Saturday, 6 January 2018

Əlcəzairin unudulan qadınları


1957-ci ildə "Əlcəzair müharibəsi”ndən sonra Fransa Əlcəzairdəki bütün müxalifəti məhv etdiyini iddia edir. Halbuki 11 dekabr 1960-cı il bazar günü və sonrakı günlərdə əlcəzairlilər müstəqilliklərini əldə etmək üçün xalq nümayişlərini təşkil edirlər. Və o əlcazairlilər bugün tarixib səhifələrindən silinmiş kimidirlər.

Əlcəzair (şəhər) mərkəzində yer alan Beluizdad səmti (keçmiş, müstəmləkə dövrü adı ilə “Belkur”) 11 dekabr 1960-cı ildə və izləyən günlərdə yeni xalq hərəkatıın səhnəsi olmuşdu. Minlərlə əlcəzairli kişi Fransa müstəmləkəçiliyinə qarşı və azadlıq üçün yürümüşdülər. Əlcəzairli qadınlar da yürümüşdülər. Tarixin bu parçası, təəssüf ki, bilinməz qalmışdı və Əlcəzair müstəqillik mübarizəsində qadınların görünməzləşdirilməsini ortaya qoyur.

“BÜTÜN QADINLAR ÖLDÜ”

Əslində 11 dekabr 1960-cı ilə həsr olunan muzeyin qarşısındakı kafedə görüşülənbütün kişilər nümayişlərə ya qatılmış olduqlarını, ya da qatılanları tanıdıqlarını qeyd edirlər. Amma onlardan qadınlar soruşulanda “hamısı öldü” deyə cavab verirlər. Kişilər hələ buradaykən qadınlar niyə ölmüş olsunlar ki? Bu suala nə cavab verəcəklərini bilmirlər. Muzeydə də sadəcə kişilər var və onlar da qadın nümayişçilər haqqında danışmağa həvəssizdirlər. Muzeyin önündən keçən yaşıl örtülü, böyük qara gözlü qadın nümayişlərə qatıldığı qeyd edir, amma daha çox danışmaq istəmir. Əlcəzairli qadın “Onlar (fransız əsgərləri) bizi öldürdülər və dahasını da etdilər” deyir cinsi şiddətə məruz qaldığını ya da bu mövzu haqqında danışıqları eşitdiyinə eyham vuraraq.

NÜMAYİŞÇİLƏRİN SİLİNƏN İZLƏRİ

Digər tərəfdən “bir düjün qadın nümayişçi ilə” görüş sözü verən jurnalistlər və Kasba militanı olan seçilmiş şəxs görüş günü ortaya çıxmır. Hətta bağlantılardan biri “Nümayişlərə heç bir qadın qatılmadı” deyir, amma sübut qarşısında utanıb sıxılır. Halbuki fotolarda qadınlar çoxdur...

Qadınlar sadəcə görünməz qılınmırlar, eyni zamanda bu olayların yaddaşı bunları təşkilatladığını iddia edən (həm keçmişdəki, həm də günümüzdə iqtidar olan) Milli Qurtuluş Cəbhəsi ilə anlıq ortaya çıxan nümayişlər söz mövzusu olduğunu ifadə edən yurddaşlar arasında toqquşma mövzusu olur. (Hocine Hamouma da bu yurddaşlardandır. Müstəqil araşdırmaçı zamanını və pulunu içində yer aldığı toplanmalar üzərinə gerçəkləri yenidən redaktəyə həsr edir. Ayrıca Kasba və ətrafına yönəlik ziyarət əsnasında bunları canlandırmağı təklif edir. Özü yayınladığı 2 cildlik “Dekabr uşaqları” kitab üçün qadın və kişi nümayişçilərin tarixini yenidən yaratmaq və qadınları tapa bilmək üçün illərini ortaya qoymuşdu.)

Bu qadınlardan biri hekayəsini TV5 oxucuları ilə paylaşmağı qəbul etdi. Söz mövzusu qadın “Fatihə”dir. Bu, onun nümayişçi adıdır. Əlcəzairin rəğbətini görən, sonralar isə Fransada rəğbət görən məhəllələrin də buranın obrazı ilə inşa edildiyi “Clos Salambier” məhəlləsinə çatmaq üçün kanat yoluna minmək lazımdır. Burada insan “şəhidlər”in xatirəsinə ucaldılan abidədən gözlərini ala bilmir.

Fatihə A. 28 yanvar 1944-cü ildə doğulmuşdu. 11 dekabr 1960-cı ildə 16 yaşında idi. Hekayəsinə “Mən Kasbadan öncə Marenqo küçəsində yerli qızlar məktəbinə və ardınca Paster bulvarındakı “Micheline” tikiş məktəbinə getdim” deyə başlayır.

“Nümayişləri “Clos Salambier” məhəlləsində qulaqdan-qulağa danışıqlar sırasında eşitdim və inqilaba buradan başladım. 10 dekabr günü küçədə yatdıq. Ən başından bəri qadınlar vardı. Əlcəzair xaricinə belə yemək və dərman da daşıyırdılar”deyib mübarizədəki qadın yoldaşlarının və bacılarının adlarını verdi. Bu gənc qızı qiyamda yer almağa itələyən nə idi? “Mən müstəqillik və yaşamaq üçün hərəkət etdim” deyir. Yaxınları necə reaksiya göstərmişdilər? “Fransız dostlarımız var idi, amma müsəlmanlarla yaşayırdıq. Onların-fransızların hər şeyi vardı.” Beləcə daha yaxşı həyat üçün “müstəqilliyin gücü”nə inanmışdı.

Ailəsi nümayişlərə qatılmasına icazə verimşdi. “Kasbada doğulan atam siyasətdən təsirlənmişdi. Ailəm bizə yaşadıqlarını danışırdı və atam radio sayəsində proseslərdən xəbər tuturdu. Evimiz silah deposu idi.” Qonşular da uşaqlarının nümayişlərə qatılmalarına icazə vermişdilər. “11 dekabr 1960-cı ildə inqilab etməyənlər belə küçəyə çıxdı!”

“Və sonra müstəqilliyin ardınca “Evə qayıdın!” əmri”

Fatihə ehtirasla və ayrıntılı olaraq “3 gün davam edən” toplanmaları danışır: “Mən bluz və ətək geyinmişdim və baş örtüyüm yox idi.” deyə qeyd edir. “Qadınlar haray çəkirdilər. Onları eşidən küçəyə çıxırdı. Məhəllədə gəzir və “Yaşasın müsəlman Əlcəzair!” deyə bağırırdıq. Həddindən artıq əsgər vardı və üzərimizə atəş açırdılar. Ölənlər oldu...O zamanlar qadınlar cənazələrə qatıla bilirdilər.”

QORXSAN, HEÇ BİR ŞEY EDƏ BİLMƏZSƏN.

Bəs o, ölməkdən qorxmamışdı? Dirənişçi qadın oğlunun dizlərində oturmuş, anasını moizə dinləyir kimi dinləyən kiçik qızının qarşısında özündən əmin şəkildə: “Qorxsan, heç bir şey edə bilməzsən” deyə cavablayır. Daha sonra Fatihə kişi dirənişçi ilə evlənmiş, uşaqları doğulmuş və evdə olmaq məcburiyyətində qalmışdı. Ailəsinin önündə daha artığınıı söyləmək istəmir, amma çiyinlərini yuxarı qaldırıb dərin iç çəkərkən arzuladığının bu ölmadığını düşünməyə dalır.

Fatihə A.-nın taleyi başqa qadınınkı ilə də kəsişmişdi. Ərinin anası. “Yaşadığı son günə qədər şəhid düşən oğlu Təharın ölümünə ağladı. Təhar Əlcəzair müharibəsi sırasında işgəncə ilə öldürülmüş və illər sonra qan ləkəli şalvarı anasına verilmişdi. Qayınanam davamlı onun haqqında danışırdı.”
Aparılan mübarizələrə dair ağlında ən yaxşı xatirə nə idi? Tərəddüd etmədən deyir:” 1962-ci ildə Əlcəzair xalqı tərəfindən qoparılan “Müstəqillik”. Çox sayda qadının bu mübarizənin içində olduğunu xatırlayır.

Qadınlar küçələri arşınladılar, qaçdılar. Qüvvətli ayaqlar lazım idi!

Konstantina Universitetindən tarixçi (Ouarda Ouanassa Tenghour) “Qadınların rolu nə idi?” sualına cavab verir:

“Qadınlar qabaqcıl olaraq mövcuddurlar. Xariqüladə olan örtülü və ya örtüsüz qadınların varlığı idi. 1950-60-cı illərdə Əlcəzairin necə yerə bənzədiyini xəyal etmək lazımdır: Siyasi məqsəd üçün evdən çölə addım atmaq həqiqətən inqilabi hərəkət idi. Bu, müstəqillik fikrinin kiçik qrupla məhdudlaşmış sloqan deyil, topluma təməllənmiş və gurlaşan bir şey olduğuna işarə edir. Ailələri qadınların nümayişə qatılmalarına qarışmamışdı, önlərində heç bir əngəl qalmamışdı. Əlbəttə ki, müharibənin başlaması ilə işlər dəyişmişdi. Məsələn, evə tanış olmayan kişilər qonaq gəlirdilər.”

“Qadınlar eyni zamanda etirazlar əsnasında istifadə olunan bayraqları tikmiş, etirazçıları çoşduqmaq üçün haray çəkmiş və “Yaşasın Əlcəzair!” deyə bağıraraq küçələri doldurmuşdular.”

“Hər biri özünəməxsus idi, amma hamısı da eyni sloqan, eyni arzular ətrafında birləşirdilər. Sonra xalq küçədə idi. Elit kəsimin və ya bir qrupun səsindən başqa əlavə çağırış səsi eşidilirdi. Qadınların ictimaiyyətə bu möhtəşəm çıxışı başqalarını da bərabərində gətirirdi.”

Bəs niyə görünməz qılınırlar?

“Müstəqilliyin davamında gələn həyəcanın ardınca silinmə yaşandı. Milliyətçilik özündə belə bir dilemma daşıyır: Kütlələri hərəkərə keçirir, amma gücü əlinə alınca onlara evə geri dönmələrini buyurur. Bu, özəlliklə də müsəlman toplumundakı qadınlar üçün keçərlidir”

Əlcəzair xalqının müstəqilliyini geri qazanmasına yol açan dekabr 1960-cı il etirazlarının və digər olayların unudulan qadınlarına yönəlik hekayələri tanıtmaq üçün Əlcəzairin dörd yanına gedən tarixçi sözlərinə son verərkən daha bir gerçəyi ortaya qoyur:

“Ölənlər olduğunu bilirik, amma neçə qadının öldürüldüyünü bilmirik”

0 comments :

Post a Comment