimində qələmə alınmış ya da zaman-zaman bu biçimdə dəstəklənmiş
mətn fantastik də olsa, dövrün oxucusunda reallıq duyğusu oyadır.
Stivenson bu hekayədə başqa çözümlə
reallıq hissini artırır: olayın içindən bir şəxsin gözü ilə-vəkil Attersonun
şahidliyi ilə oxucuya təqdim edir. Ədəbiyyat elmi bu yazı texnikasına “şəxsiləşdirilmiş
ifadə” deyir. Anladıcı olayın içindən seçdiyi qondarma şəxsdən bir kamera kimi
istifadə edərək olan bitəni onun gözündən verdiyi üçün bu təsvir texnikası da vəkili
sərhədləməkdə, öz düşüncələrini oxucuya yedirməsinə çox imkan verməyib ehtiyacın
doğulduğu yerdə Stivenson Attersonu kənara
çəkib bu dəfə Cekilə açıqlamalar etdirməyə başlayır. Maraqlıdır ki, burada müəlllif
məktub üslubunu seçməmişdi. Doktor Cekilin etirafını hər hansı bir dostuna
edilib gizlənmiş içtökümü olaraq planlamamış, bir növ özü doctor Cekil
olaraq o qorxuverici tərəfi üzərində danışmağa başlamışdı: “18.. ildə doğuldum
və doğular-doğulmaz böyük sərvətə qondum” cümləsi ilə başlayan bu açıqlama hər insanın mənliyində 2 ayrı
xarakterin olduğu qənaətini paylaşdıqdan sonra insan vicdanındakı yaxşı ilə
pisin davamlı savaş içində olduqlarını xatırldır. Doktorun düşüncəsinə görə maddi
varlıq mənəvi varlıqdan ayrı, müstəqil var ola bilməkdədir. Əslində maraqlı
olan bu çevrilmələri yaxşıdan pisə keçidləri və tərsini mümkün qılan “dərmanı”ın xətalı çeşidin belə inkişafa icazə vermis olmasıdır.
Dr. Cekil və mister Hayd XX əsrin ilk yarısında Hollivudun mövzuya
əl atması ilə müzakirəsiz məşhurluğa qovuşacaqdı. Əsər 1908, 1910, 1912, 1913 və 1920-ci illərdə
səssiz kinonu ələ almış, 1931-ci ildə səsli kinoya keçmiş, məşhur qorxu filmləri
firması “Hammer” və məşhur qorxu filmləri ustası Kristofer Li bizə 2 ruhlu
adamı təqdim etmiş, Cek Pelens əsərin tv veriyasında doktoru və içindəki pis
adamı canlandırmışdı. 1971-ci ildə Kristofer Li dr.Cekil olaraq qarşımıza
çıxır. “Dr. Cekilin arvadı”, “Dr. Cekilin qanı” (1981) filmlərini yenə məşhur simaların yer aldığı 1989, 1990,
1999 versiyalarını izləmişdi. “Dr. Cekilin oğlu” (1951), “Dr. Cekilin qızı”
(1957), “Dr. Cekil və qurd adam” (1972) digər versiyalardır. “Dr. Cekil və
bacısı Hayd”da məşhur tipin cinsiyyəti dəyişdirilmiş (1971), “Dr. Black and Mr.
Hyde” da isə bu dəfə zənci olan doctor ağ dərili caniyə çevrilib durmuşdu. “Mary
Reilly” (1996), olayı dr. Cekiin arvadının baxış bucağından anladır. “The League of Extraordinary Gentlemen” (2003)
Viktoriya dövrü obrazları arasında gəzinən filmdir.
Bugün kinoda klassikləşmiş örnək olaraq 1941-ci il tarixli
Viktor Fleminq filmi Spenser Teysi, İnqrid Berqman, Lana Törner kimi məşhur
adları bir araya toplamış olmasına rəğmən hekayənin ruhuna çox uzaq izləyici
qarşısına çıxmışdı. Filmin 2 baş obrazı İnqrid Berqman və Lana
Törner adları belə ana mətndən nə qədər uzaq qalındığını göstərməyə yetər. Film
40-cı illərin əvvəllərinə Freyd psixoanalizin ABŞ-da kobudca şərh olunduğu mühitdə çəkilmişdi. Şeytanın var olmadığını sübut etməyə çalışan Cekil
laboratoriyasında öz əlləri ilə düzəltdiyi dərmanı içib içindəki şeytanı ortaya
çıxardır. Nişanlısına hücum edir, ona işgəncə verir. Amma axırda Haydı nəzarət
edə bilməyəcəyini anlayır. Film səthi də olsa Freydin psixoanalizinə doğru yönəlmədən
şeytanın var olub-olmadığı düşüncəsinin oxunda inkişaf edir. Ancaq filmdə dr.
Cekilin gördüyü yuxu kimi bir neçə olay şüuraltının varlığına da işarə edir.
Ekrana axıdılan xarici görüşün, səthi görünənin, sosial
statusun ala bildiyinə müəyyən olduğu 19-cu əsrin 2-ci yarısındakı bu
dünyanın görünüşlər, şıqlar dünyası
olduğudur. Bu özün əsl olanın üzərinə çəkilmiş parlaq cilaların dünyasıdır. Elə
isə sosial müstəvidə görüntüdə var olan əxlaqlığın parlaq səhtin altındakı
bataqlığın da bu novellaya əks olunmalarını istəyən axtarıb tapa biləcəkdi
0 comments :
Post a Comment